Elm və sənət
- 135 -
yazıçılarından biri deyir: “Biz müasir adamlar uşaq yaşla-
rımızdan mükəmməl qulluqçuluq ruhunda tərbiyə olunmu-
şuq. Bizim cocuq düşüncələrimiz quldarlıq qanun-qayda-
ları ilə qidalanmışdır. Mənim dərin inamıma görə, biz bu
səbəbdən natiqliyin həyatverici qüvvəsi olan azadlıq dadı-
nı bilmədən ancaq və ancaq gözəl yaltaqlar ola bilərik və
ya hər cür qulluq insan ruhunun salındığı bir zindandır.
Burada ruh alçalır və eybəcərləşir”.
Belə məhdudiyyətlər çərçivəsindən çıxmaq istərkən
dünyagörüşü həm daxili azadlıq, həm də ağıllı çıxış yolu
tapmaq üçün lazımdır. Sənətkar dünyagörüşünün böyüklü-
yünə görə böyük və daxili azadlığa malikdir. Buna görə də
o xarici azadlığın azlığını daha tez hiss edir
və bu məsələni
cəmiyyətin inkişaf yolunda əngəl olan bir məsələ kimi or-
talığa atır. Buna görə də Platon öz ideal dövlətindən şair-
lərin qovulacağını əsas şərtlərdən biri kimi qoyurdu. Bu
dövlətdə vətəndaşlar ancaq dini himnlər oxuya bilər, dini
himnlərə qulaq asa bilərdilər. Başqa sözlə, belə bir dövlət
qarışqa cəmiyyətini xatırladırdı: cəmiyyətdə dəyişməz
şəkil və fərdiyyətin yoxluğu. Belə cəmiyyətdə mükəmməl
qanun və göstərişlər kitabından başqa heç bir yazıya ehti-
yac qalmazdı.
Gördüyünüz kimi, tarix boyu, sənətkarı bəşəri mey-
dana çıxaran dünyagörüşü və onun verdiyi daxili azadlıq-
dır. Belə bir üstünlük şəxsi səadət əvəzinə tanıdığınız ne-
çə-neçə sənətkarı dar ağacına, cəllad baltası altına gətirib
çıxarmışdır.
Bəs nə üçün istedad belə bir yolu seçir?
Bunun səbəbi hər şeydə ahəng görməyə can atan bö-
yük daxili ehtiyacdır. Onu belə bir yol
seçməyə vadar edən
dünyanı yalnız olduğu kimi görmək bacarığı deyil, eyni
zamanda, istədiyi kimi görmək arzusudur. Bu arzular sə-