Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə13/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   9   10   11   12   13   14   15   16   ...   92

Elm adamları elm haqqında 
 
- 44 - 
latını narahat edər qorxusuyla sürətləndirmək istəməyiblər. 
Məsələ  bunda  idi  ki,  görəsən  bizim  ölkəmiz  idxal  etdiyi 
elm adamlarından heç olmasa ən yüksək səviyyədə olanlar 
üçün hansı təşəbbüslər göstərir? Bu insanlara şəxsi rahat-
lıq  verə  bilirmi?  Bizim  üçün  var  gücləri  ilə  araşdırma 
məktəbləri  qursunlar  deyə  onları  qucaqlayaraq  qarşılaya 
bilirikmi?  
Məncə, İslam ölkələri arasında gözlə görünən siyasi 
birlik hələ mümkün olmasa da, bir elmi əməkdaşlıq qurma 
ehtiyacı  var.  Belə  bir  əməkdaşlıq  İslam  elminin  güclü 
dövrlərinin –  İbn Sina və əl-Biruni kimi  Orta Asiya mən-
şəli insanların  çox rahat  ərəbcə  yaza bildikləri, və  ya on-
ların müasiri İbn Heysəmin Abbasi xəlifəsinin hakimiyyə-
tindəki  Bəsrədən  çıxıb,  Abbasilərin  rəqibi  olan  Fatimi  xi-
lafətinə gedə bildiyi zamanların - böyük bir gerçəkliyi idi. 
Yeni  bir  İslam  elmi  birliyi  üçün  həm  biz  elm  adamları, 
həm də hökumətlərimiz yenidən şüurlu bir istək və oyanış 
göstərməliyik.  Bu  gün  biz  İslam  ölkələrində  olan  elm 
adamları  həcm,  elmi  mənbə  və  elmi  istehsal  cəhətdən, 
beynəlxalq  normalarla  müqayisədə,  yüz  də  bir  ilə  onda 
birlik  kiçik  bir  hissəni  təşkil  edirik.  Heç  olmasa,  elmi  re-
surslarımızı  birləşdirməyimiz,  bütün  İslam  ölkələrinə  ya-
yılmış  elmi  mərkəzlərdə  özümüzü  bir  birlik  olaraq  hiss 
edib, buna əsasən işləməyimiz lazımdır. 
Bu təşəbbüsü dəstəkləmək üçün, fərz edək ki, iyirmi 
beş illik bir müddət boyunca bu elmi əməkdaşlıq çərçivə-
sində  elm  adamlarına  keçmişdəki  İslami  əməkdaşlıq  illə-
rində  olduğu  kimi,  daxili  siyasət  və  məzhəb  fərqlərindən 
uzaq,  xüsusi  bir  yeri  olan,  xüsusi  bir  toxunmazlığa  sahib 
şəraiti hökumətlərimizdən tələb edə bilərikmi? 
Son olaraq, elmi fəaliyyətimizin beynəlmiləl elmdən 
təcrid olunduğu qeyd edilməlidir. On altı elmi birliyin üz-


Elm və din   
 
- 45 - 
vü olan Misirdən başqa, heç bir İslam ölkəsinin çox müx-
təlif  elm  sahələrində  müntəzəm  iştirak  etdiyi  beynəlxalq 
elmi birliklərin sayı beşdən çox olmaması təəccüb doğuran 
bir həqiqətdir. Bizim sərhədlərimiz daxilində heç bir elmi 
araşdırma mərkəzi qurulmayıb. Bu sərhədlər daxilində çox 
az beynəlxalq elmi konfranslar keçirilir. İçimizdən çox az 
insan, əgər öz ölkəsində yaşayır və işləyirsə, xaricdəki el-
mi  quruluşlara  və  yığıncaqlara  gedə  bilir.  Belə  bir  səfər 
israflı bir lyuks kimi görülür. 
Məhz bu təcriddir ki, məni Beynəlxalq Nəzəri Fizika 
Mərkəzinin  qurulması  təklifinin  verilməsinə  məcbur  etdi. 
Ta  ki,  inkişaf  etməkdə  olan  ölkələrin  fizikləri,  öz  sahələ-
rindəki  yeniliklərdən  xəbərdar  olmaq  üçün  ora-bura  get-
məyə  başladılar.  Bu  mərkəz  iki  BMT  quruluşuna  –  Bey-
nəlxalq  Atom  Enerjisi  Agentliyinə  və  YUNESCO-ya  – 
bağlıdır. Mərkəzdə hər il inkişaf etməkdə olan ölkələrdən 
gələn cəmi 1000 fizik arasından yüz yetmişə yaxın ərəb və 
müsəlman  fizik  dəstəklənir.  Bunlardan  on  beşi  Küveyt 
Elm  Vəqfi  ilə  Küveyt  və  Qatar  Universitetləri,  qalanı  da 
mənim  İtaliya  və  İsveçdən  əldə  etdiyim  yardımlarla  dəs-
təklənir. 
Bundan əlavə, sadəcə olaraq elm adamlarının maddi 
təcridindən  şikayət  etmirik.  Bizi  həm  də  beynəlxalq  elm 
normalarından kənarda qalmağımız narahat edir. Öz ölkə-
mizdə elmi təşəbbüsləri həyata keçirmə tərzimizlə Qərbdə-
ki  və  ya SSRİ Elmlər Akademiyasındakı  elm adamlarının 
tətbiq etdiyi özünüidarə üsulu arasındakı uçurumdan danı-
şıram.  Belə  ki,  bizim  nə  inkişaf  etmiş  həmkarlar  təşkilatı 
sistemimiz, nə  müstəqil keyfiyyət  və  sənət  işimiz, nə elm 
adamları  tərəfindən  idarə  edilən  elmi  müəssisəmiz,  nə  də 
başqa bir gəlir mənbəyimiz var. 


Elm adamları elm haqqında 
 
- 46 - 
Konkret  desək,  İslam  əməkdaşlığında  reallaşdırıla-
caq elmi renessans beş prinsipə bağlıdır: əsaslı bir qərarlı-
lıq, himayədarlıq, etibar, özünüidarə və elmi təşəbbüslərin 
beynəlmiləlləşdirilməsi. 
«Bir  qəvim  özünü  dəyişdirməzsə,  Allah  da  o  qəvmi 
dəyişdirməz». (13:11) 
Heç kimin şübhəsi olmasın ki, elmə belə yanaşanlara 
qarşı  çıxanlar  olacaqdır.  Əsl  faciə,  belələrinin  çox  vaxt 
səhvən  İslamın dini  ənənələri adından çıxış  etdiklərini id-
dia  etməsidir.  Belələri  bu  gün  də  mövcuddur.  Londonda 
çap olunan və çox oxunan İslami bir aylıq jurnaldan aldı-
ğım  cümlələr  bunların  elm  haqqındakı  təsəvvürlərini  çox 
yaxşı əks etdirir: 
«Orta  əsrlərin elmi,  həqiqətən də,  İslami bir elm idi 
mi? 
Əl-Kindi,  əl-Farabi,  İbn  Heysəm  və  İbn  Sina  kimi 
orta əsr  İslam alimlərinin  həyat  yolu  göstərir ki,  fərd ola-
raq  bir  müsəlman  olmaqdan  başqa,  şəxsiyyətlərinin  və 
əsərlərinin  İslama  heç  bir  aidiyyəti  olmamışdır.  Əksinə, 
onların həyat tərzləri tamamilə İslamdan kənar idi. Bunla-
rın tibb, kimya, fizika, riyaziyyat və fəlsəfədəki nailiyyət-
ləri yunan təfəkkürünün təbii və məntiqi davamıydı. 
Əl-Kindi  Mutəzilə  inanclarına  bağlı  idi…  İbn  Hey-
səm  isə  digər  bir  Aristotelçi  idi.  Elm  tarixçisi  De  Boerin 
ifadəsiylə,  «ibn  Heysəm  müxtəlif  doktrinaları  araşdırmış 
və  bunların,  demək  olar  ki,  hamısının  həqiqəti  axtarmaq 
üçün  az  ya  da  çox  dərəcədə  uğurlu  təşəbbüslər  olduğunu 
başa düşmüşdür». Ona görə, həqiqət sadəcə hiss orqanları-
nın hiss etdiyi şəkildə maddi olaraq ortaya qoyulan bir şey 
idi.  Ümumiyyətlə,  İbn  Heysəmin  mövcud  inanışlara  qarşı 
çıxan bir inqilabçı kimi bilinməsi və İslam dünyasında ha-
radasa tamamən unudulması heç də təəccüblü deyil…» 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə