Elm adamlari elm haqqinda


Elm adamları elm haqqında



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə9/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   5   6   7   8   9   10   11   12   ...   92

Elm adamları elm haqqında 
 
- 32 - 
ən əsası isə yeniliklərə qarşı cəsarətin qırılması (təqlid) idi. 
Geriləmənin başladığı XI əsrin axırı və XII əsrin əvvəlləri, 
siyasi  mənşəli şiddətli  məzhəb qarşıdurmalarının yaşandı-
ğı  bir  vaxta  təsadüf  edir.  Hər  nə  qədər  İmam-i  Qəzali 
1100-cü  illərdə  «əslində  İslama  qarşı  ən  ciddi  zərər  elm-
lərdə dinin həqiqətlərinə zidd olan heç bir şeyin olmadığı-
nı gördüyü halda, ancaq dəqiq elmlərə qarşı çıxmaqla İsla-
mın  müdafiə  ediləcəyinə  inananlardan  gəlir»  deyə  yazsa 
da, o dövrün anlayışı müsbət  elmlərə arxasını çevirib, tə-
səvvüfə üz tutdu. 
Bu  mövqe  (münasibət)  hələ  də  davam  edirmi?  Biz 
bu gün elmi araşdırmaları təşviq edə bilirikmi? 
Yer  kürəsindəki  mədəniyyətlər  arasında  elmin  ən 
zəif  olduğu  yer  İslam  millətləri  topluluğudur.  Təəssüf  ki, 
içimizdən bəzi  müsəlmanlar texnologiyanı  neytral,  bitərəf 
qəbul edib, ifrat davranışlarını İslamın mənəvi dəyərlərinə 
bağlılıqla izah edilə biləcəyini düşünərkən, tam əksinə, tə-
biət  elmlərinə  gəldikdə  isə  həddindən  artıq  həssaslıq  nü-
mayiş etdirirlər. Müasir elmin «rasionalizmi» gətirəcəyi və 
içimizdən elmi tərbiyəyə  əsasən  yetişənlərin  «mədəniyyə-
timizin metafizik hökmlərini inkar edəcəkləri» zənn edilir. 
Üstün texnologiyanın müsbət elmlər olmadan əldə edilmə-
diyi  həqiqətini  və  «mədəniyyətimizin  hökmlərinə»  qarşı 
çıxmanın  bir  çatışmazlığı  göstərdiyini  bir  tərəfə  qoyaraq, 
mən  inanıram  ki,  belə  bir  mövqe  dünənki  mübahisələrin 
(münaqişələrin)  –  yəni,  özlərini  «rasional  filosoflar» 
adlandıran şəxslərin Aristoteldən qalma kosmoloji doktri-
nalara olan doqmatik bağlılıqlarını dini inanclarıyla uzlaş-
dırmaqda çətinlik çəkdikləri vaxtların - mirasıdır. 
Bu kimi  mübahisələrin (münaqişələrin)  orta  əsrlərin 
xristian sxolastik filosofları arasında daha şiddətli yaşandı-
ğını yada salaq. Bu fəlsəfəçiləri ən çox məşğul edən məsə-


Elm və din   
 
- 33 - 
lələr,  kosmologiya  və  metafizika  məsələləriydi:  «Dünya 
hərəkətsiz  bir  mühitdəmi  yerləşdirilib?  Allah  hər  şeyi 
aktiv  bir  səbəbləmi,  yoxsa  ümumi  bir  mühərrikləmi  hərə-
kət etdirir? Bütün göylər sadəcə birmi, yoxsa bir neçə mü-
hərrikləmi  hərəkət  etdirilir?  Allaha  vasitəçilik  edən  hərə-
kətetdiricilər  yorulub,  taqətdən  düşürlərmi?».  Qaliley  əv-
vəlcə  bu  məsələlərdən  fizikanın  əhatə  dairəsinə  girənləri 
qruplaşdırmağa,  sonra  da  bunları  fiziki  təcrübələrlə  həll 
etməyə  çalışanda  aforoz  edildi.  Bu  aforoz,  ən  azı  XVIII 
əsrə  qədər  İtaliyada  elmin  inkişafına  böyük  zərbə  vurdu. 
Bununla  yanaşı,  bu  səhvin  ideoloji  bərpası,  ancaq  indi, 
350 il sonra mümkün olmuşdur. 
9 may 1983-cü ildə Vatikanda keçirilən bir mərasim-
də  Papa  II  Con  Paul  çıxış  edərək  belə  demişdir:  «Qaliley 
hadisəsi zamanı və sonra, kilsə əldə etdiyi təcrübəylə, daha 
doğru  mövqeyə  qovuşdu.  Kilsə  də  bilavasitə  təcrübə  və 
düşüncəylə  öyrənir  və  indi  araşdırmaya  azadlıq  verilməsi 
ehtiyacını daha yaxşı başa düşür… İnsanlar həqiqətləri an-
caq  araşdırmalar  yolu  ilə  tapa  bilərlər  …  Buna  görə  də, 
kilsə elm və din arasında heç bir ziddiyyətin olmadığı qə-
naətinə  gəlmişdir.  (Bununla  yanaşı)  kilsə  mütəvazi  və 
əzmli işlərlə inancın özəyini müəyyən bir dövrün elmi sis-
temlərindən ayırd etməyi də öyrənmişdir». 
 
Elmin məhdudluğu 
Yuxarıdakı  ifadələrdə  Papa  kilsənin  elmlərə  qarşı 
daha  yetişkin  mövqeyə  gəldiyini  qeyd  etmişdir.  Eyni  za-
manda  medalyonun  o  biri  tərəfini  də  söyləyə  bilərdi: 
Qalileydən  bu  yana  bütün  elm  adamlarının  işlədikləri 
sahələrin  məhdud  olduğunu  dərk  etmələri;  mövcud,  hətta 
gələcək  elmlərin  belə  müəyyən  problemlərinin  ola 
biləcəyi;  elm  ən  böyük  nailiyyətini,  özünə  müəyyən 


Elm adamları elm haqqında 
 
- 34 - 
fərziyyələrlə  sərhədlər  çəkərək  əldə  etdiyini  və  s.  Və  bu 
məhdud sahədə  belə, bugünkü elm adamları harada və  nə 
vaxt  spekulyasiya  ilə  məşğul  olduqlarını  bilirlər:  yeni 
doğan  düşüncələrin  axırıncı  olduğunu  heç  də  iddia 
etmirlər.  Fizikada  bu,  yaşadığımız  əsrin  əvvəllərində  iki 
dəfə – birincisi, zamanın və məkanın nisbiliyinin kəşfi ilə, 
ikincisi, kvant nəzəriyyəsi ilə – baş verdi. 
Eynşteynin  zamanın  nisbiliyi  haqqında  kəşfini  ələ 
alaq. Bir insanın yaşadığı zamanın uzunluğunun – yəni ya-
şının – onun sürətindən asılı olduğu, yəni nə qədər sürətlə 
hərəkət  ediriksə,  bizə  nəzərən  hərəkətsiz  olan  biriylə  mü-
qayisədə  daha  uzun  yaşayırıq  kimi  görünməyimiz  inanıl-
maz bir şey olaraq qarşımıza çıxır. Və bu, heç kimin təsəv-
vürünün əsəri deyildir. Cenevrədə mounlar kimi qısa ömr-
lü  hissəciklər  istehsal  edən  CERN  zərrəciklər  fizikası  la-
boratoriyalarına  gəlin:  müxtəlif  sürətlərdə  hərəkət  edən 
muonların  elektron  və  neytrona  parçalanmadan  əvvəl  ke-
çirdiyi  zaman  intervallarını  ölçün.  Sürətli  hərəkət  edən 
muonlar  daha  uzun  müddət  parçalanmadan  qaldığı  halda, 
yavaşların daha tez parçalandığını görəcəksiniz. 
Eynşteynin zaman və məkan haqqındakı fikirləri fi-
ziklərin  düşüncələrində  yeni  bir  dövr  açdı.  Fizikada  daha 
əvvəlki düşüncə formalarını tərk etməyə məcbur olduq. Bu 
mənada,  məkan  və  zamanı  xüsusi  mühafizə  altına  alan 
XIX  əsrə  və  daha  öncələrə  aid  fəlsəfi  düşüncələrin  Eyn-
şteynin  fikirlərinə  əsaslanan  fəlsəfi  düşüncələr  qarşısında 
necə olub ki, bu vaxta qədər müqavimət göstərə bilmədiyi 
məni hər zaman təəccübləndirmişdir. 
Fizika  təfəkküründə  ikinci  və  daha  əsaslı  dəyişiklik 
1926-cı  ildə  Heyzenberqin  biliyimizin  çox  məhdud  oldu-
ğunu  kəşf  etməsiylə  baş  verdi.  Heyzenberqin  «qeyri-
müəyyənlik  prinsipi»  heç  bir  fiziki  ölçmənin  «bu  stol  üs-


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə