Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə81/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   ...   77   78   79   80   81   82   83   84   ...   92

Elm haqqında elm   
 
- 267 - 
Lakin elm ayrıca bir fərdin deyil, ictimai fəaliyyətin məh-
sulu olduğundan cəmiyyətə xas olan müəyyən xüsusiyyət-
lər elm hadisəsində də öz əksini tapır. Hər hansı bir dövrdə 
və hər hansı  bir ölkədə elmi  fəaliyyətin özünəməxsus  cə-
hətləri, elmin qarşısında qoyulan məqsəd və vəzifələr, elm 
adamlarının  ictimai  mövqeyi,  elmi-tədqiqat  istiqamətləri, 
bu və ya digər elmi axtarışa ictimai maraq və bundan asılı 
olaraq  elmi  axtarışların  ağırlıq  mərkəzinin  dəyişməsi  hə-
min dövrdə və həmin ölkədəki ictimai quruluşun xarakte-
rindən, ümumi mədəni inkişaf səviyyəsindən də asılıdır və 
bu  göstərir  ki,  yalnız  məntiqi  təhlillə  elmin  inkişaf  qanu-
nauyğunluqlarını aşkar etmək mümkün deyildir. Buna gö-
rə də elmin sistemli tədqiqi zamanı bir tərəfdən məntiqi ilə 
tarixinin  vəhdətindən  çıxış  etmək,  digər  tərəfdən  də  elmi 
mürəkkəb tədqiqat obyekti kimi götürmək, onun həm qno-
seoloji, həm də sosioloji en kəsiklərini nəzərə almaq mü-
hüm şərtdir. 
Təəssüf ki, bir sıra hallarda elmin tədqiqindəki bu və 
ya digər aspekt mütləqləşdirilir, yalnız bir mövqeni rəhbər 
tutaraq  elmin  mahiyyətini  müəyyənləşdirmək  cəhdləri 
göstərilir. Maraqlıdır ki, müəyyən qrup əsərlərdə elm yal-
nız  məntiqi-qnoseoloji  aspektdə  öyrənildiyi  halda,  başqa 
qrup  əsərlərdə  yalnız  sosial  aspektdə  öyrənilir.  Bu,  elmin 
diferensial  surətdə  tədqiq  olunması  baxımından,  şübhəsiz 
hadisədir. Lakin həm birinci, həm də ikinci qrup tədqiqat-
çıların təkcə öz mövqelərindən çıxış  edərək ümumiyyətlə 
elm  sistemini,  onun  strukturunu  və  mahiyyətini  etmək 
cəhdləri,  bizcə  birtərəfli  təşəbbüsdür  və  uğurla  nəticələnə 
bilməz. Elmin mahiyyəti yalnız müxtəlif tədqiqat aspektlə-
rinin  müqayisəli  və  sintetik  surətdə  nəzərdən  keçirilməsi, 
ümumiləşdirilməsi sayəsində müəyyənləşdirilə bilər. 


Elm adamları elm haqqında 
 
- 268 - 
Dialektik  məntiq  və  idrak  nəzəriyyəsi  vəhdətdə  ol-
duğundan  elmin  məntiqi  tədqiqi  bütövlükdə  elmi  idrakın 
tədqiqi  ilə  üst-üstə  düşür  ki,  fəlsəfi  ədəbiyyatda  bu  isti-
qamət  çox  vaxt  elmin  ümumi  metodologiyası  adlanır. 
Elmşünaslıqda  elm  onun  konkret  məzmunundan  asılı  ol-
mayaraq  öyrənildiyi  halda,  elmin  metodologiyası  onun 
məzmunu ilə sıx surətdə bağlıdır. Görünür, həm buna gö-
rə, həm  də  ənənəvi  olaraq elmşünaslıq  problemləri  və el-
min  metodologiyası  bir-birindən  asılı  olmayan  müstəqil 
tədqiqat sahələri kimi inkişaf edir. Sovet fəlsəfi ədəbiyya-
tında elmin  metodologiyasına geniş  yer verilsə də, həmin 
sahənin  elmşünaslıq  aspekti  və  ya  tərsinə,  elmşünaslığın 
məntiqi-metodoloji aspekti nisbətən kölgədə qalmışdır. 
Qərb  fəlsəfəsi,  xüsusən  pozitivizm,  elmi  formal 
məntiqi sxemlər əsasında təhlil etdiyi halda, marksizm fəl-
səfəsi  onu  daha  çox  konseptual  planda  tədqiq  edir,  elmin 
yalnız dilini deyil, məzmununu da nəzərə alır. Digər tərəf-
dən  də  müasir  sosiologiya  elmə  bütöv  sosial  sistem  kimi 
baxır və onun sosioloji problemləri hərtərəfli surətdə təd-
qiq olunur. Lakin arada elə bir sahə vardır ki, hələ çox az 
öyrənilmişdir:  bu,  bütöv  elm  sisteminin,  ümumictimai 
elmi fəaliyyət prosesinin məntiqi strukturunun açılmasıdır. 
Keçmiş sovet  fəlsəfəsinin ən nüfuzlu  nümayəndələ-
rindən biri akademik B.M.Kedrov elmin inkişaf konsepsi-
yasından  danışarkən  11  aspekt  göstərirdi:  iqtisadi,  sosial, 
mədəni-mənəvi,  əxlaqi-etik,  səhiyyə  və  ekoloji  psixoloji 
təbiətşünaslıq  və  texniki,  elmşünaslıq,  elmlərin  qarşılıqlı 
təsiri,  dünyagörüşü,  dialektik-məntiqi.  Bu  aspektlərdən 
heç  biri  elmin  məntiqi-qnoseoloji  tədqiqini  əhatə  etmir. 
Sonuncu,  «dialektik-məntiqi  aspekt,    müəllifin  öz  yazdı-
ğına görə, – dialektikanın əsas qanun və kateqoriyalarının 
dialektik metodun özünün işlənib hazırlanması və zəngin-


Elm haqqında elm   
 
- 269 - 
ləşdirilməsi  məqsədilə  tədqiq  olunur».  Göründüyü  kimi 
burada  dialektik  məntiqin  elm  sisteminin  öyrənilməsinə 
tətbiqindən  deyil,  onun  özünün  elmin  bir  sahəsi  kimi 
tədqiqindən  söhbət  gedir.  Elmşünaslıq  aspekti  isə  elmin 
sosial sistem kimi nəzərdən keçirilməsi ilə məhdudlaşdırı-
lır. Yalnız «təbiətşünaslıq və texniki aspektdə» elmi inqi-
labların  da  əhatə  olunduğu  nəzərdə  tutulur.  Bu,  elmin 
məntiqi-qnoseoloji  aspektinə  aid  olsa  da,  onun  çox 
məhdud  bir  sahəsidir.  B.M.Kedrovun  təsnifatında  elmin 
məntiqi-qnoseoloji  aspektinə  xüsusi  yer  ayrılmaması 
müəyyən  mənada  eksternalizmə  uymaq  meyli  kimi  qiy-
mətləndirilə bilər. 
Qərb  fəlsəfəsində  elmin  məntiqi-qnoseoloji  aspekti 
əsasən  epistemologiya  adı  altında  öyrənilir  və  buraya  ən 
çox  demarkasiya  problemi  elmiliyin  meyarı  və  ya  başqa 
sözlə, elmi biliyin qeyri-elmi bilikdən, xüsusən fəlsəfədən 
fərqləndirilməsi  məsələsi,  nəzəri  və  empirik  biliklərin 
əlaqəsi,  nəzəriyyənin  həqiqiliyinin  yoxlanması  həqiqət 
problemi və s. daxil edilir. Qərb elmşünaslarının  bu sahə-
dəki pozitiv xidməti daha çox dərəcədə elm tarixinin mən-
tiqi  təhlili,  elmi  inqilabların  strukturunun  öyrənməsi  ilə  
bağlıdır.
1
  Həm  də  bu  pozitiv  xidmət  məhz  pozitivizm 
mövqeyindən uzaqlaşmaq, elmin  qeyri-kumulyativist mo-
dellərini qurmaq sayəsində mümkün olmuşdur. 
Müasir fəlsəfi ədəbiyyatda baxdığımız aspekt ən çox 
elmin  metodologiyası,  elmi  idrakın  məntiqi  tədqiqi  adı 
altında  öyrənilir  və  buraya  ən  çox  elmi  idrakın  pillələri: 
nəzəri və empirik idrakın qarşılıqlı əlaqəsi, elmlərin inteq-
                                                 
1
  Bax:  məs.:  Кун  Т.  Структура  научных  революций.  М.,  1977; 
Структура и развитие науки. Из Бостонских исследований по фи-
лософии науки. М., 1978; Поппер К. Логика и рост научного зна-
ния. М., 1983 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə