Elm haqqında elm
- 255 -
Digər tərəfdən də, bu biliklərin inkişaf yolu insan-
təbiət münasibətlərinin inkişaf yolu ilə üst-üstə düşür.
Maddi fəaliyyətin, insanın təbiətlə münasibətinin xarakteri
dəyişdikcə, onun şüur tərzi və malik olduğu biliklərin xa-
rakteri də dəyişmiş olur. C. Bernal ovçuluqdan əkinçiliyə
keçidi bu baxımdan təhlil edərək belə qənaətə gəlir ki,
əmək məhz əkinçiliyə keçid sayəsində mümkün olur. Do-
ğurdan da, ovçuluq mərhələsində məqsədlə fəaliyyət hələ
vəhdət halında idi, onlar hələ ayrılmamışdı. Məqsəd,
fəaliyyət və onun nəticəsi arasında vasitələndirici mərhə-
lələr, xüsusi keçid prosesi hələ yox idi. Lakin burada C.
Bernal belə bir cəhəti qeyd etməyi unudur ki, ovçuluğun
əkinçiliyə nəzərən belə spesifik cəhəti, struktur fərqi ovçu-
luğun yalnız ilk mərhələlərinə aiddir. İnsanın sonrakı in-
kişafı sayəsində ov məqsədilə qabaqcadan xüsusi alətlər
hazırlanır ki, bu da məqsəd, fəaliyyət və nəticənin artıq
bir-birindən ayrıldığını, məqsədlə əməli nəticənin vasitə-
ləndiyini göstərir və bu şüurlu, məqsədəuyğun fəaliyyət
mənasında əmək ovçuluq sahəsinə də aiddir. Əsas məsələ
“mədəniyyətin yaratdığı istehsal alətlərinə” əsaslanan
əkinçiliyə keçidin bir keyfiyyət sıçrayışı kimi qiymət-
ləndirilməsidir. Bu iki mərhələ arasındakı fərq yalnız
əmək sahələrinin fərqləndirilməsindən ibarət olmayıb daha
prinsipial xarakter daşıyır və fiziki və zehni əmək bölgü-
sünün əsasında dayanır. Lakin əkinçilik gözlənilən məhsu-
lun alınması üçün bir sıra aralıq fəaliyyət formalarının ic-
rasını tələb edirdi. Bu baxımdan, ovçuluğun əkinçiliklə de-
yil, maldarlıqla müqayisəsi daha əyanidir. Heyvanı hazır
şəkildə ovlayıb yemək (xüsusən bişirmədən yemək; çünki
oddan istifadə aralıq mərhələlər zəncirində daha bir hal-
qadır və vasitələndirici fəaliyyətə aiddir) üçün onu bəslə-
yib-yetişdirmək və bu məqsədlə onun həyatını öyrənmək,
Elm adamları elm haqqında
- 256 -
bilmək vacib deyil. Lakin əgər insanlar sonradan gərək
olacaqları üçün heyvanları əhliləşdirir və bəsləyib böyü-
dürlərsə, bu artıq vasitələndirici prosesdir və ilkin koqnitiv
və əməli biliklərə əsaslanmadan, kortəbii olaraq həyata ke-
çirilə bilməz. Bu çoxpilləli fəaliyyətin müvəffəqiyyətlə ic-
ra edilməsi üçün maddi fəaliyyətdən ayrılmamış əməli bi-
liklərlə yanaşı, məqsədəuyğun surətdə idarə edilməli olan
hadisələr haqqında obyektiv məlumat – koqnitiv biliklər
zəruri şərtdir. Bu biliklər, yuxarıda artıq göstərdiyimiz ki-
mi, seyrlə başlayır. C.Bernal yazırdı: ”...Bu vaxt artıq hey-
van və bitki həyatının bütün tarixi müşahidə predmetinə
çevrilmişdir. Yalnız heyvanı necə tutmağı, yaxud bitkini
necə yığmağı deyil, həm də onların necə çoxaldığını və
böyüdüyünü də bilmək zəruri idi”.
1
Məqsədlə fəaliyyətin nəticəsi arasında dayanan əla-
qələndirici vasitə, süni alətlər və bu alətlərdən istifadə vər-
dişləri ilk texniki nümunələr idi və onların tarixi siviliza-
siyanın tarixi ilə üst-üstə düşür. V.M.Mejuyev yazır: ”Mə-
dəniyyət, hər şeydən əvvəl, tarixən yaranmış təbiətə insani
münasibətdir“.
2
Bu fikri dəqiqləşdirərək demək olar ki,
mədəniyyət insanın özünü təbiətdən ayırmasından və ya
təbiətə vasitəli münasibətindən başlanır. Bilavasitə əldə,
əlin hərəkətlərində maddiləşən şüur zaman keçdikcə,
fəaliyyət çoxpilləli quruluş kəsb etdikcə, vasitələndirici
mərhələlərdə maddiləşməyə başlamışdır. Bu vasitə isə
məhz texnikadır. Deməli, texnika tarixən elmdən əvvəldir
və sivilizasiyanın təməli məhz texnika ilə qoyulmuşdur.
Maraqlıdır ki, mədəniyyətin, sivilizasiyanın mənşə-
yini əmək alətləri, texnika ilə bağlamaq yalnız müasir nə-
zəri təhlilin gəldiyi qənaət deyil. Qədim adamlar özləri də
1
Бернал Дж. Наука в истории общества. М., 1956, с. 61-62.
2
Межуев В.М. Культура и история. М., 1977, с.107.
Elm haqqında elm
- 257 -
texnikanın onların həyatında oynadığı mühüm dəyişdirici
rolu görmüş, özlərini vəhşilərdən yalnız texnikaya malik
olmaqla üstün tutmuşlar. Məsələn, b.e.ə. III minilliyə aid
olan “Enki və kainat”
1
adlı şumer poemasında “allah Enki
əsas etibarilə toxanı, kərpic üçün formanı – qəlibi ixtira
edən, evləri, pəyəni, arxacı tikən və cütçü kimi, bir sözlə
şumer dünyasını ibtidai icma dünyasından fərqləndirən
“texniki” nailiyyətlərin yaradıcısı kimi göstərilmişdir».
2
Lakin şübhəsiz ki, qədim adamların özləri haqdakı fikirləri
yalnız tarixi məlumat mənbəyi kimi əhəmiyyətlidir, nəzəri
təhlil baxımından isə mötəbər mənbə sayıla bilməz. Keç-
mişin məlumatları müasir məntiqin imkanları mövqeyin-
dən təhlil edilməlidir.
Tarixi keçmiş müasir intellektual səviyyədən təhlil
olunarkən görünür ki, doğrudan da, texnika insanla təbiət
arasında qarşılıqlı münasibəti (məhz qarşılıqlı münasibəti,
çünki texnika həm də təbiətin insana təsirinə, başqa sözlə
insanın təbiətdən informasiya almasına xidmət edir; məsə-
lən, gözlük, mikroskop, teleskop, lokator, rentgen qurğusu
və s.) vasitələndirməklə yanaşı, nitqlə birlikdə həm də bi-
liklərin maddiləşməsi və ötürülməsinə xidmət etmişdir.
Biliklər çox vaxt sözlə ifadə edilməkdən daha çox əməli
şəkildə nümayiş etdirilirdi. Anlayışlar hələ kifayət qədər
təkmilləşmədiyindən, əməli biliklər isə fəaliyyətdən tam
ayrılmadığından ilk dövrlərdə biliyin başqalarına əyani
nümunə ilə ötürülməsi sözlə ötürülməsindən asan idi. Söz
daha çox dərəcədə koqnitiv biliklərin ifadəsi üçün zəruri
1
Бах: Крамер С.Н. История начинается в Шумере. М., 1965. с.
116-дан сонра.
2
Вейнберг И.П. Человек в культуре древнего Ближнего Вос-
тока. М., 1986, с.23-24.
Dostları ilə paylaş: |