Elm adamları elm haqqında
- 252 -
praktik tətbiqi hadisəsi hansı pillədə isə yenidən cəmiyyət
miqyasından fərdi miqyasa enir, fərdin düşüncə tərzi,
biliyi, fiziki imkanları, əməli iş qabiliyyəti ilə səciyyələnir.
Elmi-texniki tərəqqi insandan başlanır, insanla da
qurtarır. İstər-istəməz sual ortaya çıxır ki, bu prosesin baş-
lanğıcında və sonundakı insanlar bir-birindən nə ilə və
hansı istiqamətdə fərqlənirlər? Bunlardan hansı elmi-tex-
niki tərəqqinin təsirinə daha çox məruz qalır? Bu prosesdə
iştirak edənlər nə qazanır və nə itirirlər?
Elmi-texniki tərəqqi prosesində
insan öz fiziki və əq-
li qabiliyyətini həm bilavasitə, həm də süni vasitələrlə tək-
milləşdirmək imkanı əldə edir. Əgər təbiət qüvvələrindən
istifadə insanın maddi güc və qüdrətini artırırsa, müasir ki-
bernetikanın nailiyyətləri insanın intellektual imkanlarını
genişləndirir. Hər iki qabiliyyətin sayəsində insanın əməli
iş imkanları da artır və obyektiv gerçəkliyi, təbiəti məqsə-
dəuyğun surətdə dəyişdirmək üçün daha böyük perspek-
tivlər açılır.
Zehni biliklərdən elmə, əməli biliklərdən
texnologiyaya tarixi keçid
Yaxşı ağıl hələ azdır, əsas
məsələ onu yaxşı tətbiq etməkdədir.
Rene Dekart
Bilik məqsəd deyil, vasitədir.
Lev Tolstoy
Müasir dövrdə elmi və texnoloji bilik kimi məlum
olan iki əsas bilik növünə müvafiq olaraq hələ insanın
Elm adamları elm haqqında
- 254 -
realistik xarakter daşımış, hər cür mistikadan uzaq olmuş-
dur. Maddi istehsal prosesi sayəsində insanın özünü tə-
biətdən getdikcə daha çox ayırdığı və hətta özünü ona qar-
şı
qoyduğu bir şəraitdə, mənəvinin maddidən ayrılaraq nis-
bi müstəqil bir tərəf kimi onunla əkslik təşkil etdiyi bir
vaxtda iki müxtəlif bilik növü bir-birindən getdikcə daha
aydın fərqlənsə də, onların arasında müəyyən qarşılıqlı
əlaqə və vəhdət yaranmışdır. Ona görə də, bu bilik növlə-
rini fərqləndirmək və tarixi baxımdan müqayisə etmək çə-
tindir.
Bununla belə, tarixən məhz əməli bilklərin ilkin ol-
ması, koqnitiv biliklərin isə mifoloji təsəvvürlərlə, “mənti-
qəqədərki təfəkkürlə” əməli biliklərin
birləşməsindən, yəni
nisbətən sonra yaranması fikri xeyli dərin əsasa malikdir.
Sadəlövh realizm mövqeyinə görə, əməli biliklər elmi in-
kişafın yeganə mənbəyidir. Əsasən mifoloji və mistik xa-
rakter daşıyan başqa mənşəli biliklər isə bilavasitə maddi
istehsal prosesindən hasil olan əməli biliklər tərəfindən
sıxışdırılıb çıxarılmışdır.
Lakin tədqiqat göstərir ki, elmi biliklər heç də yalnız
induktiv metodla əldə edilməmişdir. İnsanların maddi
fəaliyyəti ilə bilavasitə bağlı olan və çox vaxt ondan ay-
rılmayan, ayrıla bilməyən, müstəqilləşməyən, ideal möv-
cudluq statusu kəsb etməyən əməli biliklər nəinki elmi bi-
liklərin yeganə mənbəyi deyil, hətta çox vaxt onunla əks
qütb təşkil edir. Elmi biliklərin əsasında ilkin koqnitiv bi-
liklər dayandığı halda, əməli biliklər nisbi müstəqilliyini
indiyə qədər saxlamaqla müasir texnoloji biliklərin əsasın-
da dayanır. Ona görə, müasir dövrdə elm ilə texnologiya
arasındakı münasibətin mənşəyi də koqnitiv və əməli
biliklərin dialektikasında axtarılmalıdır.