Elm adamları elm haqqında
- 238 -
və uçuşunun qarşısını almaq mümkün olsun”.
1
Zəkanın
özü insanın bütün əvvəlki təcrübələrinin yekunu kimi,
onun mənəvi və maddi həyatının vəhdətindən hasil olan
nəticə kimi qəbul edilmirdi.
R. Dekart və onun davamçıları olan rasionalist filo-
sofların mövqeyinə görə isə, ayrı-ayrı təcrübi faktlardan
çıxış edərək qəti və ümumi hökmlər vermək məntiqi ba-
xımdan qüsurludur. Bir hadisənin yüz və ya min dəfə eyni
cür təkrar olunması bizə belə düşünməyə tam əsas vermir
ki, yüz birinci və ya min birinci dəfə də bu hadisə məhz
həmin cür təkrar olunacaq. Bu hökmü yalnız müəyyən eh-
timalla vermək olar. Tam yəqinlik məziyyətinə malik olan
qəti elmi biliklər isə ancaq zəkanın məhsulu tərəfindən iş-
lənib hazırlanmış və induktiv metodu rəhbər tutan empi-
rizmi müsbət cəhətləri ilə birlikdə inkar edirdi.
Bu iki fəlsəfi təlim arasındakı bütün ciddi fərqlərə
baxmayaraq, onlar hər ikisi yeni dövrün-yaranmaqdan
olan kapitalizm cəmiyyətinin hakim təfəkkür tərzinə uy-
ğun olaraq elmin praktik rolunu əsas tutur, məhz pozitiv
elmi bilikləri, utilitar-praktik məqsədlərə xidmət edən tə-
limləri inkişaf etdirməyi lazım bilirdilər. Elmi biliklərin
mənbəyi məsələsində empirizmə qarşı çıxan R.Dekart
onun istifadəsi məsələsində praktik tələbləri rəhbər tutaraq
yazırdı:” Mücərrəd fəlsəfə əvəzinə praktik fəlsəfə yarat-
maq olar və onun köməyi ilə odun, suyun, havanın, ulduz-
ların, göylərin və bizi əhatə edən bütün digər cinslərin
qüvvə və təsirlərini aydın surətdə, ustaların öz sənətlərini
bildiyi kimi öyrənmək olar. Bu zaman biz bu qüvvələrdən
onların tətbiq oluna bildiyi bütün
sahələrdə istifadə edər və
beləliklə, təbiətin əsl sahibkarı və hakimi ola bilərdik”.
2
1
Бекон Ф. Сочинение: в двух томах, т.2, М., 1972, с.76.
2
Декарт Р. Рассуждение о методе. Л., 1953, с.54.