Elm haqqında elm
- 229 -
beynin də inkişafı, birlikdə bütün hisslərin təkmilləşməsi-
nə səbəb olur.
Əlin özü duyğulardan birinin (lamisə - toxunma)
daşıyıcısı olsa da, onun başlıca səciyyəsi insanın maddi
fəaliyyətində oynadığı rolla bağlıdır. Hiss orqanlarının –
duyğu üzvlərinin maddi fəaliyyətdə icraçılıq funksiyası
yoxdur. Onlar insanın gerçəkliyə fəal, dəyişdirici münasi-
bətində bilavasitə iştirak etmir. Duyğu üzvləri insandan
gerçəkliyə doğru yox, gerçəklikdən insana doğru yönəlmiş
bir prosesin icraçılarıdır. Bu proses insanın gerçəkliyi seyr
etməsi prosesidir. İdrak məhz seyrlə başlanır.
İdrak seyrlə başlanır, lakin seyrdən yaranmır. İdrak
prosesinə gətirib çıxaran ilkin proses – praktikadır. Prakti-
kanın ən ibtidai forması, ilk pilləsi isə insanların bilavasitə
öz təbii ehtiyaclarını ödəməyə yönəldilmiş fəaliyyətidir.
Bu pillədə maddi və mənəvi praktikanın strukturuna müs-
təqil məqamlar kimi daxil olmur; onlar hələ ayrılmayıblar.
Bu dövrdə insanın harada isə instinktiv, harada isə məqsə-
dəuyğun maddi fəaliyyətini bilavasitə həyata keçirən yega-
nə vasitə, orqan əldir. Əl bir hiss orqanı kimi formalaş-
mazdan əvvəl məhz bir fəaliyyət orqanı kimi formalaş-
mışdır. Lakin
praktika sayəsində, insanın
instinktiv məqsə-
dəuyğun əməli fəaliyyəti prosesində bu prosesi mümkün
edən beyin özü və onunla birlikdə duyğu üzvləri, hiss or-
qanları da inkişaf edir. Fəaliyyətlə yanaşı, ondan prinsipial
surətdə fərqli olan yeni mahiyyətli hadisə – seyr başlanır.
İdrak iki başlanğıcdan qida alır: maddi fəaliyyət və
seyr. Məhz bu iki başlanğıc idrakı bir tərəfdən praktikanın
məhsulu kimi, digər tərəfdən, obyektiv gerçəkliyin inikası
kimi başa düşməyə imkan verir. Praktika və inikas, fəaliy-
yət və seyr dilemması idrak nəzəriyyəsinin daimi proble-
minə çevrilmişdir. Metafizik təfəkkür bu iki tərəfi vəhdət-