Elm adamları elm haqqında
- 232 -
Maddi fəaliyyətdən doğan, ondan ayrılmayan və yal-
nız təcrübə şəklində yeni nəslə ötürülən əmək vərdişləri
müasir dövrdə də istehsal prosesində mühüm yer tutur, bi-
lavasitə icraçılıq işinin, fəhlə əməyinin əsasını təşkil edir.
Lakin ictimai istehsal yalnız bilavasitə icraçılıq fəaliyyəti
ilə məhdudlaşmır. Onun çox mühüm xüsusiyyətlərindən
biri fəaliyyətlə bilavasitə bağlı olmayan müstəqil biliklərin
fəaliyyətlə birləşdirilməsidir. Bu proses müasir dövrdə el-
mi-texniki tərəqqi sayəsində həyata keçir və onun funk-
sional səciyyəsini vermək üçün mühüm rol oynayır. Lakin
elmi-texniki tərəqqinin daha mükəmməl mənzərəsini ya-
ratmaq, onun funksiyalarını və mahiyyətini daha dəqiq
müəyyənləşdirmək üçün bir daha keçmişə qayıtmaq,
“müstəqil şüurun”, biliklərin maddi fəaliyyətlə əlaqəsinin
inkişaf yolunu izləmək lazım gəlir. Nəinki yalnız elmi-
texniki tərəqqinin, elm və texnikanın genezisi də məhz bu
yoldan başlanır.
Söz, zəka, qüvvə yoxsa, iĢ-əməl?
İlk başlanğıc əməldir, işdir
.
İ. Göte
Sözü işə çevirmk, işi sözə
çevirməkdən qat-qat çətindir.
M. Qorki
Müasir mənada elm ancaq intibah dövründən başla-
yaraq formalaşmışdır. Antik dövrdə elmi biliklərin əldə
edilməsinə uyğun gələn mənəvi fəaliyyət bir tərəfdən fəl-
səfə ilə, digər tərəfdən isə, sənətkar əməyi ilə qırılmaz su-
Elm haqqında elm
- 233 -
rətdə bağlı olduğundan xalis elmdən və ya hətta elmi bilik-
dən danışmaq çətindir.
Lakin elmin mənşəyinin məhz bu iki istiqamətdə:
fəlsəfə və praktika ilə bağlı fəaliyyətdə axtarılması ta-
mamilə qanunauyğundur. Hətta ilk yaxınlaşmada müasir
dövrdə elmin əsas struktur pillələrini təşkil edən nəzəri və
empirik pillələr də bu iki istiqamətin davamı kimi qiymət-
ləndirilə bilər. Lakin əslində bu pillələr yalnız elm sosial
institut kimi formalaşdıqdan sonra – yeni dövrdə əmələ
gəlmişdir.
İnsanların maddi fəaliyyəti ilə deyil, daha çox dərə-
cədə seyrlə əlaqədar olaraq, deduktiv surətdə meydana çı-
xan, dünya haqqında ümumiləşmiş təsəvvürlərin bir hissə-
si kimi formalaşan biliklər xüsusi elmlərə, fənlərə aid
olmayıb, fəlsəfəyə aid idi. Koqnitiv biliklər hələ elmi bi-
liklər səviyyəsinə yüksəlməmişdi. Digər tərəfdən də, əməli
fəaliyyətlə əlaqədar yaranan biliklər hələ müstəqilləşmə-
miş, biliklə bacarıq bir-birindən ayrılmamışdı. Deməli,
alim və sənətkar bölgüsü də hələ ola bilməzdi. Ona görə
də qədim yunanlar sofist (müdrik) dedikdə həm də sənət-
karları (məsələn, dülgər, dulusçu və s.) nəzərdə tuturdular.
O dövrdə bölgü bilavasitə faydalı işlə məşğul olan, tətbiqi
məsələləri həll edən sofistlərlə dünyanı yalnız kənardan
seyr edən, müdrikliyi yalnız sevən adamlar – filosoflar
arasında aparılırdı.
Elm tarixinin tədqiqi göstərir ki, elmin praktik məq-
sədlərə xidmət edən sistem kimi formalaşması, əsasən
XVII-XVIII əsrlərə təsadüf edir. Yaranmaqda olan kapita-
lizm cəmiyyəti sənayeni inkişaf etdirmək məqsədilə elm-
dən istifadə olunmasına təkan verir. Elmin inkişaf etdiril-
məsində daha təkcə elm adamları deyil, həm də istehsal
Elm adamları elm haqqında
- 234 -
müəssisələrinin sahibkarları və onların mənafeyini müda-
fiə edən dövlət özü maraqlı olur.
Cəmiyyət elmi məhz onun praktik istifadə imkanla-
rına görə inkişaf etdirir, bu məqsədlə müxtəlif sosial insti-
tutlar fəaliyyət göstərməyə başlayır. Elm getdikcə daha
çox dərəcədə fərdi hadisədən və ya kiçik qruplar miqya-
sından böyük sosial sistemlər miqyasına keçir, ümumcə-
miyyət hadisəsinə çevrilir.
Elm dövlət miqyasında təşkil olunmuş ictimai hadisə
kimi formalaşmazdan qabaq da elmi fəaliyyət var idi. Ay-
rı-ayrı adamlar bu zaman elmlə öz daxili mənəvi ehtiyac-
larını ödəmək üçün məşğul olurdular. Qədim yunanların
bəziləri elmlə məşğul olsa da, onun tətbiqi ilə, praktik mə-
sələlərlə məşğul olmağı özlərinə yaraşdırmır mənsub ol-
duqları yüksək ictimai təbəqənin əxlaqi meyarlarından
çıxış edirdilər. Nəzəri fikir sahiblərinin təcrübəyə həqarətli
münasibəti o dərəcədə kəskin idi ki, məsələn, Aristotel qa-
dının dişlərinin sayının kişininkinə nisbətən az olduğunu
iddia etmiş, lakin onları saymağı heç ağlına da gətirmə-
mişdir. Aristotelin törəmə nəzəriyyəsi və sürətin qüvvə ilə
mütənasib olması haqqındakı nəzəri müddəası da nə onun
özü tərəfindən, nə də xələfləri tərəfindən yoxlanmamış, iki
min ildən artıq kor-koranə surətdə qəbul edilmişdir.
Orta əsrlərdə elmin geri qalması, sxolastika hüdudla-
rını keçə bilməməsi onun praktika ilə əlaqəsinin zəifliyin-
dən irəli gəlir ki, bu də o dövrün ümumi mənəvi atmosferi,
hakim əxlaq normaları ilə izah olunmalıdır. Kübar ailədən
çıxmış adamlar bu cəmiyyətin mənəvi meyarlarına uyğun
olaraq praktik məsələlərlə məşğul olmağı özlərinə sığışdı-
ra bilmirdilər. Bu dövrdə ixtiralar da çox vaxt “təhsil gör-
məmiş və hakim sxolastikanın təsirinə düşməmiş sadə iş-
Elm haqqında elm
- 235 -
çilər, sənətkarlar tərəfindən edilirdi”.
1
Kübar cəmiyyətinin
nümayəndələri əmək adamlarına yuxarıdan aşağı baxdıq-
ları kimi, məqsədəuyğun əməli fəaliyyətin məhsulu olan
yeniliklərə də həqarətlə baxırdılar. İnsan ağlının açdığı
yolları keçmədən, birbaşa mənəvi yetkinlik zirvəsinə çat-
maq əxlaqı ağıldan nəinki yüksək tutmaq, hətta ona qarşı
qoymaq, əməli fəaliyyətdən ayrılmış abstrakt etiketləri ya-
ratmaq və bunları mütləqləşdirmək – aristokratiyanın mə-
nəvi və sosial süqutunun əsas səbəblərindəndir. Orta əsr-
lərdə hökm sürən cəngavərlik psixologiyası və aristokrat
mənəviyyatının rasional biliyə və praktikaya münasibəti
Don Kixotun yel dəyirmanına münasibətində öz əksini ob-
razlı surətdə çox gözəl tapmışdır.
Aristokratiya tərəfindən qəbul edilməyən praktik
elm burjuaziyanın mənəvi xüsusiyyətlərinə və maddi ehti-
yaclarına tamamilə uyğun gəlirdi. Elmin məhz kapitalizm
cəmiyyətində intensiv surətdə inkişaf etməsinin, bütöv so-
sial sistem kimi formalaşmasının əsas səbəblərindən biri
də məhz bu idi.
İntibahla açılan yeni dövr ilk çağlarda antik mədə-
niyyətin yenidən canlanması təsirini bağışlasa da, tezliklə
burjua mədəniyyətinə qapı rolunu oynadı. Kapitalizm cə-
miyyəti mənəvi etalonlarla təcrübi biliyin, ağlın qarşılaşdı-
rılmasında ikinci qütbü seçdi; ülvi toxunulmaz olan heç bir
hiss, heç bir əxlaqi norma ilə hesablaşmadan rasional dü-
şüncənin, empirik elmin açdığı geniş yola çıxdı və sürət
götürdü. Mənəvi meyarla elmi-praktik meyar, hissi ilə ra-
sional arasındakı ziddiyyət indi də ikincilərin mütləqləş-
dirilməsi nəticəsində kəskinləşməyə başladı, adət-ənənə-
nin hökmranlığı öz yerini pulun, iqtisadi amillərin hökm-
1
Вернадский В.И. Избранные труды по истории науки. М.,
1981, с. 84-85.
Dostları ilə paylaş: |