Elm adamları elm haqqında
- 226 -
Qeyri-aşkar şüurun mühüm formalarından biri olan
qeyri-şüurilik nəinki praktik fəaliyyətdə, müasir insanın
mənəvi fəaliyyətində də təzahür edir.
Şüur çox zəngin və çoxcəhətli olduğundan onun tari-
xi inkişaf yolunun bütöv mənzərəsini yaratmaq çox çətin-
dir. Bizi əsasən biliklərin genezisi maraqlandırır və şüurun
yolunu da məhz biliyin məntiqi və tarixi strukturunu ay-
dınlaşdırmaq məqsədilə nəzərdən keçiririk. Həm də şüu-
run bilavasitə mövcudluğunu, nisbi müstəqilliyini, bilik-
dən kənarda başa düşmək mümkün deyil. Burada məhz
dar mənada şüurun, fərdi praktikanın spesifikasından, sub-
yektin xüsusiyyətlərindən azad olmuş, məzmunca obyek-
tivləşmiş və nisbi müstəqillik qazanmış şüurun mövcudlu-
ğundan söhbət gedir. İnsanın maddi fəaliyyəti ilə bila-
vasitə bağlı olan, ondan ayrıla bilməyən şüur da bilik şək-
lində mövcud ola bilməz. İnsanın şəxsi həyatı ilə, emo-
sional-psixoloji vəziyyəti ilə bilavasitə bağlı olan şüur da
bilik şəklində mövcud ola bilməz. Yalnız “şəxssizləşmiş”,
subyektiv amillərdən azad olmuş və maddi fəaliyyətə nə-
zərən nisbi müstəqillik əldə etmiş şüur – həqiqətən biliklər
şəklində ifadə olunur. Bilik xatirədən, təəssüratdan, hissi
obrazdan, qeyri-şüuri şüur aktlarından və s. fərqli olaraq
məntiqi təfəkkürün nəticəsi kimi ortaya çıxır və anla-
yışlarla, terminlərlə ifadə olunur. Söz, dil nisbi müstəqil
şüurun, “xalis” şüurun – biliyin məddiləşərək insandan,
fərddən kənara çıxmasına, başqaları üçün də anlaşıqlı ol-
masına, cəmiyyətin istifadəsinə verilməsinə, ictimai məz-
mun kəsb etməsinə imkan verir.
Beləliklə, biliklərin yaranması üçün şüur uzun sürən
(milyon il tərtibində) inkişaf yolu keçmişdir. Biliyin tarixi
hər cür şüur formasının deyil, məhz məntiqi təfəkkürün ta-
rixi ilə üst-üstə düşür. Bəs “həqiqi şüur”dan əvvəl, şüurun
Elm haqqında elm
- 227 -
ilk primitiv formaları dövründə, “sürü şüuru” dövründə in-
sanların (insanların əcdadlarının) praktik fəaliyyəti nə ilə
tənzim olunurdu və insanlar arasındakı ünsiyyət (diləqə-
dərki ünsiyyət) nəyin hesabına həyata keçirdi?
Praktik fəaliyyət maddi və mənəvi komponentlərə
parçalanmadığı dövrdə insanlar arasındakı ünsiyyətdə təc-
rübənin ötürülməsi, praktik fəaliyyətin öz bütövlüyündə
“mənimsənilməsi” əsas rol oynayır. Bu zaman fəaliyyət
haqqındakı bilik fəaliyyətdən ayrılmadığından onu dil va-
sitəsilə başqasına təqdim etmək, təsvir etmək, öyrətmək də
mümkün deyil. Başqası həmin fəaliyyəti, hərəkəti əsasən
təqlid yolu ilə və şəxsi “sınaq-səhv” metodu əsasında mə-
nimsəyir. Təqlid yolu ilə başlanan ilkin hərəkətləri “yaxşı”
nəticəyə gətirdikdə təkrar olunur və əməli vərdişlər yara-
nır.
Hələ beyin özünü aşkar şəkildə büruzə verməmiş əl
fəaliyyətə başlayır. İnsanın gerçəkliyə şüurlu münasibəti
bilik şəklinə düşməzdən və dillə ifadə olunmazdan əvvəl
əllə ifadə olunur. Əl şüurluluğun ilk təzahür vasitəsinə
çevrilir. Nitqin formalaşması əlin formalaşmasından sonra
baş verir və əslində ondan bir nəticə kimi hasil olur.
Bu dövrdə əlin xüsusilə böyük rol oynaması, müs-
təsna əhəmiyyət kəsb etməsi nə ilə əlaqədardır? Doğru-
danmı təkamül nəticəsində əldə bu qədər fiziki və bioloji
dəyişikliklər yaranmış, əl nə isə yeni keyfiyyətli bir şeyə
çevrilmişdi? Bu dövrdə – insanın şüurlu insana (homo sa-
piens) çevrilməsi prosesi şəraitində əlin kəsb etdiyi yeni
mahiyyət, şübhəsiz ki, onun məzmun və formasındakı
müəyyən dəyişikliklər sayəsində mümkün olmuşdu. Lakin
sağlam düşüncənin əksinə olaraq, heç də bu dəyişikliklər
yeni mahiyyəti deyil, yeni mahiyyət bu dəyişiklikləri şərt-
ləndirirdi. Əlin kəsb etdiyi yeni funksiya onun təkmilləş-
Elm adamları elm haqqında
- 228 -
məsini tələb edirdi və eyni zamanda təkmilləşmə üçün şə-
rait yaradırdı. Yeni mahiyyətli əl əməyin məhsulu idi.
“Sağlam düşüncə”yə görə əmək özü əlin sayəsində müm-
kün olur. Bu, doğrudan da belədir. Lakin dialektik düşün-
cə əlin də məhz əmək sayəsində yarandığını dərk etməyə
imkan verir.
Əl bioloji təkamülün sadəcə olaraq əlin özündəki tə-
zahürünün nəticəsi deyil. Əl bioloji təkamülün sosial amil-
lərlə birləşməsindən hasil olur. Yeni mahiyyətli əl, əmək
orqanı olan əl, daha sadəcə olaraq əl deyil, əl ilə beyinin
vəhdətidir.
Yuxarıda qeyd etdiyimiz kimi, şüur əmələ gəldiyi ilk
dövrlərdə, “sürü şüurundan” “xalis şüura” qədər davam
edən çox uzun müddət ərzində insanın maddi fəaliyyəti ilə
vəhdətdə, ondan ayrılmaz şəkildə mövcud olmuşdur. Bu
dövrdə yüksək təşəkküllü materiyanın yeni keyfiyyəti
müstəqil mövcud ola bilmədiyindən (bilik və dil hələ yox
idi) əldə və əl vasitəsilə təzahür edirdi. Deməli, əlin kəsb
etdiyi yeni mahiyyət onun beyinlə birləşməsindən irəli gə-
lirdi. Bu yeni mahiyyəti əlin öz məzmun və formasındakı,
quruluşundakı dəyişikliklərlə izah etməyin birtərəfliliyi,
çatışmazlığı da məhz bununla izah olunur. Əl müstəqil su-
rətdə deyil, son dərəcə mürəkkəb bir orqanizmin üzvlərin-
dən biri kimi yeni mahiyyət kəsb edir. İnsan orqanizminin
yüksəldiyi yeni keyfiyyət pilləsi, beyinin inkişafı, şüurun
maddi fəaliyyətlə sintez halında da olsa artıq meydana
gəlməsi – praktikanın yaranması və s. heç şübhəsiz, yalnız
əlin yeni mahiyyət kəsb etməsi ilə məhdudlaşmır. Beyinlə
kardinal əlaqədə olan digər orqanlar da dəyişir, yeniləşir
və öz yeni funksiyaları ilə beyinin daha da inkişaf et-
məsinə təkan verir. Nitqin təkmilləşməsi eşitmə orqanının
müvafiq surətdə daim təkmilləşməsinə təsir etdiyi kimi,
Dostları ilə paylaş: |