Elm dunyasi 7 mehi++2++++ Layout 1



Yüklə 23,26 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix08.11.2018
ölçüsü23,26 Mb.
#79426
1   ...   45   46   47   48   49   50   51   52   53

115
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
Salamzadə Ərtegin Əbdül Vahab oğlu
28 avqust 1965‐ci ildə anadan olub.
M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunu “təsviri sənət tarixi və nəzəriyyəsi”
ixtisası üzrə bitirib.
Sənətşünaslıq üzrə elmlər doktoru, pro 
fes 

sordur.
Elmi əsərlərinin sayı 181, xaricdə çap olunan
əsərlərinin sayı 28‐dir.
30 iyun 2014‐cü ildə “sənətşünaslıq” ixtisası
üzrə AMEA‐nın müxbir üzvü seçilib.
Əsas elmi əsərlərinin siyahısı: 
1. Azərbaycan sənətşünaslığı. XX əsr. (B., 2001)
2. Məlik Ağamalov. Boyakarlıq. (London, 2000) 
3. Elçin Əlibəyli: rəssam və bədii ənənə. (B.,
2001)
4. Dizayn və  informasiya. (B., 2006)  
5. Tofiq Rəsulov. Şəbəkə. (İstanbul, 2009)  
6. İncəsənət və sənətşünaslıq. (B., 2009)
7. Akmal Nur. Boyakarlıq. (İstanbul, 2011) 
8. Azərbaycan sənətşünaslığı müstəqillik illə ‐
rində. (B., 2013)
Əsas nəticələri:
Azərbaycan sənətşünaslığının inkişaf mənzərəsi
yaradılmış, təsviri, dekorativ‐tətbiqi sənətlər və
memarlıq elminin nəzəri və metodoloji problemləri
araşdırılmışdır. Aparılmış tədqiqatlar nəticəsində
Azərbaycan sənətşünaslıq fikrinin təkamülü XX əsr
mədəni‐tarixi və estetik ideyaların ümumi kon ‐
tekstində izlənilmiş, milli sənətşünaslıq məktəbinin
təşəkkülündə qlobal, regional və lokal amillərin
rolu aşkar edilmiş, tarixi sənətşünaslığın prob 

lemlər kompleksi təhlil edilmişdir.
Aparılmış tədqiqatların elmi yeniliyi həm də
ondadır ki, burada Azerbaycan tarixi sənət 
şü 

naslığın problemlər kompleksinin təhlilinə ilk dəfə
olaraq dəqiq elmlərin metodları tətbiq edilmişdir.
Belə ki sistemli üçlüklər metodunun tətbiqi
nəticəsində incəsənətin öyrənilməsinin yeni mə ‐
dəni‐tarixi modeli qurulmuş, Azərbaycan incəsənət
tarixi faktları və hadisələrin empirik, təsviredici
mərhələsindən izahedici mərhələsinə keçid yolları
göstərilmişdir.
Azərbaycanda yeni elm sahəsi olan türkoloji
sənətşünaslığın formalaşması da tədqiqatçının son
nailiyyətidir. Türk incəsənəti tarixinin ümumi
dövrləşmə (periodizasiya) prinsiplərinin metodoloji
əsasları işlənilmiş, Azərbaycan və türk sənətinin
arxetipik xarakter daşıyan bir çox eyni motiv, kom ‐
pozisiya, forma və rəmzləri araşdırılmışdır.
Kadr hazırlığı:
elmlər doktorlarının sayı:
fəlsəfə doktorlarının sayı: 7
Elmi‐pedaqoji fəaliyyəti:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
professoru.
İşlədiyi illər
Təşkilatın adı
Vəzifəsi
1984–1987
Mədəniyyət Nazirliyinin BİE “Muzey bədii
layihə”
Montajçı
1987–indiyə
qədər
AMEA Memarlıq və İncəsənət İnstitutu
Direktor
Əmək fəaliyyəti haqqında qısa məlumat:


116
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
Axundova Nərgiz Çingiz qızı 
7 avqust 1959‐cu ildə anadan olub.
Azərbaycan Dövlət Universitetini “şərqşü 

naslıq” ixtisası üzrə bitirib.
Tarix üzrə elmlər doktorudur.
Elmi əsərlərinin sayı 100, xaricdə çap olunan
əsərlərinin sayı 10‐dur.
30 iyun 2014‐cü ildə “tarix” ixtisası üzrə
AMEA‐nın müxbir üzvü seçilib.
Əsas elmi əsərlərinin siyahısı (10‐dan çox
olmamaqla):
1. Ərəb xilafətinin dövlət idarəçilik sistemində
türklər. Monoqrafiya. Bakı, Elm, 2004. 
2. Qafqaz və böyük türk imperiyaları (həm ‐
müəllif) Monoqrafiya. Bakı, 2012.  
3. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi‐
Dərslik. 2010. 
4. Xilafətin süqutu və İslam dünyasının yeni
geosiyasi vəziyyəti. – Tarix və onun problemləri‐
2007, № 3. 
5. Orta əsrlər mənbələri Abbasilər xilafətində
Türklərin rolu haqqında–Tarix və onun problemləri
2004, № 1. 
6. Talas döyüşü və onun xilafətin türk əhalisinin
müsəlmanlaşmasında rolu – BDU Elmi əsərləri.
2004, № 3.  
7. Ərəb ölkələrinin çağdaş tarixi, Bakı, Elm,
2013, (həmmüəllif). 
8. Abbasilər xilafətində türklərin rolu haqqında
bəzi qeydlər. Ankara, Türk kültürü–1998, № 427. 
9. Xilafətdə türk varlığının nəticələri. Tiflis‐Şərq
və Qafqaz–2005, № 2. 
10. Qafqazda ərəb işğallarının siyasi, iqtisadi və
dini nəticələri–Qafqaz və Qloballaşma. İsveç, 2009,
№ 3–4. 
Əsas nəticələri:
Elmi tədqiqatların nəticəsi kimi əldə edilmişdir
ki, öz etnik mənsubiyyətindən kənara çıxmış
türklərin ərəblərlə qarşılıqlı əlaqələri onları müsəl ‐
manlarla bərabərləşdirmiş və bunun nəticəsi kimi
hamı üçün vahid siyasi dövlət idarəçilik sistemi
meydana gəlmişdir ki, bu da müsəlman si 
vi 
li 

zasiyasının əsaslarını təşkil etmişdir. Bu sivili 

zasiyanın yaranmasında xilafətin tərkibinə daxil
olan bütün xalqlar yaxından iştirak etmişdir.
Kadr hazırlığı:
elmlər doktorlarının sayı:
fəlsəfə doktorlarının sayı: 6
Elmi‐pedaqoji fəaliyyəti: 30 il
İşlədiyi illər
Təşkilatın adı
Vəzifəsi
1981–2012 
Bakı Dövlət Universiteti
Aspirant, müəllim, dosent, professor
2012–hal-
hazırda 
AMEA-nın Tarix İnstitutu
Aparıcı elmi işçi
Əmək fəaliyyəti haqqında qısa məlumat:


117
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / 03 (07) 2014
Mustafayev Şahin Məcid oğlu 
7 fevral 1962‐ci ildə anadan olub.
Azərbaycan Dövlət Universitetini “şərq dilləri
və ədəbiyyatı” ixtisası üzrə bitirib.
Tarix üzrə elmlər doktorudur.
Elmi əsərlərinin sayı 74, xaricdə çap olunan
əsərlərinin sayı 36‐dır.
30 iyun 2014‐cü ildə “tarix” ixtisası üzrə
AMEA‐nın müxbir üzvü seçilib.
Əsas elmi əsərlərinin siyahısı: 
1. Восточная Анатолия: от Ак‐Коюнлу к Ос‐
манской империи. Москва, Издательская фир ‐
ма “Восточная литература” РАН, 1994
2. Səlcuqilərdən Osmanlılara: XI–XV əsrlərdə
Anadolunun türk mühitində etnosiyasi proseslər.
Bakı, “Elm” nəşriyyatı, 2010.
3. Tiflis əyalətinin müfəssəl dəftəri (Qazax və
Borçalı. 1728‐ci il). Bakı, “Pedaqogika” nəşriyyatı,
2001.
4. Lori vilayətinin icmal dəftəri. Bakı, “Nurlan”
nəşriyyatı, 2003.
5. Anadolu və Azərbaycanın türk mühitindəki
etnik‐siyasi dəyişmələr kontekstində qızılbaşlıq
(problemin qoyuluşu)// Orta əsrlər Şərqi. Aka 

demik Z.M.Bünyadovun xatirəsinə həsr olunmuş
məqalələr toplusu. Bakı, 2000, ss. 107–114.
6. Из истории взаимоотношений государства
Ак‐Коюнлу с Османской империей (некоторые
штрихи к портрету Угурлу Мухаммеда) //Turci‐
caetOttomanica (Сборник статей в честь 70‐
летия М.С.Мейера). Москва. Издательская
фирма “Восточная литература” РАН, 2006, ss.
282‐292.
7. М.Ф. Ахундов и французское Просвеще‐
ние: духовный мост через столетие // Куль ‐
турный трансфер на перекрестках Центральной
Азии: до, во время и после Великого Шел ‐
кового пути. Париж‐Самарканд. МИЦАИ, 2013,
ss. 219‐235
8. “Рум” и “Аджам” в османской историче‐
ской литературе //Тюркологический сборник.
2011‐2012: Политическая и этнокультурная ис‐
тория тюркских народов и государств. Москва,
“Наука», 2013, ss. 263‐284
9. Between Nomadism and Centralization: The
Ottoman Alternative in the History of the
Aqqoyunlu State  // Nomad Aristocrats in a World
of Empires. Edited by Juergen Paul. Wiesbaden. Dr.
Ludwig Reichert Verlag. 2013, ss. 143‐159
10. Views on Supreme Power and Law in Me‐
dieval Nomadic Society (case of “Oghuzname” by
Yazicioglu Ali) //Studia et Documenta Turloıogica
(Universitatea Babeş‐Bolyai, İnstitutul de Tur 

cologie şi Studii Central‐Asiatice, Romania) Nr. 1,
2013., ss. 277‐286
Əsas nəticələri: 
Orta əsrlərdə Osmanlı və Azərbaycan dövlətçilik
tarixinin nəzəri məsələlərinin tədqiqi, Anadolu və
Azərbaycanda etnosiyasi proseslərin araşdırılması,
Osmanlı sənədli və narrativ mənbələri əsasında
Şərqi Anadolu və Azərbaycanın sosial‐iqtisadi
tarixinin, Osmanlı–Ağqoyunlu və Osmanlı–Səfəvi
münasibətlərinin öyrənilməsi, Ağqoyunlu Uzun
Həsənin “Qanunnamə”lərinin rekonstruksiyası,
Azərbaycana dair Osmanlı təhrir dəftərlərinin
tədqiqi, tərcüməsi və nəşri.
Kadr hazırlığı:
elmlər doktorlarının sayı
fəlsəfə doktorlarının sayı
Elmi‐pedaqoji fəaliyyəti: 
Bakı Dövlət Universiteti (1998‐ci il, Asiya və
Afrika ölkələri tarixi).
Təltif və mükafatları:
1) UNESCO‐nun Hirayama‐İpək Yolu mükafatı
(1998‐ci il)
2) Fulbright Programının mükafatı (ABŞ,
2005‐ci il)
3) Qazaxıstan Respublikası Elm və Təhsil Na ‐
zirliyinin “Qazaxıstanda elmin inkişafı üçün” nişanı.


Yüklə 23,26 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə