Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Doqquzuncu fəsil: Elmi şəxsiyyətlər



Yüklə 2,2 Mb.
səhifə18/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

Doqquzuncu fəsil: Elmi şəxsiyyətlər


Birinci hissə: Ötən əsrlərin alimləri

1. Əllamə Məclisi

Əllamə Məclisinin mütəxəssisliyi

Mənim fikrimcə, mərhum Məclisi bizim tariximizin böyük və məzlum alimlərindən biridir. Ona görə böyük alimdir ki, elmi baxımdan məqamı çox ucadır; hədis, rical elmləri üzrə mütəxəssisidir, fəqihdir, hədisşünasdır. Biharda işlənsə, ondan on böyük və dəyərli kitab çıxar. Yəni kimsə Məclisinin hədis problemlərinin həlli və çətin hədislərin izahı barədə yazdığı sözlərini toplasa, bütün sahələrdə çox dəqiq elmi sözlərlə dolu olan bir neçə cildlik qalın bir kitab alınar.649


2. Şeyx Ənsari

Mədəni hüquq, vergi və digər sahələrdə Şeyx Ənsarinin dərin fikirləri

Şeyx gəlir, alış-veriş barədə və bu gün bütün dünya üçün lazım olan digər məsələlər barədə ən dəqiq və ən dərin fikirləri bəyan etmişdir, bu gün dünyanın bütün hüquqşünaslarının işləyib çalışdığı mədəni hüquqa aid məsələləri söyləmişdir. Məsələn, biz şeyxin xumsunu, yaxud zəkatını görməmişik, amma onun sözlərində xums və zəkat barədə də dəqiq nəzərlər tapmaq olar. Vergi və digər məsələlərdə şeyxin dərin elmi və istifadəyə qabiliyyətli nəzərləri elmi cəhətdən təhlil, bəyan və izah edilsin. Şeyxin kitabını yalnız onun-bunun ixtiyarında qoymağımız kifayət etmir.650


Şeyx Ənsari - mühüm məsələlərdə yenilikçi

Cəvahir müəllifinin fikirləri ilə Şeyx Ənsarinin fikirlərini müqayisəli araşdırmadan sonra bu nəticə alınır ki, ümumiyyətlə, şeyxin nəzəri başqa cürdür və o, yenilikçidir. Müxtəlif məsələlər barədə Cəvahirin çatışmazlığı yoxdur, lakin şeyxin sanki hər bir mühüm məsələ barədə yeni sözü var, yeni fikir ortaya qoyur.651


3. Molla Sədra

Molla Sədra və Şeyx Ənsarinin fikirlərinin izahına və təhlilinə ehtiyac

Təəssüf ki, filosoflarda da nəzəriyyələrin izah edilməməsi nöqsanı mövcuddur. Məsələn, mən dostlara "Molla Sədranın kitabı bizim ixtiyarımızdadır, lakin onun nəzəriyyələri izah edilməmişdir" - deyəndə bu işi görmədilər. Siz görün Qərbin böyük filosof, yaxud hüquqşünasları - məsələn, Hegel və Kant barədə nə qədər kitab yazılmış, fikirləri nə qədər təhlil olunmuş və qənaətlər söylənmişdir. Biz şeyxin nəzərləri barədə belə işləməliyik. Düzdür, bizim alim və müctəhidlərimiz fiqh mövzularında şeyxin nəzərlərindən bəhs etmişlər, lakin əslində öz nəzərlərini bəyan etmişlər. Yəni məsələn, səhvlərini demək üçün bəhs etmişlər.

Mənim fikrimcə, şeyxin nəzərlərinin təhlili vacib bir işdir. Bu barədə kitablar yazmaq olar.652
4. Mühəqqiq Ərdəbili

Mühəqqiq Ərdəbili - İran alimləri sırasının başlanğıcı

Mühəqqiq Ərdəbili onuncu əsrə aiddir. O, təxminən onuncu əsrin hamısını əhatə etmişdir: 920-930-cu illərdə doğulmuş, 993-cü ildə vəfat etmişdir. Onun şagirdləri əksərən livanlılardır; Məalim və Mədarik kitablarının müəllifləri Livandan Nəcəfə onun dərsinə getmişlər. Yəni Mühəqqiq Ərdəbilidən sonra nə qədər baxsanız, böyük alimlərin hamısı iranlıdır və dəyərli ərəb alimi azdır; Şeyx Cəfər kimi bir neçə nəfərdən başqa hamısı iranlı alimlərdir. O, Şiə fiqhi tarixində qədimdəkilərdən sonrakı mərhələdə əslində İran alimləri sırasının başında durur. Bu bir məsələ.653


Nəcəfin Mühəqqiq Ərdəbilinin dövründən çiçəklənməsi

İkinci məsələ Nəcəfdir. Mühəqqiq Ərdəbilidən öncə Nəcəfdən çox da xəbər yoxdur. Biz deyirdik ki, Nəcəf məsələn, min il Şiə elminin paytaxtı olmuşdur. Bəli, Şeyx Tusi Nəcəfə gələndən sonra Nəcəf hövzəsi bir müddət mərkəz oldu. Amma sonra rövnəqdən düşdü; ya Hillə mərkəz oldu, ya Şam. Düzdür, az-çox şəxsiyyətlər vardı, lakin çox da tanınmırdılar. Yenə görürük ki, Nəcəf Mühəqqiq Ərdəbilinin paytaxtıdır. O, Nəcəfi mühüm elm mərkəzinə çevirdi, biri o birindən sonra böyük alimlər - Vəhidin şagirdləri və digərləri dövrümüzə qədər Nəcəfi mərkəz etdilər. Məsələn, Şeyx Ənsarinin dövründən Nəcəf zirvədədir. Bu da mərhum Mühəqqiq Ərdəbilinin başqa bir xüsusiyyətidir.654


5. Şeyx Kuleyni

Şeyx Kuleyninin elmi şəxsiyyəti

Şeyx Kuleyni də dəyərli və görkəmli elmi şəxsiyyətdir. O, Rey və Bağdad hövzələrində uzun illər elm öyrənmiş, əllidən çox müəllim və şeyxlərdən hədis eşitmiş və digər tərəfdən Əhli-beyt məktəbinin tələbələrinin böyük bir qrupunu yetişdirmişdir. Bunun özü Şeyx Kuleyninin elmi üstünlüklərinə dəlildir.

Kuleyni yalnız bir mühəddis deyildi. Kafi kitabının bablara bölünməsi, onların düzülüşü və adlarının seçimi - məsələn, Ağıl və cəhalət kitabı, Höccət kitabı, Tövhid kitabı və sair - göstərir ki, Kuleyni böyük bir mühəddis olmaqdan əlavə, həm də mahir bir mütəkəllimdir. Onun işlətdiyi üsul, adlar və məzmun dövründə geniş yayılmış kəlam məsələlərinə əsaslanır. Həmçinin şeyxin Kafi kitabına yazdığı müqəddimə dəyərlidir, onun kəlam və digər elmlərə dərindən yiyələndiyini göstərir.655
Kafi kitabını və onun müəllifini uca tutmağın zərurliyi

Hər halda, mənim fikrimcə, Kuleynini uca tutmaq elmi, dini və Şiəliyi uca tutmaqdır. Kafi də dəyərli əsərdir. Bu şərəfli kitab və onun böyük müəllifi barədə nə qədər elmi iş görülsə və onlar nə qədər uca tutulsalar, yaxşıdır.656



İkinci hissə: Müasir alimlər

1. İmam Xomeyni

İmamın şəxsiyyətinin elmi cəhətləri

İmam böyük bir şəxsiyyət idi. Kaş bütün xalq, xüsusən də ölkənin indiki gənc nəsli imamın şəxsiyyətinin gözəlliklərini və parlaqlığını onun yaxınlarının hiss edib gördüyü kimi görə biləydilər. İmam həqiqətən xarizmatik bir şəxsiyyət idi, müxtəlif fənlərdə dərin elmi vardı, təkcəhətli və bir sahənin alimi deyildi. O, böyük bir filosof, böyük bir arif və fəqih, dəyərli və üstün bir üsul alimi və məktəb sahibi idi. O, həm də əxlaq müəllimi idi; yəni insan hansı cəhətdən baxırsa, onda dəyərli elmi cəhətlər müşahidə edir.657


İmamın elmi cəsarət üzərində təkidi

Biz bu ölkə üçün nə istəsək, imamı nəzərə almalı, onun iştirakını təmin etməli, xəttini, yolunu və işarəsini diqqətdə saxlamalıyıq ki, ona çatmaq mümkün olsun. Siz bu ölkə üçün nə istəyirsiniz? Əlbəttə, müştərək cəhətlər var, amma hər halda, hərənin bir cür fikirləşdiyi məsələlər də var. Biri düşünür ki, bu gün problemlərin həll olunması üçün bu ölkə elmi zirvəyə çatmalıdır. Çox gözəl. Bu işin görülməsi üçün imamın xatirəsini yaşatmalıyıq. Çünki ölkənin elmi nəslinə söz və əməllə bu cürəti verən, dünyanın elmi nəhəngləri qarşısında özünəinam bəxş edən imam idi.658


2. Əllamə Cəfəri

Əllamə Cəfərinin fəaliyyətinin tədqiqatla məşğul olan gənclərə örnək olması

Cənab Cəfəridə dəyərli xüsusiyyətlər vardı. Mənim fikrimcə, bunların hamısı elm və tədqiqatla məşğul olan gənc nəslə örnəkdir. O tədqiqat işlərinə başlayanda çox gənc idi. Əlbəttə, mən təxminən 1955-1956-cı illərdə onu tanıdım. O, Nəcəfdən təzə gəlmişdi; gənc, dəyərli, tədqiqatçı, aktiv idi. Bizim böyüklərimiz - məsələn, mərhum cənab Milani, Məşhəddə olan digər ağalar və həmçinin tələbələr ona hörmət edirdilər. Onda həqiqətən, tədqiqat, araşdırma ruhu, həvəskarlıq və elmi şövq müşahidə olunurdu. Bu ruhiyyə gənclik dövründən ömrünün sonuna qədər davam etdi. O zaman onun təxminən otuzdan bir qədər artıq yaşı vardı. Bütün bu gənclik şövqü elm və düşüncə işinə, araşdırmaya, yazmağa, tədqiqata, mütaliyəyə və belə işlərə sərf olunurdu. Onun qeyri-adi yaddaşı və elmi istedadı vardı. Bu vəziyyət son dövrə qədər davam etdi. Bu, möhtəşəm bir şeydir.659


3. Şəhid Mütəhhəri

Şəhid Mütəhhərinin əsərlərində olan yeni baxış

Gənclər, xüsusən də elmlə məşğul olan ruhani, müəllim, tələbə və yazıçılar Şəhid Mütəhhərinin əsərləri ilə yaxından ünsiyyətdə olsunlar, onun kitablarını oxusunlar. Bu kitablar oxucuya həqiqətən, geniş və çox zaman yeni baxış bəxş edir.660


Şəhid Mütəhhərinin elmi şəxsiyyəti

Mərhum Şəhid Mütəhhəri çox dərin, düşüncəli və dolu bir insan idi, bu tədqiqatlar üçün lazımi elmi vardı: fəlsəfə bilirdi, kəlam bilirdi, fiqh və tarix bilirdi. Araşdırdığı mövzunun bütün tərəflərini çək-çevir edirdi. Məhz buna görə də əsərləri çox dəyərlidir. Mən bir dəfə hövzə tələbələrinə dedim ki, insan təkcə onun əsərlərini əvvəldən axıra qədər diqqətlə oxusa, İslam maarifinin yüksək bir səviyyəsinə yiyələnə bilər. İndi siz bu əsərləri ixtisar etmiş, nizama salmısınız. Bu, çox yaxşı və dəyərli işdir.661


Şəhid Mütəhhəri və İslam düşüncəsinin istehsalı

O özünün güclü fikri və yüksələn düşüncəsi ilə o zamana qədər dini məsələlər arasında heç kəsin girmədiyi mövzulara girişdi və ölkədə yayılmış, yaxud yayılmaqda olan təfəkkürlərlə, Şərqin və Qərbin tərcümə ilə idxal etdiyi fikirlərlə mübarizəyə başlayıb, özünü dərin, geniş və tükənməz elmi işlərə daxil etdi. O, həm marksistlərlə mübarizədə çox dəqiq bir cihada başladı, həm də Qərb təfəkkürləri və liberalistlərlə mübarizədə.662


Şəhid Mütəhhərinin idxal olunmuş düşüncələrə qarşı elmi mübarizəsinin təsirləri

O dövrdə Şəhid Mütəhhərinin hünəri bu idi ki, ictihad qüvvəsi ilə, insafla, nəqli və əqli elm mədəniyyəti ilə cəbhənin ortasında dayandı və bu düşüncələrlə əlbəyaxa oldu, İslam təfəkkürünü aydın, təmiz və şübhəsiz şəkildə ortaya qoydu. Onun əleyhinə çox danışdılar, çox iş gördülər, amma o, işini davam etdirdi. Bu çox əhəmiyyətli bir roldur və cəmiyyətimizin sonrakı təfəkkürlərinin bünövrəsinə çevrildi. Mən qəti şəkildə inanıram və dəfələrlə də demişəm ki, bizim inqilabımızın, quruluşumuzun islami təfəkkür cərəyanı əsas etibarilə Şəhid Mütəhhərinin təfəkkürlərinə söykənir. Yəni onlar islami bünövrə və təməllərdir; biz İslam təfəkkürlərində onlardan bəhrələnmiş və İslam quruluşuna nail olmuşuq. Şəhid Mütəhhərinin fikirləri o zaman da islami fikir arzusunda olan və əcnəbilərin güclü təfəkkür zərbələri altında qalan gənclər üçün təhlükəsiz yer idi. Marksistlər bir cür hücuma keçirdilər, qərbpərəstlər bir cür. Bu hücumlar həm universitetlərdə vardı, həm digər yerlərdə, həm də hətta elm hövzələrində. Şəhid Mütəhhəri bu dərin və möhkəm təfəkkürün sayəsi altında qorunmaq üçün bu şəxslərə bir səngər və sığınacaq oldu. Onlar bununla həm öz dinlərini qorudular, həm müdafiə olundular, həm də yeni sözləri oldu.663


Şəhid Mütəhhərinin müvəffəqiyyətinin sirri

Şəhid Mütəhhəri nə üçün uğur qazandı? Nə üçün bizim düşüncə mühitimizdə belə güclü və geniş təsir buraxdı? Çünki özünü hazırlamaq üçün çoxlu elmi səy göstərdi və sonra da bu elmi ehtiyatı xərcləməkdə heç zaman tənbəllik etmədi. Mərhum Mütəhhərinin rahatlığı yox idi; daim qeydlər götürmək, qeydləri sahmana salmaq, çıxış hazırlamaq, dini fikir və düşüncə sahələrində müxtəlif şübhələri tapmaq və cavab verməklə məşğul idi. Bu insanda ümumiyyətlə, tənbəllik yox idi. O, elmi ehtiyatı və əməli işi ilə təsir buraxa bildi.664


Mübariz din alimləri

Ölkənin din elminə təqdim etdiyi mübariz alimlərinə görə Fars vilayətinin bənzəri azdır. Mirzə Şirazini hamı tanıyır. Böyük alim olan mərhum Seyid Əliəkbər Əsiri Şiraz şəhərində qiyam edib ingilislərin, xaricilərin müdaxiləsinə qarşı çıxdı və sonra da sürgün edildi, lakin işinin təsiri qaldı. İkinci Mirzə - Mirzə Məhəmmədtəqi Şirazi Birinci Dünya Müharibəsindən sonrakı illərdə ingilislərin işğalı qarşısında İraq xalqının apardığı mübarizənin rəhbəri idi. Mərhum Seyid Əbdülhüseyn Lari təxminən yüz il öncə Fars vilayətinin qeyrətli və şücaətli əşirətlərinin köməyi ilə mübarizəyə qalxan dəyərli və üstün bir şəxsiyyət idi... Mərhum Seyid Nurəddin Hüseyni Şiraz şəhərində xalqın müqəddəslərini təhqir edən əcnəbi səfirlik əməkdaşını yerə uzadıb öz əli ilə şallaqladı, ilahi hökmü icra etdi və tam şücaətlə zalım rejimə qarşı siyasi və ictimai mübarizəyə qalxdı.

Ruhani mübarizələrinin başlandığı dövrdə də mərhum Ayətullah Şəhid Dəstğeyb, mərhum Ayətullah Məhəllati və digər alimlər Şirazın Ətiq came məscidini öz mübarizələrinin mərkəzinə çevirdilər. Şiraz alimlərinin mübarizələrinin şöhrəti və o ruhaniliyin sözçüsü kimi mərhum Ayətullah Dəstğeybin həmin günlərdə çıxışları İranın hər tərəfinə yayıldı.665
Şəhid Mütəhhəridə kamil müəllim cəhətləri

Böyük şəhidimiz olan mərhum Ayətullah Mütəhhəri barədə bu cümləni də deyim: O böyük insanın rəftarı həqiqətən kamil və məsuliyyətli bir müəllimin rəftarı idi. O, bir İslam mütəfəkkirinə ehtiyac duyulan heç bir sahəyə girməkdən çəkinmədi. Nəyisə nəzərə almaq və hansısa mülahizələr onun önünü kəsə bilmədi; istər siyasi sahələrdə, istər düşüncə sahələrində.

O dövrdə bizim gənclərimizin beyninə dolmuş müxtəlif suallara cavab verərkən Şəhid Mütəhhəri bəzi dini aydınlıq iddiaçıları kimi din məntiqi və din məzmunu haqda dini pərdə altında və dini qəliblə əcnəbi fikirlərini təqdim etmədi. O bunun tam əksinə olaraq, əsl dini məfhumları günə, dinləyicilərin sual və ehtiyacına münasib şəkildə təqdim edirdi, xüsusi bir dəstənin, qrupun, düşüncə cərəyanının tərifi barədə düşünmürdü. Düşüncə geriliyi, mürtəcelik, din sahəsində ehkamçılıq və köhnəpərəstlikdən irəli gələn səhv düşüncələrlə şiddətli mübarizə apardı; bidətlərlə, azdırıcı və eklektik düşüncələrlə apardığı mübarizə kimi. Bu, o böyük insanın xüsusiyyəti idi.

O yorulmadı, daim çalışdı. Universitet və hövzə titulu ardınca da düşmədi. Fikir və düşüncə sahəsinin bir döyüşçüsü kimi meydana atıldı. İxlasla işlədi, Allah-Taala da işinə bərəkət verdi. Bu gün şəhadətindən otuz il ötdükdən sonra o böyük insanın sözləri yenidir, canlıdır, sanki bu gün üçün yazılmışdır. O zaman da müxtəlif düşüncə səviyyələrində olan bəzi şəxslər onun söz və düşüncəsindən istifadə edir, cavablarını alırdılar, düşüncələrin inkişaf etdiyi və araşdırıcı beyinlər üçün çoxlu məsələlərin həll olunduğu bugünkü gündə də yeni suallara cavab verir. Bu, ixlasla yanaşı olan dərin düşüncənin xüsusiyyətidir.666





Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə