37
ATMOSFERĠN MÜXTƏLĠF TERMĠKĠ QATLARININ
GÖSTƏRĠCĠLƏRĠ VƏ ATMOSFER TƏZYĠQĠ
Yerin əsas enerji mənbəyi Günəşdir. Günəşdən gələn radiasiya
axınının 1 dəqiqədə 1 sm
2
sahəyə düşən miqdarı Günəş sabiti adlanır
və 8,2 Coul təşkil edir. Günəşin əsas enerjisi qısadalğalı radiasiya
vasitəsilə daxil olur. Bu dalğaların maksimum miqdarı görünən
oblastda olub 470 nm uzunluğundadır.
Yerin atmosferi dalğa uzunluğu 320-400 nm diapazonunda olan
ultrabənövşəyi (UB) şuaları buraxaraq yer səthinə göndərir. Yer qabığı
– quru və okean səthi bu şuaları udaraq qızır və bütün qızdırılmış
cisimlər kimi həmçinin, infra qırmızı (İQ) şüaları da əks etdirir. Əks
olunan şüalanmanın intensivliyi
Stefan-Bolsman tənliyi ilə, mütləq
qara cisim üçün göstərilir. İ=
T
4
[
=5,67
10
-8
Bt/m
2
k
4
]. Əks olunan
enerji atmosfer tərəfindən udularaq, nəticədə isti havanın yuxarı
qalxmasına səbəb olur.
Hesablamalar göstərmişdir ki, 1 sm
2
atmosferin üst hissəsinə ildə
1050 kkal enerji uyğun gəlir. Günəşdən gələn bu enerjinin 275 kkal-si
buludlar vasitəsilə əks olunur, 75 kkal buzlaqlar və okeanlarda üzən
buzlar vasitəsilə əks etdirilir. Atmosferin özündə olan qaz molekulları,
aerozol hissəcikləri bu enerjinin 50 kkal udur.
Qısadalğalı radiasiya şüaları ildə 1 sm
2
yer səthinə 450 kkal enerji
şəklində daxil olur. Bu enerjinin bir hissəsi su buxarlarının əmələ
gəlməsinə sərf olunur. Udulmuş enerjinin bir hissəsi isə infraqırmızı
şüalar vasitəsilə yenə də atmosferə qayıdır. Sonuncu proseslərə ildə
300 kkal/sm
2
enerji sərf edilir.
Beləliklə, atmosferin istilik balansı aşağıdakı kimi göstərilə bilər.
Bu daxil olan enerji kkal/sm
il vahidi ilə göstərilmişdir:
Günəşdən gələn qısadalğalı şüalar
250
Su buxarlarının kondensləşməsi
220
Havanın konveksiyası
80
İnfra qırmızı şüalar (əks olunan)
1075
Cəmi
1625
Atmosferin qəbul etdiyi enerjinin 625 kkalorisi atmosfer tərəfindən