55
Al
2
O
3
¸ 2SiO
2
¸ 2H
2
O Al
2
O
3
+ 2SiO
2
↑+ 2H
2
O
CaCO
3
CaO+ CO
2
↑
Son reaksiya məhsulları bir-birilə qarışdırılaraq sement alınır ki,
onun tərkibi – CaO ¸ SiO
2
¸ Al
2
O
3
– kimidir.
Xammalın tərkibində digər oksidlərdə ola bilir. Bunlar sementin
keyfiyyətinə mənfi təsir göstərmir – Fe
2
O
3
, ZnO, - əksinə bərkidici
element kimi əhəmiyyətlidir.
Sement zavodlarının tüstü bacalarında yüksək temperatur halında su
buxarı və yanacağın son məhsulları arasında bərk toz hissəcikləri
atmosfer çirkləndiricilərinin ən təhlükəlisi hesab olunur.
Sement zavodlarının yerləşdiriyi zonada havanın çirklənmə dərəcəsi
100-120 mq/m
3
olur, əhəng zavodlarında isə 70-80 mq/m
3
təşkil edir.
Yolverilən miqdar qatılığı (YMQ) isə 6 mq/m
3
olaraq qəbul edilmişdir.
Sement və sönməmiş əhəng istehsal edən zavodların tullantılarında
ağır metallardan Pb, Ti, Sr, Cr xeyli miqdarda olur ki, bunlar
ekologiyanı korlayır. Zavod tozları, küləyin təsirindən uzun yol qət
edərək torpağa çökür. Tədqiqatlar göstərmişdir ki, Qaradağ sement
zavodunun tullantıları İran İslam Respublikasının atmosferinə qədər
miqrasiya edir.
Gips istehsalının tozları atmosfer havasını 1,5-2 km radiusda
çirkləndirə bilir. Susuzlaşdırılmış gips - CuSO
4
¸ 0,5H
2
O alebastr
adlanır və təbii gipsdən alınır:
CaSO
4
¸ 2H
2
O CaSO
4
¸ 0,5H
2
O+ 1,5H
2
O
Alebastrdan tibbdə və əhəng-qum qarışdırılaraq binaların
suvarmasında istifadə olunur.
Tikinti materiallarından şüşənin istehsal zamanı atmosferin
çirklənməsi daha təhlükəlidir. Adi pəncərə şüşəsinin istehsalında
Na
2
CO
3
və SiO
2
tətbiq olunur. 1500
0
C-də aşağıdakı reaksiyalar
nəticəsində alınan məhsullar istifadə edilir:
Na
2
CO
3
+ SiO
2
Na
2
O
SiO
2
+ CO
2
CaCO
3
+ SiO
2
CaO
SiO
2
+ CO
2
т
0
Ъ
т
0
Ъ
150-180
0
Ъ
56
Tərkibindəki Na
2
O digər oksidlərlə əvəz olunduqda müxtəlif rəngli
və billur şüşə almaq olur. Şüşə əridilən zavodların tullantılarından ən
təhlükəlisi qaynar şüşə lifləridir ki, o tənəffüs yollarına düşdükdə
ağciyər xərçənginin riski bir neçə dəfə artır. Şüşə liflərindən istilik
izolyatoru kimi isrifadə olunur.
Tikinti materialı kimi istifadə olunan asbestli məhsulların istehsalı
zamanı kanserogen asbest tozları daha təhlükəlidir. Tədqiqatlar
göstərmişdir ki, bu tozlar işçilərin paltarları vasitəsilə evlərə daşına
bilir və təhkülə yaradır.
Atmosferi çirkləndirən tikinti materiallarından biri də asvaltbeton
zavodlarıdır. Bu istehsal sahəsində daimi qaynar tüstü və ona qarışmış
bitum hissəcikləri atmosferə çökərək ətraf mühiti çirkləndirir.
Son zamanlar döşəmə materialı kimi yeni maddələrdən hazırlanmış
Linoleumdan istifadə olunur. Polivinilxlorid əsasında hazırlanmış bu
sintetik materialın alınması üçün ftalat anhidrindən də (40%) istifadə
edilir. Ftal turşusunun
mürəkkəb efirləri bu prosesdə
plastifikator rolu oynayır. Ftal turşusunun törəmələrindən digər sənaye
sahələrində – pestisidlərin, dezodorantların, lak və rənglərin
hazırlanmalarında geniş istifadə edilir. Ftalatlara hər yerdə, torpaqda,
ərzaq məhsullarında, suda və havada rast gəlmək olur.
Ftalatların canlı orqanizmlərə zərərli təsiri aşkar edilmişdir. Ftalartlar
bitkilərə təsir edərək Xloroz xəstəliyi yaradır. Aktiv həlqə olduğundan fol
turşusunun sintezinə maneçilik törədərək xlorofillin sintezini dayandırır.
Heyvanlar üzərində aparılan tədqiqatlar göstərmişdir ki, bu maddələr
orqanizmdə olan keçid elementləri ilə kompleks birləşmələr əmələ
gətirərək onların biokatalizator təsirini məhv edir.
Ftal turşusunun efiri-di-2-etilheksil ftalat heyvan və insanlarda
mutagen, kanserogen və teratogen təsir göstərir. Ftalatların maksimal
dozası 10 mq/m
3
olaraq qəbul edilmişdir.
Yuxarıda göstərilən üzvi və qeyri-üzvi maddələr ətraf mühitin
çirkləndiriciləri olub, tikinti materiallarının istehsalı zamanı alınır.
ЪООЩ
ЪООЩ
57
Bu istehsal sahəsi eləcədə qara və əlvan metallurgiya
utilizasiyasında əvəz olunmaz xidmətə malikdir.
Məsələn, Gəncə alüminium zavodunun tullantularından oda
davamlı – silikat kərpiclərinin istehsalında xammal kimi istifadə etmək
olar. Bu şərtlə ki, onun tərkibində olan və suda yaxşı həll olan qələvi
metal oksidləri çıxarılsın. Bir neçə il bundan əvvəl, texnologiyaya əməl
olunmadan bu zavodun tullantılarından hazırlanan kərpiclər tikinti ma-
terialı kimi istifadə edildi və bir müddətdən sonra havanın rütubəti
hesabına aşınaraq dağıldılar. Nəticədə Gülüstan qəsəbəsində bu
kərpiclə tikilən bir neçə ev dağıldı.
Tullantısız texnologiya XX əsrin devizinə çevrilmişdir. Elmi-
texniki təkmilləşmə nəticəsində bir sıra tullantılardan çox əhəmiyyətli
məmulatlar hazırlanmaqdadır: keramzit, müxtəlif döşəmə və tavan
örtükləri, tol, ruberoid, hidroizol yasiya materialları sənaye
tullantılarından sintez edilməkdədir.
Sual və tapşırıqlar
1. Tikinti materiallarına hansı mineral xammallar aiddir?
2. Tikinti materiallarının istehsalı zamanı ətraf mühiti
çirkləndirən tullantılar hansılardır?
3. Sement, kərpic, gips, şüşə istehsalı zamanı bərk hissəciklərin
təxmini tərkibi neçədir?
4. Linoleum istehsalında hansı üzvi maddə tətbiq olunur və onun
zərərli təsiri nədən ibarətdir?
5. Tullantısız texnologiya nədir və sənaye tullantılarından hansı
tikinti materialları emal edilir?
_________________
ATMOSFERĠN BĠOLOJĠ ROLU
Yaşadığımız atmosfer okeanı, həyatın əmələ gəlməsi və təkamülü
prosesinin əsas həlqəsi olub, canlıların, o cümlədən ali varlıq olan
insanın yaşayışını təmin edən əvəzsiz materiyaldır. Canlı orqanizmlər
havanın tərkibində olan oksigendən istifadə edərək həyat sürürlər.
Dostları ilə paylaş: |