Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

 
71 
çıxarılmalı və süni tənəffüs yolu ilə istifadə olunan  oksigenin  miqdarı 
artırılmalıdır. Reaksiya dönən proses olduğundan karboksihemoqlobin 
oksihemoqlobinə çevrilir: 
 
HbO
2
+CO 




HbCO+O

Ürək-damar  xəstəlikləri  olan  insanlarda  dəm  qazının  az  miqdarı 
belə  stenokardiya  yarada  bilir.  Hətta  qanda  karboksihemoqlobinin 
qatılığı  –  3%  olduqda  belə  xəstələrdə  ağrılar  başlayır.  Ürəyi 
qidalandıran qan damarlarında oksigenin miqdarı azalaraq miokard baş 
verir. 
Dəm  qazı  keçid  metallarla  uçucu  karbonil  birləşmələri  əmələ 
gətirmək  qabiliyyətinə  də  malikdir:  Fe(CO)
5
,  Ni(CO)
4
,  Co(CO)
6

Zn(CO)
4
, Cd(CO)
4
 və s. 
Dəm  qazının  bitkilərə  təsiri  çox  da  təhlükəli  deyildir.  Digər 
qazlardan  fərqli  olaraq  dəm  qazı  metabolizm  prosesinə    güclü  təsir 
göstərmir. 
Hər il antropogen yolla dəm qazının atmosferə buraxılması 20-30% 
artır.  Lakin,  onun  atmosferdə  faiz  miqdarı  çox  dəyişmir.  Onun  çox 
hissəsi  oksidləşərək  karbon  qazına  çevrilir.  Mikroorqanizmlərdən 
tutmuş  ali  bitkilərə  qədər  bütün  yaşıl  sistem  onun  atmosferdə 
toplanmasının qarşısını alır. Torpağın bir sıra mikroorqanizmləri dəm 
qazından üzvi maddələr sintez etmək qabiliyyətinə malikdirlər. 
Bitkilərin inkişafı ətraf mühitlə sıx bağlıdır. Daha doğrusu müəyyən 
əraziyə  xas  olan  temperatur,  yağıntıların  miqdarı,  torpağın  xassələri, 
bəzi  biotik  parametrlər,  hətta  atmosferin  ümumi  vəziyyəti  bir-biri  ilə 
əlaqədar  olmaqla  landşaftın  xarakterini  və  bitki  növlərini  müəyyən 
edir. Buradan aydın olur ki, əgər ətraf mühit dəyişdirilərsə orada olan 
bitki  aləmi  də  dəyişilə  bilər.  Hətta  ayrı-ayrı  illərdə  yağıntılarda  olan 
fərq müəyyən dəyişgənliklərə səbəb ola bilir. Əgər göstərilən şərtlərin 
dəyişməsi çox olarsa onlardan asılı olaraq bitkilər stres vəziyyət keçirir 
və  nəticədə  məhv  ola  bilirlər.  Hətta  parametrlərdən  birinin  dəyişməsi 
bitkinin məhvinə səbəb olur. 
Normal şəraitdə atmosfer bir çox komponentlərdən ibarətdir. Onlar 
aqreqat halına görə əsasən  qaz və aerozol hallarında  ola bilirlər.  Əsas 
komponentlərdən  başqa  –(azot, oksigen,  nisbətən  az  miqdarda  karbon 
di-oksid) havada müxtəlif miqdarda bəzi kimyəvi birləşmələr də var ki, 


 
72 
bunlar  əsasən  atmosferin  çirkləndiriciləri  hesab  olunur.  Bunlara  bəzi 
bitkilərin  ifraz  etdiyi  karbohidrogenləri  və  bakteriyaların  həyat 
fəaliyyəti  nəticəsində  əmələ  gələn  kükürdlü  birləşmələri  aid  etmək 
olar. Müəyyən edilmişdir ki, belə boigen  mənbələrdən atmosferə daxil 
olan  kükürd  qazının  (kükürd  (IV)-oksid)  ümumi  miqdarı  11%  təşkil 
edir,  qalan  hissəsi  isə  insan  fəaliyyəti  nəticəsində  əmələ  gəlir,  yəni 
antropogen mənşəli maddələrdir. 
Atmosferdə əsas çirkləndirici hesab olunan azot oksidləri də vardır. 
Onlar  əsasən  ildırım  çaxması  zamanı  və  bioloji  oksidləşmə  prosesi 
nəticəsində xüsusi bakteriyaların fəaliyyəti ilə əlaqədar əmələ gəlir. 
Süni mənbələrdən isə atmosferə 10%-ə qədər azot (IV) - oksid daxil 
olur.  Az  olmasına  baxmayaraq  bu  tərkib  hesabına  atmosfer  çox 
çirklənə bilir, xüsusən böyük şəhərlərdə. 
Antropogen  mənşəli  oksidlərin  mənbəyi  əsasən  yanğın  prosesləri 
hesab olunur. Havada gedən bu oksidləşmə prosesi azot (II)-oksid alınana 
kimi  davam  edir,  temperatur  yüksək  olduqca  azot  (II)-oksidin  alınması 
miqdarca çoxalır. Sonra gedən kimyəvi reaksiya nəticəsində azot 2-oksid 
hava oksigeninin təsiri ilə  azot (II)-oksidə qədər oksidləşir. 
Alınmış  azot  (IV)-oksid  suda  yaxşı  həll  olan  qaz  halında  zəhərli 
maddədir  və  atmosferin  əsas  çirkləndiricisi  hesab  olunur.  Bundan  
əlavə  azot  4-oksidin bir  hissəsi  azotun parçalanmasına və peroksiase-
tilnitratların  alınmasına  səbəb  olmaqla  bərabər  əlavə  çirkləndirici 
maddələrin  əmələ  gəlməsi  ilə  qurtarır.  Beləliklə  adi  şəraitdə  at-
mosferdə  əlavə  olaraq  bir  çox  yeni  çirkləndirici  maddələrin  əmələ 
gəlməsinin  əsası  qoyulur.  Bitkilər  həmin  maddələrin  adi  konsentra-
siyasında  olduqda  yaxşı  inkişaf  edir.  Ona  görə  ki,  bitkilər  bu  mənfi 
təsirlərə  nadir  hallarda  məruz  qala  bilirlər.  Ancaq  çirkləndiricilərin 
konsentrasiyası qəbul olunmuş həddən daha çox olduqda bitkilər mənfi 
təsirlərə  nisbətən  çox  həssas  olurlar.  Bu  Qanunauyğunluqların 
pozulması  bin  neçə  hallarda  ola  bilər:  məsələn,  metal  qayırma 
zavodlarının ətrafında atmosferin yüksək konsentrasiyada kükürd qazı 
və ağır metalların qırıntılarının olmaması xarakterik hesab olunur. Belə 
şəraitdə  bir  çox  bitkilərin  yaşaması  və  inkişaf  etməsi  qeyri 
mümkündür.  Məsələn:  ABŞ-da  bir  sıra  şəhərlərin  atmosferinin 
katastrofik çirklənməsi buna misal ola bilər. 
ABŞ-ın  Daktun  şəhərinin  ərazisində  1864-cü  ildə  metal  zavodları 


 
73 
tikildi  və  metal  əridilməsinə  başlandı.  Nəticədə  palıd  və  qoz 
ağaclarından ibarət olan meşələr tədricən məhv olmağa başladı, çünki 
həmin  ağaclardan  yanacaq  kimi  istifadə  olunurdu.  Zavodun  tullantısı 
hesab  olunan  kükürdlü  birləşmələr  ətrafda  olan  digər  bitkilərin  də 
məhv  olmasına  səbəb  oldu  və  beləliklə  hektarlarla  meşəlik  sahəsi 
sıradan çxarıldı, ancaq müəyyən hektar sahədə ən çox uyğunlaşmış ot 
tipli  bitkilər  qaldı.  Nəticədə  müdafiəsi  qalan  torpaq  eroziyaya  uğradı 
və gilli qeyri-münbit torpaq qatı əmələ gəlməyə başladı. 
Buna oxşar əhvalat Montana ştatında da təkrar olundu. Buna səbəb 
həmin  ərazidə  mis  filizi  yataqlarının  tapılması  və  metal  əritmə 
zavodlarının  tikilməsi  və  bunun  nəticəsində  kükürdlü  birləşmələrin 
əmələ gəlməsiydi. Buna görə də bu ərazidə olan meşələrdə bitən şam 
və  küknar  ağacları  sıradan  çıxmağa  başladı.  Bunun  səbəbi  həmin 
ağacların  kükürdlü  birləşmələrin:  kükürd  qazının  təsirinə  qarşı  çox 
həssas  olmasıydı.  Bu  təsir  zavoddan  30-100  km  aralı  olduqda  da  və 
küknar ağaclarında zədələnmələrə rast gəlmək olurdu. Göründüyü kimi 
Gəncə şəhərində iynəyarpaqlı ağacların ildən-ilə azalmasının səbəbi də 
məhv  alüminium  zavodundan  atmosferə  daxil  olan  kükürdlü 
birləşmələrin təsiridir. Şəhərdə yaşıllıqların «Cavanlaşdırılması» kom-
paniyası aparıldığı dövrdə məhz bu cəhətlər nəzərə alınmalı; kükürdlü 
birləşmələrin  təsirinə  qarşı  davamlı  ağac  və  kol  bitkilərindən  istifadə 
olunmalıdır.  Ona  görə  də  belə  əhvalatlar  yavaş-yavaş  insanların 
diqqətini  özünə  cəlb  etməyə  başladı  və  atmosferin  çirklənməsinin 
qarşısını almaq və hətta buna qarşı mübarizə aparmaq ön plana çəkildi. 
Atmosferin  çirklənməsi  ilə  bağlı  olan  mənfi  nəticələr  havanın 
keyfiyyətini  məhdudlaşdıran  bir  sıra  standartların  işlənib  hazırlanma-
sına səbəb oldu. 
Bioloji  sistemə  çirkləndiricilərin  təsiri  harada  olmasından  asılı  ol-
mayaraq (çəməndə, meşədə və ya səhrada) ilk dəfə mikroorqanizmlərdə 
özünü göstərir. Daha doğrusu bütün pozuntular və ya streslər özünü bəzi 
bitkilərdə və yaxud sistemdə molekulyar vəziyyətdə bildirir. 
Hüceyrədə gedən proseslərə təsir göstərən streslər nəticəsində bitki 
zəifləyir  və  mübadilə  proseslərində  dəyişkənliklər  əmələ  gəlir. 
Bütünlüklə hüceyrənin özü də təsir altına düşür. 
Hər  bir  çirkləndiricinin  özünə  məxsus  təsiri  var,  ümumiyyətdə  isə 
çirkləndiricilərin hamısı ümumi proseslərə təsir göstərir və ən başlıcası 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə