Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

 
74 
su balansını pozur. 
 
Sual və tapşırıqlar 
 
1.Karbon –oksid tənəffüs prosesinə necə təsitr göstərir? 
2.Məişətdə dəm qazı ilə zəhərlənmə nə zaman baş verir? 
3.  Siqaretdən  istifadə  zamanı  qanda  karboksihemoqlobinin 
miqdarı necə dəyişir? 
4. Dəm qazı ilə zəhərlənmənin hansı əlamətləri olur? 
5. Dəm qazı ilə zəhərlənmə zamanı ilk tədbir neçə olmalıdır? 
6. Atmosferdə dəm qazının qatılığı necə tənzim edilir? 
7.  Digər  çirkləndiricilərin  canlı  orqanizmə  təsirinə  aid  misallar 
göstərin. 
______________________ 
 
 
ATMOSFERDƏ KARBON QAZININ MĠQDARININ ARTMASI 
VƏ ONUN YARATDIĞI PROBLEMLƏR. 
ĠSTĠLĠKXANA EFFEKTĠ 
 
Dəm  qazından  fərqli  olaraq  karbon  qazının  atmosferdə  miqdarı 
təxminən  2,6

10
12
  tona  bərabərdir.  Sənayenin  durmadan  inkişafı,  Yer 
kürrəsi  əhalisinin  bir  neçə  dəfə  artması  son  150  il  ərzində  CO
2
 
miqdarının  artmasına  səbəb  olmuşdur.  Atmosferdə  CO
2
  faiz  miqdarı 
0,03  olub  hər  il  30  milyard  ton  artır.  Atmosferə  yayılan  CO
2
  3-4  il 
müddətində qaldığından bütün yer kürəsini dolana bilir. 
CO
2
  infraqırmızı  şüaları  udaraq  onun  yer  qabığına  yaxın  sahələrdə 
istiliyin saxlanmasını təmin edərək «İstilikxana effekti» yaradır. 
İsveç  alimi,  Nobel  mükafatı  laureatı  Svante  Arrenius,  parnik 
effektinin  fiziki-kimyəvi  təbiətini  öyrənərək  müəyyən  etmişdir  ki, 
(1908)  bir  sıra  qazlar  atmosferin  qızmasına  səbəb  olur:  «Əgər  havada 
olan karbon qazının miqdarı iki dəfə artarsa, yer qabığında temperatur 
4
0
C artar». 
Əlbəttə,  100  il  bundan  əvvəl  çıxarılmış  nəticə  olsa  da  öz 
əhəmiyyətini  itirməmişdir.  O  zamanlar  CO
2
  miqdarının  dəqiq 
ölçülməsi mümkün deyildi və bu araşdırmalar 1957-ci ildən başlayaraq 


 
75 
aparıldı. 
1980-ci  illərdə  hiss  olunan  quraqlıq  və  planetin  qızmasının 
tufanlarla  müşayət  olunması,  Birləşmiş  Millətlər  təşkilatı  tərəfindən 
Dövlətlər  arası  ekspert  qrupunun  yaradılmasına  (1988) gətirib  çıxardı 
ki, buraya 300-dən çox dünya klimatoloqları daxil oldu. 
1990-cı  ildə  49  Nobel  mükafatı  laureatları  bəyanatla  çıxış  edərək 
bildirdilər  ki,  qlobal  istiləşmə  XXI  əsrin  ən  ekoloji  təhlükəsi  hesab 
edilməlidir  və  gələcək  nəsli  bu  təhlükədən  xilas  etmək  üçün  təcili 
tədbirlər həyata keçirilməlidir. 
1997-ci ildə Yaponiyanın Kioto şəhərində 171 ölkənin iştirak etdiyi 
BMT-nin  təşkil  etdiyi  üçüncü  konfransda  iqlimin  dəyişməsi  problemi 
analiz edilərək protokol imzalandı. 
Noyabr  2000-ci  il  tarixdə  Hollandiyanın  Haaqa  şəhərində  iqlim 
dəyişməsi  haqqında  Beynəlxalq    konferensiya  keçilərək  «İstilikxana 
effektinin»  aradan  qaldırılması  yolları  müzakirə  edildi.  Konfrans 
mühazirələrinin  birində  göstərilmişdir  ki,  atmosferdə  CO
2
  miqdarı  bu 
miqyasla  artarsa  150-200  ildən  sonra  planetin  temperaturu  100
0
C-ni 
keçəcək və həyat məhv olacaqdır. 
«İstilikxana effekti» nə deməkdir və necə yaranır?  
Bütün  dünyada,  o  cümlədən  Azərbaycanda  bir  çox  tərəvəz 
istixanalarda yetişdirilir. Burada temperatur atmosferdən xeyli çox olur. 
Bildiyimiz  kimi  günəş  şüaları  şüşədən  və  digər  şəffaf  cisimlərdən 
keçmək  qabiliyyətinə  malikdir.  Bu  işıq  şüaları  cisimlərdən  keçərək 
onun  daxilində  udulur  və  istilik  enerjisinə  yəni  infraqırmızı  şüalara 
(İQ)  çevrilir.  Bu  şüalar  şüşədən  xarici  mühitə  keçə  bilmədiyindən 
daxildə temperatura artır.  
Eyni  qayda  ilə  yerin  atmosferi  qızır.  Günəş  şüaları  yer  səthinə 
çataraq  udulur  və  yerin  xarici  təbəqəsini  qızdırır.  Yer  səthi  özündən 
infraqırmızı  şüalar  buraxaraq  soyuyur  və  eyni  zamanda  atmosferi 
qızdırır. Atmosferə yayılan istilik şüaları və ya İQ şüalar orada olan bir 
sıra  qazlar  tərəfindən  udularaq  atmosferin  daha  çox  qızmasına  səbəb 
olur.  Bu  qazların  qatılığı  nə  qədər  çox  olarsa,  istilikxanada  effekti  də 
bir o qədər çox olur. 
Deməli,  «istixana  qazları»  elə  qazlara  deyilir  ki,  onlar  atmosferdə 
ekran  yaradaraq  İQ  şüaları  yuxarı  qatlara  buraxmır  və  beləliklə  yer 
qabığı və atmosferin alt qatı qızmağa başlayır. 


 
76 
Yer  kürəsi  yarandığı   zamandan  istixana qazları mövcud olmuş-
dur. Onların qatılığı çox az miqdarda olduğundan hiss edilməmişdir. 
İstilikxana  qazlarından  miqdarı  nisbətən  çox  olan  su  buxarlarıdır. 
Ondan  sonra  CO
2
  qazı  gəlir.  Əgər  atmosferdə  CO
2
  qazı  olmasaydı, 
temperatur indikindən 33
0
C az olardı. 
Aşağıdakı cədvəldə  əsas parnik qazlarının faiz miqdarı ilə yanaşı, 
onların illik artım faizi ilə göstərilmişdir. 
 
İstilikxana qazları 
Atmosferdə faiz 
miqdarları 
İllik artım 
%-lə 
Qlobal 
istiləşməyə 
təsir faizi 
Karbon qazı 
0,03% 
0,5% 
55% 
Freonlar, Qalonlar 
0,3

10
-6
 % 
4% 
24% 
Metan və digər karbohidrogenlər 
0,2

10
-5

0,9% 
15% 
Azot oksidləri  
0,1

10
-6

0,8% 
6% 
 
İstilikxana  effekti  təbii  və  antropogen  yolla  yaranır.  Antropogen 
yolla  yaranan  istixana  effektinin  57%-i  enerji    mənbələrinin 
çıxarılması  və  istifadəsi,  14%-ə  kənd  təsərrüfatı    fəaliyyəti,  9%-i  
meşələrin  tələf  olması, 20%-i digər səbəblər üzündən  yaranır. 
1860-cı  ildən  indiyə  qədər  faydalı  yanacaq  qazıntılarının  emalı  və 
tətbiqi  sürətlə  artır.  Sənaye  enerjisinin  86%-i  qaz  yanacağı  hesabına 
əldə  edilir  ki,  bu  zaman  atmosferə  yanma  məhsulu  kimi  CO
2
  və  su 
buxarı yayılaraq istixana effektinin yaranmasına səbəb olur. 
Hesablamalar  göstərmişdir  ki,  meşələrin  məhv  olması  nəticəsində 
hər il orta hesabla 1,5-3 milyard ton CO
2
 əlavə olaraq əmələ gəlir. Bu 
qədər  CO
2
  meşə  tullantılarının  yandırılması  və  qalıqların  çürüməsi 
nəticəsində yaranır. 
İstilikxana qazlarından biri də metan CH
4
 qazı olub, təbii yolla üzvi 
maddələrin havasız şəraitdə  çürüməsi nəticəsində  əmələ  gəlir. Yerdən 
çıxarılan  yanacaq  qazının  çox  hissəsi  metan  olduğundan,  onun 
daşınması  və  tətbiqi  zamanı  atmosferə  xeyli  miqdarda    metan  qazı 
yayılaraq uzun müddət istilikxana effekti yaradır. 
Dünyada olan bataqlıqlar hər il orta hesabla 115 milyon ton CH
4
 qazını 
atmosferə  buraxır.  Tədqiqatlar    göstərmişdir  ki,  plantasiyalarda  düyü 
yetişdirilərkən  hər  il  110  milyon  ton  CH
4
  atmosferə  buraxılır.  Metan 
qazının istilikxana effekti CO
2
-dən 23 dəfə çoxdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə