29
HƏDDİ (YVQH) deyilir.
Bu hədd o deməkdir ki, həmin miqdar maddə ətraf mühiti, insan
orqanizminə və gələcək nəslə zərər verəcək dərəcədə çirkləndirmir.
YVQH-müəyyən edilərkən elə rəqəm seçilir ki, hər hansı maddənin
miqdarı nəinki insan orqanizminə, eləcə də bitkilərə, digər heyvanlara
və mikroorqanizmlərə ziyanlı təsir göstərmir. Bu zaman termin
aşağıdakı kimi dərk edilir – maddənin ekoloji yol verilən miqdar həddi
- EYVMH.
YVQH-əsas ekoloji normativ olub, hava və su üçün dəqiq müəyyən
olunmuş qiymətə malikdir. Torpaq üçün bu miqdar hazırlanmaq
üzrədir və gələcəkdə dəqiq müəyyənləşəcəkdir.
Qeyd etmək lazımdır ki, bütün çirkləndiricilər üçün hədd
miqdarının dəqiq təyin olunmasına baxmayaraq, onların sinergizmi
(biri-digərinin
zəhərləyici
təsirinə
göstərdiyi
effekt)
və
akkumilyasiyası dəqiq və sona qədər öyrənilməmişdir.
YVQH - əsasında elmi-texniki normativlər işlənib hazırlanmışdır:
yol verilən tullantı (YVTH) həddi, yol verilən axıdılma (YVAH) həddi
və s. bu normativlər uyğun olaraq atmosferə və su hövzələrinə
buraxılan zəhərli maddələrin birdəfəlik miqdarı kimi müəyyən edilir və
ekoloqlar tərəfindən nəzarətdə saxlanılır.
Bir qayda olaraq bu normativlər müəyyən edilərkən bir sıra amillər
– hidrometeoroloji şərtlər, relyef, müddət, orqanizmlərin zədələnmə
hesabatı və s. – nəzərə alınmalıdır.
Elə müəssisələr vardır ki, onlar bu normativlərdən kənara çıxa bilir.
Məsələn, istilik və atom elektrik stansiyaları üçün müvəqqəti
razılaĢdırılmıĢ tullantı (MRT) miqdarı müəyyən edilir.
Hava mühitində zərərli maddələrin miqdarı bəzən istehsalat zonası
üçün müəyyən edilir. Bu normativ Yol verilən miqdar həddindən iĢlək
zonası üçün nəzərdə tutulur və YMH
i.z.
-kimi göstərilir, ölçüsü isə
mq/m
3
kimi göstərilir.
Yaşayış zonalarında digər normativlər fəaliyyət göstərir. Bu zaman
yolverilən miqdar həddi yaşayış sahəsinin atmosferi üçün müəyyən
edilir və orta gündəlik, maksimum birdəfəlik (m.b.) kimi göstərilir.
Zərərli maddənin maksimum birdəfəlik hədd miqdarı elə seçilir ki,
hər hansı maddənin 1m
3
havadakı milliqrammlarla miqdarı, orqanizm
üçün hər hansı reflektor reaksiya göstərmir və ya iyi hiss edilmir.
30
Çirkləndirici maddənin orta gündəlik (o.g.) həddi mq/m
3
miqdarı
ilə göstərilir. Bu miqdar maddələrin 24 saat ərzində orqanizmdə törədə
biləcək xassəsilə müəyyən edilir və YMH
o.g.
kimi göstərilir.
Ümumiyyətlə, yuxarıda göstərilən normativlər fərdi xarakter daşıyır
və hər bir maddə üçün müxtəlif miqdar təşkil edir.
Məsələn, kükürd-4 oksid və azot-4oksid üçün mq/m
3
miqdarında bu
hədd aşağıdakı kimidir:
Maddə
YMH
i.z.
YMH
o.g.
YMH
m.b.
Kükürd-4 oksid SO
2
10
0,05
0,500
Azot-4 oksid NO
2
2
0,04
0,085
Hidrosfer üçün də ekoloji normativlər qəbul edilmişdir. Maddələrin
zəhərlilik təsirinə görə miqdarları müxtəlif olub 1 litr suda maddənin
milliqramlarının miqdarı ilə hesablanır və YMH
s
kimi göstərilir.
Su hövzələri qarışıqların miqdarına görə bir sıra kateqoriyalara
bölünür:
-təsərrüfat-içməli suları;
-mədəni məişət suları;
-balıqçılıq üçün yararlı sular;
-texniki qurğular və zavodlar üçün sular.
Məsələn, təsərrüfat-içməli sularda neft 0,3 mq/l nəzərdə tutulursa,
balıqçılıq üçün yararlı sularda bu miqdar 0,05 mq/l təşkil edir.
Tədqiqatlar göstərmişdir ki, az miqdarda neft və neft məhsulları
balıqların orqanizmində daima toplanaraq kürülərin əmələ gəlməsinə
və inkişafına mənfi təsir göstərir.
Litosferdə ekoloji normativlərin müəyyənləşdirilməsi bir sıra
səbəblərdən çətinlik törədir. Bir tərəfdən torpaq qatı hava və su
mühitində
nisbətən
hərəkətsiz
olub
zəhərli
maddələrin
akkumluyasiyası prosesi gedir. Digər tərəfdən mikroorqanizmlərin
həyat fəaliyyəti nəticəsində bir sıra maddələr zərərsizləşir və ya
miqrasiya edir.
Digər tərəfdən torpağa hopmuş zərərli maddələr torpağın mürəkkəb
quruluş və tərkibinə görə müxtəlif cür təsir göstərir.
Məsələn ağır metalların toplanması onun uduculuq xassəsindən,
turşu-qələvi göstəricisindən və humus tərkibindən çox asılıdır. Ona
31
görə də torpaqlar üçün səmtləĢdirilmiĢ yol verilən qatılıq (SYQ)
vahidindən istifadə olunur və mq/kq çəki miqdarı ilə göstərilir. SYQ
müəyyən sinif birləşmələr üçün normativ kimi qəbul edilir.
Aşağıdakı cədvəldə bəzi ekoloji çirkləndiricilər üçün
YMH və SYQ miqdarları mq/kq ilə göstərilmişdir.
Maddə
YMH
SYQ
Karbofos
0,5
Xlorofos
0,5
Bromofos
0,20
Heksaxlorbenzol
0,03
Sual və tapşırıqlar
1. Hədd səviyyəsi və dozanı izah edin.
2. Bioakkumulyasiya nədir? Misallar göstərin.
3. Ekoloji zəhərləyicilərin dozası necə müəyyən edilir?
4. Ekoloji norma nədir və hansı məsələləri həll edir?
5. Su mühitində YVQH necə qəbul edilmişdir?
6. Torpaqda YVQH-ni müəyyən etmək hansı çətinliklərlə üzləşir?
7. SYQ (səmtləşdirilmiş yolverilən qatılıq) necə müəyyənləşdirilir
və ölçü vahidi hansıdır?
_____________________
Dostları ilə paylaş: |