Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

 
55 
 
 
Al
2
O
3
¸ 2SiO
2
¸ 2H
2
O          Al
2
O
3
+ 2SiO
2
↑+ 2H
2

 
CaCO
3
           CaO+ CO
2
↑ 
 
Son  reaksiya  məhsulları  bir-birilə  qarışdırılaraq  sement  alınır  ki, 
onun tərkibi – CaO ¸ SiO
2
 ¸ Al
2
O
3
 – kimidir. 
Xammalın  tərkibində  digər  oksidlərdə  ola  bilir.  Bunlar  sementin 
keyfiyyətinə  mənfi  təsir  göstərmir  –  Fe
2
O
3
,  ZnO,  -  əksinə  bərkidici 
element kimi əhəmiyyətlidir. 
Sement zavodlarının tüstü bacalarında yüksək temperatur halında su 
buxarı  və  yanacağın  son  məhsulları  arasında  bərk  toz  hissəcikləri 
atmosfer çirkləndiricilərinin ən təhlükəlisi hesab olunur. 
Sement zavodlarının yerləşdiriyi zonada havanın çirklənmə dərəcəsi 
100-120  mq/m
3
 olur, əhəng  zavodlarında  isə  70-80  mq/m
3
 təşkil  edir. 
Yolverilən miqdar qatılığı (YMQ) isə 6 mq/m
3
 olaraq qəbul edilmişdir. 
Sement  və  sönməmiş  əhəng  istehsal  edən  zavodların  tullantılarında 
ağır  metallardan  Pb,  Ti,  Sr,  Cr  xeyli  miqdarda  olur  ki,  bunlar 
ekologiyanı  korlayır.  Zavod  tozları,  küləyin  təsirindən  uzun  yol  qət 
edərək  torpağa  çökür.  Tədqiqatlar  göstərmişdir  ki,  Qaradağ  sement 
zavodunun  tullantıları  İran  İslam  Respublikasının  atmosferinə  qədər 
miqrasiya edir. 
Gips  istehsalının  tozları  atmosfer  havasını  1,5-2  km  radiusda 
çirkləndirə  bilir.  Susuzlaşdırılmış  gips  -  CuSO

¸  0,5H
2
O  alebastr 
adlanır və təbii gipsdən alınır: 
 
CaSO

¸ 2H
2
O                   CaSO

¸ 0,5H
2
O+ 1,5H
2

 
Alebastrdan  tibbdə  və  əhəng-qum  qarışdırılaraq  binaların 
suvarmasında istifadə olunur. 
Tikinti  materiallarından  şüşənin  istehsal  zamanı  atmosferin 
çirklənməsi  daha  təhlükəlidir.  Adi  pəncərə  şüşəsinin  istehsalında 
Na
2
CO
3
  və  SiO
2
  tətbiq  olunur.  1500
0
C-də  aşağıdakı  reaksiyalar 
nəticəsində alınan məhsullar istifadə edilir: 
 
Na
2
CO

+ SiO
2


Na
2
O

SiO

+ CO
2
  
 
CaCO

+ SiO
2
 


CaO

SiO

+ CO
2
  
т
0
Ъ 
т
0
Ъ 
150-180
0
Ъ 


 
56 
 
Tərkibindəki Na
2
O digər oksidlərlə əvəz olunduqda müxtəlif rəngli 
və billur şüşə almaq olur. Şüşə  əridilən zavodların tullantılarından ən 
təhlükəlisi  qaynar  şüşə  lifləridir  ki,  o  tənəffüs  yollarına  düşdükdə 
ağciyər  xərçənginin  riski  bir  neçə  dəfə  artır.  Şüşə  liflərindən  istilik 
izolyatoru kimi isrifadə olunur. 
Tikinti  materialı  kimi  istifadə  olunan  asbestli  məhsulların  istehsalı 
zamanı  kanserogen  asbest  tozları  daha  təhlükəlidir.  Tədqiqatlar 
göstərmişdir  ki,  bu  tozlar  işçilərin  paltarları  vasitəsilə  evlərə  daşına 
bilir və təhkülə yaradır. 
Atmosferi  çirkləndirən  tikinti  materiallarından  biri  də  asvaltbeton  
zavodlarıdır.  Bu  istehsal  sahəsində  daimi  qaynar  tüstü  və  ona  qarışmış 
bitum hissəcikləri atmosferə çökərək ətraf mühiti çirkləndirir. 
Son zamanlar döşəmə materialı kimi yeni maddələrdən hazırlanmış 
Linoleumdan  istifadə  olunur.  Polivinilxlorid  əsasında  hazırlanmış  bu 
sintetik materialın alınması  üçün ftalat anhidrindən də (40%) istifadə 
edilir. Ftal turşusunun  
 
                                           mürəkkəb efirləri bu prosesdə  
 
 
plastifikator rolu oynayır. Ftal turşusunun törəmələrindən digər sənaye 
sahələrində  –  pestisidlərin,  dezodorantların,  lak  və  rənglərin 
hazırlanmalarında  geniş  istifadə  edilir.  Ftalatlara  hər  yerdə,  torpaqda, 
ərzaq məhsullarında, suda və havada rast gəlmək olur. 
Ftalatların  canlı  orqanizmlərə  zərərli  təsiri  aşkar  edilmişdir.  Ftalartlar 
bitkilərə təsir edərək Xloroz xəstəliyi yaradır. Aktiv həlqə olduğundan fol 
turşusunun  sintezinə  maneçilik  törədərək  xlorofillin  sintezini  dayandırır. 
Heyvanlar  üzərində  aparılan  tədqiqatlar  göstərmişdir  ki,  bu  maddələr 
orqanizmdə  olan  keçid  elementləri  ilə  kompleks  birləşmələr  əmələ 
gətirərək onların biokatalizator təsirini məhv edir. 
Ftal  turşusunun  efiri-di-2-etilheksil  ftalat  heyvan  və  insanlarda 
mutagen,  kanserogen  və  teratogen  təsir  göstərir.  Ftalatların  maksimal 
dozası 10 mq/m
3
 olaraq qəbul edilmişdir. 
Yuxarıda  göstərilən  üzvi  və  qeyri-üzvi  maddələr  ətraf  mühitin 
çirkləndiriciləri olub, tikinti materiallarının istehsalı zamanı alınır.  
ЪООЩ 
ЪООЩ 


 
57 
Bu  istehsal  sahəsi  eləcədə  qara  və  əlvan  metallurgiya 
utilizasiyasında əvəz olunmaz xidmətə malikdir. 
Məsələn,  Gəncə  alüminium  zavodunun  tullantularından  oda 
davamlı – silikat kərpiclərinin istehsalında xammal kimi istifadə etmək 
olar. Bu şərtlə ki, onun tərkibində olan və  suda yaxşı  həll olan qələvi 
metal oksidləri çıxarılsın. Bir neçə il bundan əvvəl, texnologiyaya əməl 
olunmadan bu zavodun tullantılarından hazırlanan kərpiclər tikinti ma-
terialı  kimi  istifadə  edildi  və  bir  müddətdən  sonra  havanın  rütubəti 
hesabına  aşınaraq  dağıldılar.  Nəticədə  Gülüstan  qəsəbəsində  bu 
kərpiclə tikilən bir neçə ev dağıldı. 
Tullantısız  texnologiya  XX  əsrin  devizinə  çevrilmişdir.  Elmi-
texniki təkmilləşmə nəticəsində bir sıra tullantılardan çox əhəmiyyətli 
məmulatlar  hazırlanmaqdadır:  keramzit,  müxtəlif  döşəmə  və  tavan 
örtükləri,  tol,  ruberoid,  hidroizol  yasiya  materialları  sənaye 
tullantılarından sintez edilməkdədir. 
 
Sual və tapşırıqlar 
 
1. Tikinti materiallarına hansı mineral xammallar aiddir? 
2.  Tikinti  materiallarının  istehsalı  zamanı  ətraf  mühiti 
çirkləndirən tullantılar hansılardır? 
3.  Sement,  kərpic,  gips,  şüşə  istehsalı  zamanı  bərk  hissəciklərin 
təxmini tərkibi neçədir? 
4. Linoleum istehsalında hansı üzvi maddə tətbiq olunur və onun 
zərərli təsiri nədən ibarətdir? 
5.  Tullantısız  texnologiya  nədir  və  sənaye  tullantılarından  hansı 
tikinti materialları emal edilir? 
_________________ 
 
 
ATMOSFERĠN BĠOLOJĠ ROLU 
 
Yaşadığımız  atmosfer  okeanı,  həyatın  əmələ  gəlməsi  və  təkamülü 
prosesinin  əsas  həlqəsi  olub,  canlıların,  o  cümlədən  ali  varlıq  olan 
insanın yaşayışını təmin edən əvəzsiz materiyaldır. Canlı orqanizmlər 
havanın  tərkibində  olan  oksigendən  istifadə  edərək  həyat  sürürlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə