Elman Mövsümov Laləzar Quliyeva


KÜKÜRD OKSĠDLƏRĠ VƏ ONLARIN ƏTRAF



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

 
80 
KÜKÜRD OKSĠDLƏRĠ VƏ ONLARIN ƏTRAF  
MÜHĠTƏ TƏSĠR MEXANĠZMĠ 
 
Kükürd  (IV)-oksid-SO
2
  atmosferi  çirkləndirən  əsas  maddələrdən 
biri olub onun atmosferdə qatılığı 0,1

10
-5
% miqdarı isə 2

10
6
 tondur. 
Kükürd  qazı  atmosferə  həm  təbii,  həm  də  antropogen  yolla  yayılır. 
Təbii  yollar-vulkan  püskürmələri,  meşə  yanğınları,  dəniz  köpükləri, 
kükürdlü maddələrin mikrobioloji yolla parçalanması və s-dir. 
Antropogen  mənbələr  istilik  elektrik  stansiyaları,  avtomobil 
nəqliyyatı,  digər  istilik  mənbələri,  fabriklər,  zavodlar,  əlvan  və  qara 
metallurgiya sənayesi, neft emalı zavodları və s-dir. 
İstilik  və    elektrik    enerjisi    istehsalı    ətraf    mühitin  SO

qazı 
vasitəsilə  çirklənməsinin    əsas  mənbəi    hesab    olunur.  Atmosferi  
çirkləndirən SO
2
-nin 90%-i bu sənaye sahələri tərəfindən əmələ gəlir. 
Təbii  yanacaqların  tərkibində  olan  sərbəst  kükürd  və  onun 
birləşmələri yandıqda SO
2
 qazı əmələ gəlir. Çox az miqdarda (3%) isə 
kükürd (VI)-oksid, sulfat anhidridi-SO
3
 əmələ gəlir. 
Atmosferə yayılan kükürd qazı fotokimyəvi və katalitik reaksiyalar 
vasitəsilə SO
3
-ə çevrilir: 
 
SO
2
+O
3                               
SO
3
+O
2  
                                                                                
 
Atmosferdə  katalizator  rolunu  Fe,  Mn  və  onların  toz  halında  olan 
oksidləri oynayır. 
Əmələ gəlmiş SO
3
 havada olan su buxarlarını kondensasiya edərək 
sulfat turşusuna  çevrilir və duman şəklində yayılır: 
 
SO
3
+H
2
O


H
2
SO

 
Troposferdə  SO
2
  qazı-OH  radikalları  ilə  birləşərək  sulfat  turşusu 
əmələ  gətirə  bilir.  İşıq  şüalarının  təsiri  ilə  ozon  atomar  oksigenə 
çevrilir. Çox aktiv oksigen atomları isə atmosferdə olan su buxarlarını 
– OH radikallarına çevirir: 
 
O
3
                   O
2
+O; 
 
O+H
2
O → OH + OH 
 
катализатор 
фотокимйяви 
 


 
81 
Reaksiya  qabiliyyəti  çox  yüksək  olan  OH  radikalları  SO
2
  qazı  ilə 
birləşərək sulfat turşusu əmələ gətirir: 
 
SO
2
+ 2OH 


H
2
SO

 
Kükürd qazı həmçinin su buxarları ilə reaksiyaya daxil olaraq sulfit 
turşusu əmələ gətirir: 
SO
2
+H
2
O


H
2
SO

 
Əmələ gəlmiş sulfit turşusu fotokimyəvi  reaksiya nəticəsində sulfat 
turşusuna çevrilir: 
 
2H
2
SO
3
+O
2


2H
2
SO

 
Kömür yandırıldıqda, habelə digər sənaye sahələrinin tullantılarında 
metal  oksidləri  toz  şəklində  atmosferə  yayılaraq  sulfat  turşusu  ilə 
müvafiq duzlar əmələ gətirirlər. 
CaO+H
2
SO
4


CaSO
4
+H
2

 
FeO+H
2
SO
4


FeSO
4
+H
2

 
Fe
2
O
3
+3H
2
SO
4


Fe
2
(SO
4
)
3
+3H
2

 
Atmosferdə  ammonyak  qazı  olduqda  isə  ammonium  duzları  əmələ 
gəlir: 
NH
3
+H
2
SO
4


NH
4
HSO

 
NH
4
HSO
4
+NH
3


(NH
4
)
2
SO

 
Yuxarıdakı  reaksiyalar  göstərir  ki,  SO
2
  qazı  atmosferdə  uzun 
müddət  sərbəst  yaşaya  bilmir  və  ən  geci  2  həftə    ərzində  müvafiq 
birləşmələrə çevrilirlər. 
Böyük  sənaye  şəhərlərinin  atmosferində  5-20%  sulfat  turşusu 
hissəcikləri  mövcud  olur.  Sulfat  turşusu  hissəcikləri  küləyin  təsiri  ilə 
100  km-lərlə  yol  qət  edə  bilir  və  atmosfer  yağıntıları  vasitəsilə  yer 
qabığına qayıdaraq ekoloji problemlər yaradır. 
Tikinti  məhsulları  istehsal  edən  müəssisələr  istilik  elektrik 
stansiyaları  ilə  eyni  ərazidə  yerləşdikdə  daha  təhlükəli  ekoloji 
çirklənmə müşahidə edilir: 


 
82 
CaCO
3


CaO+CO
2

 
Toz  halında  atmosferə  yayılan  sönməmiş  əhəng  –CaO  su 
buxarlarını kondensasiya edərək kalsium hidroksidə çevrilir: 
CaO+H
2
O


Ca(OH)

 
Əmələ gələn qələvi hissəcikləri kükürd qazları ilə birləşərək duzlar 
əmələ gətirir. 
Ca(OH)
2
+SO
2


CaSO
3
+H
2

 
Ca(OH)
2
+SO
3


CaSO
4
+H
2

 
Eyni zamanda havada olan turşu molekulları ilə də birləşir: 
Ca(OH)
2
+H
2
SO
4


CaSO
4
+2H
2

 
Ca(OH)
2
+H
2
SO
3


CaSO
3
+2H
2

 
Kükürd  qazlarının  insanlara  təsiri.  Kükürd  (IV)-oksid  kəskin  iyli 
boğucu qazdır. Çox zəhərlidir. İnsanlar bu qazın az miqdarı ilə tənəffüs 
etdikdə  nəfəs  yollarının  güclü  qıcıqlanması  nəticəsində  öskürək  baş 
verir,  selikli  qişaya  dağıdıcı  təsir  göstərir.  Havada  SO
2
  qatılığı  13 
mq/m
3
  olduqda  zəhərlənmə  baş  verə  bilir.  Bəzi  insanlarda  isə  SO
2
 
qazına  həssaslıq  olduğundan  qatılığın  10  dəfə  az  miqdarı  bu 
simptomları yarada bilir. Astma xəstəliyi olanlarda 1,3 mq/m
3
 qatılığı 
güclü təsir göstərir. 
SO
2
  qazı  tənəffüs  sistemləri  xəstə  olan  insanlar  üçün  daha 
təhlükəlidir.  Ağ  ciyərə  daxil  olan  SO
2
  qazı  su  buxarları  ilə  qarşılıqlı 
təsirdə  olaraq  sülfit  turşusu  əmələ    gətirir  ki,  bu  da  bronxların  ciddi 
zədələnməsinə səbəb olur. 
SO
2
  qatılığı  ilə  insanlarda  xroniki  bronxit  xəstəliyinin  əmələ 
gəlməsi  aşağıdakı  düsturla  xarakterizə  edilir:  Y=14,5x-1,3  burada  y-
bronxitlə  xəstələnən  insanların  sayı,  x-havada  SO
2
  qatılığı  –  mq/m
3

Hesablama nəticəsində məlum olur ki, çox az SO
2
 qatılığı nəticəsində 
0,5 mq/m
3
 bronxitlə xəstələnmə hadisəsi 6% təşkil etdiyi halda, qatılıq 
5 mq/m
3
 olduqda 71,2% xəstələnmə halları müşahidə edilir. 
Amerika  alimlərinin  tədqiqatı  göstərir  ki,  atmosferdə  hətta  0,1 
mq/m
3
  SO
2
  qatılığı  olduqda  belə  tənəffüs  yollarının  xəstəliyi  əmələ 
gəlir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə