Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

 
89 
səviyyəsindən  1000  m  hündürlükdə)  –  1,10  dəfə,  Almaniyanın  iri 
şəhərləri üzərində – 2,18 dəfə. 
120  il  ərzində  ozon  probleminin  tədqiqini  araşdıraraq  aşağıdakı 
yekun nəticə müəyyən edilmişdir. 
1.  Atmosferin  yer  səthinə  yaxın  zonalarında  ozonun  miqdarı 
ekzogen və endogen faktorlardan asılıdır. Ekzogen artım əsas etibarilə 
atmosferin yuxarı qatlarından diffuziya yolu ilə yaranır. Digər tərəfdən, 
yay aylarında maksimum yaranması, troposferdə gedən fotokimyəvi və 
termokimyəvi reaksiyalarla xarakterizə olunur. 
2.  Ozonun  endogen  dəyişməsi  insan  fəaliyyətinin  nəticəsi  kimi 
qiymətləndirilməli  və  urbanizasiyanın  ozon  artımına  təsiri  ekoloji 
vəziyyət olaraq qeyd edilməlidir. 
Ozonun  təbii yolla əmələ  gəlməsi  və  dağılması  hələ 1930-cu ildə 
ingilis  geofiziki  Sidni  Çempen  tərəfindən  təklif  edilmişdir.  Bu 
nəzəriyəyə  görə  Günəşdən  gələn  ultrabənövşəyi  şuaların 

  -  242  nm 
uzunluğundakı  dalğaları  oksigen  molekulunu  atomlara  parçalayır  ki, 
bu  da  ozonun  əmələ  gəlməsini  təmin  edir.  Eyni  zamanda,  20-30  km-
dən aşağı qatlarda daha uzun dalğalı 

 - 300 nm ultrabənövşəyi şüala-
rın  təsirindən  ozon  ekzotermik  reaksiya  halında  parçalanır  O
3


O+O
2
+

H  34,2  kkal/mol.  Bu  ayrılan  istilik  məhz  atmosferin,  eləcədə 
yer qabığının kəskin soyumasının qarşısını alır. 
Əgər antropogen yolla çirklənmə olmasa, ozonun əmələ gəlməsi və 
dağılması  tarazlıq  halında  olur.  Bu  zaman  Günəşdən  gələn  radiasiya 
enerjisi  bu  tarazlıq  prosesi  zamanı  istilik  enerjisinə  çevrilir  ki,  bu  da 
çox əhəmiyyət kəsb edir. 
Atmosfer  ozonunun  dağılmasının  bir  neçə  mexanizmi  işlənib 
hazırlanmışdır. Onlardan ən çox təsir edənləri aşağıdakılardır: 
1. Kimyəvi aktiv hissəciklərin – OH, NO, Cl, Br = X katalitik təsiri 
ilə  
X+ O
3


XO+ O

 
XO+ O


X+ O

 
2.  Ozondağıdıcı  maddələrin  (ODM)  təsiri  ilə  –ClFC  (xlorflüor 
karbon),  CFCl
3
  (Flüortrixlormetan),  (XFC-11  və  ya  CFC-11), 
diflüordixlormetan CF
2
Cl
2
 


 
90 
3. Qalon adlanan maddələr – CF
2
ClBr, CF
3
Br 
4. Metilbromid – CH
3
Br, metilxloroform – CH
3
CCl
3
 və karbon dörd 
xlorid-CCl
4
 
5.  Freonlar  (latınca  friqor-soyuq  deməkdir)  soyuducu  aqreqatlarda 
tətbiq  olunan  maddələr  olub,  ozonu  dağıdan  ən  təhlükəli 
birləşmələrdir. 
Əvvəllər soyuducularda amonyak-NH
3
 və kükürd qazından istifadə 
edilirdi.  Amonyak  tez  alışan  olduğundan,  SO
2
  isə  çox  zəhərliliyinə 
görə  texnologiyadan  çıxarıldı  və  onların  yerinə  freonlar  tətbiq 
olunmağa başladı. 
1928-ci  ildə  «Dyupon»  korporasiyasının  kimyaçısı  Tomas  Midqli 
xlorflüorkarbon birləşmələrinin soyuducu xassəsini kəşf etdi. O, sintez 
etdiyi maddənin təhlükəsizliyini nümayiş etdirərkən yeni qaz halındakı 
maddəni ağız boşluğuna alaraq yanan şamın üzərinə  üfürdü. Beləliklə 
onun zəhərli olmadığı və yanmadığı təsdiq edildi. Yalnız 1970-ci ildən 
sonra freonların narkotik effekt yaratması aşkar edildi. 
1950-ci  illərdə  aerozol  balonlarında  püskürdücü  kimi  freon-11  və 
freon-12  geniş  istifadə  olunmağa  başladı.  Bu  freonlar  çox  incə 
püskürtmə  xassəsinə  malik  olub  balonun  tərkibi  ilə  qarşılıqlı  təsirdə 
olmurlar. Sonralar onların ozonu dağıtmaq xassəsi aşkarlandı. 
1974-cü  ilddə  xlorflüorkarbon  300  növ  aerozol  qablarında  istifadə 
edildi.  Ətriyat,  dezodarant,  yuyucu  vasitələr,  hava  təmizləyiciləri, 
insektisidlər,  avtomobillərə  texniki  qulluq,  baytarlıq  preparatları  və  s. 
freon  vasitəsilə  qablaşdırılırdı.  1974-cü  ildə  xlorflüorkarbonun  illik 
istehsalı dünyada 1 milyon ton olaraq hesablanmışdır. 
Freonlar  və  qallonlar  maneəsiz  olaraq  10-15  km  yol  qət  edərək 
stratosferə daxil olur ki, burada ozonun kütləsinin 90%-i toplanmışdır. 
Bu qədər hündürlüyə çatmaq üçün bu birləşmələrə bir neçə sutka lazım 
gəlir. Lakin 35 km hündürlüyə çatmaq üçünsə 15 il vaxt tələb olunur. 
Tədqiqatlar göstərir ki, freonlar dəyişilmədən 50 il qala bilirlər. 
Ozonu dağıdan hallogenli birləşmələr ultrabənövşəyi şüaların təsiri 
ilə  atomar  hallogenlər  əmələ  gətirirlər  ki,  bu  da  zəncirvari  reaksiya 
mexanizmi ilə ozonu parçalayır: 
CCl
3
F+ hy


Cl
2
F+ 
0
Cl
 
CCl
2
F
2
+ hy


CClF


0
Cl
 


 
91 
0
Cl
+ O
3


ClO+ O

ClO


0
Cl

0
O
 
0
O
+ O
3


2O

 
Beləliklə  bir  molekul  freon  zəncirvari  reaksiyanın  köməyi  ilə  1 
milyon molekul ozonu parçalaya bilir. Xlorflüorkarbon (XFC) tərkibli 
birləşmələr  bir  sıra  xassələrə  malik  olduğundan  texnikada  geniş 
istifadə  edilməkdədirlər:  inert  birləşmələr  olub,  çətin  reaksiyaya  daxil 
olurlar, yanmırlar və yanğına kömək etmirlər, azzəhərlidirlər, istehsalı 
və  saxlanması  çox  sadədir,  uçucudurlar,  suda  praktiki  həll  olmurlar 
(odur  ki,  atmosfer  suları  onları  həll  edərək  yer  qabığına  çökdürə 
bilmir),  üzvi  həlledicilərdə  isə  yaxşı  həll  olurlar.  Digər  tərəfdən,  otaq 
temperaturunda qaz halında olub asanlıqla sıxılaraq mayeləşirlər və bu 
zaman  istilik  ayrılır.  Yenidən  qaz  halına  keçdikdə  isə  istiliyi  udaraq 
soyuqluq yaradırlar. Xledon adı da bu xassəyə görə verilmişdir. 
Qalonlar, xledonlar və freonlar ekologiyanı necə korlayır? 
-ilk  zamanlar  XFC-lar  soyuducularda  NH
3
  və  SO
2
  əvəzinə 
işlədilmiş,  eyni  zamanda  məişət  kondisionerlərində  tətbiq  edilmişdir. 
Bu cihazların xidmət dövrü bitdikdən sonra tullanılır və içərisində olan 
XFC-birləşmələri atmosferə yayılır. 
-XFC  birləşmələri  tozlandırıcı  kimi  aerozol  ballonlarında  istifadə 
edildikdə əsas tərkib elementləri ilə birlikdə atmosferə yayılırlar. 
-  XFC  birləşmələrinin  ən  çox  tətbiq  sahələrindən  biri  də  məsaməli 
plasmassların  (penoplast)  istehsalıdır.  XFC-lar  yüksək  təzyiq  altında 
plasmass  kütləsində  həll  olur,  təzyiq  aşağı  düşdükdə  isə  plasmasdan 
çıxaraq atmosferə yayılır və plasmass əşyasını isə məsaməli və yüngül 
edir. 
-Qalonlar  qalon  –  1301-CF
3
Br,  qalon  –  1211-CF
2
ClBr  1940-cı 
illərin  ortalarından  yanğın  söndürən  maddə  kimi  istifadə  edilməyə 
başlamış və qalon-1301 indi də bir çox ölkələrdə tətbiq edilməkdədir. 
XX  əsrin  sonlarında ozondağıdıcı  maddələrin  (ODM)  tətbiq  sahəsi 
dünyada aşağıdakı kimi olmuşdur: aerozol balonları – 46%, soyuducu 
qurğular – 27%, yanğınsöndürən vasitələr – 14%, penoplast istehsalı – 
11%, həlledici kimi – 2%. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə