113
S/n
Birləşmələrin daxil olduğu
qruplar
Birləşmələrin adları
9
Polixlorlaşmış və polibromlaş-
dırılmış bifenollar
2,3-, 2,4-, 4-4-dixlorbifenollar,
2,2-, 4,4-5,5-heksaxlorbifenollar,
2,2,4,5-tetroxlor bifenollar,
2,3,4,4,5-pentaxlorbifenollar,
2,4-, 4,4-dibrombifenollar,
2,2,4,5, - tetrabrombifenollar
10
Aromatik karbohidrogenlər
Benzol, o
-
, m
-
,p-ksilol, kumol, toluol, etil-
benzol
11
Səthi aktiv maddələr
Antrasen, atsenaften, atsenaftilen, ,enzaantra-
sen, benzapiren, benzofloranten, naftalin, fe-
nantren, flüoren, xrizen
12
Metalüzvi birləşmələr
Qalay trifenil asetat, Qalay trifenil hidroksid,
Qalay dibutiloksid, civə dimetil, civədietil,
qurquşun etilat, qurğuşun metilat
13
Digər üzvi birləşmələr
Benzidin, bentazon, bifenil, dixlorbenzidin,
pronanil, pirazon, tributilfosfat, trietilfosfat,
piridin, pirazin
Çirkləndirici komponentlərin əksəriyyəti sənaye tullantılarının
axıdılması və kanalizasiya suları vasitəsilə su hövzələrinə daxil olur.
Böyük göllər və daxili dənizlər isə atmosferdə yayılan uçucu birləşmələrin
yağış suları Vasitəsilə çökməsi vasitəsilə çirklənirlər.
Dənizlərə axan çaylar uzun yol qət edərək keçdikləri ərazilərdən
axıdılan çirkab sularını hidrosferə daşıyaraq buradakı ekosistemi
korlayırlar.
Avropanın və amerikanın əhalisi sıx olan şəhərlərdən çay sularına
axıdılan sənaye və məişət tullantılarında xeyli miqdarda neft məhsulları,
alkilfenollar, doymuş və doymamış yağ turşuları, efirlər olur. Bunlardan
başqa, ftal turşusunun efirləri, digər ikiəsaslı alifatik turşuların efirləri də
olur. Bu maddələr rezin məmulatlarında və plasmas sənayesində
plastifikator və stablizator kimi istifadə edilir. Mahiyyət etibarı ilə bu
maddələr avtoxton yolla əmələ gələn miristin, palmitin və stearin turşularına
qarışaraq çay sularının «üzvi fonunu» əmələ gətirirlər.
Səth sularının toksikantlarla antropogen çirklənməsi ekosistemdə əsas
təhlükə mənbəi kimi qeyd edilməlidir. Bu təhlükə göllərdə daha çox
nəzərə çarpır. Hətta təbii yolla göllərin çirklənməsi su hövzələrinin məhv
olmasına gətirib çıxarır. Bu proses 10 min illər nəticəsində baş verə bilir.
114
Təsərrüfat fəaliyyəti isə bu prosesi sürətləndirir və bunun nəticəsidir ki,
Ladoqa, Eri və Taxo gölləri 20-30 il ərzində artıq məhv olma
stadiyasındandır.
Təbii şəraitdə su hövzələrinin daxilində dinamik tarazlıq yaranır. Daxil
olan üzvi maddələr çökmə suxurları vasitəsilə dəyişməz formaya çevrilir,
daxil olan və kənar edilən bioelementlər arasında balans yaranır ki, bu da
təhlükəni aradan qudadırır.
Lakin su hövzələrində təhlükə mənbəi kimi fosforun rolunu göstərmək
lazımdır. Məhsuldarlığın inkişafını təmin edən fosfor gübrələrinin artığı
yağış və arx suları vasitəsilə çaylara, oradan da su ambarlarına və
dənizlərə axıdılır. Hələ yaxşı ki, fosfor gübrələrində olan –PO
4
3-
, -HPO
4
2-
,
-H
2
PO
4
-
anionları torpaqda olan ağır metallarla birləşərək suda həll
olmayan fosfatlar əmələ gətirir. Bu proses həm ağır metalları, həm də
təhlükəli fosforlaşma prosesi yaradan fosforlu anionları sistemdən çıxarır.
Bunun əksinə olaraq fosforlu yuyucu maddələr daha təhlükəlidir.
Qələvi metalların polifosfat duzları mühit yaradan və birləşdirici
komponent kimi yuyucu maddələrin tərkibində olur.
Odur ki, onlar çox miqdarda axar sular vasitəsilə su hövzələrinə
axıdılır. Bu təhlükəni aradan qaldırmaq məqsədi ilə polifosfatların digər
komponentlərlə əvəz olunması prosesi hələlik indiyə qədər həll
olunmamış qalır.
Məsələn, hər ildə Ladoqa gölünə 7000 ton fosforlu birləşmələr axıdılır.
Əgər bu rəqəmi 4000 tona endirmək mümkün olarsa 10-12 il ərzində
Ladoqa gölü yararlı halına qayıda bilər.
Su hövzələrinin çirklənməsi nəticəsində suda yaşayan canlıların növlər
arası və növdaxili kəmiyyət göstəriciləri əhəmiyyətli dərəcədə azalmışdır.
Bunun əksinə olaraq həmin su hövzələrində göy-yaşıl yosunların inkişahi
dəhşətli dərəcədə artmışdır ki, bu hadisəyə su hövzələrinin «rənglənməsi»
deyilir. Bir qayda olaraq göllərdə inkişaf edən yosunlar suya öz rənglərini
vermiş olurlar. Məsələn, göy rəngli yosunlar çox inkişaf etdiyinə görə
«Göy-Göl» adı yaranmışdır.
Bəzi yosunlar sianobakteriyalarla zəngin olduğundan, əmələ gəldiyi
sulara toksiki maddələr ifraz edirlər ki, bu da orada yaşayan canlıların
tələf olmasına səbəb olur.
Həmin maddələr insan orqanizmi üçün də təhlükə mənbəidir.
Çin mütəxəssislərinin tədqiqatı nəticəsində məlum olmuşdur ki,
«Rənglənmiş» su hövzələrindən istifadə zamanı qaraciyər xərçəngi əmələ
gəlir.
115
Dəniz və okeanların ekoloji çirklənmə səbəblərindən biri də, neft və
neft məhsulları daşıyan tankerlərin qəzaya uğramasıdır. Hər ildə milyon
tonlarla neft və neft məhsulları hidrosferə yayılaraq oradakı biosistemlər
üçün təhlükə mənbəinə çevrilir. Bu maddələr sudan yüngül olduğuna görə
böyük miqyasda su üzərində təbəqə əmələ gətirərək bir sıra ekoloji
təhlükə yaradırlar: günəş işığının suyun aşağı qatlarına keçməsinə
maneçilik yaradır, oksigen qazının su-atmosfer mübadiləsini pozaraq,
ekosistemin suda həll olan oksigendən istifadəsini məhdudlaşdırır, suda
yaşayan heyvanların orqanizminə hoparaq, onların tələf olmasına səbəb
olur.
Sual və tapşırıqlar
1. Hidrosferin quruluş tərkibini təhlil edin.
2. Dəniz və Okean sularının homogen tərkibi necə yaranır?
3. Hidrosferin əsas tərkib hissəsi olan okean sularının duzluluğu
necə hesablanır?
4. Hidrosferi çirkləndirən əsas maddələrin siniflərini göstərin.
5. Göllərin çirklənmə səbəbini izah edin.
6. Ladoqa gölünün məhv olmasına hansı faktorlar təsir etmişdir?
7. Su hövzələrinin «rənglənməsi» necə baş verir və bunun hansı
nəticələri ola bilər?
_____________________
XƏZƏR DƏNĠZĠ VƏ ONUN ÇĠRKLƏNMƏSĠ
SƏBƏBLƏRĠ
Xəzər dənizi haqqında qısa məlumat
Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olub Rusiya Federa-
siyası, Qazaxıstan Respublikası, Türkmənistan Respublikası, Azərbaycan
Respublikası və İran İslam Respublikası ərazilərindədir. O, Avropa ilə
Asiyanın sərhədində yerləşərək Dünya okeanları ilə əlaqəsi olmadığına
görə coğrafi bölgüdə göl adlanır. Odur ki, «Xəzərin statusu» məsələsi tam
həll edilməmiş qalır. Çünki, ölçüsünə, proseslərin xarakterinə və inkişaf
tarixinə görə dəniz hesab edilir. Xəzərin tarixi mənbələrdə 100-dən artıq
adı olmuşdur. Hazırda Kaspi və Xəzər adları işlənməkdədir.
Fiziki-coğrafi məlumatlar. Xəzərin uzunluğu təqribən 1200 km, orta
Dostları ilə paylaş: |