116
eni 320 km olub, sahil xəttinin uzunluğu isə 6,5 min km-dir. Onun 800
km-i Azərbaycan Respublikasının sərhəddindədir. Xəzər dünya okeanı
səviyyəsindən 28,3 m alçaqdadır. Xəzərə irili-xırdalı 130-dan çox çay
tökülür və onlardan ən böyüyü Volqa, Emba, Ural, Terek, Sulak, Samur,
Kür, İran ərazisində isə Səfidrud və Gürkan çaylarıdır.
Xəzərin üst Miosen adlanan geoloji kəsiyinə qədər Qara dənizlə
əlaqəsi olmuş, üst Pliosendə isə yenidən birləşmişdir.
Geoloji tədqiqatlara görə Kembridən əvvəlki dövrün axırı- Paleozeyin
əvvəlində indiki Avrasiya materikinin ərazisində Tetis okeanı əmələ
gəlmişdir. Tetis adı XIX əsrdə E.Zuss tərəfindən verilmiş və qədim yunan
dəniz ilahəsi Fetidanın (Thetis) adından götürülmüşdür.
Qeyd etmək lazımdır ki, Avrasiya materiki adını da 1883-cü ildə
E.Zuss vermişdir və hazırda da işlədilir.
Tetis okeanı Atlantik okeanı ilə Sakit okeanı birləşdirmişdir. Güman
edilir ki, Xəzər dənizi ilə yanaşı Qara dəniz və Aralıq dənizi də Tetis
okeanının qalıqlarıdır.
Xəzər qapalı su hövzəsi olmasına baxmayaraq su kütləsi əsasən
dənizin qərb sahili boyunca şimaldan cənuba doğru, Abşeron
yarımadasına qədər axın təşkil edərək, bu ərazidə cənubdan şimala doğru
hərəkət edən digər su axınına qarışır. Xəzərin şimal hissəsində davamsız
külək axınları yaranır. Bunlar bəzən güclənərək sürəti 100 m/san-yə çatır.
Odur ki, Abşeron astanasında hündürlüyü 11 metrə çatan dalğalar
müşahidə edilmişdir.
Xəzərin suyu okean sularına nisbətən duzlu olub, orta duzluluq 12,7-
12,8%-ə bərabərdir.
Xəzər dənizinin səviyyəsi tarix boyu əsrlik, çoxillik və qısa müddətli
tərəddüdlərə məruz qalmışdır.
Xəzər dənizində 500-dən çox bitki növü və 850-dən çox heyvan növü
vardır.
Xəzərin öyrənilmə tarixi. Xəzər dənizi haqqında ilk tarixi
məlumatı qədim yunan coğrafiyaşünası və tarixçisi bizim eradan əvvəl
6-5 əsrlərdə Miletli Hekatey vermiş və onu Hirkan dənizi
adlandırmışdır.
Xəzər dənizi haqqında daha ətraflı məlumatı Yunan coğrafiyaşünası
Strabon (e.ə 1 əsr) vermişdir.
Yunan alimi Plini göstərir ki, Kür çayı sahillərində «kaspi»
tayfaları yaşayış və onlar dənizə Kaspi adı vermişlər.
Xəzər dənizinin işlədilən digər adı isə 7-10 əsrlərdə Şimali
117
Qafqazda və Aşağı Volqaboyunda yaranmış erkən feodal dövləti olan
Türk dilli Xəzər xaqanlığının adı ilə bağlıdır.
Xəzər dənizinin faydalı qazıntıları neft və təbii qazdır. Dənizdən 4-
5 metr aşağı səviyyədə yerləşən Qaraboğazqol körfəzində isə qiymətli
kimyəvi xammal, o cümlədən mirabilit yataqları vardır.
Yuxarıda göstərildiyi kimi Xəzər dənizi 5 dövlətin ərazisində
yerləşdiyinə görə onun ekologiyasına nəzarət etmək çətindir. Qapalı
dəniz olduğundan çirklənmə surətlə gedir və dənizdə aparılan faydalı
qazıntı yataqlarının istismarı dənizdə yaşayan qiymətli balıqların
(uzunburun nərə, bölgə, Xəzər qızılbalığı, xəşəm) inkişafına mənfi
təsir göstərir.
Azərbaycanda çıxarılan neftin dörddə üç hissəsi Xəzər dənizində
çıxarılır. 1980-ci ilə qədər neftin çıxarılma dərinliyi 30-40 m olmuş,
hazırda bu rəqəm 1000 metrə çatmaqdadır.
Xəzər dənizi neft və qaz ehtiyatlarına görə dünyada ilkin yerlərdən
birinə sahibdir. Təkcə Azərbaycan sektorunda karbohidrogen ehtiyatı
10 milyard tondan çoxdur. Aşağıdakı cədvəldə Xəzərin Azərbaycan
sektorunda neft və qaz yataqları haqqında bəzi məlumatlar verilmişdir.
Yataqların adı
Neft ehtiyatı,
milyon ton
Qaz
ehtiyatı,
milyard m
3
Dənizin
dərinliyi, m
Sahildən
uzaqlıq, km
Zəfər-Məşəli
400-650
600-950
90
Çıraq-Azəri
500-600
100
300-400
130-135
Alov
300-800
300-800
120
Günəşli
400-500
40-24
190
Lerik
200-800
50
100-850000
30
Əşrəfi
100-150
400
50-880
10
Naxçıvan
100-150
9-750
100
Talış-Dəniz
80-100
40-50
50-100
50
Abşeron
100-150
400
400-600
100
Dan ulduzu
160-200
50
75-200
65-70
Qarabağ
70-90
10-12
120-150
120
Şah-Dəniz
70-90
700
50-550
40-45
Kəpəz
80-100
80-120
180
Oğuz
40-50
25-30
15-320
90
Yalama
50
40-70
35-45
118
Xəzər dənizində neft və qaz çıxarılan zaman texnoloji proseslərə
nəzarət edilmədikdə, bu su hövzəsinin yüksək dərəcədə çirklənməsi
labüd bir hadisəyə çevrilmişdir.
Belə ki, dənizin əhatə etdiyi 5 dövlətlərin hamısı neft və qaz
çıxarırlar. Onlar biri-birindən asılı olmayaraq dəniz sularını müxtəlif
dərəcədə çirkləndirirlər. Təkcə Azərbaycan sektorunda irili-xırdalı 15-
ə qədər neft-qaz yataqları istismar edilir və 1100-ə qədər buruqlar
qazılmışdır. Həmin buruqların əksəriyyəti sahildən 100-150 km aralıda
olduğundan, buruqlar qazılarkən istifadə olunan gilli məhlullar və
şlamlar, eləcə də quru hissədən çıxarılan müxtəlif tərkibli qazma
suxurları dənizə axıdılır. Bu isə öz növbəsində dəniz dibinin kəskin
dərəcədə çirklənməsinə səbəb olur.
Təqribi hesablamalar göstərir ki, hər bir quyu qazılarkən sutkada
texniki gil istifadəsi, suxurların təbiətindən asılı olaraq 40-120 m
3
-ə
qədər olur. Əgər bütün dövlətlər tərəfində 50-60 min quyu istismara
verilməsi qəbul edilərsə, gil məhsullarının miqdarını hesabladıqda
rəqəmin böyüklüyü təsəvvür ediləcək dərəcədə qorxunc olur. Buruqlar
qazılarkən dənizə axıdılan yeraltı sularda çoxlu miqdarda hidrogen
sulfid olduğundan həmin ərazidə canlı orqanizmlərin məhv olması
qarşısı alınmaz prosesə çevrilmişdir.
Xəzərdən neft çıxarılarkən normal halda hər bir qazma qurğusundan
dənizə 50-100 ton neft axıdılır. Digər tərəfdən neft, istismar
quyularından terminallara daşınarkən qəzalar baş verir ki, bunun da
nəticəsində 1000 tonlarla neft dənizə tökülmüşdür.
Qeyd edildiyi kimi, Xəzər dənizlərində 500-dən çox bitki növü
vardır ki, onlar fotosintez prosesi nəticəsində (150 metr dərinliyə
qədər) dəniz sularını təmizləmiş olur.
Xəzər dənizi neftlə çirkləndikdə günəş şüalarının qarşısı
alındığından fotosintez prosesi getmir və dənizin biosferi korlanır.
Azərbaycan Respublikası ərazisindən Xəzər dənizinə tökülən çaylar
çoxlu miqdarda zərərli maddələrlə zəngindir. Belə ki, Kür-Araz
ovalığı, həmçinin digər əkin sahələri pestisid və defolyantlarda
çirkləndiyindən, yer üstü sular və kiçik çaylar vasitəsi ilə Kür və Araz
çaylarına, oradan da Xəzər dənizinə axıdılır.
Təkcə Volqa çayından hər il Xəzər dənizinə 150 min ton neft, 1,5
ton fenol, 3 tondan çox səthi aktiv maddələr, 3 tona yaxın pestisidlər
Dostları ilə paylaş: |