122
preparatlar kəşf edilir və onların istehsalı artıq zavodlar tərəfindən
həyata keçirilir.
Həşəratlara, alaq otlarına və ziyanverici heyvanlara təsir
mexanizminə görə pestisidlər bir neçə qrupa ayrılır:
a) bir başqa təmas vasitəsilə təsir edənlər – həşəratların hər hansı
orqanına toxunmaqla onları məhv edənlər;
b) həzm sistemi vasitəsilə təsir edənlər – həşəratlar və digər
ziyanvericilər onları qida vasitəsilə qəbul etdikdə effektli təsir göstərir;
c) sistemli təsir göstərənlər – bitkiləri orqanları vasitəsilə yayılaraq,
müəyyən inkişaf mərhələsində zəhərli təsir göstərərək ondan istifadə
edən ziyanvericiləri məhv edir və sonrakı inkişaf mərhələsində
zəhərləyici təsiri aradan qalxır;
d) fumiqant mexanizmi ilə təsir edənlər – belə pestisidlər
həşaratların tənəffüs yolu ilə daxil olaraq onları məhv edir.
Alaq otları ilə mübarizədə tətbiq olunan herbisidlər:
a) kütləvi təsir edən herbisidlər - belə kimyəvi maddələr bütün
bitkiləri məhv edir.
b) sellektiv – seçici herbisidlər – bu maddələr bir növ bitkiləri məhv
edir və digər növlər üçün təsirli deyillər.
Kimyəvi tərkibinə görə bütün pestisidlər iki qrupa bölünür: qeyri
üzvü və üzvi birləşmələr.
Pestisidlərin ilk tətbiq dövründə yalnız qeyri-üzvi maddələrdən
istifadə olunurdu: qurğuşun 2-xlorid PbCl
2
, arsen3-oksid-As
2
O
3
, mis
duzları, florid turşusunun duzları, kükürd, sulfat turşusunun törəmələri
və s.
Bütün qeyri-üzvi pestisidlər bir sıra xüsusiyyətlərinə görə effektli
deyillər: yüksək dozada təsir edirlər, seçici olmadığına görə bütün
canlılar üçün təhlükəlidir, təbiətdə uzun müddət davamlı halda qalaraq
istifadə olunan su hövzələrini çirkləndirməklə ekoloji mühiti
korlayırlar.
Odur ki, XX əsrin 40-50-ci illərində qeyri üzvi pestisidlər üzvi
pestisidlər vasitəsilə get-gedə sıxışdırılmağa başladı.
123
PESTĠSĠDLƏRĠN TOKSĠKĠ GÖSTƏRĠCĠLƏRĠ
Üzvi birləşmələr hesabına hazırda dünyada 100000-dən çox pestisid
tətbiq edilir. Sovetlər zamanında isə 100-ə qədər pestisid istifadə
edilirdi.
Bütün pestisidlər əhəmiyyətli təsir göstərsələrdə, digər tərəfdən
bütün canlılar üçün təhlükə mənbəinə çevrilirlər. Onlar uzun müddət
yer qabığında qalaraq ekoloji mühitdə qarşısı alınmaz təhlükələr
yaradırlar.
Zəhərlilik dərəcəsinə görə pestisidlər 4 qrupa ayrılırlar:
I. Yüksək zəhərli pestisidlər – LD
50
-heyvanların hər bir kq çəkisinə
50 mq təşkil edənlər.
II. Zəhərli və güclü təsir edən pestisidlər – LD
100
-heyvanların hər kq
çəkisinə 50-200 mq təşkil edənlər.
III. Orta zəhərli pestisidlər – LD
500
-heyvanların hər bir kq çəkisinə
200-1000 mq təşkil edənlər.
IV. Az zəhərli pestisidlər – LD
1000
– heyvanların hər bir kq çəkisinə
1000 mq-dan çox təşkil edənlər.
Hər hansı pestisidin dozasından başqa onun digər keyfiyyətləri də
əsas götürülür. Məsələn, pestisidlərin orqanizmidə təsir effekti, yağlı
mühitdə həll olma dərəcəsi, uçuculuğu və digər fiziki-kimyəvi
xassələr.
Pestisidin istifadə spektri həmçinin onun «persistent» xassəsilə də
ölçülür – ətraf mühitdə qalma müddəti. Digər göstəricilərdən biri də
pestisidin «kumilyativ» xassəsidir: orqanizmdə pestisidin metabolizm
müddəti və orqanizmdən kənar olma mexanizmi. Məs... DDT yalnız
süd vasitəsilə orqanizmdən kənar edilir ki, bu da ən təhlükəli effekt de-
məkdir.
Kənd
təsərrüfatının
kimyalaşdırılması
ərəfəsində
xroniki
intoksikasiya (mütamadi zəhərlənmə) ətraf mühiti korlayaraq ekoloji
ziddiyyətlərin yaranması prosesi sürətlənərək hazırki vəziyyətə
çatmışdır.
Ekoloji mühitin korlanmasında pestisidlər sintez olunan zavodLarda
təhlükəsizlik texnologiyasının pozulması, zavod tullantılarının su
hövzələrinə və atmosferə buraxılması ilə yanaşı, onların daşınması,
saxlanması qaydalarına əməl olunmaması, həmçinin istifadəsi zamanı
124
dozaların çoxalması və s. rolu böyükdür.
PESTĠSĠDLƏRĠN BĠOLOJĠ OBYEKTLƏRDƏ
KĠMYƏVĠ-FĠZĠKĠ ANALĠZĠ
Ekoloji obyektlərdə pestisidlərin ayrılması və miqdarının təyini
mürəkkəb bir proses olub hər bir pestisid üçün xüsusi həlledicilər və
reaktivlər tələb olunur.
Qeyri-üzvi pestisidlərin sayı az olduğundan onların ayrılması və
təyini metodu işlənib hazırlanmışdır.
Pestisidlərin bioloji materiallardan ayrılması üzvi həlledicilər
vasitəsilə ekstraksiya yolla həyata keçirilir. Bu zaman pentan, n-
heksan, heptan, petroleum efiri, xloroform və karbon 4-xlorid kimi
həlledicilərdən istifadə olunur.
Hələlik ümumi bir universal üsul olmadığından pestisidlərin bioloji
obyektlərdən ayrılması və təmizlənməsi çox vaxt aparan bir əməliyyat
hesab olunur.
Üzvi pestisidlərin tərkibindən asılı olaraq onların müəyyən qrupları
üçün xüsusi metodlar işlənib hazırlanmışdır. Xlorüzvi birləşmələrin
pestisid kimi istifadə olunan qrupları üçün ümumi sxem məlumdur.
Ətraf mühitin spesifikliyindən asılı olaraq – hava, torpaq, su,
bitkilər və onların məhsulları, ət-süd məhsulları-pestisidlərin
ayrılması və analizi fərdi yanaşma tələb edir.
Əsas tətbiq olunan üsullar – üzvi həlledicilər vasitəsilə ekstraksiya,
su buxarı vasitəsilə ayrılma, kristallaşma – effekt vermədikdə nazik
təbəqə xromotoqrafiyası və qazxromotoqrafiyası metodlarından
istifadə olunur.
Kəmiyyət və keyfiyyət analizi nəticəsində ayrı-ayrı pestisidlərin
ilkin tərkibindən başqa, onların çevrilmə məhsulları da müəyyən edilir.
Ekologiyanı çirkləndirən və ən çox zəhərlənmələrə səbəb olan
pestisidlər hallogenli, fenoltörəmələri, karbamid birləşmələri, fosfat
turşusunun müxtəlif efirləri və element üzvi birləşmələrdir.
HALLOGENLĠ PESTĠSĠDLƏR
Ən çox istifadə olunan xlorüzvi birləşmələrdən DDT qrup
insektisidlərini göstərmək olar.
Dostları ilə paylaş: |