128
Sevin ağ rəngli kristal maddə olub 142
0
C-də əriyir, suda pis, üzvi
həlledicilərdə isə yaxşı həll olur. Adi şəraitdə oksidləşmir və suda öz
xassəsini saxlayır, lakin qələvi mühitdə hidrolizə uğrayaraq parçalanır
və öz təsirini itirir.
Sevin həşaratları və gəmiriciləri məhv etmək üçün işlədilir. Onu
təyin etmək üçün 2%-li civə 2-xlorid məhlulu ilə qarışdırıb saxlayırlar.
Rəngsiz kristalların alınması Sevinin olduğunu göstərir. Reaksiya çox
həssas olub 10 mkq sevin olduqda belə təyin edilə bilir.
Sevinin zəhərləyici təsiri onun xolinesteraza fermentinin ingibitoru
olmasına əsaslanır. Yəni onun sintezini məhdudlaşdırır və orqanizmin
müdafiə qabiliyyətini azaldır.
FOSFORLU PESTĠSĠDLƏR
Fosforlu üzvi birləşmələr pestisid kimi geniş istifadə edilir. Onlar
tiofosfat H
3
PO
3
S, ditiofosfat H
3
PO
2
S
2
və pirofosfat turşusunun H
4
P
2
O
7
efirləri olub ilk dəfə 1846-cı ildə Tenar tərəfindən sintez edilmişdir.
Praktiki əhəmiyyəti isə XX əsrin əvvəllərində müəyyən edilmişdir.
Fosforlu üzvi birləşmələr xalq təsərrüfatında pestisid kimi – insektisid,
akarisid- geniş istifadə olunur. Üstün cəhətlərindən biri insan və
heyvanlar üçün təhlükəsiz olmasıdır. Kənd təsərrüfatında fosforlu
pestisidlərin 80-a yaxın növləri tətbiq edilir.
Əsasən pambıq dənli bitkilər, tərəvəz, meyvə ağaclarının
zərərvericilərinə qarşı tətbiq edilir. Eyni zamanda evdə olan milçəklər,
ağcaqanadlar, ev quşları və ev heyvanlarının parazitləri üçün əlverişli
pestisiddir.
Onlardan metafos və tiofos geniş tətbiq edilməkdədir, bütün
istiqanlı heyvanlar və insanlar üçün güclü zəhər hesab olunur. İlk
növbədə tənəffüs yollarına təsir edir, mədə-bağırsaq sisteminin işini
pozaraq halsızlıq yaradır və yüksək dozada – LD
50
=800 mq/kq –
öldürücü təsir göstərir. Odur ki, onun daşınması, saxlanması və istifadə
qaydalarına ciddi əməl olunmalıdır. Torpaqda uzun müddət qalaraq
ekologiyanı korlayan pestisid hesab olunur.
129
Xlorofos ilk dəfə 1952-ci ildə sintez edilmişdir.
Cl
CH
3
O
P – OH + HC – C Cl
CH
3
O O Cl
O
CH
3
O
Cl
P – CH – C Cl
Cl
CH
3
O OH
Xlorofos rəngsiz kristallik maddə olub 82
0
C-də əriyir. Suda və üzvi
həlledicilərdə yaxşı həll olur.
CH
3
O
O H
Dixlorofos P Cl
CH
3
O O – C = C Cl
O, xlorofosun metabolizminin məhsulu olub ilk dəfə 1965-ci ildə
sintez edilmişdir. Dixlorofos rəngsiz məhlul olub, suda az (1%), üzvi
həlledicilərdə ilə yaxşı həll olur. Qaynaması 35
0
C-də başlayır və
120
0
C-yə qədər davam edir.
LD
50
gəmiricilər üçün 50-330 mq/kq, ev dovşanları üçün 50 mq/kq
təşkil edir.
Xlorofos və dixlorofos insan və istiqanlı heyvanlar üçün də çox
təhlükəlidir. Bu pestisidlər orqanizmdə xolinesteraza fermentinin
sintezini dayandıraraq, asetilxolinin torplanmasına səbəb olur və
ölümlə nəticələnir.
Heyvanlar bu preparatlarla zəhərləndikdə ağız suyunun ifrazı
çoxalır, gözlərindən su gəlir, tez-tez sidik ifraz edərək hərəkətləri
pozulur. Bir qədərdən sonra əsməyə başlayır və qan təzyiqi əvvəlcə
qalxır, sonra isə aşağı düşür. Zəhərlənmə 10-15 dəqiqə ərzində məlum
130
olur. Bu da xlorofos və dixlorofosun qana sürətlə keçməsilə
əlaqədardır.
İnsanlarda xlorofos və dixlorofosla zəhərlənmə 20-30 dəqiqədən
sonra aşkar edilir. Bu zaman kəskin baş ağrısı ilə ağız suyunun və
sidiyin ifrazı çoxalır, bronxial asma əlamətləri başlayaraq tənəffüs
çətinləşir. İnsan huşunu itirməyə başlayır və qan təzyiqinin sürətlə
aşağı düşməsi nəticəsində ürək fəaliyyəti dayanır.
Xlorofos və dixlorofos orqanizmdə metabolizm prosesinə uğra-
yaraq, dehidroxlorlaşma reaksiyası ilə müşayət olunan çevrilmənin son
məhsulu, qlükon turşusu olur.
Xlorofos qəbulundan 5 dəqiqə sonra o qana keçmiş olur. O, hey-
vanların ətində, südündə və yağında dəyişməz formada aşkar
edilmişdir.
Xlorofos orqanizmdə bir molekul HCl ayıraraq dixlorofosa çevrilir.
Bu isə fermentlərin təsirilə tezliklə hidrolizə uğrayır. Son məhsullar
uzun müddət (hətta 3 ay) orqanizmdə qala bilir. Odur ki, bu
pestisidlərdən istifadə edildikdə təhlükə sizlik texnikasına əməl
edilməlidir. İstehsal tullantıları isə çaylara və su hövzələrinə
axıdılmamalıdır. Suda və torpaqda dəyişikliyə uğramadan uzun
müddət qalır.
Sual və tapşırıqlar
1. Pestisidlər hansı kimyəvi maddələrə deyilir?
2. Kənd təsərrüfatında ən çox istifadə olunan pestisidləri göstərin.
3. Pestisidlər canlı orqanizmə necə və hansı yollarla daxil olurlar?
Onların törətdikləri xəstəlikləri göstərin.
4. İnsektisidlər hansı maddələrə deyilir? Onların əhəmiyyətini və
ziyanlı xassələrini göstərin.
5. Defolianlar hansı məqsədlər üçün istifadə olunur? Onlar canlı
aləmi necə çirkləndirirlər?
6. Halogenli pestisidləri göstərin və onların əsas cəhətlərini izah
edin.
7. Pestisidlərin və defoliantların zəhərlilik dərəcəsi necə
göstərilir?
____________________
Dostları ilə paylaş: |