Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   58

 
104 
qazı  da  olarsa  bu  ağciyər  və  ürəkdamar  xəstəliklərinin  əmələ  gəlmə 
riskini bir neçə dəfə artırır. 
Atmosfer havasında sulfatların (NH
4
+
, Ca
2+
, Mg
2+
, Fe
2+
, Cu
2+
, Pb
2+
 
ionları  ilə)  olması  ağciyər  xəstəliklərinin  artmasna  səbəb  olur.  Onlar 
çox mikroskopik ölçülərdə olduğundan nəfəs yollarına asanlıqla keçir. 
Digər  tərəfdən  bu  fiziki  xassə  həmin  hissəciklərin  atmosferdə 
miqrasiyasını da asanlaşdırır. 
Bir sıra bərk hissəciklərin atmosferdə varlığı, nəinki nəfəs yollarının 
xəstəliklərini,  hətta  bədxassəli  şişlərin  əmələ  gəlməsinə  səbəb  olur. 
Belə  maddələrə  misal  olaraq  benzapireni  göstərmək  olar.  Benzopiren 
avtomobillərin 
mühərriklərindən  ayrılan  yanma  məhsullarının 
içərisində olur. Bu maddələr hava aerozollarında həm sərbəst, həm də 
qurum hissəcikləri ilə birlikdə ola bilir. 
Kömür  şaxtalarında  çalışan  fəhlələrdə  «qara  xəstəlik»  adlanan  ağ 
ciyər  xəstəliyi  geniş  yayılmışdır.  Pambıqçılıq  zavodlarında  çalışan 
işçilərdə  isə  «palıdrənki  xəstəliyi»  müşahidə  edilir.  Havaya  qarışmış 
selliloza hissəcikləri ağciyərə daxil olaraq orada toplanır. 
İstehsalat 
tozlarının 
yaratdığı 
peşə 
xəstəliyi 
tibbdə 
«pnevmokonizm» adlanır (pnevma yunan sözü olub – ağciyər, koniya-
toz deməkdir). 
Aerozol  hissəciklərin  kimyəvi  tərkibindən  asılı  olaraq  bir  sıra 
pnevmokonizm  xəstəlikləri  mövcuddur:  silikatoz  –aerozolda  silikatlar 
olduqda; 
asbeztoz-silikatların 
təhlükəli 
birləşməsi 
asbest 

Mg
6
(OH)
8
[Si
4
O
10
] olduqda; 
Sidoroz–dəmir birləşmələri olduqda; antrakoz-daş kömür və qurum 
olduqda və s. 
Asbestlə daimi təmasda olan işçilərdə ağciyər xərçənginin yaranma 
riski  daha  çoxdur.  Ən  təhlükəli  xəstəliklərdən  olan  «asbestoz» 
uzunluğu  5  mkm,  qalınlığı  isə  3  mkm  ölçüdə  olan  və  gözlə 
görünməyən  asbest  molekullarından  ibarət  iynələr  vasitəsilə  əmələ 
gəlir.  Bu  iynələr  alveollara  daxil  olaraq  sancılıb  qalır  və  çoxaldıqda 
tənəffüs  etmək  çətinləşir.  Bu  xəstəlik  20-30  ildən  sonrada  müşahidə  
edilir ki, bu da ən təhlükəli hesab olunmalıdır. Asbest yanmır və istiliyi 
keçirmir.  Odur  ki,  ondan  istilik  sistemlərinin  izolyasiyasında  və  oda 
davamlı materialların hazırlanmasında istifadə olunur. 


 
105 
Hazırda  asbesti  əvəz  edən  materialların  istifadəsi  təmin  edilsə  də, 
avtomobillərin  əylənc  və  mufta  sistemlərini  başqa  materiallarla  əvəz 
etmək mümkün olmur. 
1986-cı    ildən    Amerika    Birləşmiş    Ştatlarında    tədris 
məktəblərində  asbest  materiallarının  istifadəsinə  qanunla  qadağa 
qoyulmuşdur. Asbestlə təmasda olan adamlar həm  də siqaret çəkdikdə 
daha  təhlükəlidir.  Onlar  eyni  vaxtda    sinergetik    effekt  yaradaraq 
xəstəliyi daha da təhlükəli edir. 
Kanserogen  effekti  yaradan  aerozol  hissəciklərinin  normaları 
müəyyənləşdirilmişdir.  Məsələn,  Almaniyada  və  bir  sıra  Avropa 
ölkələrində «mümkün texniki hədd» müəyyənləşmişdir ki, asbest üçün 
bu hədd 0,05 mg və ya 10
6
 lif 1m
3
 havada ola bilər. 
Yol  verilən  qatılıq  həddi  (YQH)  aerozol  hissəciklərinin  növündən 
və  tərkibindən  asılı  olaraq  insan  sağlamlığına  təsir  miqdarı  növbəti 
cədvəldə verilmişdir. 
 
Aerozol hissəciklərin mənşəi 
YQH 
b.q. 
YQH 
o.g. 
YQH 
t.m. 
Metal yonqarlarının tozu 
 
 
0,040 
Asbest  tərkibli  materiallar  Xrizobil-asbest  10%-ə 
qədər 
 
0,06 
 
Kağız və ağac emalı  
 
 
0,100 
Tütün fabriki: 
8

10
-4
 
4

10
-4
 
 
Nikotin 2,7% olduqda 
Nikotin 1,5%-ə qədər olduqda 
Qətran maddələri 16%-ə qədər 
 
 
0,030 
Taxıl anbarları  
0,500 
0,100 
 
Latun əridilməsi 
 
 
0,003 
Yun fabriki 
 
 
0,030 
Qeyri üzvi maddələr: 20-70%  
SiO
2
 - sement 
0,300 
0,100 
 
Gips istehsalı 
 
 
0,500 
Yuyucu «pemolüks» 
 
 
0,020 
Polivinilxlorid  
 
 
0,100 
Polimetal 
 
0,0001 
 
Şüşə və şüşəplastika 
 
 
0,060 
Fenolformaldehid qətranı  
 
 
0,040 


 
106 
Pambıq lifləri 
0,200 
0,050 
 
 
b.q. – birdəfəlik qəbul etmənin miqdarı 
o.g. – orta gün ərzində 
 
t.m – təhlükəsiz miqdar 
 
Sual və tapşırıqlar 
 
1. Aerozol nədir və hansı növləri vardır?  
2. Havada rast gəlinən toz hissəciklərinin ölçüsü necə ola bilər? 
3. Aerozol çirkləndiricilər hansı yollarla alınır? 
4.  Okean  aerozolları  necə  yaranır  və  hansı  kimyəvi  tərkibdə 
olurlar? 
5.  Kömür  yandıqda  atmosferə  hansı  tərkibdə  aerozol  hissəciklər 
daxil olur? 
6.  Gəncə  alüminium  zavodunun  hansı  ekoloji  çirkləndiriciləri 
yaranır? 
7.  Sumqayıtın  «ölü  şəhər»  adlandırılması  hansı  səbəbdən 
yaranmışdır? 
8.  Vulkanik  aerozolların  tərkibində  hansı  maddələr  olur?  Onlar 
hansı hündürlüyə qalxa bilirlər? 
9. Antropogen aerozollar necə əmələ gəlir? 
10.  Troposferin  aerozol  hissəciklərlə  çirklənməsi  hansı  ziyanlar 
törədə bilir? 
11.  Stratosfer  aerozollarının  əsas  kimyəvi  tərkibi  hansı 
maddələrdən ibarət olur? 
12.  Ultrabənövşəyi  şüaların miqdarı  ilə  aerozol miqdarı  arasında 
hansı asılılıq mövcuddur? 
13.  Yer  qabığının  soyuması  nə  zaman  baş  verir  və  nə  vaxt  aşkar 
edilmişdir? 
14. Hava çirklənmələri insan orqanizminə necə təsir göstərir? 
15. Aerozollarn yaratdığı bir sıra xəstəlikləri göstərin. 
______________________ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə