92
OZON QATININ ƏHƏMĠYYƏTĠ VƏ ONUN
AZALMASININ EKOLOJĠ ZĠYANLARI
Yer kürəsinin evolyusiyası mərhələlərindən aydın olur ki, canlı
orqanizmlər ilk dəfə suda əmələ gəlmişdir. Hələ ozon təbəqəsi
yaranana qədər, ultrabənövşəyi şüalar su təbəqələri vasitəsilə udulurdu.
İlk ozon təbəqəsi əmələ gəldikdə isə təxminən 400 milyon il bundan
əvvəl bitki örtüyü meydana gəldi. Həmin dövrdə həyat üçün əhə-
miyyətli elementlərdən biri olan oksigenin miqdarı indiki miqdarının
0,5-i qədər idi, qanunauyğun olaraq ozon 0,7-yə bərabər idi. Bitki
örtüyü, qalın meşələr fotosintez prosesi nəticəsində havanı oksigenlə
zənginləşdirdi və bunun davamı olaraq qalın ozon təbəqəsi yarandı.
Yer qabığı ultrabənövşəyi şüalardan qorunduqdan sonra canlı
orqanizmlər – heyvanlar əmələ gəlməyə başladı. 140 milyon il bundan
əvvəl Dinozavrlar yaranmış və digər heyvanlar tipi təşəkkül tapmışdır.
Yer kürəsinin möcüzəsi sayılan insanın əmələ gəlmə tarixi 5 milyon
ildən çox deyildir.
Yer kürəsini «qoruyan» ozon təbəqəsinin əhəmiyyəti ölçüsüzdür və
onun azalması aşağıdakı ekoloji katastroflar yarada bilər:
- Stratosferada ozonun azalması, troposferdə isə əksinə çoxalması
iqlim dəyişməsinə səbəb olur. Ozonun parçalanması endotermik
reaksiya olduğundan stratosferdə temperatur kəskin aşağı düşür.
Troposferdə ozonun əmələ gəlməsi ekzotermik reaksiya olduğundan
atmosferin temperaturunu kəskin artıraraq «parnik effekti» yaradır.
Ozonu dağıdan maddələr də «parnik effekti» yaratmaq qabiliyyətinə
malikdirlər. Onlar Günəşdən gələn infraqırmızı (İQ) şüaları udaraq
atmosferin istilənməsinə şərait yaradırlar. Bu kəskin iqlim dəyişmələri
böyük kataklizmlər yaradır və yaradacaqdır.
- Ozon qatının nazikləşməsi üzündən Yer qabığına gəlib çatan
ultrabənövşəyi şüaların miqdarı artır ki, o da öz növbəsində qarşısı
alınmaz təzadlar törədir:
a) ultrabənövşəyi şüalar normadan artıq olduqda dəri xərçəngi
əmələ gəlir;
b) ultrabənövşəyi şüalar göz bəbəyinə təsir edərək katarakt xəstəliyi
törədir;
93
c) ultrabənövşəyi şüalar nuklein turşularına təsir edərək onları
dağıdır və beləliklədə hüceyrələrin məhv olmasına və ya mutasiya
dəyişkənliyinə səbəb olur;
d) ultrabənövşəyi şüalar əsas Xromosom materialı kimi genetik
informasiya
mənbəi
olan
DNT
(dezoksiribonuklein
turşusu)
molekullarını dağıdır. Eyni zamanda DNT ilə birləşən dezoksiribozanı
ayıraraq şəkərin hüceyrə daxilinə keçməsini və yanaraq enerji mənbəi
rolunu aradan qaldırır. Beləliklə də şəkərli diabent xəstəliklərinin
yaranmasına səbəb olur;
e) ultrabənövşəyi şüaların normadan artıq olması orqanizmdə
immun sisteminə mənfi təsir edərək onun azalmasına səbəb olur.
Tədqiqatlar əsasında belə nəticəyə gəlinmişdir ki, tropik qızdırma,
gerpes (uçuqlama) tipli xəstəliklər «immundefisiti» nəticəsində baş
verir. Səbəbi hələlik aşkarlanmayan və qorxulu keçici xəstəlik olan
SPİD (simptom imunodefisit) ola bilsin ki, ilk dəfə UB-şüaların
təsirindən yaranmışdır;
f) ultrabənövşəyi şüalar bitkilərin boy artımına və məhsuldarlığına
mənfi təsir göstərir. Çuğundur üzərində aparılan təcrübələr,
məhsuldarlığın 35% azalmasını müəyyən etmişdir;
h) ultrabənövşəyi şüalar ən çox mikroorqanizmlərə təsir göstərir.
Şüaların 5% artımı onların həyatna son qoyur, fitoplankfonların
(mikroskopik bitkilər) məhsuldarldığını azaldaraq, okeanların qida
mənbəini korlayır. Tədqiqatlar göstərmişdir ki, ozonun 5% azalması,
35% fitoplankfonların azalmasına səbəb olur ki, bu da balıqcılıq
sənayesinə katastrofik təsir göstərir.
Bir sözlə, ozon təbəqəsinin dağılması ekosistemin tarazlığını
pozaraq,
bir
qrup
populyasiyanın məhv olmasına, digər
populyasiyaların artmasına gətirib çıxarır.
Ozonun stratosferdə azalması və troposferdə çoxalması bir sıra
ekoloji ziyanlar törədir:
- ozon fotooksidant kimi ən çox rezin məlumatlarını, sintetik
liflərdən hazırlanmış toxuculuq məhsullarını, polimerləri, rəngləyici
maddələri sıradan çıxarır. Tədqiqatlar göstərmişdir ki, 1990-cı illərdə
qərbi Avropada atmosferin fotooksidantlarla çirklənməsi nəticəsində 5-
6 milyard dollar ziyan olmuşdur. Bir o qədərdə xəstəliklərin müalicə-
sinə sərf olunmuşdur.
94
Sual və tapşırıqlar
1. Yer atmosferinin hansı qatında ozon təbəqəsi vardır?
2. Atmosferin hansı hündürlüyündə ozonun qatılığı daha çoxdur.
3. Ozonun dağılması prosesində zaman aşkar edilmişdir?
4. Ozon təbəqəsinin dağılması ilə «ozon deşiyi» nə zaman və
kimlər tərəfindən harada müşahidə edilmişdir.
5. Nəyə görə ozonun çoxluğu stratosferdə xeyirli, troposferdə isə
ziyanlıdır?
6. Ozon süni sürətdə neçə alınır?
7. Ozonu dağıdan maddələr hansılardır və kimlər tərəfindən
tədqiq edilmişdir?
9. Freonların, qalonların tərkibi neçədir?
10. Ozonu dağıdan maddələrin təsir mexanizmini izah edin.
11. Ultrabənövşəyi şüaların çoxluğu hansı ekoloji nöqsanlar
yaradır?
12. UB şüalar hansı xəstəliklər törədə bilir.
13. UB şüaların vurduğu ziyanlar hansılardır?
______________________
ATMOSFERĠ ÇĠRKLƏNDĠRƏN AEROZOLLAR
Atmosfer havasında qaz halında olan çirkləndiricilərdən başqa
maye və bərk halda hissəciklər vardır ki, onların iştirakı ekoloji təhlükə
törədir.
Aerozol yunan sözü olub ear – hava, zol – asılqan deməkdir.
Havanın özü məhlul halındadır. Ən çox faiz tərkibi azot olduğundan
(78%), azot həlledici, digər qazlar və ölçüsü 0,001-10 mkm olan
hissəciklər isə həll olan adlanır ki, bunlar bircinsli sistem təşkil
etdiyindən qarışıq hava kütləsi dispers sistem adlanır.
Bir cinsli sistemi yaradan hissəciklərin aqreqat halından asılı olaraq
hava duman və tüstü şəklində olur. Həllolan maddələr maye halında
olduqda duman, bərk halda olduqda isə tüstü yaranır.
Havada olan toz hissəcikləri müxtəlif formada olub, ölçüləri 0,001-
Dostları ilə paylaş: |