Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   58

 
92 
 
 
OZON QATININ ƏHƏMĠYYƏTĠ VƏ ONUN  
AZALMASININ EKOLOJĠ ZĠYANLARI 
 
Yer  kürəsinin  evolyusiyası  mərhələlərindən  aydın  olur  ki,  canlı 
orqanizmlər  ilk  dəfə  suda  əmələ  gəlmişdir.  Hələ  ozon  təbəqəsi 
yaranana qədər, ultrabənövşəyi şüalar su təbəqələri vasitəsilə udulurdu. 
İlk  ozon  təbəqəsi  əmələ  gəldikdə  isə  təxminən  400  milyon  il  bundan 
əvvəl  bitki  örtüyü  meydana  gəldi.  Həmin  dövrdə  həyat  üçün  əhə-
miyyətli  elementlərdən  biri  olan  oksigenin  miqdarı  indiki  miqdarının 
0,5-i  qədər  idi,  qanunauyğun  olaraq  ozon  0,7-yə  bərabər  idi.  Bitki 
örtüyü,  qalın  meşələr  fotosintez  prosesi  nəticəsində  havanı  oksigenlə 
zənginləşdirdi və bunun davamı olaraq qalın ozon təbəqəsi yarandı. 
Yer  qabığı  ultrabənövşəyi  şüalardan  qorunduqdan  sonra  canlı 
orqanizmlər – heyvanlar əmələ gəlməyə başladı. 140 milyon il bundan 
əvvəl Dinozavrlar yaranmış və digər heyvanlar tipi təşəkkül tapmışdır. 
Yer  kürəsinin  möcüzəsi  sayılan  insanın  əmələ  gəlmə  tarixi  5  milyon 
ildən çox deyildir. 
Yer kürəsini «qoruyan» ozon təbəqəsinin əhəmiyyəti ölçüsüzdür və 
onun azalması aşağıdakı ekoloji katastroflar yarada bilər: 
-  Stratosferada  ozonun  azalması,  troposferdə  isə  əksinə  çoxalması 
iqlim  dəyişməsinə  səbəb  olur.  Ozonun  parçalanması  endotermik 
reaksiya  olduğundan  stratosferdə  temperatur  kəskin  aşağı  düşür. 
Troposferdə  ozonun  əmələ  gəlməsi  ekzotermik  reaksiya  olduğundan 
atmosferin  temperaturunu  kəskin  artıraraq  «parnik  effekti»  yaradır. 
Ozonu  dağıdan  maddələr  də  «parnik  effekti»  yaratmaq  qabiliyyətinə 
malikdirlər.  Onlar  Günəşdən  gələn  infraqırmızı  (İQ)  şüaları  udaraq 
atmosferin istilənməsinə şərait yaradırlar. Bu kəskin iqlim dəyişmələri 
böyük kataklizmlər yaradır və yaradacaqdır. 
-  Ozon  qatının  nazikləşməsi  üzündən  Yer  qabığına  gəlib  çatan 
ultrabənövşəyi  şüaların  miqdarı  artır  ki,  o  da  öz  növbəsində  qarşısı 
alınmaz təzadlar törədir: 
a)  ultrabənövşəyi  şüalar  normadan  artıq  olduqda  dəri  xərçəngi 
əmələ gəlir; 
b) ultrabənövşəyi şüalar göz bəbəyinə təsir edərək katarakt xəstəliyi 
törədir; 


 
93 
c)  ultrabənövşəyi  şüalar  nuklein  turşularına  təsir  edərək  onları 
dağıdır  və  beləliklədə  hüceyrələrin  məhv  olmasına  və  ya  mutasiya 
dəyişkənliyinə səbəb olur; 
d)  ultrabənövşəyi  şüalar  əsas  Xromosom  materialı  kimi  genetik 
informasiya 
mənbəi 
olan 
DNT 
(dezoksiribonuklein 
turşusu) 
molekullarını dağıdır. Eyni zamanda DNT ilə birləşən dezoksiribozanı 
ayıraraq şəkərin hüceyrə daxilinə keçməsini və yanaraq enerji mənbəi 
rolunu  aradan  qaldırır.  Beləliklə  də  şəkərli  diabent  xəstəliklərinin 
yaranmasına səbəb olur; 
e)  ultrabənövşəyi  şüaların  normadan  artıq  olması  orqanizmdə 
immun  sisteminə  mənfi  təsir  edərək  onun  azalmasına  səbəb  olur. 
Tədqiqatlar  əsasında  belə  nəticəyə  gəlinmişdir  ki,  tropik  qızdırma, 
gerpes  (uçuqlama)  tipli  xəstəliklər  «immundefisiti»  nəticəsində  baş 
verir.  Səbəbi  hələlik  aşkarlanmayan  və  qorxulu  keçici  xəstəlik  olan 
SPİD  (simptom  imunodefisit)  ola  bilsin  ki,  ilk  dəfə  UB-şüaların 
təsirindən yaranmışdır; 
f)  ultrabənövşəyi  şüalar  bitkilərin  boy  artımına  və  məhsuldarlığına 
mənfi  təsir  göstərir.  Çuğundur  üzərində  aparılan  təcrübələr, 
məhsuldarlığın 35% azalmasını müəyyən etmişdir; 
h)  ultrabənövşəyi  şüalar  ən  çox  mikroorqanizmlərə  təsir  göstərir. 
Şüaların  5%  artımı  onların  həyatna  son  qoyur,  fitoplankfonların 
(mikroskopik  bitkilər)  məhsuldarldığını  azaldaraq,  okeanların  qida 
mənbəini  korlayır.  Tədqiqatlar  göstərmişdir  ki,  ozonun  5%  azalması, 
35%  fitoplankfonların  azalmasına  səbəb  olur  ki,  bu  da  balıqcılıq 
sənayesinə katastrofik təsir göstərir. 
Bir  sözlə,  ozon  təbəqəsinin  dağılması  ekosistemin  tarazlığını 
pozaraq, 
bir 
qrup 
populyasiyanın  məhv  olmasına,  digər 
populyasiyaların artmasına gətirib çıxarır. 
Ozonun  stratosferdə  azalması  və  troposferdə  çoxalması  bir  sıra 
ekoloji ziyanlar törədir: 
-  ozon  fotooksidant  kimi  ən  çox  rezin  məlumatlarını,  sintetik 
liflərdən  hazırlanmış  toxuculuq  məhsullarını,  polimerləri,  rəngləyici 
maddələri  sıradan  çıxarır.  Tədqiqatlar  göstərmişdir  ki,  1990-cı  illərdə 
qərbi Avropada atmosferin fotooksidantlarla çirklənməsi nəticəsində 5-
6 milyard dollar ziyan olmuşdur. Bir o qədərdə xəstəliklərin müalicə-
sinə sərf olunmuşdur. 


 
94 
 
Sual və tapşırıqlar 
 
1. Yer atmosferinin hansı qatında ozon təbəqəsi vardır? 
2. Atmosferin hansı hündürlüyündə ozonun qatılığı daha çoxdur.  
3. Ozonun dağılması prosesində zaman aşkar edilmişdir? 
4.  Ozon  təbəqəsinin  dağılması  ilə  «ozon  deşiyi»  nə  zaman  və 
kimlər tərəfindən harada müşahidə edilmişdir. 
5.  Nəyə  görə  ozonun  çoxluğu  stratosferdə  xeyirli,  troposferdə  isə 
ziyanlıdır? 
6. Ozon süni sürətdə neçə alınır? 
7.  Ozonu  dağıdan  maddələr  hansılardır  və  kimlər  tərəfindən 
tədqiq edilmişdir? 
9. Freonların, qalonların tərkibi neçədir? 
10. Ozonu dağıdan maddələrin təsir mexanizmini izah edin. 
11.  Ultrabənövşəyi  şüaların  çoxluğu  hansı  ekoloji  nöqsanlar 
yaradır? 
12. UB şüalar hansı xəstəliklər törədə bilir. 
13. UB şüaların vurduğu ziyanlar hansılardır?
 
______________________ 
 
 
ATMOSFERĠ ÇĠRKLƏNDĠRƏN AEROZOLLAR 
 
Atmosfer  havasında  qaz  halında  olan  çirkləndiricilərdən  başqa 
maye və bərk halda hissəciklər vardır ki, onların iştirakı ekoloji təhlükə 
törədir. 
Aerozol  yunan  sözü  olub  ear  –  hava,  zol  –  asılqan  deməkdir. 
Havanın  özü  məhlul  halındadır.  Ən  çox  faiz  tərkibi  azot  olduğundan 
(78%),  azot  həlledici,  digər  qazlar  və  ölçüsü  0,001-10  mkm  olan 
hissəciklər  isə  həll  olan  adlanır  ki,  bunlar  bircinsli  sistem  təşkil 
etdiyindən qarışıq hava kütləsi dispers sistem adlanır. 
Bir cinsli sistemi yaradan hissəciklərin aqreqat halından asılı olaraq 
hava  duman  və  tüstü  şəklində  olur.  Həllolan  maddələr  maye  halında 
olduqda duman, bərk halda olduqda isə tüstü yaranır. 
Havada olan toz hissəcikləri müxtəlif formada olub, ölçüləri 0,001-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə