86
miqdarı normadan çox aşağı düşmüşdür.
1987-ci ildə Antarktidaya 150 amerikalı alimlər ekspedisiya təşkil
edərək tədqiqat aparmış və ozon təbəqəsinin nazikləşməsi və ozonun
50%
azalma
səbəbi
olaraq
xlorlu
birləşmələrin
təsirini
müəyyənləşdirdilər.
1987-ci il 16 sentyabrda Monreal müqaviləsi qüvvəyə mindi. 100-
dən çox dövlətin imzaladığı bu müqaviləyə əsasən ozonu dağıdan
maddələrin (ODM) istehsalı mərhələlər üzrə azaldılmalı və 2000-ci ilə
qədər 70%-ə çatdırılmalıdır. 1997-ci ildə bu müqavilə 163 dövlət, eyni
zamanda Azərbaycan Respublikası tərəfindən yenidən imzalanmış və
16 sentyabr Birləşmiş Millətlər Təşkilatı tərəfindən «Ozon təbəqəsinin
mühafizəsi günü» kimi elan edilmişdir.
İmzalanmış sənədlərdə göstərilir ki, «planetimizin stratosferində
ozon təbəqəsi getdikcə azalır və bunun səbəbi atmosferi çirkləndirən
xlorflüorkarbonlardır ki, tərkibində ozonu parçalayan xlor və brom
atomları vardır. Həmçinin, inkişaf etmiş və inkişafetməkdə olan
ölkələr bu maddələrin istehsalını dayandırmalı və onları əvəz edən
maddələrdən istifadə edilməlidir».
Hər il planetimiz 0,5% ozon təbəqəsini itirir. Axırıncı 10-15 il
ərzində ozonun miqdarı 7% azalmışdır. Əvvəllər Antarktidada ozonun
azalması sentyabr ayına təsadüf edirdisə, hazırda qış aylarında 10%,
yayda isə 5% ozon azalır.
1997-ci ilin birinci yarısında «ozon deşiyi» çoxalaraq, bütün
Arktika daxil olmaqla şimali Avropa, Kanada, Qrellandiya, Baltik
dənizi, Sibir zonası Baykala qədər olmaqla 30 mln km
2
sahəsində
böyük bir ərazini əhatə etmişdir.
Alınmış məlumatlar ozon təbəqəsinin getdikcə azalmasını təsdiq
edərək, atmosferin çirklənməsinin ekoloji təhlükə olduğunu bir daha
bəşəriyyət qarşısında irəli sürür.
OZONUN ƏMƏLƏ GƏLMƏ VƏ DAĞILMA
MEXANĠZMĠ
«Ozon dəliyinin» coğrafiyası və ozon probleminin aktuallığı bəlli
olduqdan sonra, bunu törədən səbəblərin fiziki-kimyəvi təhlili vacib
məsələlərdən biridir. Ozon – O
3
– oksigenin allotropik şəkildəyişməsi
87
olub molekulu üç atom oksigendən təşkil olunmuşdur ki, atomlar
arasındakı bucaq 116,5
0
, aralarındakı məsafə 0,1278 nm-dir. Ozonda
oksigen atomunun birinin oksidləşmə dərəcəsi +4-dür, qalan ikisininki
isə –2-dir. Ozon qaz halında göy, bərk halda qara, maye halda isə tünd
göy rəngdədir. Ozon xoş iyli, zəhərli və partlayıcı maddədir.
Havada 10
-5
% ozon olduqda həyat üçün təhlükə sayılır. 0
0
C-də 100
həcm suda 49 həcm ozon həll olur. Oksigen üçün bu rəqəm 5-ə
bərabərdir.
Təbiətdə ozon 10-30 km atmosfer qatında Günəşdən qələn
ultrabənövşəyi şüaların təsirindən alınır:
O
2
+ hy
O
0
+ O
0
O
2
+ O
0
O
3
reaksiya zəncirvari olub gündüzlər həyata
keçirilir.
Atmosferin aşağı qatlarında isə aşağıdakı sxem üzrə alınır:
NO
2
NO + O; O
2
+ O
O
3
Sənayedə ozonu ozonatorlarda, elektrik boşalmalarının köməyilə
oksigendən alırlar. Bu üsulla alınan ozon reaksiyaya daxil olmayan
oksigenlə qarışıq halda olur ki, qarışığı fraksiyalı distillə etməklə
ozonu ayırırlar. Ozon stratosferdə Günəşdən gələn 200-300 Å dalğa
uzunluğu olan ultrabənövşəyi şüaları udaraq, canlıların həyat
təhlükəsini aradan qaldırır.
Hesablamalar göstərmişdir ki, Yer atmosferində ozon olmasa onun
temperaturu 7
0
C aşağı düşərdi. Buradan belə nəticə çıxır ki, Yer
kürəsində həyatın nizamlanması prosesi bizdər asılı olmayaraq davam
edir. Bir tərəfdən CO
2
artması hesabına planetin temperaturu artır,
digər tərəfdən ozonun azalması hesabına temperatur aşağı düşür.
Ozon, həmçinin havada şimşək çaxdıqda və hətta iynəyarpaqlı
ağacların qətranlarının oksidləşməsi zamanı da əmələ gəlir.
Ozon miqdarının ölçülməsi üsulları. Alimlər stratosferdə ozonun
artıb azalmasını neçə müəyyən edirlər? Ozonun ġönbeyn tərəfindən
kəşf olunmasından (1840) sonra onun atmosferdə təyin olunması üsulu
işlənib hazırlandı. XX əsrin ikinci yarsından sonra ozonometrik
stansiyalar quraşdırıldı və onların sayı artırılaraq, əsas hissəsi şimal
88
qütbundə quraşdırıldı.
Tədqiqatın ilk illərində Ozonun miqdarı Dobson tərəfindən kəşf
edilmiş spektrofotometr vasitəsilə hesablanırdı. Bu üsul Günəşdən
gələn ultrabənövşəyi şüaların ölçülməsinə əsaslanırdı. Belə ki, Ozon
Günəşdən gələn ultrabənövşəyi şüaları udduğundan, onun miqdarının
azalmasına görə Ozonun miqdarını hesablamaq olar. Bu cihazın
dəqiqliyi 1-3% təşkil edir. Bu spektrofotometrin köməyi ilə ingilis
tədqiqat qrupu, Con Farmanın rəhbərliyi ilə 1980-ci ildə Antarktidada
Ozon qatının azalmasını müşahidə etmişdir.
Ozonun vertikal istiqamdə ölçülməsi, 20-35 km hündürlüyə
göndərilən aerostatlara quraşdırılmış ozonozondlar tərəfindən həyata
keçirilir.
Ozonun daha geniş miqyasda öyrənilməsi süni peyklər vasitəsilə
həyata keçirilir. Amerikanın NASA proqramı çərçivəsində buraxılmış
«Nimbus-7» süni peyki vasitəsilə alınmış rəngli şəkillər əsasında hələ
1983-cü ildə Antarktida üzərində «Ozon dəliklərinin» varlığı aşkar
edilmişdir.
Bu kimi tədqiqatlar vasitəsilə ozonun əmələ gəlməsi, dağılması,
eləcə də fəsillərdən və zonalardan asılı olaraq ozonun miqdarının
dəyişməsi öyrənilir. Aşağıdakı cədvəldə atmosferin yerə yaxın
təbəqəsində ozonun miqdarı göstərilmişdir:
Müşahidə olunan ərazilər
Ozonun orta miqdarı – mkq/m
3
Gün ərzində
Saatda
İsveç-Bredkalen
-
45-105
İsveçrə-Aroza
-
20-100
Fransa-Ver-Le-Peti
-
4-320
Çexiya-Koşetise
88
30-135
Estoniya-Saarema
-
30-150
Rusiya-Mərkəzi Qaratorpaq zona
52
30-132
Ozonun fəsillər üzrə artıb-azalması ən çox Şimal yarım kürəsində
müşahidə edilmişdir. Artımın miqdarı qanunauyğun olmayıb
Avropanın və Şimali Amerikanın əhali sıx olan rayonlarında daha
çoxdur:
Alyaska-1,04 dəfə, Havay adaları – 0,75 dəfə, Almaniya (dəniz
Dostları ilə paylaş: |