Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   58

 
101 
savannalarının,  1260  Mt  isə  tropik  meşələrin  payına  düşür.  280  Mt/il 
miqdarında  quru  meşə  biokütləsinin  yanması  nəticəsində  məhv  olur. 
Məişət  istilik  sistemlərində  istifadə  olunan  və  kənd  təsərrüfatı  tullan-
tılarının məhv edilməsi nəticəsində 3450 Mt biokütlə yandırılır. 
Bitki  mənşəli  biokütlə  yandıqda  atmosferə  qaz  halında  ayrılan 
maddələrdən  başqa,  bərk  hissəciklər  də  qalxır.  İldə  104  Mt  yanma 
məhsullarından  19Mt-nu  qurum  şəklində  karbonun  payına,  69  Mt  isə 
qətranlar  və  tam  yanmağa  macal  tapmayan  üzvi  birləşmələrin  payına 
düşür. 
Digər  antropogen  mənşəli  aerozollara  ən  çox  iri  şəhərlərin 
atmosferində rast gəlinir. 
 
STRATOSFERĠN AEROZOL HĠSSƏCĠKLƏRĠ 
 
Stratosferdə  aerozol  hissəciklərin  varlığı  1960-1970-ci  illərdə  raket 
texnikasının  köməyilə  və  lazer  zondlarının  tətbiqi,  eyni  zamanda  optiki 
lokatorların  sayəsində  qeyd  edilmişdir.  Yerdən  18-20  km  hündürlükdə 
yerləşən nəmli təbəqədə aerozol hissəciklər daha çox olur. 
Vulkanlar  püskürən  zaman  stratosferdə  yayılan  aerozol  hissəciklər 
maksimal  həddə  çatır,  sonra  bir  neçə  il  ərzində  yavaş-yavaş  aşağı 
düşür.  Hissəciklərin  nüvəsi  kosmik  mənşəli  ola  bilir.  Ölçülərinə  görə 
stratosfer hissəcikləri iki qrupa bölünür: 
-birinci  qrupa  radiusu  0,01onların konsentrasiyası 1 sm
3
 havada 1-10
3
 hissəcik miqdarında olur. 
-ikinci  qrupa  R>1  mkm  olan  hissəciklər  aid  edilir  ki,  onların 
konsentrasiyası az olub 1 sm
3
 havada 0,01-0,07 hissəcik olur. 
Stratosfer buludların və termiki stabilliyin olmaması ilə xarakterizə 
olunur.  Bu  kəmiyyətlər  troposferə  nisbətən  stratosferdə  hissəciklərin 
kimyəvi  tərkibindən  və  fiziki-kimyəvi  xassələrindən  asılı  olaraq  bu 
müddət 1-3 il ola bilir. 
Məsələn,  nüvə  partlayışları  zamanı  Stratosferə  qalxan  radioaktiv 
məhsullar  2  il  stabil  qala  bilir.  Stratosferdə  aerozol  hissəciklərn 
konsentrasiyası troposferə nisbətən 10-100 dəfə çox ola bilir. 
Stratosfer  hissəciklərinin  əsas  tərkibi  sulfatlardan  təşkil  olunmuşdur. 
Bu  aerozol  hissəciklərin  əsas  hissəsi  ammonium  sulfatdan  –  (NH
4
)
2
SO
4
 


 
102 
ibarət olur. Vulkan püskürmələri zamanı stratosferə qalxan SO
2
 qazı SO
3
-
ə  qədər  oksidləşir.  Sonuncu  su  buxarlarını  kondensasiya  edərək  sulfat 
turşusuna çevrilir – SO
3
+H
2
O


H
2
SO
4

Stratosferdə  su  buxarları  çox  az  olduğundan  bu  proses  çox  yavaş 
gedir. 
Axırıncı  20  ildə  stratosferdə  H
2
SO
4
-dən  ibarət  aerozol  hissəcikləri 
hər  ildə  9%  artması  müşahidə  edilmişdir.  Bir  neçə  il  stratosferdə 
qalmış  aerozol  hissəcikləri  kauqlyasiya  və  sedimentasiya  hadisəsinə 
məruz qalırlar. 
Aerozolların    atmosferin    istilik  balansına  və  iqlimə  təsiri. 
Aerozol  hissəcikərin  çoxalması  nəticəsində  atmosferin  şəffaflığı  aşağı 
düşür  ki,  bu  da  ekoloji  təhlükə  yaradır.  Bakı  şəhərinin  aerozol 
tutqunlaşması  respublikanın  orta  səviyyəsindən  20%  çox  olur.  Bakı 
küləkli  şəhər  olduğundan  rəqəm  kiçilir,  küləksiz  günlərdə  isə  bu  rəqəm 
40%-ə çata bilir. Bakıda atmosfer yağıntıları normadan aşağı olduğundan 
aerozol hissəciklərin su  vasitəsilə yer  qabığına çökməsi zəifləyir. 
Troposfer  aerozolları  günəşdən  gələn  radiasiya  şüalarını  udmaq, 
əksetdirmək və yönəltmək xassəsinə malikdir. 
Atmosfer  şəffaflığının  azalması  bir  başa  Günəşdən  gələn 
radiasiyaları 18-20% azaldır. London və Sankt-Peterburq şəhərlərində, 
qış  aylarında  bu  rəqəm  50%  düşür.  Atmosferin  aerozollarla 
çirklənməsi  qısa  dalğalı  ultrabənövşəyi  şüaların  udulması  ilə  müşaət 
olunur ki, bu zaman Günəş radiasiyası sanki qırmızılaşır. 
Belə  havalar  insanların  bioloji  aktivliyinə  mənfi  təsir  göstərir. 
Məsələn,  Moskva  şəhərinin  əhalisi  əyalət  zonalarında  yaşayanlara 
nisbətən 13% az bioloji aktiv ultrabənövşəyi şüalar qəbul edir. 
Aerozol  hissəciklərin  ölçüsü  >1  mkm  olduqda  infraqırmızı  (İQ) 
şüaları  udmaq  qabiliyyətinə  malik  olurlar.  Nəticədə  həmin 
hissəciklərin  toplandığı  sahə  isinir,  aşağı  təbəqə  isə  soyuyur.  Tünd 
rəngli  hissəciklər,  məsələn  qurum,  infraqırmızı  şüaları  və  görünən 
şüaları  udaraq  yer  səthini  soyudur.  Aerozol  çirklənmələrin  səbəbilə 
Yerdə  temperaturın  aşağı  düşməsi  40-45  il  bundan  əvvəl  müşahidə 
edilmişdir.  Lakin,  CO
2
  qazının  atmosferdə  normadan  (0,03%) 
artmasının  yaratdığı  «Parnik  effekti»  isə  ondan  xeyli  əvvəl  müşahidə 
edilmişdir. 


 
103 
Hazırda  aerozol  hissəciklərinin  sıxlığı  nəticəsində  yer  qabığının 
temperaturun  1,5%  aşağı  düşməsinə  səbəb  olur.  Stratosferdə  aerozol 
hissəciklərin, vulkan püskürmələri zamanı çoxalması, bu hava qatında 
temperaturu  bir  neçə  dərəcə  yüksəldə  bilir.  Bunun  əksi  olaraq 
troposferin  aşağı  qatında  isə  temperatura  10  dərəcəyə  qədər  aşağı 
düşür. 
Atmosferdə  uzun  müddət  qalan  aerozol  hissəciklər  nüvə  rolunu 
oynayaraq  buxar  hissəciklərini  kondensasiya  edir  və  bununlada 
buludlaşma çoxalaraq yağıntıların miqdarı artır. 
Dumanlar  aerozol  hissəcikləri  ilə  su  buxarının  sıxlaşmasından  əmələ 
gəldiyindən, böyük şəhərlərin atmosferi əyalətlərə  nisbətən daha dumanlı 
olur. Bu isə öz növbəsində işıqlanmanı 10-20% aşağı salır. 
Aerozolların  insan  sağlamlığına  təsiri.  Aerozollar  insan 
orqanizminə  hiss  olunacaq  dərəcədə  ziyan  vura  bilir.  Bu  təsirlər 
birbaşa və ya dolayı yolla olur. Yuxarıda göstərildiyi kimi, aerozollar 
günəş şüalarının Yer qabığına çatmasının qarşısını alır. Bu şüalar isə insan 
orqanizmi üçün çox vacibdir. Ultrabənövşəyi şüalar D vitamin qrupunun 
sintezi üçün vacib olduğundan bu şüaların azalması bir sıra xəstəliklər, o 
cümlədən uşaqlarda «raxit» xəstəliyinin yaranmasına səbəb olur. Məsələn, 
tədqiqatlar  göstərmişdir  ki,  Almaniyanın  faydalı  qazıntıları,  o  cümlədən 
kömür istehsalının zəngin olduğu Rur hövzəsində, atmosferdə aerozol his-
səcikləri  çox  olduğundan  «raxit»  xəstəliyi  digər  rayonlara  nisbətən  iki 
dəfə çoxdur. 
Ultrabənövşəyi şüalar bir sıra yolxucu bakteriyaları və zərərli mikroor-
qanizmləri  məhv  edir.  Odur  ki,  bu  şüalarn  azalması  bir  sıra  infeksion 
xəstəliklərin yaranmasına səbəb olur. Bunlar aerozol  hissəciklərin dolayı 
yolla insan orqanizminə təsirini göstərən amillərdir. 
Aerozol hissəciklərin bir başa təsiri nəfəs yollarının zədələnməsi ilə 
müşahidə olunur. Yuxarı  tənəffüs yollarının katarı və bronxit, havada 
iri  hissəciklərin  artması  ilə  düz  mütanasibdir.  Havada  il  ərzində  1m
3
 
havada  100  mikroqramdan  çox  aerozol  hissəciklərinin  olması  bu 
xəstəliklərin çoxalmasına səbəb olur. Odur ki, bir sıra ölkələrdə böyük 
hissəciklərin  orta  standart  qatılığı  il  ərzində  50-75  mkq/m
3
  olaraq 
nəzərə alınmışdır. 
Tədqiqatlar göstərmişdir ki, böyük hissəciklər olan atmosferdə SO
2
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə