Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

 
98 
2NaCl + H
2
SO
4
 


Na
2
SO
4
+ 2HCl 
2NaCl+  H
2
SO
3
 


Na
2
SO
3
+ 2HCl 
Eyni kimyəvi proseslər havada karbonat molekulları olduqda da baş 
verir. 
 
CaCO
3
+ H
2
SO
4
 


CaSO
4
+ H
2
O+ CO
2

 
 
CaO+ H
2
SO
4
 


CaSO
4
+ H
2

 
SiO
2
+  Na
2
O


Na
2
SiO
3
  –  sement  zavodlarının  atmosferində 
gedən kimyəvi prosesin tənliklərindən biridir. 
Sulfat  turşusunun  nitroza  üsulu  ilə  alınması  zamanı  atmosferdə 
aşağıdakı kimyəvi reaksiyalar gedir: 
 
3NO
2
+ H
2
O


2HNO
3
+ NO 
 
HNO
3
+ NaCl


NaNO
3
+ HCl

 
 
Hidrogen  xlorid qazı havanın nəmi  ilə  qarşılıqlı  təsirdə  olaraq,  yer 
səthinə turşu şəklində çökür. 
 
TROPOSFER AEROZOLLARI 
 
Atmosfer  aerozollarının  əsas  kütləsi  troposferdə  toplandığından, 
onlar əmələ gəlmə mexanizminə görə bir sıra mənbələrdən yayılırlar: 
 
Aerozolların mənbəi 
İllik miqdarı 
(Mt) 
Okean aerozolları 
1500 
Terigen  aerozollar  (dağ  suxurlarının  və  torpağın  külək 
vasitəsilə yayılması) 
750 
Vulkan püskürmələri  
50 
Meteoritlərin atmosferdə yanması  

Biokütlənin yanması  
140 
Antropogen tullantılar 
340 
 
Aerozolların  yaranma  mexanizmi  və  hissəciklərin  ölçüləri  ilk 


 
99 
mənbədən  asılı  olduğundan,  onları  ayrılıqda  xarakterizə  etmək 
lazımdır. 
Okean  aerozolları  –  fırtınalar  zamanı  böyük  dalğalar  əmələ 
gələrkən  okean  sularının  hava  hissəcikləri  ilə  qarışmasından  yaranır. 
Atmosferə  yayılmış  okean  aerozollarının  əsas  tərkibi  duz  olduğuna 
baxmayaraq, bir sıra kimyəvi elementlərlə də zəngindir – Pb, Cu, Mn, 
Fe, Cd, Hg, Ag, Zn, Au, Pt və s. onların okean sularında miqdarı Na və 
Mg 1 qəbul edildikdə aşağıdakı nisbətdə olur: Co-10
-1
; Cu-8 
¸
10
-2
; Mn-
1
¸ 
10
-3
; Pb-4
¸ 
10
-3
; Al-5
¸ 
10
-3
; Fe-1
¸ 
10
-4
; Zn-2
¸ 
10
-4
; Ag-1
¸ 
10
-5
; Au-
1
¸ 
10
-7
; Pt-2
¸ 
10
-7
; U-3
¸ 
10
-7

Bir sıra hesablamalara görə atmosferə yayılan kimyəvi elementlərin 
faiz miqdarı 5-20 arasında dəyişə bilir ki, onların əksəriyyətini Cu, V, 
Zn, Fe təşkil edir. 
Dəniz  aerozollarının  kiçik  fraksiyaları  üzvi  maddələrlə  qarışdıqda 
kompleks  əmələgətirici  rolu  oynayaraq  keçid  elementləri  ilə 
birləşmələr əmələ gətirir. Onlar bufer məhlullarının köməyi ilə üzvi və 
qeyri  üzvi fraksiyalara ayrılırlar. Digər tərəfdən, flotasiya mexanizmi 
ilə  üzvi  liqandlarla  birləşmiş  kompleks  ionlar  hava  qabarcıqlarının 
köməyi ilə asanlıqla atmosferə yayılırlar. 
Beləliklə,  dəniz  və  okean  aerozolları  NaCl  kristalları  və  kristal  
qəfəslərinin aralarında yerləşən digər keçid elementlərlə zənginləşərək 
troposferin əsas aerozol tərkibini əmələ gətirirlər. Qeyd etmək lazımdır 
ki,  okean  aerozolları  tərkiblərinə  görə  yüksək  hidrofilliyə  malik 
olurlar. Bu xassə öz növbəsində bu tərkibli aerozolların atmosfer suları 
vasitəsilə yer qabığının qayıtmasını asanlaşdırır. 
Terrigen aerozollar – torpaqların erroziyası nəticəsində toz halına 
düşməsi və dağ süxurlarının aşınması zamanı əmələ gəlir.  
Bu  zaman  uzun  müddət  davam  edən  və  sürəti  <100  km/saat  olan 
küləklər  həmin  hissəcikləri  atmosferə,  oradan  da  daha  yüksəkliklərə 
apara  bilir.  Yuxarıda  qeyd  edilən  Saxara    səhrası  ilə  yanaşı  Aral 
gölünün misalında bunu aydın görmək olar. 
Aparılan  tədqiqatlar  (1994,  İvlev  və  başqaları)  göstərmişdir  ki, 
güclü  küləklərlə  müşayət  olunan  hava  burulqanları  3-5  gün  davam 
edərək  min  tonlarla  dəniz  çöküntülərini  5-10  km  yüksəkliyə  qaldıra 
bilir.  Kosmosdan  müşahidə  nəticəsində  məlum  olmuşdur  ki,  bu  hava 


 
100 
burulğanları  30-120  km  enində  olub  hər  il  45  Mt  toz  hissəciyni 
troposferə daşıyır. 
Terigen  aerozollar  mineral  tərkibinə  görə  müxtəlif  olub,  coğrafi 
zonalardan  çox  asılıdır.  Buna  baxmayaraq  onların  əsas  tərkibi  10-na 
qədər  kimyəvi  elementlərin  birləşmələrindən  ibarətdir.  Silikatlar 
üstünlük  təşkil  edərək  aşağıdakı  birləşmələr  daha  çox  iştirak  edir: 
kvars-SiO
2
;  çöl  şpatı-K[AlSi
3
O
8
,];  slyuda  KMg

[AlSi
3
O
8
,]  (OH)
2

apatitlər-Ca
5
(PO
4
)

X

(X=F,  Cl,  OH)  və  müəyyən  miqdar  maqnetit-
Fe
3
O
4

Vulkanik  aerozollar  –  göstərildiyi  kimi  vulkan  püskürmələri 
nəticəsində  troposferə  və  stratosferə  yayılırlar.  Öz  tərkibinə  görə  belə 
aerozollar  maqmatik    suxurlara    çox  yaxındır.  Onların  orta  tərkibi 
aşağıdakı kimidir: SiO
2
- 48,5-58,5%; Al
2
O
3
-17,5- 18,6%; FeO+ Fe
2
O
3
-
7,4- 10,5%; MgO-3,0- 5,0%; TiO
2
- 0,7- 0,8%; MnO- 0,13- 0,15%. 
Vulkanik aerozolların analizi göstərmişdir ki, onların mikroelement 
tərkibi çox zəngin olub, bu elementlərin yerqabığındakı klarkından bir 
neçə dəfə çoxdur. 
1982-ci  ildə  püskürən  El-Çiçon  (Meksika)  vulkanının  əmələ 
gətirdiyi  aerozolların  analizi  W,  Hg,  Zn,  As,  Se,  Sb  və  digər 
elementlərin normadan 20000 dəfə çox olduğunu təsdiq etmişdir. 
Vulkanik  aerozalların  ekoloji  xüsusiyyətlərindən  biri  də  onların 
həddindən  artıq  katalitik  aktiv  olmasıdır  ki,  bu  da  öz  növbəsində 
atmosferdə yayılan inert birləşmələrin reaksiyaya girmək qabiliyyətini 
artıraraq daha zəhərli birləşmələrə çevirirlər. 
Vulkanların  orta  aktivliyi  il  ərzində  dəyişərək  onların  dəqiq 
tədqiqinə  maneçilik  törədir.  Dünyada  fəal  olan  minlərlə  vulkanlar 
atmosferə  küllü  miqdarda,  çox  aktiv  molekullardan  və  atomlardan 
təşkil  olunmuş  dispers  zərərciklər  göndərərək  fotokimyəvi  və 
termokimyəvi reaksiyaların sürətini bir neçə dəfə artırmış olur. 
Antropogen  aerozollar.  Mövzunun  əvvəlində  qeyd  edildiyi  kimi 
insan  fəaliyyəti  nəticəsində  atmosfer  minlərlə  müxtəlif  tərkibli 
aerozollarla  çirklənir.  Hesablamalar,  il  ərzində  atmosferə  antropogen 
yolla 340 Mt aerozol daxil olduğunu təsdiq etmişdir. 
Böyük  miqyaslarda  bitki  örtüyünün  8700  Mt  kütləsi  il  ərzində 
yanğına məruz qalır. Bunlardan obyektiv səbəblərdən 3690 Mt Afrika 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə