71
çıxarılmalı və süni tənəffüs yolu ilə istifadə olunan oksigenin miqdarı
artırılmalıdır. Reaksiya dönən proses olduğundan karboksihemoqlobin
oksihemoqlobinə çevrilir:
HbO
2
+CO
HbCO+O
2
Ürək-damar xəstəlikləri olan insanlarda dəm qazının az miqdarı
belə stenokardiya yarada bilir. Hətta qanda karboksihemoqlobinin
qatılığı – 3% olduqda belə xəstələrdə ağrılar başlayır. Ürəyi
qidalandıran qan damarlarında oksigenin miqdarı azalaraq miokard baş
verir.
Dəm qazı keçid metallarla uçucu karbonil birləşmələri əmələ
gətirmək qabiliyyətinə də malikdir: Fe(CO)
5
, Ni(CO)
4
, Co(CO)
6
,
Zn(CO)
4
, Cd(CO)
4
və s.
Dəm qazının bitkilərə təsiri çox da təhlükəli deyildir. Digər
qazlardan fərqli olaraq dəm qazı metabolizm prosesinə güclü təsir
göstərmir.
Hər il antropogen yolla dəm qazının atmosferə buraxılması 20-30%
artır. Lakin, onun atmosferdə faiz miqdarı çox dəyişmir. Onun çox
hissəsi oksidləşərək karbon qazına çevrilir. Mikroorqanizmlərdən
tutmuş ali bitkilərə qədər bütün yaşıl sistem onun atmosferdə
toplanmasının qarşısını alır. Torpağın bir sıra mikroorqanizmləri dəm
qazından üzvi maddələr sintez etmək qabiliyyətinə malikdirlər.
Bitkilərin inkişafı ətraf mühitlə sıx bağlıdır. Daha doğrusu müəyyən
əraziyə xas olan temperatur, yağıntıların miqdarı, torpağın xassələri,
bəzi biotik parametrlər, hətta atmosferin ümumi vəziyyəti bir-biri ilə
əlaqədar olmaqla landşaftın xarakterini və bitki növlərini müəyyən
edir. Buradan aydın olur ki, əgər ətraf mühit dəyişdirilərsə orada olan
bitki aləmi də dəyişilə bilər. Hətta ayrı-ayrı illərdə yağıntılarda olan
fərq müəyyən dəyişgənliklərə səbəb ola bilir. Əgər göstərilən şərtlərin
dəyişməsi çox olarsa onlardan asılı olaraq bitkilər stres vəziyyət keçirir
və nəticədə məhv ola bilirlər. Hətta parametrlərdən birinin dəyişməsi
bitkinin məhvinə səbəb olur.
Normal şəraitdə atmosfer bir çox komponentlərdən ibarətdir. Onlar
aqreqat halına görə əsasən qaz və aerozol hallarında ola bilirlər. Əsas
komponentlərdən başqa –(azot, oksigen, nisbətən az miqdarda karbon
di-oksid) havada müxtəlif miqdarda bəzi kimyəvi birləşmələr də var ki,
72
bunlar əsasən atmosferin çirkləndiriciləri hesab olunur. Bunlara bəzi
bitkilərin ifraz etdiyi karbohidrogenləri və bakteriyaların həyat
fəaliyyəti nəticəsində əmələ gələn kükürdlü birləşmələri aid etmək
olar. Müəyyən edilmişdir ki, belə boigen mənbələrdən atmosferə daxil
olan kükürd qazının (kükürd (IV)-oksid) ümumi miqdarı 11% təşkil
edir, qalan hissəsi isə insan fəaliyyəti nəticəsində əmələ gəlir, yəni
antropogen mənşəli maddələrdir.
Atmosferdə əsas çirkləndirici hesab olunan azot oksidləri də vardır.
Onlar əsasən ildırım çaxması zamanı və bioloji oksidləşmə prosesi
nəticəsində xüsusi bakteriyaların fəaliyyəti ilə əlaqədar əmələ gəlir.
Süni mənbələrdən isə atmosferə 10%-ə qədər azot (IV) - oksid daxil
olur. Az olmasına baxmayaraq bu tərkib hesabına atmosfer çox
çirklənə bilir, xüsusən böyük şəhərlərdə.
Antropogen mənşəli oksidlərin mənbəyi əsasən yanğın prosesləri
hesab olunur. Havada gedən bu oksidləşmə prosesi azot (II)-oksid alınana
kimi davam edir, temperatur yüksək olduqca azot (II)-oksidin alınması
miqdarca çoxalır. Sonra gedən kimyəvi reaksiya nəticəsində azot 2-oksid
hava oksigeninin təsiri ilə azot (II)-oksidə qədər oksidləşir.
Alınmış azot (IV)-oksid suda yaxşı həll olan qaz halında zəhərli
maddədir və atmosferin əsas çirkləndiricisi hesab olunur. Bundan
əlavə azot 4-oksidin bir hissəsi azotun parçalanmasına və peroksiase-
tilnitratların alınmasına səbəb olmaqla bərabər əlavə çirkləndirici
maddələrin əmələ gəlməsi ilə qurtarır. Beləliklə adi şəraitdə at-
mosferdə əlavə olaraq bir çox yeni çirkləndirici maddələrin əmələ
gəlməsinin əsası qoyulur. Bitkilər həmin maddələrin adi konsentra-
siyasında olduqda yaxşı inkişaf edir. Ona görə ki, bitkilər bu mənfi
təsirlərə nadir hallarda məruz qala bilirlər. Ancaq çirkləndiricilərin
konsentrasiyası qəbul olunmuş həddən daha çox olduqda bitkilər mənfi
təsirlərə nisbətən çox həssas olurlar. Bu Qanunauyğunluqların
pozulması bin neçə hallarda ola bilər: məsələn, metal qayırma
zavodlarının ətrafında atmosferin yüksək konsentrasiyada kükürd qazı
və ağır metalların qırıntılarının olmaması xarakterik hesab olunur. Belə
şəraitdə bir çox bitkilərin yaşaması və inkişaf etməsi qeyri
mümkündür. Məsələn: ABŞ-da bir sıra şəhərlərin atmosferinin
katastrofik çirklənməsi buna misal ola bilər.
ABŞ-ın Daktun şəhərinin ərazisində 1864-cü ildə metal zavodları
73
tikildi və metal əridilməsinə başlandı. Nəticədə palıd və qoz
ağaclarından ibarət olan meşələr tədricən məhv olmağa başladı, çünki
həmin ağaclardan yanacaq kimi istifadə olunurdu. Zavodun tullantısı
hesab olunan kükürdlü birləşmələr ətrafda olan digər bitkilərin də
məhv olmasına səbəb oldu və beləliklə hektarlarla meşəlik sahəsi
sıradan çxarıldı, ancaq müəyyən hektar sahədə ən çox uyğunlaşmış ot
tipli bitkilər qaldı. Nəticədə müdafiəsi qalan torpaq eroziyaya uğradı
və gilli qeyri-münbit torpaq qatı əmələ gəlməyə başladı.
Buna oxşar əhvalat Montana ştatında da təkrar olundu. Buna səbəb
həmin ərazidə mis filizi yataqlarının tapılması və metal əritmə
zavodlarının tikilməsi və bunun nəticəsində kükürdlü birləşmələrin
əmələ gəlməsiydi. Buna görə də bu ərazidə olan meşələrdə bitən şam
və küknar ağacları sıradan çıxmağa başladı. Bunun səbəbi həmin
ağacların kükürdlü birləşmələrin: kükürd qazının təsirinə qarşı çox
həssas olmasıydı. Bu təsir zavoddan 30-100 km aralı olduqda da və
küknar ağaclarında zədələnmələrə rast gəlmək olurdu. Göründüyü kimi
Gəncə şəhərində iynəyarpaqlı ağacların ildən-ilə azalmasının səbəbi də
məhv alüminium zavodundan atmosferə daxil olan kükürdlü
birləşmələrin təsiridir. Şəhərdə yaşıllıqların «Cavanlaşdırılması» kom-
paniyası aparıldığı dövrdə məhz bu cəhətlər nəzərə alınmalı; kükürdlü
birləşmələrin təsirinə qarşı davamlı ağac və kol bitkilərindən istifadə
olunmalıdır. Ona görə də belə əhvalatlar yavaş-yavaş insanların
diqqətini özünə cəlb etməyə başladı və atmosferin çirklənməsinin
qarşısını almaq və hətta buna qarşı mübarizə aparmaq ön plana çəkildi.
Atmosferin çirklənməsi ilə bağlı olan mənfi nəticələr havanın
keyfiyyətini məhdudlaşdıran bir sıra standartların işlənib hazırlanma-
sına səbəb oldu.
Bioloji sistemə çirkləndiricilərin təsiri harada olmasından asılı ol-
mayaraq (çəməndə, meşədə və ya səhrada) ilk dəfə mikroorqanizmlərdə
özünü göstərir. Daha doğrusu bütün pozuntular və ya streslər özünü bəzi
bitkilərdə və yaxud sistemdə molekulyar vəziyyətdə bildirir.
Hüceyrədə gedən proseslərə təsir göstərən streslər nəticəsində bitki
zəifləyir və mübadilə proseslərində dəyişkənliklər əmələ gəlir.
Bütünlüklə hüceyrənin özü də təsir altına düşür.
Hər bir çirkləndiricinin özünə məxsus təsiri var, ümumiyyətdə isə
çirkləndiricilərin hamısı ümumi proseslərə təsir göstərir və ən başlıcası
Dostları ilə paylaş: |