Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə24/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   20   21   22   23   24   25   26   27   ...   281

Elm haqqında elm 

 

 



 

66

Təsəvvürlər, hissi obrazlar müvafiq anlayışlarla birləşmirmi və bundan 



müvafiq biliklər hasil olmurmu? 

Real mənəvi həyatda nə hissi obrazlar anlayışlardan, nə də anlayışlar 

hissi obrazlardan tam təcrid olunur. Necə deyərlər, hissi və rasional həmişə 

vəhdətdə olur və bir-birini tamamlayır. Lakin istər duyğu və  təsəvvürlər, 

istərsə də anlayış və mühakimələr müəyyən nisbi müstəqilliyə malikdir və 

məhz bu müstəqillik sayəsində biz onları fərqləndirir, idrakın müxtəlif pil-

lələri kimi qiymətləndiririk. İnsanın şəxsi həyatını təşkil edən hadisələr iki 

qrupa ayrıla bilər: birincisi, yalnız bir dəfə və ya çox nadir hallarda baş ve-

rən – unikal hadisələr, ikincisi, müntəzəm surətdə və şəraitdən asılı olaraq 

tez-tez baş verən, təkrarlanan hadisələr. İkincilərə habelə zahirən müxtəlif 

görünməyinə baxmayaraq, bir sıra  əsas  əlamətlərinə görə üst-üstə düşən 

hadisələr də daxildir. 

Əlbəttə, heç bir əlamətinə görə heç vaxt təkrarlanmayan, tamamilə 

bənzərsiz hadisələr olmur. Lakin insan öz həyatında təkrarlanmayan, əsa-

sən bənzərsiz olan unikal hadisələri ikinci dərəcəli əlamətlərinə görə başqa 

hadisələrlə müqayisə etməyə ehtiyac duymur. Ona görə bu hadisələrin his-

si obrazları – xatirələr hansı isə əlamətlərin atılması, başqalarının isə ümu-

miləşdirilməsindən ibarət olan idraki əməliyyata məruz qalmır, öz hissi bü-

tövlüyünü, konkretliyini saxlamış olur. 

Təkrarlanan hadisələrin isə hər birini bütün konkretliyi və təfərrüatı 

ilə yadda saxlamağa ehtiyac yoxdur və bu, mümkün də deyil. Çünki insan 

həyatının çox böyük qismi məhz təkrarlanan hadisələrdən təşkil olunur. 

Ona görə də, təfərrüat atılır, hissi obraz diqqətə layiq olmayan əlamətlər-

dən azad olunur, təkrarlanan əsas əlamətlər isə ümumiləşdirilir – anlayışlar 

əmələ gəlir və hadisə anlayışlar sistemi ilə şərh olunur. Deməli, gündəlik 

həyatın zəruri tərkib hissəsi olan təkrarlanan hadisələr bütöv hissi obrazlar 

şəklində yadda saxlanılmır – xatirəyə çevrilmir. Ümumiləşmiş şəkildə, an-

layışlar vasitəsilə hafizədə saxlanmış hadisələr, daha doğrusu, müəyyən 

qrup hadisələrin “cansızlaşmış” sxemi, insanın hissi halına təsir etmir. 

Anlayışlarla yalnız düşünmək olar, onlardan təsirlənmək mümkün 

deyil.

6



 

                                                 

 Anlayışlardan, daha doğrusu, sözlərdən (çünki sözlər həm də məcazi, rəmzi mənalarda 



işlənə bilir) istifadə edərək yenidən hissi obrazlar yaratmaq və insanı düşündürməklə 

yanaşı, həm də  təsirləndirmək xüsusi yaradıcılıq sahəsi olan bədii  ədəbiyyatın 

funksiyasıdır. 



Bilik – Elm – Bilik 

 

 

 

67



İnsanın ixtisası, peşəkar fəaliyyəti ilə bağlı olmayan, gündəlik zəruri 

ehtiyacdan irəli gələn və bütün adamlar üçün harada isə ümumi olan adi 

həyat hadisələrənin mənimsənilməsi “adi şüur” deyilən idrak formasına 

uyğundur. Elmi idrak, bədii idrak və fəlsəfi təfəkkür kimi professional id-

rak formaları ilə yanaşı adi şüur da gerçəkliyi dərk etməyin mühüm üsulla-

rından biridir. Lakin onun bir mühüm keyfiyyət fərqi vardır. Adi şüur pro-

fessional idrak sahəsi olmayıb bütün adamların idraki fəaliyyətinin əsasını 

təşkil edir. Hər bir adamın nəinki fərdi həyatı və məişət fəaliyyəti, habelə 

istənilən sahədəki ixtisas fəaliyyəti istər-istəməz ilk növbədə adi şüura is-

tinad edir. 

Adi  şüurun məhsulu olan biliklər çox vaxt adi biliklər adlandırılır. 

Bu biliklər insanların gündəlik praktik fəaliyyətinin ümumiləşmiş inikası 

kimi yaranır və tarixən insanlarda ümumiləşdirmə qabiliyyətinin forma-

laşması sayəsində meydana çıxan ilk bilik növüdür. Yuxarıda qeyd etdiyi-

miz kimi, hissi obrazlarla düşünməkdən (məntiqəqədərki təfəkkür), şüurun 

xatirə və hissi təxəyyül formasından anlayışlarla düşünməyə, şüurun bilik 

formasına keçilməsi ilk növbədə insanların gündəlik zəruri həyat fəaliyyə-

tini (əmək bölgüsünə məruz qalmayan fəaliyyəti) əhatə edir. İlk anlayışlar 

hadisə  və  şeylərin məhz bu zəruri fəaliyyət zamanı ortaya çıxan  əlamət-

lərinin ümumiləşmiş fikri inikaslarından ibarət olur. Şeylər arasındakı əla-

qələr anlayışlar arasındakı əlaqə kimi inikas edir və ilk biliklər yaranır. Ha-

mı üçün ümumi olan zəruri həyat fəaliyyətini  əks etdirdiyinə görə, “adi 

həyatın” inikası olduğuna görə bu biliklər də adi biliklər hesab edilir. 

Lakin insanların fəaliyyət dairəsi genişləndikcə bu biliklər “adi bilik“ 

dairəsindən kənara çıxır.  İnsan-Təbiət münasibətlərinin ağırlıq mərkəzi 

getdikcə daha çox dərəcədə təbiət tərəfə meyl edir. Bu qarşılıqlı təsir nəti-

cəsində insan müntəzəm impuls alır və onun fəaliyyəti adi fərdi həyatın zə-

ruri ehtiyaclarından kənara çıxır. “Adi bilik“ getdikcə daha çox dərəcədə 

adiliyini itirir. Daha doğrusu, insan fəaliyyətinin bir növ özəyini təşkil 

edən adi biliklərlə yanaşı onun daha geniş miqyasda fəaliyyətini təmin 

edən, nisbətən başqa xarakterli biliklər yaranır. Bu biliklər insanın fərdi 

həyatı üçün bilavasitə lazım olmayıb cəmiyyətə xidmət edir. Həmin ada-

mın özünə də artıq bilavasitə deyil, cəmiyyət vasitəsilə, cəmiyyətin bir üz-

vü kimi xidmət edir. 

İnsan ilkin formalaşma dövründə  əsasən özü üçün yaşamaqdan 

uzaqlaşaraq getdikcə daha çox dərəcədə  cəmiyyətin bir üzvünə çevrilir, 




Elm haqqında elm 

 

 



 

68

şəxsiyyət kimi formalaşır. Bu dəyişiklik onun maddi fəaliyyətində təzahür 



etdiyi kimi, yiyələndiyi biliklərin xarakterində  və miqyasında da təzahür 

edir. 


İnsana onsuz da yad olan biliklər onun fərdi həyat dairəsindən kəna-

ra çıxdığına görə daha da yadlaşır. Digər tərəfdən, bu biliklər onu daha çox 

cəmiyyətin bir üzvü edir, onu cəmiyyətlə daha möhkəm bağlayır. Nə qədər 

paradoksal görünsə də, insanın ictimai varlıq kimi, cəmiyyətin bir üzvü ki-

mi formalaşması və deməli, cəmiyyətin özünün əmələ gəlməsi məhz insan-

təbiət münasibətlərinin genişlənməsi, insanın təbiətə daha çox nüfuz etmə-

si ilə bağlıdır. 

Tarixən insan (onun ilk əcdadı) təbiətin ayrılmaz tərkib hissəsi kimi 

mövcud olmuş, onun başqa hissələrindən prinsipial surətdə seçilməmişdir. 

Hələ həmin mərhələdə insanın əcdadları sürü halında yaşamış, bir-biri ilə 

müəyyən qarşılıqlı əlaqədə olmuşlar. Lakin bu, təbiətin özünə xas olan bir 

hadisədir və insanın ictimai mahiyyətini burada axtarmaq düzgün olmazdı. 

Təbii-tarixi inkişafın sonrakı pilləsində insanın özünü təbiətdən ayır-

ması prosesi başlanır. Bu mərhələdə hələ şəxsiyyət yoxdur, biososial varlıq 

yoxdur, yalnız bioloji varlıq var. Lakin bioloji təkamülün ən yüksək pillə-

sində, ilk şüur komponentlərinin obyektiv gerçəkliyi məqsədəuyğun surət-

də dəyişdirmək, gerçəkliyə məqsədli münasibət bəsləmək üçün artıq kifa-

yət etdiyi vaxtda insanın formalaşması prosesi başlanır və bu proses eyni 

zamanda insanın təbiətdən ayrılması  və özünü ona qarşı qoyması prosesi 

ilə üst-üstə düşür. 

Təbiətlə qarşılıqlı  təsir prosesində, öz zəruri maddi ehtiyaclarını 

ödəmək naminə fəaliyyət göstərərkən insan əvvəlcə təbiəti özünün davamı 

kimi, sonrakı  mərhələdə isə özündən fərqli,  əks tərəf kimi dərk etməyə 

başlayır. İnsan nə qədər ki, özünü təbiətdən ayıra bilmir, onun təbiət haq-

qındakı təsəvvürləri də hissi obraz və hissi təxəyyüllə məhdudlaşır. İnsan-

təbiət münasibətlərinin tarixən ilkin inikasları olan bu hissi mənzərələr mü-

əyyən dinamikaya malik olsa da, gerçəkliyi məhz olduğu kimi, obyektiv 

məzmununa adekvat olaraq əks etdirmir. İnsan özü, onun xatirələri, təsa-

düflərlə bağlı olaraq hadisələrə verdiyi şərti mənalar, rəmzləşdirmə obyek-

tiv məzmuna elə sirayət edir ki, obyektiv olanı subyektiv olandan ayırmaq 

hətta müasir intellektual səviyyədən yanaşdıqda belə, çox çətin olur. Özü-

nü təbiətdən ayırmağı bacaran, anlayışlarla, məntiq qanunlarına uyğun ola-

raq düşünən müasir insan üçün əcdadların məntiqəqədərki sinkretik düşün-



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə