Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   49   50   51   52   53   54   55   56   ...   136

109 
 
etmək [12]. Afrika Xartiyası digər universal və regional beynəlxalq hüquqi aktlardan fərqli olaraq 
təhsil hüququnu digər mədəni hüquqlarla bir yerdə (yəni vahid maddədə) təsbit edir. 
Mədəni  hüquqların  təsnifatı  beynəlxalq  hüquqi  aktlarla  yanaşı,  dövlətlərin  milli 
qanunvericiliklərində də öz təsbitini tapmışdır. 
AR  Konstitusiyası  və  qanunlarına  əsasən  aşağıdakı  mədəni  hüquq  və  azadlıqlar  müəyyən 
edilmişdir:  təhsil  hüququ;  əqli  mülkiyyət  hüququ;  mədəniyyət  hüququ;  ana  dilindən  istifadə 
hüququ; vicdan (etiqad) azadlığı; yaradıcılıq azadlığı. 
Mədəni  hüquqlar arasında  təhsil  hüququ özünəməxsus  yer  tutur,  belə  ki,  təhsil  hüququ  həm 
beynəlxalq,  həm  də  milli  qanunvericilik  aktlarında  ayrıca  təsbit  olunur.  1948-ci  il  Ümumdünya 
İnsan hüquqları Bəyannaməsinin 26-cı maddəsi təhsil hüququnu bəyan edir. Həmin maddədə qeyd 
edilir ki, hər bir insan təhsil almaq hüququna malikdir. Təhsil ən azı ibtidai və ümumi səviyyələrdə 
pulsuz olmalıdır. İbtidai təhsil məcburi olmalıdır. 
Hamının  texniki  və  peşə  təhsili  almaq  imkanı  olmalıdır  və  hər  bir  insanın  qabiliyyəti  əsasında 
hamının eyni dərəcədə ali təhsil almaq imkanı  olmalıdır. Təhsil insan şəxsiyyətinin tam inkişafına və 
insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına yönəldilməlidir. Təhsil bütün xalqlar, irqi 
və  dini  qruplar  arasında  qarşılıqlı  anlaşmaya,  dözümlülüyə  və  dostluğa  yardımçı  olmalı  və  Birləşmiş 
Millətlər Təşkilatının sülhün qorunub saxlanması ilə bağlı fəaliyyətinə köməklik göstərməlidir. 
1966-cı  il  İqtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  15-ci maddəsi  də 
təhsil  hüququnu  bəyan  edir.  Bu  maddəyə  əsasən  Bu  Paktda  iştirak  edən  dövlətlər  hər  bir  şəxsin 
təhsil  hüququnu  tanıyırlar.  Onlar  razılaşırlar  ki,  təhsil  insan  şəxsiyyətinin  tam  inkişafına  və 
ləyaqətinin  dərk  olunmasına  yönəldilməli,  insan  hüquqlarına  və  əsas  azadlıqlara  hörməti 
möhkəmləndirməlidir.  Onlar  daha  sonra  razılaşırlar  ki,  təhsil  hamıya  azad  cəmiyyətin  faydalı 
iştirakçısı  olmaq  imkanı  verməlidir,  bütün  millətlər,  irqi,  dini  və  etnik  qruplar  arasında  qarşılıqlı 
anlaşmaya, dözümlülüyə və BMT-nin sülhü qoruma sahəsində fəaliyyətinə yardım etməlidir. 
1966-cı il Patkı təhsil hüququnun realizəsi ilə bağlı müddəalar da bəyan etmişdir. Bu Paktda 
iştirak edən dövlətlər etiraf edirlər ki, bu hüququn tam şəkildə həyata keçirilməsi üçün: 
a) ibtidai təhsil hamı üçün icbari və pulsuz olmalıdır. b) Orta təhsil və onun müxtəlif formaları, 
orta  texniki-peşə  təhsili  də  daxil  olmaqla,  bütün  tədbirlər  görmək,  xüsusilə  və  tədricən  pulsuz  təhsilə 
keçmək yolu ilə açıq və hamıya müəssər  olmalıdır. c) Ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də 
tədricən  pulsuz  tədrisin  tətbiq  edilməsi  yolu  ilə  hər  kəsə  qabiliyyətinə  görə  eyni  dərəcədə  müəssər 
olmalıdır. d) İbtidai təhsil alma, ibtidai təhsil almamış və  ya onu tam bitirməmiş şəxslər üçün imkan 
dairəsində  həvəsləndirilməli  və  intensivləşdirilməlidir.  e)  Məktəblər  şəbəkəsinin  fəal  inkişafı  həyata 
keçirilməli,  qənaətbəxş  təqaüd  sistemi  təyin  olunmalı  və  müəllim  heyətinin  maddi  vəziyyəti  daim 
yaxşılaşdırılmalıdır. 
AR  Konstitusiyasının  42-ci  maddəsi  təhsil  hüququnu  bəyan  edir.  Qeyd  edilir  ki,  hər  bir 
vətəndaşın  təhsil  almaq  hüququ  vardır.  Dövlət  pulsuz  icbari  ümumi  orta  təhsil  almaq  hüququnu 
təmin  edir.  Təhsil  sisteminə  dövlət  tərəfindən  nəzarət  edilir.  Maddi  vəziyyətdən  asılı  olmayaraq 
istedadlı  şəxslərin  təhsili  davam  etdirməsinə  dövlət  zəmanət  verir.  Dövlət  minimum  təhsil 
standartlarını müəyyən edir. 
Konstitusiyanın qeyd edilən maddəsindəki ümumi müddəalar Təhsil haqqında 19 iyun 2009-cu il 
tarixli  Qanunda  konkretləşdirilmişdir.  Bu  Qanun  vətəndaşların  Azərbaycan  Respublikası 
Kоnstitusiyasında təsbit оlunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas 
prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-
ayrı  pillələri  üzrə  müvafiq  qanunların  və  digər  normativ  hüquqi  aktların  qəbul  edilməsində  baza 
rоlunu  оynayır.  Azərbaycan  Respublikasında  təhsil  dünyəvi  və  fasiləsiz  хarakter  daşımaqla, 
vətəndaşın,  cəmiyyətin  və  dövlətin  maraqlarını  əks  etdirən  strateji  əhəmiyyətli  priоritet  fəaliyyət 
sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlхalq kоnvensiyalara 
və  Azərbaycan  Respublikasının  tərəfdar  çıхdığı  digər  beynəlхalq  müqavilələrə  əsaslanır,  təhsil 
sahəsində  milli-mənəvi  və  ümumbəşəri  dəyərlərin  priоritetliyi  əsasında  dünya  təhsil  sisteminə 
inteqrasiya оlunaraq inkişaf edir. 
Əqli  mülkiyyət  hüququ  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının  Sənaye  nümunələrinin 
beynəlxalq  təsnifatının  təsisi  haqqında  Lokarno  Sazişi,  Beynəlxalq  patent  təsnifatı  haqqında 


110 
 
Strasburq  Sazişi,  Patent  proseduru  məqsədləri  üçün  mikroorqanizmlərin  depozitləşdirilməsinin 
beynəlxalq  tanınması  haqqında  Budapeşt  Müqaviləsi  kimi  beynəlxalq  sənədlərdə  öz  təsbitini 
tapmışdır. Respublikamız qeyd edilən beynəlxalq sənədlərə tərəfdar çımışdır. 
Əqli mülkiyyət hüququ  AR  Konstitusiyası ilə tanınmışdır.  Konstitusiyanın 30-cu maddəsinə 
əsasən  hər  kəsin  əqli  mülkiyyət  hüququ  vardır.  Müəlliflik  hüququ,  ixtiraçılıq  hüququ  və  əqli 
mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. 
Əqli mülkiyyət və onun müdafiəsi sferasında əsas qanunvericilik aktı 22 may 2012-ci il tarixli 
Əqli  mülkiyyət  hüquqlarının  təminatı  və  piratçılığa  qarşı  mübarizə  haqqında  AR  Qanunudur.  Bu 
Qanun  Azərbaycan  Respublikası  əqli  mülkiyyət  hüquqlarının  müdafiəsinin  təmin  edilməsi,  əqli 
mülkiyyət  hüquqları  sahiblərinin  maraqlarının  qorunması  və  bu  sahədə  hüquqpozmaların,  o 
cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının 
qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir. 
Qanuna əsasən əqli mülkiyyət hüquqları müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, 
fonoqramlara,  yayım  təşkilatlarının  verilişlərinə,  inteqral  sxem  topologiyalarına,  məlumat 
toplularına,  folklor  nümunələrinə  (ənənəvi  mədəni  nümunələrə),  ixtiralara,  faydalı  modellərə, 
sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır [2]. 
Əqli  mülkiyyət  hüquqları  sahəsində  bu  Qanunda  nəzərdə  tutulmayan  məsələlər  Azərbaycan 
Respublikasının  Konstitusiyası,  “Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında”,  “Patent 
haqqında”,  “Əmtəə  nişanları  və  coğrafi  göstəricilər  haqqında”,  “Məlumat  toplularının  hüquqi 
qorunması haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Azərbaycan 
folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının qanunları, digər 
normativ hüquqi aktlar və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənir. 
Mədəniyyət hüququ da konstitusion hüquqlar sırasındadır. Konstitusiyanın 40-cı maddəsində 
qeyd  edilir  ki,  Hər  kəsin  mədəni  həyatda  iştirak  etmək,  mədəniyyət  təsisatlarından  və  mədəni 
sərvətlərdən  istifadə  etmək  hüququ  vardır.  Hər  kəs  tarixi,  mədəni  və  mənəvi  irsə  hörmətlə 
yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır. 
Mədəniyyət  hüququ  sahəsində  konkret  qanunvericilik  aktı  Mədəniyyət  haqqında  21  dekabr 
2012-ci il tarixli Qanundur. Bu Qanun Azərbaycan Respublikasında dövlət mədəniyyət siyasətinin 
məqsəd  və  prinsiplərini,  mədəniyyət  fəaliyyəti  subyektlərinin  hüquq  və  vəzifələrini,  mədəniyyət 
sahəsində  hüquqi,  təşkilati,  iqtisadi  və  sosial  təminatları  müəyyən  edir,  mədəni  sərvətlərin 
yaradılması, toplanması, tədqiqi, təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyir. 
Qanunda  mədəniyyət  termininə  anlayış  verilərək  qeyd  edilir  ki,  mədəniyyət  –  ədəbiyyat  və 
incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional 
xüsusiyyətlərini  müəyyənləşdirən,  insanların  həyat  tərzini,  birgə  yaşayış  qaydalarını,  mənəvi 
dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusudur. 
Qanunda  mədəniyyət  sahəsində  aşağıdakı  hüquq  və  azadlıqlar  bəyan  edilir:  mədəni  həyatda 
iştirak  etmək  hüququ;  mədəni  özünəməxsusluq  hüququ;  yaradıcılıq  azadlığı;  xaricdə  mədəniyyət 
fəaliyyəti  hüququ;  mədəniyyət  sahəsində  mülkiyyət  hüququ;  mədəni  sərvətlərlə  xarici  ticarət; 
mədəniyyət sahəsində sahibkarlıq hüququ; mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə 
etmək hüququ; mədəniyyət sahəsində təhsil hüququ; mədəniyyət sahəsində məlumat azadlığı [3]. 
Yuxarıda  qeyd  edilən  hüquq  və  azadlıqlar  arasında  Mədəni  həyatda  iştirak  etmək  hüququ, 
Mədəni  özünəməxsusluq  hüququ,  Mədəniyyət  müəssisələrindən  və  mədəni  sərvətlərdən  istifadə 
etmək hüququ həm beynəlxalq sənədlərdə, həm də müxtəlif ölkələrin konstitusiya və qanunlarında 
demək olar ki, eynidir. 
Azərbaycan  Respublikasında  mədəni  həyatda  iştirak  etmək  hüququ  dövlət  tərəfindən  təmin 
edilir. Hər kəs öz mədəniyyət kimliyini və ona uyğun həyat tərzini müəyyən etməkdə, yaradıcılıq 
fəaliyyətini  seçməkdə,  mədəni  sərvətlərin  yaradılmasında,  mədəni  nemətlərdən  bərabər  istifadə 
etməkdə tam sərbəstdir. 
Mədəni  özünəməxsusluq  hüququ  ilə  bağlı  qeyd  edək  ki,  hər  kəsin  öz  milli  mədəni 
özünəməxsusluğunu qoruyub saxlamaq, mədəniyyət kimliyini müəyyən etmək, mənəvi, estetik və digər 
dəyərlərini sərbəst seçmək hüququ vardır. Mədəniyyət cəmiyyətləri öz mədəni özünəməxsusluğunu təbliğ 
etmək və inkişaf etdirmək və öz tarixi mədəniyyət məkanlarını bərpa etmək hüququna malikdir. Dövlət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə