95
stafilokokklara, göy-yaşıl irin çöplərinə, protej və bağırsaq çöplərinə qarşı bakteriostatik təsir göstərir.
Fleqmona, çiban və digər irinli iltihablı prosesləri yetişdirərək təmizləyir.
Müasir fitoterapiyada böyük bağayarpağı preparatları tənəffüs yolları xəstəliklərində (bronxit,
göyöskürək, bronxial astma, vərəm), mədə-bağırsaq xəstəliklərində (hipo və hiperasid qastrit, mədə
və onikibarmaq bağırsağın xora xəstəlikləri, babasil və s.) məsləhət görülür. Böyük bağayarpağı
bitkisindən Fransada kəskin və xroniki enterit, dizenteriya, bağırsaq vərəmi və xroniki nefrit xəstə-
liklərinin müalicəsində; Almaniyada çiban, mədə-bağırsaq və yuxarı tənəffüs yolları xəstəliklərinin
müalicəsində; Çin təbabətində böyük bağayarpağının yarpaqlarından bronxit və plevrit, habelə
sidikqovucu kimi böyrək xəstəliklərinin, toxumlarından isə şəkərli diabet, dispepsiya, öskürək, kişi
və qadın sonsuzluğu hallarının müalicəsində istifadə edilir.
Əbu Əli İbn Sina böyük bağayarpağı bitkisi haqqında yazır ki, onun kökü yaralar üçün çox
faydalıdır. Köhnə və təzə yaralara qarşı onun yarpağından yaxşı bir şey fikirləşmək mümkün deyil.
Şirəsi qulaq ağrısını, böyrək və sidik kisəsi ağrılarını sakitləşdirir, babasil qanaxmalarını dayandırır,
bağırsaq yaralarını sağaldır. O, böyük bağayarpağından herpesə, müxtəlif şişlərə, yanıqlara, parotit,
ödə və qızılyel xəstəliklərinə qarşı istifadə etmişdir. Orta əsr şərq təbabəti mənbələrində böyük
bağayarpağının kök, yarpaq və toxumlarından qan təzyiqi, sinə ağrısı, boğaz ağrısı, mədə, böyrək,
sidik kisəsi iltihabı, çiban və irinli yaralara qarşı istifadə olunduğu göstərilir.
Müasir fitoterapiyada böyük bağayarpağı biktiksinin təzə yarpaqlarından alınmış şirədən
(Succus Plantaginis), quru yarpağından alınmış həlimdən (Decoctum folli Plantaginis majoris) və
isti sulu dəmlənməsindən (İnfusum folli Plantaginis majoris) aşağıdakı qaydada istifadə olunur.
Bağayarpağının təzə şirəsi (Succus Plantaginis) bərabər nisbətlə götürülmüş iri bağayrpağı -
P. major L. və birə bağayrpağı - P. psyllium L. növlərinin təzə yarpaqlarından alınır. Bu şirədən
gündə 3 dəfə, yeməkdən 15-20 dəqiqə əvvəl, hər dəfə bir xörək qaşığı qədər qəbul edilir. Terapevtik
effektin alınması üçün qəbul müddəti 1 aydır. 2. Böyük bağayarpağı həliminin hazırlanması üçün
10 q (2 xörək qaşığı) xırdalanmış quru xammal üzərinə 200 ml qaynar su tökərək adi qayda üzrə
həlim hazırlanır. Süzüldükdən sonra qalıq çıxılır. Alınmış həlimdən gündə 3-4 dəfə, hər dəfə 50-60
ml, yeməkdən 15-20 dəqiqə əvvəl qəbul edilir. 3. Böyük bağayarpağının isti sulu dəmləməsini
hazırlmaq üçün: 10q (2 xörək qaşıığı) xırdalanmış quru xammal üzərinə 200 ml qaynar su tökərək
adi qayda üzrə dəmlənərək süzülür. Bağayarpağı həlimi kimi istifadə edilir.
Müasir təbabətdə böyük bağayarpağının yarpağından hipoasid qastrid, duodenit, mədə və 12-
barmaq bağırsaq yaralarının müalicəsində istifadə olunan “Plantaqlusid” (Plantaglucidum) preparatı
alınır. Çiban və irinli yaraların yetişdirilib təmizlənməsi üçün böyük bağayarpağının təzə dərilmiş
yarpağını yuyub üzərindən qaynar su axıtdıqdan sonra çiban və irinli yara üzərinə sarğı qoyulur.
Çöl şəraitində yuyulmuş bağayarpağının yarpağını ağız suyu ilə isladıb (dilin köməkliyi ilə) sarğı
qoymaq olar. Xalq təbabətində mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün böyük bağayarpağının
təzə yarpaqlarından aşağıdakı qaydada istifadə olunur. Böyük bağayarpağının yuyulmuş
təmizlənmiş təzə yarpaqları xırda-xırda doğranılaraq təzə təbii balla qarışdırılır, şüşə, yaxud çini
qaba doldurulur, ağzını kip bağlandıqdan sonra 10 gün qaranlıq yerdə saxlanılır. Belə hesab olunur
ki, bu müddətdə bağayarpağının keyfiyyəti bala keçir. 10 gündən sonra süzməklə bağayarpağı
baldan ayrılır. Bu baldan hər gün səhər-səhər acqarına bir xörək qaşığı qəbul edilir. Böyük
bağayarpağının qurudulmuş yarpaqları bir çox dərman bitkiləri yığınlarının da tərkibinə daxildir
ƏDƏBİYYAT
1.
Dəmirov İ.A., Hüseynov D.Y., Şükürov C.Z. Bitkilər və təbabət. Bakı: Gənclik, 1992, 126 s.
2.
Əliyev N.İ. Azərbaycanın dərman bitkiləri və fitoterapiya, Bakı, Elm,1998,344 s.
3.
Quliyev A.Ə., Ömərova S.N. Enzimologiyanın əsasları. Bakı, 2010, 279 s.
4.
İbrahimov Ə.Ş., Piriyev M.Z., Qənbərov D.Ş.,Hüseynov H.T. Fermentlər.”Victory” nəş.
Naxçıvan, 2014, 160 s. s.94-110
5.
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri
(Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan, Əcəmi, 2008, 364 s.
96
6.
Səfərov H.İ. Bioloji kimya. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1958, 358 s. s. 88-106
7.
Флора Азербайджана. Изд. АН АзССР, ТТ. I-VIII. 1950-1961
ABSTRACT
The distribution, importance and use in the learning process of enzyme composition plant
species in the flora of Nakhchivan Autonomous Republic
The present article deal with some plant species which spreading in the area of Nakhchivan
Autonomous Republic and enzyme composition plant species. This article has been prepared for III-
IV course full-time and part-time students, because there is not educational resource concerning
enzymology in Azerbaijani. Taking into account of student´s need this article has been prepared
cited existing literature sources and compiled on the basis of lectures. Simple and comprehensive
resource compiled appropriate teaching program and covers enzymology course entirely. The
general information about enzymes, their biological role, learning and development history,
experimental importance of enzymes, do not taking into account at teaching process, but important
some materials have been included and enriched. The information have been given about some of
the plants are part of the enzyme.
РЕЗЮМЕ
Распространение, медицинское значение и использование в процессе обучение
растений содержаший ферменты во флоре Нахчыванской Автономной Республики
В представленной статье приводятся сведения о широко распространенной и одной из
ценных полезных растений на территории Нахчыванской Автономной Республики
имеюшиеся в составе ферменты или ензимы. В отделе по специальности Биологических
факультетов III-IV курсов обучается Ферментология Государственных Университетов и
Высших ученых заведениях. Однако, отсутствие учебных пособий по Ферментологии
(Этзимология) учащихся вытерпывають большой трудности. Для их помошь на основе
преподованные лекции нами подгоеовлено учебных пособий «Ферменты». Добавлено
некоторые лекарственные растения из природной флоры Нахчыванской АР, где содержать
ферменты. Указывается распространение, обилие этих растений, биологические роль их
ферментов и медицинское значение.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Dostları ilə paylaş: |