2
3
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
BİOLOGİYA
SALEH MƏHƏRRƏMOV
Naxçıvan Dövlət Universiteti
salehmaharramov@mail.ru
UOT: 581.6
ÇAŞIR-ACILIQ QARIŞIĞININ SİNİR SİSTEMİNƏ TƏSİRİ
Açar sözlər: Çaşır-acılıq qarışığı, mədə-bağırsaq sistemi, helmint, antihelmint
Key words: Ferula-bitterness mixture, gastro-intestinal system, helmets, anthelmintic
Ключевые слова: Cмеси прангос-хвойника, желудочно-кишечной системе, гельминт,
антигельминт
Dərman bitkiləri ilə müalicə qədim, lakin öz əhəmiyyətini itirməyən terapevtik üsuldur.
Bitkilər yalnız xəstəliyi müalicə etmir, eyni zamanda bütün orqanizmə stimuledici təsir göstərərək,
simptomatik və patogenetik səmərəyə malik olur. Bitkilərin tərkibindəki müxtəlif maddələr kimyəvi
preparatlardan fərqli olaraq orqanizmə kompleks təsir edir. Bitkilərin kompleks təsir etməsi,
orqanizmdən tez ixrac edilməsi onların müalicə məqsədilə istifadə edilməsi cəhətdən səmərəlidir.
Otlaq sahələrində geniş yayılan və heyvanlar tərəfindən yeyilən bitkilərin müalicə təsiri olduqda
onların tətbiqi daha da asanlaşır.
Lakin bəzi bitkilər yüksək müalicəvi səmərə göstərməklə yanaşı, güclü toksiki təsirə də
malikdir. Bitkilərin zəhərli təsirlərinin xüsusiyyətləri onunla səciyyələnir ki, bu və başqa bitkilərin
müxtəlif qrup heyvanlara təsirində onların toksiki xassələri eyni olmur. İnsan üçün güclü zəhərli
olan xanımotu və dəli bəng bitkiləri gəmiricilər, köpəklər, toyuq, qaratoyuq və başqa quşlar,
kolorado böcəyi üçün tamamilə zərərsizdir, ördək və cücələrdə zəhərlənmə yaradırlar. İnciçiçəyinin
zəhərli giləmeyvələri hətta kütləvi miqdarda yeyildikdə tülkülərdə zəhərlənmə əmələ gətirmir və bir
çox köpəklər tərəfindən helmintlərdən azad olmaq üçün istifadə edilir [9].
Bitkilərlə zəhərlənmə çox hallarda alimentar yolla, bəzi hallarda toksiki təsir onların ifraz
etdikləri zəhərli maddələrlə nəfəs aldıqda baş verir (ladan ağacı, göyrüş, rododendronla uzaqdan
zəhərlənmə). Bundan başqa dəri və selikli qişaların zədələnməsi güclü allergik reaksiya tipi ilə
bitkilərlə təmas nəticəsində (gicitkən, baldırğan, alışan, südləyən, xardal və b.) baş verə bilir.
Zəhərli bitkilərlə zəhərlənmə heyvandarlığa yalnız heyvanların ölməsi formasında yox,
həmçinin xəstəlikdən çəki və məhsuldarlığın azalması, balasalma, dölsüzlük, laktasiyanın azalması
istiqamətində də zərər verir (qatırquyruğu, südləyən, küskütotu).
Bitkilərin zəhərli birləşmələri kimyəvi təbiətindən asılı olaraq müxtəlif orqanlar sistemini
zədələməklə toksiki təsirin seçiciliyinə görə fərqlənirlər. Daha çox, xüsusən də ağır hallarda kollaps
və komatoz ilə təzahür edən orqanizmə ümumi kompleks təsir qeydə alınır.
Bir çox bitkilərdə müxtəlif təsirli tam kompleks bioloji fəal maddələr olur ki, onlardan biri orqa-
nizmi digərlərinin təsirinə sensibilazisiya etdirə bilər. Həzm traktının tioklikozidlərlə, saponinlərlə və bir
neçə alkaloidlərlə güclü qıcıqlandırılması başqa toksinlərin daha intensiv sorulmasına kömək edir. Bəzi
zəhərli bitkiləri heyvanlar uzun müddət bir neçə dəfə yedikdən sonra tərkibindəki toksiki maddələr
orqanizmdə tədricən toplanaraq kumulyativ təsir göstərirlər. Uyğun təsirə acılıq, üskükotu, acı
göbələyin toksinləri malikdirlər. Qida toksinlərinin orqanizmdə belə tədricən toplanması onların çoxlu
orqanlar sisteminə keçməsi və uzun müddətli davamlı pozğunluq yaratması ilə zəhərlənmənin qeyd
olunmayan mümkün ilkin həddində orqanizmdə əhəmiyyətli təhlükə yaranır. Heyvanların orqanizmində
fitotoksinlərin kumulyasiyası heyvandarlıq məhsullarının da (ət və s.) toksikliyinə səbəb olur. Lakin bu
bitkilərdəki toksinlər heyvan orqanizmində tədricən toplana bilər [10].
Çaşır-acılıq qarışığı yüksək antihelmint təsirə malikdir. Hər bir heyvana gündə 150 q olmaqla
çaşırın çiçəkləmə mərhələsindən üç gün yedizdirdikdə səmərəlilik intensivlik hemonxuslara qarşı
4
92,2%, strongilyatlara 90,7%, trixosefalyuslara 53,8%, ekstensivliyi isə müvafiq olaraq 66,7, 50 və
16,7% həddində olur [3, s. 18].
Acılıq bitkisindən üç gün 150 q yeyən hemonxuslarla yoluxmuş heyvanlarda səmərəlilik
intensivliyi 80,6%, strongilyatlarla 81,7%, trixosefalyuslarla yoluxmuşlarda isə 50,3% alınmışdır.
Hemonxoz və strongilyatozlarda səmərəlilik ekstensivliyi 33,3% təşkil etmişdir [3, s. 18-19].
Çaşır-acılıq bitkilərinin bərabər miqdarındakı qarışığından təcrübə altında olan nematodlarla
təbii yoluxmuş hər bir qoyuna iki gün 200 q qüvvəli yemlə səhər ac qarnına yedizdirdikdə səmərəlilik
intensivliyi hemonxozlarda 92,8%, strongilyatozlarda 91,4%, trixosefalyozlarda 62,5%, ekstensivliyi
hemonxoz və strongilyatozlarda 66,7%, trixosefalyozda isə 33,3% olmuşdur [3, s.19-20].
Belə yüksək antihelmint səmərəyə malik bitkilərin toksiki xüsusiyyətlərinin araşdırılması on-
ların təsərrüfatlarda tətbiqi üçün mühüm əhəmiyyətə malikdir. Çaşır-acılıq bitkilərinin antihelmint
təsirləri onların bərabər miqdarlarından ibarət qarışıqlarının tətbiqində daha yüksək olduğundan
həmin qarışığın toksiki təsirinin araşdırılmasını qarşımıza məqsəd qoyduq.
Bundan əvvəlki araşdırmalarımıza əsasən çaşır acılıq bitkilərinin qarışığından hazırlanan bişir-
mənin təcrübə heyvanlarında orta ölüm dozası 1500 mq/kq dozadan yüksək olduğundan o toksik
olmayan maddələr sırasına daxil edilir [8, s.10-12]. Məhlulun uzun müddət siçanlara içirdilməsinə
baxmayaraq kumulyativ təsir göstərmir [7, s. 160-163]. Boğazlığın müxtəlif dövrlərində siçovullara
hətta preparatın müalicə dozasının 5 dəfə artırılmış miqdarı içirdildikdə embriotrop təsir qeydə alın-
mamışdır [2, s. 127-129]. Qarışığın qoyunlara müalicə dozasının 3 və 5 dəfə artırılmış dozaları yediz-
dirildikdə onların bədən temperaturları normadan kənara çıxmamış [4, s. 3-6], daxili orqanların (ürək,
böyrək, dalaq, qaraciyər) histoloji quruluşunda patologiyaya təsadüf edilməmişdir [6, s. 158-160].
Bu tədqiqatımızın məqsədi yüksək antihelmint səmərəyə malik çaşır-acılıq qarışığının hey-
vanların mərkəzi sinir sistemi ilə nizamlanan poza və davranışlarına təsirini öyrənməkdir.
Sinir sistemi orqanizmin bütün fizioloji proseslərində nizamlayıcı fəaliyyət göstərdiyindən,
orqanların qarşılıqlı əlaqəsini yaratdığından toksikoloji xüsusiyyətlərini öyrəndiyimiz bitki qarı-
şığının orqanizmin bu sistemə təsirini öyrənmək çox önəmlidir. Mərkəzi sinir sistemi heyvan orqa-
nizmində daxili orqanların funksiyalarını nizamlayır, onların xarici mühitə uyğunlaşmasını təmin
edir, hərəkət koordinasiyasını, əzələlərin tonusunu stimullaşdırır. Baş beynin verdiyi impulslar
onurğa beyin vasitəsilə əzələlərə ötürülərək onların tonusunu, yığılma-boşalma proseslərinin ardıcıl-
lığını nizamlayır [11. s, 109-133 ], [12, s. 18].
Bitki qarışıqlarının mərkəzi sinir sisteminə təsirini öyrənmək üçün 3 istiqamətdə təcrübə apar-
dıq. Birinci, məhlulların təcrübə heyvanlarının koordinasiyasına təsirini, ikinci, bişirmənin mərkəzi
sinir sisteminin oyadıcı və ləngidici fəaliyyətinə təsirini, üçüncü isə bişirmələrin sinir əzələ sina-
psında postsinaptik hissədə reseptorlara təsiri ilə əlaqədar heyvanların pozası və duruş vəziyyətində
yaranan dəyişikliyi öyrəndik [5].
Mərkəzi sinir sistemi orqanizmin hərəkət fəallığını, koordinasiyasını nizamlayan funksiyanı
yerinə yetirdiyindən hər hansı preparatın tətbiqi zamanı yaranan ataksiya onun disfunksiyası he-
sabına əmələ gəldiyini göstərir. Heyvanlarda hərəkət funksiyasını əsasən beyincik yerinə yetirdi-
yindən təcrübə zamanı onların duruş və davranışlarının pozulmasını, əzələ tonusunun zəifləməsini,
qeyri-normal tetanik yığılmaları, tez başlayan əzələ yorulmasını həmin şöbədə gedən patologiya ilə
əlaqələndirmək lazımdır. Hərəkət fəallıq baş beyin qabığı, uzunsov beyin, onurğa beyni və s. şö-
bələr tərəfindən də nizamlanır. Buna görə də preparatın təsirindən dayaq-hərəkət aparatında yaranan
hər hansı pozğunluğu ümumi mərkəzi sinir sistemində gedən dəyişikliklə əlaqələndirmək lazımdır
[11, s. 120-123].
Çaşır-acılıq qarışığının heyvanların poza və davranışlarına təsirini öyrənmək üçün 3 qrupda,
hər qrupda 3 baş olmaqla 9 baş siçovul üzərində təcrübə apardıq. Preparat verilməmişdən əvvəl
siçovulların hamısını şüşə qalpaq altında yerləşdirib 5 dəqiqə hərəkətlərinə, davranışlarına, baş-
larının vəziyyətinə nəzarət etdik, sonra heyvanları arxası üstə çevirərək normal duruş vəziyyətlərini
bərpa etmək səyini müşahidə etdik. I qrup heyvanların hər birinin limfa kisəsinə çaşır-acılıq qarı-
şığından hazırlanan bişirmənin müalicə dozasının 3 dəfə artırılmış miqdarını (18 q/kq), II qrupa 5
dəfə artırılmış dozasını (30 q/kq) yeritdik. III qrupda olan heyvanların limfatik kisəsinə isə müqa-
yisə məqsədilə 0,3 ml kurare inyeksiya etdik. Preparatların təcrübə heyvanlarının duruş vəziyyətinə
Dostları ilə paylaş: |