37
öyrənilməsi sahəsində çox mühüm işlər görülmüşdür ki, bu da dahi rəhbərin arxivlərə, arxiv işinə
göstərdiyi yüksək dövlət qayğısının nəticələridir.
Heydər Əliyevin “Arxiv işinin təkmilləşdirilməsi haqqında” fərmanından sonra Naxçıvan
Muxtar Respublika Ali Məclisinin Sədrinin 6 dekabr 2002-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar
Respublikası Arxiv İdarəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Arxiv
İdarəsinin bazısında yenidən qurulmuşdur.
Dövlət arxivində elmin, mədəniyyətin və ictimai həyatın müxtəlif sahələrini özündə əks
etdirən 1023 fondda 480 mindən çox kağız əsaslı idrəçilik işi, elm, mədəniyyət, ədəbiyyat və
incəsənət, dövlət xadimlərinin 2 minə qədər işdən ibarət elmi və texniki sənədləri, 84 minə yaxın
foto və 4 mindən çox kino sənədi mühafizə olunur.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının mənəvi, çox qiymətli, əvəzolunmaz tarixi
sənədlərin qorunub gələcək nəsillərə çatdırılması üçün arxiv sənədləri təşkilatı haqqında söylədiyi
fikirlər bütün dövrlər üçün aktualdır: “Azərbaycan Respublikasının arxiv xidməti təşkilatları
xalqımızın çoxəsrlik tarixini öyrənmək üçün qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu
elmi-tədqiqat mərkəzidir”. Ulu öndər Heydər Əliyevin dediyi bu sözlər isə daim yaddaşımızdadır:
“Arxiv işinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını alamq üçün çox
mühüm amildir”.
ƏDƏBİYYAT
1.
Nax. MRDA. f. 299. s 4, iş 22. v.1-4
2.
Nax. MRDA. f. 40. s. 1, iş 28. v. 38
3.
Naxçıvan MRDA. 1. 314, s 2, iş 8, v 14
4.
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının qanunu. 22 iyun 1999
5.
“Şərq qapısı” qəzeti
6.
“Xalq qəzeti”, 3 dekabr 2002.
ABSTRACT
Fakhraddin Jafarov
THE ROLE OF HEYDAR ALIYEV IN THE DEVELOPMENT
OF NATIONAL ARCHIVE
Archive building in Azerbaijan, including Nakhchivan, has been a very difficult way. The
territory of Nakhchivan has become a stroke of various states, resulting in valuable archival
documents either destroyed or occupied by occupiers and moved to other places in the occupied
territory.
Until the 20th century, archives were one of the main attributes of the state administration in
Azerbaijan, as well as in Nakhchivan. The state-level archive business in our country has started in
December 1920.
The Central Executive Committee of the Nakhchivan Autonomous Republic has made a
decision in 1925 to establish the Central State Archives. In 1930, the Central Archive Office was
established in Nakhchivan in connection with the organization of archives in Azerbaijan, which was
part of the Republican State Archives in Nakhchivan.
As in other areas of our republic, which has gained independence, new legislative and
normative acts belonging to a sovereign state must have been established in the archives business.
Their master was Heydar Aliyev, the national leader. The Law of the Republic of Azerbaijan "On
National Archive Fund" was adopted and approved by Heydar Aliyev, our national leader on June
22, 1994.
38
РЕЗЮМЕ
Фахраддин Джафаров
РОЛЬ ГЕЙДАРА АЛИЕВА В РАЗВИТИИ
НАЦИОНАЛНОГО АРХИВА
В Азербайджане, в том числе в Нахчыване архивное строительства прошел очень
трудный путь. Территория Нахчывана преврашилась вполе разных государств, в итаге на
этой захваченной территории архивные документы или были уничтожены, или были
унесены в другие места.
До 20-х годов ХХ века в Азербайджане, в том числе в Нахчыване одним из
государственных атриьутов являлиь архивы. В нашей стране на государственном уравне
организация архивной работы началось с декабря 1920 года.
Центраольный Исполнительный Комитет Нахчыванской АССР принял решение в
1925 году, о создании Централного Государственного Архива. 1930 году в связы созданем
архивных органов в Азербайджане, в Нахчыване создано Центральное Архивное
Управление, частью которой являлся Государственный Архив Автономной Республики,
находящегося в городе Нахчыван.
Внашей республики завоевавшей независимость, как в других отраслях так в отрасле
архивной раблты должно было создано заканадательные и нормативные акты свойственные
суверенногу государству. Зодчим всего этого является общенациональный лидер Гейдар
Алиев. 22 июня 1994 года Г.Алиев утвердил своей ардписаю Закон Азербайджанской
Респуьлики “О фонде Национального Архивы”.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı
ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Z.Şahverdiyev
39
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
ZENFİRA SEYİDOVA
Naxçıvan Dövlət Universiteti
UOT: 069
CƏLİL MƏMMƏDQULUZADƏ ADINA NAXÇIVAN MR ƏDƏBİYYAT
MUZEYİ VƏ GÖRKƏMLİ ƏDİBLƏRİMİZİN XATİRƏ MUZEYLƏRİ
Açar sözlər: mədəniyyət, xatirə, memorial, ədib, şair, ekspozisiya,incəsənət, muzey, portret
Key words: culture, memorial, memorial, writer, poet, exposition, art, museum, portrait
Ключевые слова: культура, мемориал, мемориал, писатель, поэт, экспозиция,
искусство, музей, портрет
Azərbaycan dövləti mədəniyyətin ayrı-ayrı sahələrinə hərtərəfli dəstək göstərir və bu sahənin
inkişafına böyük təkan verir. Muzeylər xalqın, dövlətin, tarixi şəxsiyyətlərin, elm-mədəniyyət
adamlarının irsinin qorunduğu etibarlı bir ocaqdır. Muzeylərdə mədəniyyətimizin bütün qollarının
nümunələri yaşayır. Bəlli olduğu kimi, arxeoloji qazıntılar zamanı üzə çıxarılan, alimlərin aşkarladığı
maddi sərvətlərlə yanaşı, evlərdə, tayfalarda saxlanan bir sıra nümunələr də muzeylərə təhvil verilib.
Muzeylər Azərbaycan torpağının havasını, ruhunu özündə qoruyur və təbliğ edir.
Azərbaycanda muzey işinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Onu da qeyd edək ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 mart 2007-ci il tarixində “Azərbaycanda
muzey işinin yaxşılaşdırılması haqqında” sərəncam imzalayıb.
Sənəddə qeyd edilir ki, xalqımızın ən qədim zamanlarından müasir dövrədək tarixini və
mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin
qorunması və təbliğ olunması işində mühüm rol oynayır: “Bugün muzeylərimiz nadir sənət
incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olaraq respublikamızın
bütün bölgələrini əhatə edir” (2 səh.22).
Ədəbiyyat profilli muzeylərin yarandığı gündən materialların toplanması, şair və
yazıçılarımızın həyat və yaradıcılığının ekspozisiyada eksponatlar vasitəsilə təbliği mühüm yer tutur.
Muzeylərin fəaliyyətə başladığı illərdə Azərbaycan ədəbiyyatını əks etdirən ekspozisiyaların
qurulması, ədəbiyyatımızın öyrənilməsi və təbliği sahəsində müvafiq addımlarını atmışdır. Ədəbiyyat
profilli muzeylərdə muzey eksponatlarının nümayiş etdirilməsi, ekskursiyaların təşkili, mühazirələr,
kütləvi tədbirlər, səyyar sərgilər vasitəsilə, muzey elmi biliklər yolu ilə təbliğ etməklə həyata keçirir.
Muxtar respublikada ədəbiyyat profilli muzeylərin yaranması, yenidən qurulması,
təkmilləşdirilməsi işində muxtar respublika rəhbərliyinin yaxından köməyi olmuş, mövzu
ekspozisiya planlarına əsasən ekspozisiyalar yenidən qurulmuşdur.
C.Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat muzeyi mürəkkəb və məzmunlu yol
keçmişdir.
Azərbaycan ədəbiyyatı Azərbaycan xalqınım tarixi yaddaşı olmuş və olaraq qalır.
Azərbaycan ədəbiyyatı Azərbaycan xalqının həyat tərzini, bəşər mədəniyyəti tarixindəki rolunu əks
etdirən salnamə olmuş və olmaqdadır. Muzey həmişə özünün yüksək humanizmi, nikbinliyi, ictimai
fəallığı, beynəlmiləlçilik pafosu, ümuminsani meylləri ilə fərqlənən Azərbaycan xalqının qürurunun
və vicdanının, ləyaqətinin və namusunun ifadəsidir.
Böyük demokrat yazıçı C.Məmmədquluzadənin adını daşıyan muzeyimiz də belə ədəbiyyat
muzeylərindəndir.
Muzeyin vəzifəsi Azərbaycan ədəbiyyatı tarixini təqdim etmək, yazıçı və alimlərin xatirə
əşyalarının yığılması və qorunması, milli ədəbiyyatın təbliği, müasir dövrdə nailiyyətləri ilə geniş
kütlələri tanış etməkdir.
Muzeyin daimi ekspozisiyası iki mərtəbədə yerləşən, 3 zalda nümayiş etdirilir. Bu, əslində
Azərbaycan ədəbiyyatı tarixinin əyani təqdimidir. Ekspozisiyada şifahi xalq yaradıcılığı, dünya