Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   14   15   16   17   18   19   20   21   ...   164

37 
öyrənilməsi sahəsində çox mühüm işlər görülmüşdür ki, bu da dahi rəhbərin arxivlərə, arxiv işinə 
göstərdiyi yüksək dövlət qayğısının nəticələridir. 
Heydər  Əliyevin  “Arxiv  işinin  təkmilləşdirilməsi  haqqında”  fərmanından  sonra  Naxçıvan 
Muxtar Respublika Ali Məclisinin Sədrinin 6 dekabr 2002-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar 
Respublikası  Arxiv  İdarəsi  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabineti  yanında  Arxiv 
İdarəsinin bazısında yenidən qurulmuşdur.  
Dövlət  arxivində  elmin,  mədəniyyətin  və  ictimai  həyatın  müxtəlif  sahələrini  özündə  əks 
etdirən  1023  fondda  480  mindən  çox  kağız  əsaslı  idrəçilik  işi,  elm,  mədəniyyət,  ədəbiyyat  və 
incəsənət, dövlət xadimlərinin 2 minə qədər işdən ibarət elmi və texniki sənədləri, 84 minə  yaxın 
foto və 4 mindən çox kino sənədi mühafizə olunur.  
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının mənəvi, çox qiymətli, əvəzolunmaz tarixi 
sənədlərin qorunub gələcək nəsillərə çatdırılması üçün arxiv sənədləri təşkilatı haqqında söylədiyi 
fikirlər  bütün  dövrlər  üçün  aktualdır:  “Azərbaycan  Respublikasının  arxiv  xidməti  təşkilatları 
xalqımızın çoxəsrlik tarixini öyrənmək üçün qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu 
elmi-tədqiqat  mərkəzidir”. Ulu öndər Heydər Əliyevin  dediyi  bu sözlər isə daim  yaddaşımızdadır: 
“Arxiv  işinə  gərək  çox  ciddi  fikir  verək.  Bir  tərəfdən  ona  görə  ki,  xalqımızın  tarixini  əks  etdirən 
yeganə  mənbədir.  İkincisi  də  ona  görə  ki,  tariximizi  təhrif  edənlərin  qarşısını  alamq  üçün  çox 
mühüm amildir”.  
  
ƏDƏBİYYAT 
1.
 
Nax. MRDA. f. 299. s 4, iş 22. v.1-4 
2.
 
Nax. MRDA. f. 40. s. 1, iş 28. v. 38 
3.
 
Naxçıvan MRDA. 1. 314, s 2, iş 8, v 14 
4.
 
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının qanunu. 22 iyun 1999 
5.
 
“Şərq qapısı” qəzeti 
6.
 
 “Xalq qəzeti”, 3 dekabr 2002. 
ABSTRACT 
Fakhraddin Jafarov 
 
THE ROLE OF HEYDAR ALIYEV IN THE DEVELOPMENT  
OF NATIONAL ARCHIVE 
 
Archive  building  in  Azerbaijan,  including  Nakhchivan,  has  been  a  very  difficult  way.  The 
territory  of  Nakhchivan  has  become  a  stroke  of  various  states,  resulting  in  valuable  archival 
documents  either  destroyed  or  occupied  by  occupiers  and  moved  to  other  places  in  the  occupied 
territory. 
Until the 20th century, archives were one of the main attributes of the state administration in 
Azerbaijan, as well as in Nakhchivan. The state-level archive business in our country has started in 
December 1920. 
The  Central  Executive  Committee  of  the  Nakhchivan  Autonomous  Republic  has  made  a 
decision in  1925 to establish  the Central  State Archives.  In 1930, the Central  Archive  Office was 
established in Nakhchivan in connection with the organization of archives in Azerbaijan, which was 
part of the Republican State Archives in Nakhchivan. 
As  in  other  areas  of  our  republic,  which  has  gained  independence,  new  legislative  and 
normative acts belonging to a sovereign state must  have been established in the archives business. 
Their master was Heydar Aliyev, the national leader. The Law of the Republic of Azerbaijan "On 
National Archive Fund" was adopted and approved by Heydar Aliyev, our national leader on June 
22, 1994. 


38 
РЕЗЮМЕ 
Фахраддин Джафаров 
 
РОЛЬ ГЕЙДАРА АЛИЕВА В РАЗВИТИИ 
НАЦИОНАЛНОГО АРХИВА 
 
В  Азербайджане,  в  том  числе  в  Нахчыване  архивное  строительства  прошел  очень 
трудный  путь.  Территория  Нахчывана  преврашилась  вполе  разных  государств,  в  итаге  на 
этой  захваченной  территории  архивные  документы  или  были  уничтожены,  или  были 
унесены в другие места.  
До  20-х  годов  ХХ  века  в  Азербайджане,  в  том  числе  в  Нахчыване  одним  из 
государственных  атриьутов  являлиь  архивы.  В  нашей  стране  на  государственном  уравне 
организация архивной работы началось с декабря 1920 года. 
Центраольный  Исполнительный  Комитет  Нахчыванской  АССР  принял  решение  в 
1925  году,  о  создании  Централного  Государственного  Архива.  1930  году  в  связы  созданем 
архивных  органов  в  Азербайджане,  в  Нахчыване  создано  Центральное  Архивное 
Управление,  частью  которой  являлся  Государственный  Архив  Автономной  Республики, 
находящегося в городе Нахчыван.  
Внашей республики завоевавшей независимость, как в других отраслях так в отрасле 
архивной раблты должно было создано заканадательные и нормативные акты свойственные 
суверенногу  государству.  Зодчим  всего  этого  является  общенациональный  лидер  Гейдар 
Алиев.  22  июня  1994  года  Г.Алиев  утвердил  своей  ардписаю  Закон  Азербайджанской 
Респуьлики “О фонде Национального Архивы”. 
 
 
 
  
                                                                       NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
  
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Z.Şahverdiyev
 
 


39 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
 ZENFİRA SEYİDOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT: 069 
CƏLİL MƏMMƏDQULUZADƏ ADINA NAXÇIVAN MR ƏDƏBİYYAT 
MUZEYİ VƏ GÖRKƏMLİ ƏDİBLƏRİMİZİN XATİRƏ MUZEYLƏRİ 
 
Açar sözlər: mədəniyyət, xatirə, memorial, ədib, şair, ekspozisiya,incəsənət, muzey, portret 
Key words: culture, memorial, memorial, writer, poet, exposition, art, museum, portrait 
Ключевые слова: культура, мемориал, мемориал, писатель, поэт, экспозиция, 
искусство, музей, портрет 
Azərbaycan dövləti mədəniyyətin ayrı-ayrı sahələrinə hərtərəfli dəstək göstərir və bu sahənin 
inkişafına  böyük  təkan  verir.  Muzeylər  xalqın,  dövlətin,  tarixi  şəxsiyyətlərin,  elm-mədəniyyət 
adamlarının  irsinin  qorunduğu  etibarlı  bir  ocaqdır.  Muzeylərdə  mədəniyyətimizin  bütün  qollarının 
nümunələri yaşayır. Bəlli olduğu kimi, arxeoloji qazıntılar zamanı üzə çıxarılan, alimlərin aşkarladığı 
maddi sərvətlərlə yanaşı, evlərdə, tayfalarda saxlanan bir sıra nümunələr də muzeylərə təhvil verilib. 
Muzeylər Azərbaycan torpağının havasını, ruhunu özündə qoruyur və təbliğ edir. 
Azərbaycanda  muzey  işinə  dövlət  tərəfindən  xüsusi  diqqət  yetirilir.  Onu  da  qeyd  edək  ki, 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  6  mart  2007-ci  il  tarixində  “Azərbaycanda 
muzey işinin yaxşılaşdırılması haqqında” sərəncam imzalayıb. 
Sənəddə  qeyd  edilir  ki,  xalqımızın  ən  qədim  zamanlarından  müasir  dövrədək  tarixini  və 
mədəniyyətinin  inkişaf  yolunu  əks  etdirən  Azərbaycan  muzeyləri  ölkəmizdə  zəngin  mədəni  irsin 
qorunması  və  təbliğ  olunması  işində  mühüm  rol  oynayır:  “Bugün  muzeylərimiz  nadir  sənət 
incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olaraq respublikamızın 
bütün bölgələrini əhatə edir” (2 səh.22). 
Ədəbiyyat  profilli  muzeylərin  yarandığı  gündən  materialların  toplanması,  şair  və 
yazıçılarımızın həyat və yaradıcılığının ekspozisiyada eksponatlar vasitəsilə təbliği mühüm yer tutur. 
Muzeylərin  fəaliyyətə  başladığı  illərdə  Azərbaycan  ədəbiyyatını  əks  etdirən  ekspozisiyaların 
qurulması, ədəbiyyatımızın öyrənilməsi və təbliği sahəsində müvafiq addımlarını atmışdır. Ədəbiyyat 
profilli  muzeylərdə  muzey  eksponatlarının  nümayiş  etdirilməsi,  ekskursiyaların  təşkili,  mühazirələr, 
kütləvi tədbirlər, səyyar sərgilər vasitəsilə, muzey elmi biliklər yolu ilə təbliğ etməklə həyata keçirir. 
Muxtar  respublikada  ədəbiyyat  profilli  muzeylərin  yaranması,  yenidən  qurulması, 
təkmilləşdirilməsi  işində  muxtar  respublika  rəhbərliyinin  yaxından  köməyi  olmuş,  mövzu 
ekspozisiya planlarına əsasən ekspozisiyalar yenidən qurulmuşdur. 
C.Məmmədquluzadə  adına  Naxçıvan  MR  Ədəbiyyat  muzeyi  mürəkkəb  və  məzmunlu  yol 
keçmişdir. 
Azərbaycan  ədəbiyyatı  Azərbaycan  xalqınım  tarixi  yaddaşı  olmuş  və  olaraq  qalır. 
Azərbaycan ədəbiyyatı Azərbaycan xalqının həyat tərzini, bəşər mədəniyyəti tarixindəki rolunu əks 
etdirən salnamə olmuş və olmaqdadır. Muzey həmişə özünün yüksək humanizmi, nikbinliyi, ictimai 
fəallığı, beynəlmiləlçilik pafosu, ümuminsani meylləri ilə fərqlənən Azərbaycan xalqının qürurunun 
və vicdanının, ləyaqətinin və namusunun ifadəsidir. 
Böyük demokrat yazıçı C.Məmmədquluzadənin adını daşıyan muzeyimiz də belə ədəbiyyat 
muzeylərindəndir. 
Muzeyin  vəzifəsi  Azərbaycan  ədəbiyyatı  tarixini  təqdim  etmək,  yazıçı  və  alimlərin  xatirə 
əşyalarının  yığılması və qorunması, milli ədəbiyyatın təbliği, müasir dövrdə nailiyyətləri ilə geniş 
kütlələri tanış etməkdir. 
Muzeyin daimi ekspozisiyası iki mərtəbədə yerləşən, 3 zalda nümayiş etdirilir. Bu, əslində 
Azərbaycan  ədəbiyyatı  tarixinin  əyani  təqdimidir.  Ekspozisiyada  şifahi  xalq  yaradıcılığı,  dünya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə