Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   15   16   17   18   19   20   21   22   ...   164

40 
miqyaslı şedevrlər “Kitabi-Dədə Qorqud” və “Koroğlu” kimi eposlar, XII-XVI  əsrlər Azərbaycan 
ədəbiyyatı və onun parlaq zirvələri olan N.Gəncəvi, Nəsimi, Füzuli, zəngin aşıq poeziyası, son orta 
əsrlərin  ədəbi  həyatı,  yeni  milli  ədəbiyyatın  inkişafında  görkəmli  rol  oynayan  M.F.Axundov, 
A.Bakıxanov,  M.Ş.Vazeh,  X.Natəvan,  N.Nərimanov,  H.Cavid,  C.Məmmədquluzadə  və  başqa 
yazıçılarımızın həyat və yaradıcılığı öz əksini tapmışdır. 
Azərbaycan  yeni  dövr  ədəbiyyatının  Ə.Əbülhəsən,  S.Rəhimov,  R.Rza,  M.Müşfiq, 
Naxçıvanlı şair və yazıçıları, dramaturqları, tənqidçiləri müasir ədəbi prosesdə fəal iştirak edən bir 
çox yazıçılarımız muzeyin ekspozisiyasına daxil olmuşdur. 
Muxtar  respublikamızdakı  hər  bir  muzeyin  öz  tarixi,  özünün  səciyyəvi  xüsusiyyətləri,  öz 
siması  vardır.  Bütün  bunlar  muzeyin  yerləşdiyi  binanın,  həm  də  şəxsiyyətin  dövrünün  təsviri  ilə 
bağlıdır.  Xatirə  muzeyləri  mümkün  olduqca  görkəmli  şəxsiyyətin  yaşadığı  ərazidə  həmin  şəxsin 
evində  təşkil  edilməli,  xüsusən  ekspozisiyanın  təşkilində  sənətkarın  yaradıcılığının  hər  hansı  bir 
cəhətini açdığı üçün mənzilin quruluşu, interyeri saxlanmalıdır. (4 səh.80). 
Xalqımızın  ümummilli  lideri,  müasir  Azərbaycan  Respublikamızın  və  dövlətimizim 
qurucusu  və  memarı  Heydər  Əlirza  oğlu  Əliyev  Azərbaycanımızın  ayrılmaz  tərkib  hissəsi  qədim 
Naxçıvan diyarının yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında demişdir: 
 “Naxçıvan böyük şəxsiyyətlər yetirmiş bir torpaqdır. Naxçıvan həmişə böyük şəxsiyyətlərlə 
fərqlənmiş və  bu şəxsiyyətlər,  alimlər, münəccimlər, şairlər, memarlar,  dövlət  xadimləri olmuşlar. 
Naxçıvan  həmişə  Azərbaycanın  yüksək  ziyalı  yetişdirən  bir  diyarı  olmuşdur.”  Xalqımızın 
ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi, qayğı və göstərişləri sayəsində Naxçıvanda 
görkəmli  şəxsiyyətlərin  adlarının  əbədiləşdirilməsi  məqsədilə  xatirə  muzeyləri,  ev-mənzil 
muzeyləri, xatirə ansamblları və kompleksləri yaradılmışdır (1. səh.9). 
Böyük  Mirzə  Cəlil  irsinin  toplanması,  öyrənilməsi,  təbliği  məqsədilə  Naxçıvan  şəhərində 
C.Məmmədquluzadənin  ev  muzeyi,  Cəlilkənddə  və  Nehrəm  kəndində  C.Məmmədquluzadənin 
xatirə muzeyi yaradılmışdır. 
Naxçıvanda  C.Məmmədquluzadənin  ev  muzeyi  də  ekspozisiya  rəngarəngliyi  ilə  seçilir. 
Muzeyin  ekspozisiyasında böyük  ədibin həyat və yaradıcılığının əsas dövrləri, Naxçıvan teatrında 
onun  iştirakı  ilə  tamaşaya  qoyulan  tamaşalar  haqqında  sənədlər,  materiallar,  Azərbaycan 
demokratik  maarifçiliyindən  bəhs  edən  bir  çox  foto-sənədlər,  “Molla  Nəsrəddin”  jurnalının 
nüsxələri və digər eksponatlar vitrinlərdə, guşələrdə nümayiş olunur. 
Cəlilkənddə  C.Məmmədquluzadə  xatirə  muzeyində  ədibə  aid  çox  qiymətli  əşya  və 
eksponatlar  toplanmışdır.  Bu  muzeylər  Mirzə  Cəlilə  həsr  olunsa  da  ekspozisiyanın  quruluşu 
baxımından  çox  yüksək  şəkildə  qurulmuşdur.Yəni  tamaşaçı  bu  muzeylərdə  çox  maraqlı,  fərqli 
ekspozisiya quruluşları ilə rastlaşır ki, bu da muzey işçilərinin yüksək peşəkarlığını təsdiq edir. 
C.Məmmədquluzadənin həyatı və yaradıcılığı, nəsil şəcərəsi, pedaqoji fəaliyyəti və s. zəngin 
materiallar əsasında bədii tərtibatla əks olunur. 
C.Məmmədquluzadənin tədqiqatçıları Əli Nazim, Mirzə İbrahimov, Əziz Şərif, Abbas Zamanov, 
Əziz Mirəhmədov, İsa Həbibbəyli və başqalarının da fotoları ekspozisiyada öz əksini tapmışdır. 
Nehrəm  kəndində  C.Məmmədquluzadə  xatirə  muzeyinin  ekspozisiyası  ədibin  pedaqoji 
fəaliyyəti, həyat və  yaradıcılığının əsas dövrləri, kənddə maarifçilik və təhsil illərinə, ailə həyatına 
aid  zəngin  materiallarla  tərtib  edilmişdir.  Muzeydə  1000-dək  eksponat  mühafizə  olunaraq 
ekspozisiyalar vasitəsilə nümayiş etdirilir. 
“Memorial”  sözünün  əsasını  təşkil  edən  “memoria”  latın  sözüdür.  Azərbaycan  dilində 
“xatirə”  sözünə  uyğun  gəlir.  Xatirə  muzeyinin  əşyaları  da,  təbii  ki,  həmin  şəxsiyyətin  həyatı  və 
fəaliyyəti ilə bağlı olur. Buraya ilk növbədə muzeyin yaradıldığı yer (ev, mənzil, malikanə, iş otağı 
və s.) daxildir. Təcrübə göstərir ki, yaşadığı müddətdən asılı olmayaraq həmin yerdə xatirə muzeyi 
yaradılır və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Ona görə ki, mənsub olduğu xalqa başucalığı 
gətirən, öz xalqının tarixində və taleyində önəmli rol oynayan, elminin və mədəniyyətinin inkişafına 
dəyərli töhfələr verən şəxsiyyətlərin adı ilə bağlı hər bir məkan müqəddəs tutulur. Buraya gələn hər 
bir tamaşaçıda xoş hisslər, duyğular yaranır, şəxsiyyətin xatirəsi böyük ehtiramla yad edilir. 
Belə  ədəbiyyat  profilli  muzeylərdən  biri  də  dahi  Azərbaycan  şairi,  görkəmli  dramaturq, 
ədəbiyyat və mədəniyyət xadimi Hüseyn Cavidin ev muzeyidir. Şairin anadan olmasının 100 illiyi 


41 
haqqında  1981-ci  ildə  xüsusi  qərar  imzalanmışdır.  Həmin  qərarda  Bakı  və  Naxçıvan  şəhərlərində 
Hüseyn Cavidə heykəl-abidələr ucadılması, xatirə-ev muzeylərinin yaradılması və digər tədbirlərin 
həyata keçirilməsi öz əksini tapmışdır. (1. səh.17) 
1984-cü  ildə  Naxçıvanda  Hüseyn  Cavidin  ev  muzeyinin  təntənəli  açılışı  oldu.  Muzey 
açıldığı gündən müvəffəqiyyətlə fəaliyyət göstərir və ekspozisiyası zənginləşdirilir. 
Ekspozisiyanın  tərtib  prinsiplərindən  danışarkən  qeyd  etmək  lazımdır  ki,  şairin  fəaliyyəti 
xronoloji ardıcıllığı, müəyyən mövzular üzrə ayrı-ayrı bölmələrdə əyaniləşdirilmişdir. 
Həmin  bölmələrin  əyaniləşdirilməsində  orijinal  fotolardan,  Hüseyn  Cavidin  şəxsiyyəti  və 
yaradıcılığı  haqqında  görkəmli  alim  və sənətşünasların  mülahizələrindən,  əsərlərindən  götürülmüş 
bədii  parçalardan,  təsviri  və  tətbiqi  sənət  nümunələrindən  yerli-yerində  istifadə  olunduğundan, 
şairin həyat və yaradıcılığı dolğunluqla göz önündə canlanır. 
Hüseyn Cavidin dərin mənalı, hikmətli əsərələri ilə ətraflı tanış olan tamaşaçı, həm də onun 
sələfləri,  müəllimləri,  qələm  yoldaşları,  sənət  dostları,  həmçinin  dövrünün  mühüm  hadisələri 
haqqında ətraflı məlumat alır. 
İstedadlı, qüdrətli qələmi və ardıcıl ictimai fəaliyyəti ilə yarım əsrdən artıq bir dövrdə xalqımızın 
azadlığı, səadəti, tərəqqisi yolunda çalışan Ordubadinin adı yaddaşlarda əbədi həkk olunmuşdur. 
M.S.Ordubadinin yaradıcılığı son dərəcə zəngin, müxtəlif və rəngarəngdir. Ordubadi şairdir, 
publisistdir, tərçüməçidir, libretto və ədəbi-tənqidi məqalələr müəllifidir. O, Azərbaycan ədəbiyyatı 
tarixinə  ilk  növbədə  tarixi  roman  janrının  banisi,  cəmiyyətimizin  keçdiyi  bütöv  bir  ictimai  inkişaf 
dövrünü epik lövhələrlə canlandıran monumental romanların müəllifi kimi daxil olmuşdur. 
M.S.Ordubadinin  xatirə  muzeyi  1972-ci  ildə  Ordubadda  yaradılmışdır.  Muzey 
M.S.Ordubadinin yaradıcılıq irsini mühafizə edir. 
Muzey M.S.Ordubadinin həyat və yaradıcılığını dərindən öyrənir, tematik və səyyar sərgilər 
təşkil edir, elmi-kütləvi iş aparır. 
Tarixi dövrlərdə baş verən hadisələri əks etdirən nümunə və məlumatlar, faktlar, incəsənətin 
müxtəlif  növləri,  ədəbiyyat,  musiqi,  təsviri  incəsnət,  dekorativ-tətbiqi  sənət  nümunələrinin  əyani 
illüstrativ  vasitələrlə  təbliği  çox  güclü  hisslərin  yaranmasına,  biliklərin  təsdiqinə,  bacarıqların 
inkişafına, formalaşmasına səbəb olur. (3 səh.284). 
Xatirə muzeyləri bir tərəfdən görkəmli şəxsiyyətlərin xatirəsini əbədiləşdirir, digər tərəfdən 
ideoloji-siyasi  müəssisə  kimi  gənc  nəslin  vətənpərvərlik  və  beynəlmiləlçilik  ruhunda  tərbiyə 
edilməsində  xüsusi  rol  oynayır.  Belə  mədəniyyət  ocaqlarından  biri  Ordubadda  M.T.Sidqinin  və 
Şahbuz rayonunun Nursu kəndində yeni yaradılmış xalq şairi M.Arazın ev muzeyləridir. 
Muzey Naxçıvan Muxtar Respublikası Ali  Məclisi  sədrinin “Məhəmməd  Tağı  Sidqinin  ev 
muzeyinin yaradılması haqqında” 2014-cü il 17 sentyabr tarixli sərəncamına əsasən yaradılmışdır. 
Bu  muzeyin  yaradılması  görkəmli  pedaqoqun  xatirəsinin  əbədiləşdirilməsinə,  yaradıcılığının  daha 
dərindən öyrənilməsinə və təbliğinə xidmət edir. 
Muzey girişdən, 3 ekspozisiya və 3 iş otağından ibarətdir. Ümummilli lider Heydər Əliyev 
Məhəmməd  Tağı  Sidqinin  təhsil  və  mədəniyyətin  inkişafındakı  xidmətlərini  yüksək 
qiymətləndirmişdir. Muzeyin ekspozisiyası ümummilli liderin bu fikirləri ilə başlayır: “Naxçıvanda 
təhsilin,  ümumiyyətlə, mədəniyyətin inkişafında  mütəfəkkir Məhəmməd  Tağı  Sidqinin  böyük rolu 
olmuşdur. 
Ekspozisiyada M.T.Sidqinin yaratdığı “Əxtər” və “Tərbiyə” məktəblərinin fotoşəkilləri, bu 
böyük maarifçinin məktəb haqqında fikirləri nümayiş olunur. 
M.T.Sidqinin  məktəb  və  şagirdlər  haqqında  yazdığı  hekayə  və  şerlərdən  nümunələrdən  də 
məlumat  verilir.  Onu  da  qeyd  edək  ki,  M.T.Sidqinin  açdığı  məktəblər  böyük  ziyalı  nəsli 
yetişdirmişdir.  Burada  M.T.Sidqinin  yetirmələri  H.Cavid,  Ə.Şərif.  Ə.Qəmküsar,  R.Təhmasib, 
M.S.Ordubadi,  İ.Əbilov  kimi  görkəmli  şəxsiyyətlərin  fotoşəkilləri  nümayiş  olunur.  Bəli  bütün 
eksponatlar M.T.Sidqi yaradıcılığını göz önündə canlandırır. 
Beləliklə,  xatirə  muzeylərinin  yaranması  bir  daha  göstərir  ki,  Azərbaycan  xalqı  özünün 
mədəni keçmişinə böyük qayğı ilə yanaşır, ən yaxşı, ən qabaqcıl ənənələrini qoruyub saxlayır. 
Xatirə  muzeyləri  doğrudan  da  mədəniyyətimizi,  görkəmli  şəxsiyyətlərimizin  həyat  və 
yaradıcılığını nümayiş etdirən mühüm təbliğat vasitəsi, təbliğat ocağıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə