Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   17   18   19   20   21   22   23   24   ...   164

44 
məskunlaşdırıldığını  göstərmişdir.  Bu  tarix  Eneolitin  orta  və  son  mərhələsinin  öyrənilməsində 
abidənin  xüsusi  əhəmiyyətini  göstərir.  Bu  səbəbdəndir  ki,  yaşayış  yerinin  tapıntıları  arxitekturada 
izlənən dövrlərə uyğun olaraq tədqiqatçılar tərəfindən iki qrupa ayrılmışdır:  yarımqazma təkotaqlı 
evlərdən  aşkar  edilənlər  və  çoxotaqlı  kərpic  evlərdən  aşkar  edilənlər  [17,  25].  Birinci  qrupa  aid 
olanlar sarı, boz, saman üzlü, saman qarışıqlı olmaqla xaricdən daraqlanan kasa və müxtəlif ölçülü 
küpələrdən  ibarətdir.  Onların  ornamentasiyasında  dairəvi  qabartmalardan,  relyef  qurşaqlardan, 
zoomorf təsvirlərdən, daraq basqısı formasında olan maili xətlərdən, bəzən də damğalardan istifadə 
olunmuşdur . 
Eneolitin  son  mərhələsinə  aid  olduğu  ehtimal  edilən  ikinci  mərhələnin  memarlığı  üçün 
yarımqazma  tikililər  xarakterik  olmuşdur.  Aşkar  edilən  keramika  məmulatı  tərkibinə  görə 
əvvəlkilərlə  eyni  olan  kasa,  çölmək  və  küpələrdən  ibarət  olsa  da  birinci  mərhələ  üçün  xarakterik 
olan darboğazlı, 3 qulplu küpələr artıq yarımqazma tikintilər dövründə sıradan çıxmışdır [16, 27]. 
Bu  dövrün  çəhrayı  rəngli  saman  qarışıqlı  gildən  hazırlanmış  qalın  divarlı  qabları  xaricdən  açıq 
qəhvəyi  rəngli  gillə  suvandıqdan  sonra  daraqvari  alətin  köməyi  ilə  hamarlanmışdır.  Yuvarlaq, 
yaxud  miz  oturacaqlı,  həmçinin  şarşəkilli  gövdəyə  malik  olan  küpə  tipli  qablar  Ovçulartəpəsinin 
özünəməxsus bir mədəniyyəti ehtiva etdiyini göstərir (Şəkil 1.). 
 
 
Şəkil 1. Ovçulartəpəsindən aşkar edilmiş Son Eneolit dövrünə aid küpə (AMEA NB. 
Arxeologiya və Etnoqrafiya Muzeyi, inv. №2; №5). 
 
Naxçıvanın Son Eneolit dövrünə aid zəngin arxeoloji material verən digər 3 abidə XXI əsrin 
ikinci onilliyində Naxçıvançay vadisində qeydə alınmışdır. Onlardan biri olan Zirincli yaşayış yeri 
Sirab kəndinin şimal-şərqindəki dağlıq ərazidə yerləşir [1,7]. Mədəni təbəqənin qalınlığı 15-25 sm-
dir.  2014-cü  ildə  V.Baxşəliyev  və  K.Morronun  rəhbərlik  etdiyi  Azərbaycan-Fransa  beynəlxalq 
ekspedisiyası  tərəfindən  300  m
2
  sahədə  aparılan  tədqiqatlar  zamanı  abidədən  götürülmüş  kömür 
nümunələrinin  analizi  e.ə.  4240-3800-cü  illərlə  sərhədlənən  Son  Eneolit  dövrünü  göstərmişdir. 
Tədqiqatlar zamanı gil qəlib, mis filizinin qalıqları,obsidian alətlər və  yerə basdırılmış küplər üzə 
çıxarılmışdır.Təqribən  440  illik  bir  zaman  çərçivəsini  əhatə  edən  bu  dövrün  keramika  məmulatı 
saman  qarışıqlı,  sarı,  qırmızı  rənglərin  müxtəlif  çalarlarında  hazırlanmış  qabarıq  və  konusvari 
gövdəli  kasalar  və  küpələrlə  təmsil  olunur  [1,7].  Qabların  ornamentasiyasında  ağız  kənarlarının 
aşağısında açılan dairəvi deşiklər və oval batıqlar əsas yer tutmuşdur.  
Yeni  yol  Babək  rayonu  ərazisində  olan  Məmmədrza  kəndinin  cənubunda,  Sirabçayla 
Naxçıvançayın  qovşağında  yerləşir.  Mədəni  təbəqə  1  metr  qalınlıqdadır.  2013-cü  ildə 
V.Baxşəliyevin rəhbərliyi ilə burada aparılan kəşfiyyat araşdırmaları zamanı Eneolit dövrünə aid az 
miqdarda keramika məmulatı toplanmış, 2014-cü ildə isəgeniş arxeoloji tədqiqata cəlb edilmişdir. 
Arxeoloji qazıntılar nəticəsində çiy kərpiclə inşa edilən iki tikinti qatı üzə çıxarılmışdır. Kül layları 
ilə bir-birindən ayrılan tikinti qatlarının tapıntıları keramika, heyvan sümükləri, obsidian parçaları 
və ağac kömürünün qalıqları ilə təmsil olunmuşdur. Keramika məmulatı sarı, boz və qırmizı rəngdə 
bişirilmişvə  başlıca  olaraq  əldə  hazırlanan  qablardan  ibarətdir.  Bir  qismi  xaricdən  cilalı  olan 
saxsıların  bəzisi  qalın  his  qatı  ilə  örtülmüş,  həmçinin  1  boyalı  nümunə  aşkar  edilmişdir  [4,46]. 
Diqqət  çəkən  xüsusiyyətlərdən  biri  burada  əmək  alətlərinə  az  rastlanılmasıdır.  Onlar  bazaltdan 
hazırlanmış  2  dən  daşı,  1  asma,  2  biz,  çaxmaqdaşından  hazırlanmış  bir  neçə  oraq  dişi  və  az 


45 
miqdarda  emal  olunmamış  obsidian  qalıqlarından  ibarətdir  ki,  bu  da  yaşayış  yerinin  mövsümi 
xarakter daşıdığını göstərir. 
Şorsu  yaşayış  yeri  Naxçıvançayın  sol  sahilində,  Sirab  kəndinin  cənub-qərbindəki  təpə 
üzərində qeydə alınmışdır. Mədəni  təbəqənin  qalınlığı  15-20 sm-dir. 2014-cü ildə V.Baxşəliyevin 
rəhbərliyi  ilə  10x10  metrlik  sahədə  arxeoloji  qazıntı  aparılarkən  düzbucaqlı  tikili  qalıqları,  saxsı 
nümunələri  və  az  miqdarda  obsidian  və  çaxmaqdaşından  hazırlanmış  alətlər  aşkar  edilmişdir  [5, 
137].  Əsasən  saman  qarışıqlı  gildən  hazırlanan  keramika  məmulatı  qırmızı,  bəzən  də  qəhvəyi 
rəngdə  bişirilmişdir.  Onlar  silindirik  [1,.  Şəkil  5,  1,5]  və  qıfşəkilli  boğaza  malik  olan  küpələr, 
konusvari  və  silindirik-konusvari  kasalarla  təmsil  olunur.  Qabların  bəzisinin  ağzının  altı  cərgəli 
şəkildə dairələrlə deşilmişdir. 
Tədqiq edilən yaşayış  yerlərində mədəni təbəqənin nazik olmasına baxmayaraq (15 sm-1,5 
m),  aşkar  edilən  tikili  qalıqları  Son  Eneolit  dövrünün  arxitektura  quruluşunda  dairəvi,  düzbucaqlı 
formalı və yarımqazma evlərin üstünlük təşkil etdiyini göstərir. Arxitektura qalıqları göstərir ki, bu 
dövrdə  yüngül  konstruksiyalı  tikililərdən  istifadə  edilmişdir.  Şorsu  yaşayış  yerindən  [3,  81]  və 
Ovçulartəpəsindən  aşkar  edilən  dirək  yerləri  bu  dövrün  evlərinin  yerə  basdırılmış  ağac  svaylar 
vasitəsi  ilə  saxlanılan  çadırlardan  ibarət  olduğunu  göstərir  ki  [2,  7],  bu  da  Son  Eneolit  dövrü 
tayfalarının  yarımköçəri  həyat  tərzi  keçirməsinin  təzahürlərindən  sayıla  bilər.  Bu  əlamət  özünü 
əmək  alətlərinin,  xüsusilə  iri  həcmli  daş  alətlərinin  azlıq  təşkil  etməsində  də  özünü  biruzə  verir. 
Onlarla müqayisədə keramika məmulatı üstünlük nümayiş etdirir.  
Naxçıvanın  Son  Eneolit  keramikası  əsasən  Ovçulartəpəsi,  Zirincli,  Yeni  yol,  Şorsu 
abidələrində qeydə alınsa da onlarla yanaşı Ərəbyengicə, Şortəpə [17, 19], Xələc [16, 62], Sədərək, 
və digər abidələrin də materialları arasında bu dövrə aid xeyli miqdarda tapıntılara rast gəlinmişdir 
(Şəkil 2).  
 
Şəkil 2. Ərəbyengicənin Son Eneolit keramikası (AMEA NB. Arxeologiya və Etnoqrafiya 
Muzeyi, inv. №36, №48, №49). 
 
Bu  dövrə  aid  keramika  məmulatı  saman  qarışıqlı  gildən  hazırlanaraq  yaxşı  bişirilmişdir. 
Gilinin rəngi əsasən çəhrayı və sarının müxtəlif çalarlarında olub, xarici səthi ayrıca gil təbəqəsi ilə 
suvanmışdır.  Bir  qisminin  səthində  incə  daraqlanmaya  rast  gəlinir.  Ərəbyengicənin  alt 
təbəqələrindən  aşkar  edilən  nümunələrdən  biri  saman  və  az  miqdarda  qum  qarışıqlı  boz  rəngli 
gildən hazırlanaraq açıq qəhvəyi rəngli təbəqə ilə suvanmışdır. Hər iki səthi hamarlanmış qabın ağız 
diametri  20,  divar  qalınlığı  1  santimetrdir  (Şəkil  2,2).  Onlar  əsasən  kasa,  küpə  və  çölmək  tipli 
qablarla təmsil olunmuşdur.Son Eneolit dövründə üstünlük təşkil edən kasaları konusvari və qabarıq 
gövdəli  olmaqla  iki  qrupa  ayrılır.  Birinci  qrupa  aid  kasalardan  bir  qrupu  silindirik-konusvari 
gövdəyə malikdir. Onları ağız quruluşuna görə 3 tipə ayırmaq olar: düz formalı, xaricə qatlanmış və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə