Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   20   21   22   23   24   25   26   27   ...   164

50 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
 SEVİNC BABAYEVA 
AMEA Naxçıvan Bölməsi 
 s.quliyeva@yahoo.com 
UOT: 94(479.242) 
NAXÇIVAN MƏDƏNİYYƏTİ ORTA ƏSR SƏYYAHLARININ QEYDLƏRİNDƏ 
 
Açar sözlər: Naxçıvan, səyyah, memarlıq abidələri, mədəniyyət  
Key words: Nakhchivan, traveler, architectural monuments, culture  
Ключевые слова: Нахчыван, путешественник, архитектурные памятники, культура 
Naxçıvanın orta əsrlər dövrünün mədəni həyatını öyrənmək üçün səyyahların əsərləri dəyərli 
mənbələrdəndir. Ayrı-ayrı səyyahların əsərlərində Naxçıvanın mədəni həyatının müxtəlif sahələri - 
tarixi və memarlıq abidələri, əhalinin təhsil səviyyəsi, adət-ənənəsi, bayramları, dini baxışı və dini 
mərasimləri  barədə  zəngin  faktlar  var.  Lakin  təəssüf  ki,  biz  bu  mənbələrdən  diyarın  elm  və 
mədəniyyət xadimləri haqqında geniş məlumata rast gəlmirik. Səyyahlar, xüsusilə şahidi olduqları 
bayram və dini mərasimləri təsvir etmişlər. Bununla yanaşı sözü gedən mənbələr bölgənin mədəni 
həyatı barədə ümumi bir təsəvvür yaratmağa imkan verir. 
Naxçıvan  şəhərindəki  təhsil  müəssisələri  XIV-XV  yüzilliklərdə  də  öz  fəaliyyətini  davam 
etdirmişdir.  Həm  də  bu  mədrəsələr  şəhərin  sosial-siyasi  və  ideoloji  həyatında  mühüm  rol 
oynamışdır. Elə bu səbəbdən də həmin mədrəsələr orta əsr müəlliflərinin diqqətini cəlb etmiş, onlar 
öz  əsərlərində  Naxçıvan  şəhəri  haqqında  verdikləri  qeydlərində  oradakı  mədrəsələr  haqqında 
məlumat  verməyi  vacib  saymışlar.  Ədəbiyyat  materiallarının  verdikləri  məlumatlara  və  Ordubad 
şəhərində  zəmanəmizədək  qalan  orta  əsr  mədrəsəsinə  əsasən  deyə  bilərik  ki,  mədrəsələr  adətən 
xüsusi  şəkildə  inşa  olunmuş  bir  və  ya  iki  mərtəbəli  binalarda  yerləşmişlər  (6,  s.  267).  Qaynaqlar 
təsdiq edir ki,  Naxçıvan şəhəri Azərbaycanda məktəb və mədrəsələrin  yarandığı  ilk mərkəzlərdən 
biri olmuşdur. 
Bu  dövrdə  Azərbaycan  ərazisində  mədrəsələr  əsasən  Marağa,  Naxçıvan  və  Gəncə 
şəhərlərində  mərkəzləşmişdir.  Naxçıvan  memarlıq  məktəbinin  banisi  Əcəmi  Əbubəkr  oğlu 
Naxçıvani tərəfindən Naxçıvan şəhərində yaradılmış Atabəylər memarlıq kompleksində də mədrəsə 
var imiş. Naxçıvan mədrəsələri xüsusilə Atabəy Şəmsəddin mədrəsəsi daha çox tanınmışdır (10, s. 
62).  
Naxçıvan  mədrəsələrinin  bir  qismi  Atabəylər  dövründə  inşa  olunmuş,  Möminə  -  Xatın  və 
Yusif  Küseyr  oğlu  türbəsinin  vəqfləri  hesabına  fəaliyyət  göstərmişlər.  Həmin  mədrəsələrin  XIII-
XIV  əsrlərdə  fəaliyyət  göstərdiyi  onların  barəsində  verilmiş  elxani  fərmanından  da  açıq  aydın 
görünür (9, s. 61). 
Ordubad  şəhər  mədrəsəsi  orta  əsrlərdə  Naxçıvanda  fəaliyyət  göstərən  ən  məşhur 
mədrəsələrdən  biri  olmuşdur.  Bu  mədrəsə  digər  müsəlman  ölkələrində  olduğu  kimi  Ordubad 
şəhərinin  mərkəzində  yerləşən  böyük  Came  məscidinin  yanında  təsis  olunmuş  və  fəaliyyət 
göstərmişdir. Əhalinin təhsil səviyyəsində mühüm rol oynamış orta əsr təhsil mərkəzlərindən biri də 
Zaviyə  mədrəsə  kompleksidir.  Ərəbcə  “guşə”,  “künc”,  “bucaq”  mənasını  verən  zaviyə  orta  əsrlər 
zamanı  müsəlman  şərqində  fəaliyyət  göstərən  sufi  təriqətlərinə  mənsub  məskənlərin  adlarından 
biridir (10, s.  66).    XIII- XV  əsrlərdə Naxçıvan  nəinki Azərbaycanın  ,    bütövlükdə Şərqin elm və 
mədəniyyət mərkəzlərindən biri olaraq qalmışdı. Bunun əsas səbəblərindən biri Naxçıvanın da daxil 
olduğu Hülakülər dövlətində təhsilə, elmə diqqət verilməsi xüsusilə dövlətin baş vəziri Şəmsəddin 
Cüveyninin həyata keçirdiyi tədbirlərin elmin inkişafı üçün münbit şərait yaratması idi. Ona görə də 
bu  dövrdə  Naxçıvandan  bir  sıra  görkəmli  alimlər  yetişmiş  və  onlar  Azərbaycanın  daxil  olduğu 
Hülakülər və Cəlairilər dövlətlərinin əhatə etdiyi ərazilərdə, həmçinin dünyanın bir sıra ölkələrində 
tanınmış və məşhurlaşmışdılar (8, s. 267).  


51 
XIV əsrin II yarısı və XV əsrin əvvəllərində yaşamış orta əsrlər Şərqinin görkəmli səyyahı, 
coğrafiyaşünası  və  astronomu  Əbdürrəşid  əl-  Bakuvi  özünün  1403-1404-cü  illərdə  ərəb  dilində 
yazdığı  “Abidələrin  xülasəsi  və  qüdrətli  hökmdarın  möcüzələri”  adlı  coğrafi  əsərində  Naxçıvan 
haqqında yazır: “ Divarları və içqalası olan, Azərbaycanda gözəl şəhərdir. Şəhər düzənliyin ortasında 
yüksək  bir  yerdə  bina  olunub.  Bu  yerdən  Araz  çayı  görünür.  Bağlı,  bostanlı,  meşəli,  meyvəli  və 
çörəkli  yerdir.  Havası  təmiz,  suyu  şirindir.  Orada  məşhur  binalar,  mədrəsələr  və  xanəgahlar  var. 
Əhalisi  nəqqaşlıqda  və  xələnc  ağacından  qab-qacaq  və  müxtəlif  əşya  düzəltməkdə  mahirdir.  Bütün 
bunlar müxtəlif ölkələrə aparılır” (3, s. 204).  
Səfəvilərin  hakimiyyəti  illərində isə Naxçıvan  məktəblərində  və  mədrəsələrində  dərslər  yenə 
də  əvvəlki  vaxtlarda  olduğu  kimi  aparılır,  ilk  olaraq  şagirdlər  əlifbanı  öyrənir,  sonra  isə  islamın 
müqəddəs  kitabı  Qurani-Kərimi  şifahi  üsulla  əzbərləyirdilər.  Naxçıvan  mədrəsələrində  ilahiyyat 
dərsləri ilə yanaşı dünyəvi fənlər də tədris olunurdu (6, s. 318). 
Səfəvi hökmdarı Şah Abbasın Təbrizdən Naxçıvana yürüşü zamanı onunla   birlikdə hərəkət 
edən alman səyyahı Tektander gördükləri bölgələrdəki təhsil səviyyəsi haqqında məlumat verir: “Bu 
yerlərin əhalisi maarif sahəsində çox illər bundan əvvəl olduqları səviyyədədirlər, onların mətbəələri 
yoxdur, bütün kitabları əlyazması halındadır. Lakin tarix sahəsində çox məlumatlıdırlar və onlara öz 
babaları haqqında elə bir şey danışmaq olmaz ki, bunu onlar bilməmiş olsunlar” (5, s. 60). Səyyah 
əhalinin həyat tərzi ilə, məişəti ilə dərindən tanış ola bilmişdi. Məsələn, o göstərir ki, hamı yeməkdən 
qabaq  əllərini  yuyur,  yemək zamanı  bardaş qurub oturur. Səyyah nahar zamanı  yerə  döşənmiş “çox 
gözəl  xalçalardan”  da  söhbət  açmağı  unutmur.  O,  Səfəvilərin  nahar  məclislərindən  bəhs  edərkən 
yeməyin əksər hallarda, üstündə ədviyyatlı aşqarası olan “qatı bişirilən düyüdən”, yəni plovdan ibarət 
olduğunu göstərir, düyü ilə birlikdə qızardılmış quş əti, o cümlədən kəklik, qırqovul, habelə qoyun və 
mal əti də verildiyini qeyd edir. Yeməkdən sonra həmişə şərbət paylanır, şərab içmək isə ölüm cəzası 
ilə qadağan edilib ( 5, s. 60-61).  
Məhşur  alman  səyyahı,  görkəmli  alim,  coğrafiyaşünas  Adam  Oleari  (1599-1671)  Leypsiq 
universitetini  bitirmiş  həmçinin  rus,  türk  (o  cümlədən  Azərbaycan),  ərəb  və  fars  dillərini  bilirdi. 
Qottopr  hersoqu  III  Fridrix  Olearini  Moskvaya  (1633-1634-cü  illər)  və  Səfəvilər  dövlətinə  (1635-
1639-cu  illər)  göndərilən  Qolşteyn  səfirliyi  ilə  əvvəlcə  Moskvaya  sonra  isə  1636-1638-ci  illərdə 
İsfahana-Səfəvilərin  paytaxtına  yola  düşmüşdülər.  Qayıdarkən  alman  elçilərinin  yolu  yenə  də 
Azərbaycandan  düşmüşdür. Adam  Olearinin  səyahətnaməsi  ilk  dəfə  1647-ci  ildə  yol  xatirələri  kimi 
nəşr olunmuşdur. Səyyah öz əsərində Azərbaycan şəhərləri, o cümlədən Naxçıvan barədə məlumatlar 
verir. Adam Oleari əhalinin nardan necə istifadə etdiyi barədə maraqlı məlumatlar verir. O, qeyd edir: 
“yeməkdə turşməzə şirələrə geniş yer verilir və onlar bunu yüksək qiymətləndirirlər. Narı dənələyib 
qurudur, bundan isə xörəklərin bir qədər tutqun rəngə salmaq və turşməzə etmək üçün istifadə edirlər. 
Bunun üçün nar dənələrini suda isladır və parçanın arasında sıxıb şirəsini çıxarırlar. Onlar nardan təzə 
şirə də çəkib saxlayırlar. Bu şirə ilə, adətən ziyafətlərdə “öz saraçın darılarını” (plov) rəngləyirlər ki, 
bu da ona tutqun rəng, yaxşı turşməzə tam verir.” Səyyah həmçinin şirniyyatlar barədə də məlumatlar 
verir : “ Bəkməzi bəzən o qədər qatı bişirirlər ki, onu ancaq kəsmək olar. Səfərə çıxanlar onu qurudur 
və  özləri  ilə  yola  götürürlər.  Lazım  gəldikdə  suda  həll  edib  içirlər.  Bəkməzdən  xüsusi  şirniyyat 
hazırlayırlar. Bu onlarda “halva” adlanır. Bunun üçün doşaba ovulmuş badam ləpəsi, buğda unu və 
təmizlənmiş  qoz  ləpəsi  qatır,  sonra  uzunsov  torbalara  tıxıyırlar.  Bu  şirniyyat  elə  bərk  olur  ki,  qış 
vaxtı onu ancaq qiymə keşlə və ya balta ilə doğramaq olar. Elə bu cür “xəmirdən” kolbasaya bənzər 
uzunsov formalı konfetlər hazırlayırlar ki, bunu “sucuq” adlandırırlar. 
Səyyahların  bir  çoxunun  əsərində  Naxçıvanda  olmuş  tarixi  abidələr  haqqında  da  məlumat 
verilir.  Bu  abidələrdən  daha  çox  Atabəy,  yəni  Möminə  Xatın  türbəsi  haqqında  məlumatlara  rast 
gəlinir. Bəzi mənbələrdə Yusif Küseyr oğlu türbəsi də Atabəy türbəsi adlandırılmışdı.  
Fransız  səyyah-arxeoloqu  Jan  Dyölafua  Möminə  Xatın  abidəsi  barədə  məlumat  verərək 
yazır: “Baş meydanda XIV əsr memarlığının ən gözəl nümunələrindən biri ucalır. Bu səkkiztərəfli 
günbəzin 21m hündürlüyü vardır. O dağılmış Cümə məscidinin vaxtı ilə bir hissəsini təşkil etmişdir. 
Günbəzin hər tərəfi valehedici kərpic mozaikası və mavi – göy emalla zinətləndirilmişdir. Bu bəzəklər 
qeyri- adi zərifliyə fövqəladə müxtəliflik vermək məqsədi ilə bir- birinin üzərində yerləşdirilmişdir” ( 
7, s.15). O, Yusif Küseyr oğlu türbəsi haqqında da məlumat verərək qeyd edir: “ Bir qədər kənarda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə