Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   23   24   25   26   27   28   29   30   ...   164

56 
bağları. Naxçıvan qəzasında üzüm bağları daha geniş sahələri əhatə edir. Qafqazda çox az yer olar 
ki, Naxçıvanda olduğu qədər çoxlu və bol üzüm olsun. Burada özünün rənginə, böyüklüyünə, forma 
və  keyfiyyətinə  görə  60  növdə  üzüm  vardır”  (10,  s.134).  Şirinliyinə  və  tamlığına  görə  Naxçıvan 
üzümü  xüsusilə  seçilirdi.  Mənbələrdə  yazılır  ki,  Ordubad  şəhərinin  Mingis  və  Üçtürləngə 
məhəllələrində yaşayanlar əsasən üzümçülüklə məşğul olurdular. Qeyd edilir ki, Ordubad şəhərinin 
yalnız bir həyatyanı ərazisində təqribən 92 hektar üzümlük var idi (1, s, 164). 
Həmin mənbənin təhlilindən aydın olur ki, müxtəlifliyinə görə bu növ üzümlər yerli adlarla 
adlandırılırdı. Məsələn: zeyni, xəlili, kişmişi, haça-baş, əsgəri, səbzi, xərci, misqalı, şir-şiri, təbərzə, 
kərim-kəndi,  qulama və  s. Ağ, qara, qırmızı,  çəhrayı,  yaşıl,  göy, açıq  sarı,  sarı rəngli üzümlər bu 
qəbildəndir. Rus müəllifi yazır ki, bunların içərisində  şirniyyat və ya çərəz üçün ən yaxşısı əsgəri 
üzümüdür,  haça-baş  adlı  üzüm  növünü  isə  qışadək  saxlamaq  mümkündür.  Bundan  əlavə 
topladığımız  etnoqrafik  materialları  əsasında  onuda  qeyd  edə  bilərik  ki,  qışa  qalan  üzüm 
sortlarından  biri  də  hənəqırnadır.  Bu  üzün  növünü  milağ  üsulu  ilə  uzun  müddət  qışa  saxlamaq 
mümkün  olmuşdur.  Rus  mənbələrinin  müqayisəli  təhlili  XIX  əsrin  axırlarında  Naxçıvan  şəhərində 
üzümlük və üzüm sahələrinin yerləşdiyi ərazilərin artdığını söyləməyə əsas verir. Qafqazşünas R.N. İva-
nov  1840-cı  ildə  Naxçıvan  şəhərində  50  desyatin,  1850-ci  ildə  84  desyatin,  1866-cı  ildə  isə  artıq  400 
desyatin ərazidə üzüm bağlarının salındığının xəbər verir.  
Rus hakimiyyəti zamanında kəndlilər bağ və bostanlardan yığılan məhsulun hər puduna və 
mülkədarın xeyrinə 40 qəpik ödəyirdilər (12, s. 65). Ən çox ehtiyac duyulan məhsul meyvə qurusu 
olmuşdu.  Ordubadın  quru  meyvəsi  yerli  bazarda  aşağıdakı  qiymətə  satılırdı:  1-ci  növ  əriyin  bir 
batmanı 1 gümüş manata, 2-ci növ ərik 50 gümüş qəpiyə, bir batman albuxara 1 manat 60 qəpiyə idi 
(9, s. 197). Akademik T.Bünyadov yazır ki, Ordubadlılar XX əsrin əvvəllərində hər il 15 min pud 
ərik qurusu satardılar (2, s. 93).  
XIX  əsrin  sonlarında  Ordubadda  bağçılıq  yüksək  inkişaf  səviyyəsinə  çatmışdı.  Bu  arxiv 
naterialları  və  mənbələrdəki  rəqəmlərni  müqayisəsi  zamanı  özünü  göstərir.  1869-cu  ildə  burada 
bağların  salındığı  sahə-4000  desyatin  (4360  ha)  ərazini  əhatə  edirdi.  Halbuki  30-cu  illərdə  bu 
ərazilər üzümlükər və tut bağları ilə birlikdə cəmi 300 desyatin (327 ha) idi. Göründüyü limi 30-40 
il ərzində, 1830-1860-cı illərdə Ordubadda bağların əkildiyi ərazi 13 dəfə genişləndirilmişdir.  
Bundan başqa öyrənilən dövrdə bağların sayı da artmışdı. Əgər XIX əsrin 40-50-ci illərində 
Ordubadda  335  bağ  var  idisə,  artıq  60-cı  illərdə  onların  sayı  470-i  ötüb  keçirdi.  Göstərilən 
yüzillikdə bağçılığın bu cür sürətli inkişafı Ordubad şəhərini nəinki Azərbaycanda, habelə Qafqazda 
və Şərqdə də məşhurlaşdırmışdı. 
Əkinçilik mədəniyyətindən bəhs edərkən suvarma sistemini də qeyd etmək məqsədə uyğun 
olardı.  Suni  suvarmaya  əsaslanan  Naxçıvan  diyarında  mühüm  mənbə  çay  suvarma  sistemi  hesab 
olunurdu.  Çaylardan  əkin  sahələrinə  suyu  arxlar  vasitəsilə  aparılardı.  Bunun  üçün  çaylardan  ana 
arxlara  suyun  verilməsi  üçün  dəhnələr  tikilmiş,  bəndlər  çəkilmişdir.  Ş.Quliyev  yazır  ki,  bu  işlər, 
yəni bənd çəkmək, dəhnə tikmək ağır və çətin olduğu üçün bu işlər həmişə birgə görülərmiş. Çünki 
coşqun və sürətli axan çayların əkinçilər tərəfindən ram edilməsi böyük qüvvə, ustalıq və bacarıq 
tələb edirdi. Ona görə də bənd çəkmək və dəhnə tikmək prosesi birgə əməyin, əkinçilərin kollektiv 
əməyinin nəticəsi olmuşdur (6, s. 25). 
Naxçıvan şəhərində Naxçıvançayından suvarma məqsədi ilə geniş istifadə edilmişdir. Bəhs 
olunan  şəhərlərdə  suvarma  zamanı  kəhrizlərdən,  çeşmələrdən,  bulaqlardan  və  arxlardan  istifadə 
edirdilər.  Naxçıvan  mahalında  istər  şəhərlərdə,  istərsə  də  kənd  yerlərində  suyun  bölüşdürməsi  ilə 
məşğul olan adama mirab deyərdilər. Mirablar maaş əvəzinə hər xış üçün ya 15 batman buğda ,  ya 
da  yarım  batman  pambıq  alırdı.  Bundan  əlavə,  Naxçıvan  çayının  suyundan  istifadə  edən  kənd 
əhalisi şəhər mirabına natura şəkilində “hədiyyələr” verirdi (7, s. 86). V.Qriqoryev bu hədiyyələrin 
əsasən qoyun, taxıl və digər ərzaq növlərindən ibarət olduğunu göstərir (9, s. 55). Digər rus müəllifi 
şəhərdə  suyu  bölüşdürmək  üçün  səlahiyyətləri  olan  mirab  və  cuvarlardan  bəhs  edərək  su 
çatışmazlığı  barədə  yazırdı:  “Şəhər  boyu  mövcud  suyu  paylaşdırmaq  üçün  onlara  bütün 
səlahiyyətlər verilmişdir. Çox vaxt mirablar üsyan edir. Müştərilərlə onlar  arasında dava düşür və 
haray-həşir  qopur.  Bu  cür  xoşagəlməz  hallar  suyu  öz  bağlarına,  bostanlarına  və  təsərrüfatlarına 
aparmaq istəyən şəxslərlə adi işçilər arasında da olur” (10, s. 119). XIX əsrin əvvəllərində baş verən 


57 
müxtəlif  hadisələr  (məs:  Rusiya-İran  müharibələri  və  s.)  bölgə  təsərrüfatının  bütün  sahələrinə,  o 
cümlədən əkinçilik təsərrüfatına da ciddi ziyan vurmuşdu. 
Topladığımız etnoqrafik çöl materiallarına görə əkinə (taxılçılıqda) üç su verərdilər. Birinci 
“torpaq”  suyu,  ikinci  “xəkov”  suyu,  üçüncü  “dənov”  və  ya  “dən”  suyudur.  Bağçılıqda  da  digər 
təsərrüfat sahələrində olduğu kimi əsas işlərdən biri də suvarmadır. Naxçıvnda bağların suvarılması 
şübhəsiz ki, hər yerdə eyni qaydada olmamışdır, həmişə yerli şərait nəzərə alınmışdır. Qeyd edək ki
burada meyvə bağları il ərzində 3-4 dəfə suvarılır. Birinci su “xəkov” suyu adlanır ki, bu da əsasən 
Novruzdan sonra verilir. İkinci su tumurcuq vaxtı verilir ki, bu da “çiçək” suyu adlanır. Bağçılıqda 
çiçək  vaxı  su  verilməz,  əgər  su  verilərsə,  bu  çiçəyin  tökülməsinə  səbəb  ola  bilər.  Üçüncü  su 
“çaqqala” suyu adlanır ki, əsasən mayın axırı, iyunun əvvələri çaqqala dövründə verilir. Ağaclardan 
meyvələr  yığıldıqdan  sonra  dördüncü  su  verilir  ki,  xalq  arasında  bu  “can”  suyu  adlanır.  Son  su 
“don” suyudur ki, bu suvarma işini də noyabrın axırları dekabırın əvvəlləri aparılır. Üzümçülükdə 
isə bağlara 3, bəzən 4 cür su verərlər. 1-ci “buşqu” və ya “qayçı” suyu, 2-ci “gül” suyu, buna, həm 
də  “qora”  suyu  deyilir  ki,  bu  sudan  sonra  üzüm  başlayır  qora  qoymağa.  3-cü  su  isə  “şirə”  və  ya 
“xal” suyu, 4-cü su isə “don” suyu adlanır. Bəhs etdiyimiz təsərrüfat sahəsində də suvarma işlərində 
günün müəyyən vaxtları rol oynayır.   
Bütün bu qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olar ki, bəhs olunan dövrdə Naxçıvan 
və  Ordubad  şəhərlərində  əkinçilik  təsərrüfatının  demək  olar  ki,  bütün  sahələri  geniş  şəkildə 
yayılmışdır. Bu təsərrüfat sahələri süni suvarma vasitələri ilə suvarılmışdır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Babayev T. Ənənəvi  əkinçilik və müasirlik / Naxçıvan bu gün: islahatlar perspektivlər.  Bakı: 
Nurlan, 2008 s. 163-173 
2.
 
Bünyadov T. Mərd qalalar sərt qayalar. Bakı, Azərnəşr, 1986, 137 s. 
3.
 
Çələbi E. Səyahətnamə (Azərbaycan tarixinə aid  seçmələr), türk dilindən işləyən və şərhlərin 
müəllifi Seyidağa Onullahi. Bakı, Azərnəşr, 1997, 92 s. 
4.
 
Həsənov Ş. Naxçıvan tarixi-etnoqrafik fenomendir. Bakı, Xəzər Universiteti, 2009, 224 s. 
5.
 
İvanov  R.  Basqın.  Bolşeviklərin  sovet  torpağı  qədim  Naxçıvanda  azğınlıqları  haqda  acı 
həqiqətlər. Naxçıvan: Əcəmi Nəşriyyat Poliqrafiya Birliyi, 2009, 463 s.  
6.
 
Quliyev Ş. Naxçıvanda ənənəvi suvarma əkinçiliyi // AEM, V buraxılış. Bakı, Elm, 1985, s. 18- 
47. 
7.
 
Rəhimov Y. Naxçıvan XIX əsr rus mənbələrində. Bakı, Elm və təhsil, 2014, 180 s. 
8.
 
Vəliyev M (Baharlı). Azərbaycan Bakı, Azərnəşr, 1993, 192 s. 
9.
 
 Григоръев V. Статистическое описание Нахичеванской провинции. СПб: 1833, 263 с. 
10.
 
Никитин  K.  Город  Нахичевань  и  Нахичеванский  уезд  /  Сборник  материалов  для 
описание местностей и племен Кавказа, вып.2, Тифлис, 1882, с.109-142. 
11.
 
Пашаев  А.  Город  Ордубад  в  XIX-  начале  XX  вв.  (историко-этнографические 
исследование). Баку: Элм,1998, 200 с. 
12.
 
Смирнов К. Материалы по истории и этнографии Нахичеванского края. Баку, Озан, 1999, 156 с. 
 
ABSTRACT 
Yashar Rakhımov 
Asaf Orucov 
SOME NOTES ABOUT THE AGRICULTURAL ECONOMY OF NAKHCHIVAN IN 
THE 19
TH
-20
TH
 CENTURIES  
 
In  the  article  it  was  studied  the  agricultural  farm  of  Nakhchivan  in  the  19
th
-20
th
  centuries 
based on the sources and ethnographical materials. The agricultural economy of the region has been 
investigated by using the works of Russian authors – V.Grigoryev, K.Nikitin, K.Smirnov, R.Ivanov. 
It  was  determined  that  in  the  region  the  economy  had  been  multifaceted  and  colorful  during  this 
period.  In  the  article  it  has  been  also  touched  upon  the  various  incidents  in  the  early  of  19
th
-20
th
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə