Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   24   25   26   27   28   29   30   31   ...   164

58 
centuries, especially on all areas of the region's economy, including the agricultural sector had been 
suffered damages by the Russian-Iranian wars. 
 
РЕЗЮМЕ 
Яшар Рахимов 
Asaf Orucov 
НЕКОТОРЫЕ ЗАМЕТКИ О ХОЗЯЙСТВА ЗЕМЛЕДЕЛИЕ 
НАХИЧЕВАН ХIХ- ХХ ВВ 
                
В  статье  по  источником  и  этнографическом  материалом  была  раскрыта  хозяйства 
земледиле  Нахичевана  в  ХIХ-ХХ  вв.  Из  русских  авторов  в  произведениях  В.Григорьева, 
К.А.Никитина,  К.Смирнова,  Р.Иванова  были  исследованы  материалы,  относящиеся 
хозяйства  земледиле  края.  Было  определено,  что  в  названный  период  хозйственной  жизнь 
Нахичевани  было  многосторонней.  Здесь  говорится  о  вреде,  нанесённому  хозяйства 
земледиле из-за войн, ведущихся между Россией и Ираном в начале ХIХ века.  
   
 
 
  
                                                         NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Z.Şahverdiyev 
 
 


59 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
EMİN MƏMMƏDOV 
Naxçıvan Muxtar Respublikası Ali  
Məclisinin Naxçıvanşünaslıq Mərkəzi 
emammadov87@hotmail.com 
UOT: 94 (479.242) 
ŞƏRUR ARXEOLOJİ ABİDƏLƏRİNİN TƏDQİQİ ENEOLİT DÖVRÜ 
MƏDƏNİYYƏTİNİN ÖYRƏNİLMƏSİNƏ MÜHÜM TÖHVƏDİR 
 
Açar sözlər: Naxçıvan, Şərur, Eneolit dövrü, arxeoloji tədqiqat, keramika 
Key words: Nakhchivan, Sharur, Calcolitic Age, archaeological investigations, ceramics. 
Ключевые  слова:  Нахичевань,  Шарур,  Энеолитического  период,  археологичесское 
исследование, керамика 
Naxçıvan bölgəsi şimaldan Kiçik Qafqazın Zəngəzur-Dərələyəz dağ silsiləsi, cənubdan isə 
Araz  çayı  ilə  sərhədlənir.  Araz  çayının  və  onun  qollarının  vadilərindəki  münbit  torpaqlar,  o 
cümlədən  dağlıq  ərazilərindəki  otlaq  sahələri  burada  əkinçilik  və  maldarlığın  inkişaf  etməsinə  öz 
müsbət təsirini göstərmişdir. Aşkar olunan zəngin maddi mədəniyyət nümunələri burada qədim daş 
dövründən  başlayaraq  ardıcıl  yaşayışın  və  tarixi  dövrlər,  mədəniyyətlər  arasında  qırılmaz  varislik 
əlaqələrinin olduğunu göstərir. Naxçıvan Muxtar Respublikasının ərazisinə diqqət yetirdikdə aydın 
olur  ki,  muxtar  respublikanın  hər  bir  rayonu  özünün  möhtəşəm  tarixi-arxeoloji  abidələri  ilə 
zəngindir.  
Qədim  tariximizin  öyrənilməsində  Eneolit  dövrü  abidələrinin  tədqiqi  olduqca  mühüm 
əhəmiyyətə malikdir. Son illərədək Naxçıvanda Eneolit dövrü abidələrinin məhdud sayda olması ilə 
bağlı  fikirlər  mövcud  idi  [15,  s.  25].  Lakin  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri 
cənab  Vasif  Talıbovun  06  dekabr  2005-ci  il  tarixli  sərəncamı  ilə  Naxçıvan  Muxtar  Respublikası 
ərazisindəki  tarix  və  mədəniyyət  abidələrinin  qorunması  və  pasportlaşdırılması  işinin  təşkilinə 
başlanıldıqdan sonra muxtar respublika ərazisində 1200-dən çox tarix və mədəniyyət abidəsi qeydə 
alındı. Eyni zamanda Naxçıvan ərazisində, xüsusilə də Şərur bölgəsində 2006-cı ildə Azərbaycan–
Amerika  birgə  arxeoloji  ekspedisiyasının  tədqiqatlara  başlaması  ilə  yeni  Eneolit  dövrü  abidələri 
tədqiq  edildi.  Bu  yeni  tədqiq  olunmuş  Eneolit  dövrü  arxeoloji  abidələri  sırasında  Şərur  rayonu 
ərazisində yerləşən Aşağı Daşarx və Şortəpə kimi abidələri qeyd etmək olar.    
Naxçıvan Muxtar Respublikası ərazisində aparılmış arxeoloji tədqiqat işlərinin bir hissəsi də 
Şərur  rayonu  ərazisində  həyata  keçirilmişdir.  Şərur  bölgəsi  təkcə  Azərbaycan  miqyasında  deyil, 
həmçinin  Cənubi  Qafqazda  və  dünyada  ən  qədim  insan  məskənlərindən  biridir.  Əlverişli  təbii-
coğrafi  mövqeyi  qədim  dövrlərdən  insanların  bu  ərazidə  məskunlaşmasına  şərait  yaratmışdır. 
Sistemli tədqiqatların nəticəsində məlum olmuşdur ki, burada min illər boyu böyük mədəniyyətlər 
formalaşmış və həmin mədəniyyətlərin qalıqları günümüzədək öz möhtəşəmliyini saxlamışdır.
 
Arxeoloji  ekspedisiyalar  nəticəsində  Şərur  rayonu  ərazisində  Eneolit  dövrünə  aid 
Ovçulartəpəsi,  Xələc,  Ərəbyengicə,  Aşağı  Daşarx,  Şortəpə  abidələri  tədqiqata  cəlb  edilmiş  və 
qədim  tariximizin  bu  dövrünə  dair  zəngin  maddi  mədəniyyət  nümunələri  aşkar  edilmişdir.  Şərur 
bölgəsinin  qədim  dövr  tarixinin  öyrənilməsində    V.Əliyev,  V.Baxşəliyev,  A.Seyidov,  S.Aşurov, 
L.Ristvet,  H.Gopnik,  K.Marro  və  digər  tanınmış  yerli  və  xarici  arxeoloqların  böyük  əməyi 
olmuşdur. Müxtəlif illərdə bu tədqiqatçıların apardıqları arxeoloji qazıntıların nəticələri, qədim və 
zəngin tariximiz Azərbaycan və dünya ictimaiyyətinə çatdırılmışdır. Son 10 ildə həm Azərbaycan 
alimlərinin, həm də xarici ölkə alimlərinin Avropada, Amerikada və başqa yerlərdə təşkil olunmuş 
beynəlxalq  simpozyum  və  konfranslarda  qədim  Şərur  bölgəsinin,  Arpaçay  vadisinin  qədim  və 
zəngin  mədəniyyətləri  ilə  bağlı  çıxışları  Azərbaycanın,  o  cümlədən  onun  ayrılmaz  tərkib  hissəsi 
olan  Naxçıvan  diyarının  qədim  dövr  tarixinin  dünya  arxeologiya  elmi  üçün  nə  dərəcədə  mühüm 


60 
əhəmiyyəti olduğunu bir daha sübut etmişdir. Bütün bunların nəticəsidir ki, ölkəmizin qədim dövr 
tarixinin tədqiqinə maraq artmış və yeni-yeni tədqiqatlara yol açılmışdır. 
Qafqaz  arxeologiyasının  önəmli  problemlərindən  biri  olan  Eneolit  mədəniyyətinin 
öyrənilməsi  baxımından  olduqca  əhəmiyyətli  olan  abidələrdən  biri  Ovçulartəpəsi  yaşayış  yeridir. 
Həmçinin  Naxçıvanda  Son  Eneolit  dövrünün  tədqiq  edildiyi  əsas  abidələrdən  biri  də  məhz 
Ovçulartəpəsi  yaşayış  yeridir.  Şərur  rayonunun  Dizə  kəndi  ərazisində,  Arpaçayın  sol  sahilində 
yerləşən Ovçulartəpəsi çoxtəbəqəli yaşayış yeri olub Eneolit və Erkən Tunc dövrü abidəsidir. Çay 
vadisindən 50 m yüksəklikdə yerləşən təpə Arpaçay dərəsinin girəcəyində, strateji cəhətdən əlverişli 
mövqeyə  malikdir.  Ovçulartəpəsi  geniş  vadi  ilə  yanaşı  dağlıq  ərazinin  mərkəzində,  İran  yaylasını 
Anadolu, Qafqaz və Mesopotomiya ilə birləşdirən əsas marşrutların kəsişmə nöqtəsində yerləşir. 
Yaşayış  yerinin  ümumi  sahəsi  10  hektardır.  Abidənin  üzərində  xeyli  maddi  mədəniyyət 
qalıqlarına,  xüsusilə  gil  qab  parçalarına  rast  gəlinir.  Yerüstü  materiallar  içərisində  Eneolit  dövrü 
üçün  xarakterik  olan  keramika  parçaları  əldə  edilmişdir.  1980-ci  ildə    yaşayış  yerinin  şimal-şərq 
hissəsində  V.H.Əliyev  və  A.Q.Seyidov  tərəfindən  6.25  kvadrat  metr  sahədə  kəşfiyyat  xarakterli 
qazıntı  işləri  aparılmışdır.  Daha  sonra  2001-ci  ildə  abidə  S.H.Aşurov  tərəfindən  tədqiq  edilmişdir 
[7, s. 3]. Burada 25 kv.m  sahədə kəşfiyyat şurfu qoyulmuşdur. Qazıntı  işləri 1 m  dərinliyə qədər 
davam etdirilmiş, Eneolit və Kür-Araz mədəniyyətinə aid tikinti qalıqları, keramika nümunələri, daş 
alətlər və osteoloji qalıqlar aşkar edilmişdir. 
2006-2013-cü  illərdə  Azərbaycan-Fransa  birgə  arxeoloji  ekspedisiyası  tərəfindən 
Ovçulartəpəsi  yaşayış  yerində  arxeoloji  tədqiqat  işləri  aparılmışdır.  Ovçulartəpəsi  yaşayış  yerində 
V.B.Baxşəliyev,  K.Marro  və  S.H.Aşurovun  rəhbərliyi  ilə  tədqiqat  aparılmış  və  burada  Eneolit  və 
Erkən Tunc dövrünə aid dairəvi və dördkünc formalı tikinti qalıqları, keramika məmulatları, tunc və 
sümükdən hazırlanmış əmək alətləri tapılmışdır. Tədqiqat zamanı Eneolit  dövrünə aid  tapıntıların 
əksəriyyəti gil məmulatından ibarət  olmuşdur ki,  bunlara da çəhrayı  rəngdə, sarı, qırmızı,  çəhrayı 
çalarlarda bişirilmiş gil məmulatları daxildir. Еnеоlit dövrünə аid gil məmulаtı əsаsən sаmаn, bəzən 
isə  qum  qаrışığı  оlаn  gildən  hаzırlаnmışdır.  Оnlаr  küpə,  kаsа,  bаdyа,  хеyrə  tipli  qаblаrın 
sınıqlаrındаn  ibаrətdir.  Küpə  tipli  qаblаrın  bir  qismi  хаricdən  аnqоblаnmış,  yаpmа,  bаsmа 
оrnаmеntlə nахışlаnmışdır [7, s. 11]. 
Ovçulartəpəsi  yaşayış  yeri  tədqiq  edilərkən  Eneolit  dövrünə  aid  dördkünc  və  yuvarlaq 
formalı yarımqazma tipli evlər aşkar edilmişdir. Məlum olmuşdur ki, yaşayış yerində dördkünc tipli 
evlərdən daha çox istifadə edilmişdir. Evlərin içərisində divarları  çiy  kərpiclə möhkəmləndirilmiş 
təsərrüfat  quyularına,  torpağa  basdırılmış  böyük  küplərə  rastlanmışdır.  Evlər  dairəvi  və  dördkünc 
ocaqlar vasitəsilə qızdırılmışdır. Eneolit dövrünün son mərhələsində çoxotaqlı evlərdən də istifadə 
edilmişdir.  Bu  otaqlara  birləşik  olan  evin  içərisindən  yerə  basdırılmış  böyük  küplərin  aşkar 
olunması onun ərzaq anbarı kimi istifadə edildiyini göstərir. 2009-cu ildə Ovçulartəpəsində aparılan 
araşdırmalar  zamanı  üzərində  qabartma  keçi  təsvirləri  olan  keramika  nümunələrinin  tapılması 
Şərurun Eneolit mədəniyyətinin Xalaf-Ubeyd ənənələrini özündə birləşdirərək buranın Yaxın Şərq 
ölkələri ilə müəyyən əlaqələr saxladığını göstərir.   
Ovçulartəpəsi  yaşayış  yerində  Eneolit  dövrünə  aid  qəbirlər  iki  qrupa  səciyyələndirilir. 
Birinci  qrupa  torpaqda  basdırılmış  qəbirlər  aiddir.  İkinci  tip  qəbirlər  isə  küp  qəbirlərdir.  Bu 
qəbirlərdə  avadanlığa  olduqca  az  rast  gəlinir  [12,  s.  32].  Lakin  2010-cu  ildə  Ovçulartəpəsində 
aparılan  arxeoloji  qazıntılar  zamanı  tərəfimizdən  aşkar  edilmiş  küp  qəbirdən  üç  ədəd  tunc  balta 
aşkar edilmişdir. Onların ikisi yastı, biri isə deşikli balta olmuşdur. Tapıntının maraqlı tərəfi ondan 
ibarətdir ki, bu baltalar uşaq skeleti ilə yanaşı qoyulmuşdur. Həmin qazıntı mövsümünün sonunda 
AMEA  Naxçıvan  Bölməsində  keçirilən  hesabat  yığıncağında  da  bu  maraqlı  tapıntı  haqqında 
məlumat verilmişdir. Hesabatda ekspedisiyanın rəhbəri V.Baxşəliyev və Fransa Elmi Araşdırmalar 
Mərkəzinin  nümayəndələri,  xüsusilədə  arxeoloq  K.Marro  bu  cür  tapıntıya  Naxçıvan  və  Şərqi 
Anadolu ərazisində ilk dəfə olaraq təsadüf edildiyini bildirmişlər. 
Şərur  bölgəsinin  Eneolit  mədəniyyətinin  öyrənilməsində  ən  vacib  məsələlərdən  biri  bu 
ərazinin  qədim  sakinlərinin  təsərrüfat  həyatının  öyrənilməsi  olmuşdur.  Bu  problem  də 
Ovçulartəpəsi  yaşayış  yerində  aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  dərindən  öyrənilmişdir. 
Yerli  və  xarici  mütəxəssislər  tərəfindən  fauna  və  flora  qalıqlarının  araşdırılması  Şərurun  qədim 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə