Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   27   28   29   30   31   32   33   34   ...   164

66 
Filialın  sonuncu  kurs  tələbəsi  İsa  Həbibovun  “Yollar  cığırlardan  başlayır”  məktubu  filialın 
tələbə elmi cəmiyyətinin fəaliyyətinə həsr olunmuşdur. Məktubda yazılır: Tələbə elmi cəmiyyəti 30 
nəfər  üzvü  özündə  birləşdirir.  1969-cu  ildə  tələbə  elmi  cəmiyyətinin  xətti  ilə  3  nəfər  tələbə 
müsabiqə zamanı mükafatlara layiq görülmüş, dil-ədəbiyyat fakültəsinin tələbəsi Akif İmanov, tarix 
fakültəsinin tələbəsi Məmməd Rzayev, Yusif Hüseynov, Əli Səfərov və başqalarının elmi yazıları 
müxtəlif  qəzetlərdə  dərc  olunmuş,  görkəmli  elm  xadimlərindən  Azərbaycan  SSR  Elmlər 
Akademiyasının müxbir üzvü M.C.Cəfərov, akademik F.Köçərli, tarix elmlər doktoru T.Əliyev ilə 
görüşlər tələbələrin dünya görüşünün formalaşmasında əsas rol oynanmışdır. İsa Həbibov məktubun 
sonunda  yazır:  “Görəcəyimiz  işlər  çoxdur.  Tələbə  elmi  Cəmiyyətinə  üzv  yazılanların  sayı  isə 
gündən günə artır. Kim bilir, bu gün elm yolunda ilk addım atan tələbələr bəlkə də gələcəyin adlı-
şanlı alimləri olacaqlar”[6, siyahı.3, iş.48, vərəqə 17]. 
Dil-ədəbiyyat  fakültəsinin  sonuncu  kurs  tələbəsi  Akif  İmanov  “Gənc  müəllim”  qəzetinə 
göndərdiyi  məktubunda  tələbə  yoldaşlarından  Mələhət  İsmayılova,  Ləzifə  Qasımova,  Həqiqət 
Abdullayevanın üçüncü kursu əla qiymətlə başa vurmasından danışır. 
Pedaqogika  elmlər  namizədi  İbrahim  Mollayev  tezliklə  pərvazlanan  90  nəfər  filialın  ilk 
qaranquşlarına  uğurlu  yol  arzulayır.  Onların  tezliklə  muxtar  respublikanın  məktəblərində  əməkçi 
balalarına  dərs  deməsindən  bəhs  edir.  Sabahın  müəllimlərinin  pedaqoji  təcrübə  zamanı  əldə 
etdikləri  nailiyyətlərdən  təlim  tərbiyənin  müasir  tələblər  əsasında  həyata  keçirməsində,  həmçinin 
təcrübəçi  tələbələrin  dedikləri  sınaq  dərsləri  metodist  müəllimlər  tərəfindən  yüksək 
qiymətləndirilir[7, siyahı.3, iş.48, vərəqə 18]. 
Dil-ədəbiyyat  fakültəsinin  tələbəsi  Raziyə  Məmmədova,  İsa  Həbibov,  Həqiqət  Abdullayeva, 
Akif İmanov, Mələhət İsmayılova və başqaları, tarix fakültəsinin tələbəsi Qabil Kərimov, riyaziyyat 
fakültəsinin  tələbəsi  M.Eminov,  R.Həsənov  və  başqa  qabaqcıl  tələbələr  təcrübə  dərsləri  zamanı 
texniki-əyani vəsaitlərdən, filmlərdən, foto-şəkil və lent yazılarından geniş istifadə edirdilər. Filialın 
ilk qaranquşları gələcəkdə inamla çalışmaq, səylə işləmək üçün qanadlarını bərkitməlidirlər, çünki 
onlar  ədəbiyyat  müəllimi  Firudin  Köçərlinin  təbirincə  desək  məktəbin  canı  və  içində  olduğu 
camaatın çırağı məqamındadır[8, siyahı.3, iş.48, səh. 19]. 
Filialda  Xalid  Hüseynovun  rəhbəliyi  altında  gimnastika,  voleybol,  yüngül  atletika  və 
basketbol  bölmələri  fəaliyyət  göstərir,  bu  bölmələrdə  300-ə  yaxın  idmançı  məşğul  olur.  Sərbəst 
güləş  üzrə  respublika  çempionu  olmuş,  Bakıda  keçirilən  respublika  birinciliyində  yüksək  yerlər 
tutmuş Mürsəl İsayev, İsmayıl Hacıyev kimi idmançılarla kollektiv fəxr edir. 
V.Lenin  adına  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  professor-müəllim  heyəti  Qırmızı 
Əmək  Bayrağı  ordenli  Moskva  və  Yaroslav  Pedaqoji  İnstitutların  kollektivləri  ölkənin  bütün 
pedaqoji  institutlarını  Sov.  İKP-nin  XIV  qurultayı  şərəfinə  yarışa  qoşulmaq  çağırışını  qəbul  edir, 
üzərinə  öhdəliklər  götürür.  Bu  öhdəliklər  içərisində  Naxçıvan  filialını  müəllim  kadrları  ilə,  ilk 
növbədə riyaziyyat və fizika fənnləri üzrə  yüksək ixtisaslı kadrlar ilə təmin olunması işinə xüsusi 
diqqət yetirmək də ön planda idi.    
1970-1971-ci  tədris  ilində  Səfəralı  Babayev,  İbrahim  Mollayev,  Yavuz  Axundov,  Səməd 
Quliyev, İbrahim Salayev, Museyib Zeynalov, Heydər Səfərov, Tofiq Bektaşı, Eli Həşimov, Damət 
Seyidov, Hüseyn Kazımov, Akif Əliyev, Məmməd Bektaşı, Əli Əliyev, İbrahim Hüseynov, Qasım 
Qasımov,  Firuz  Rəhimov,  Allahverdi  Hüseynov,  İsmayıl  Zeynalov,  İbrahim  Bağırov  filialda  dərs 
deyirdi[9, siyahı.3, iş.48, səh.20]. 
12  iyun  1972-ci  il  tarixli  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  214  №-li  qərarı  əsasında 
Naxçıvan  MSSR  Nazirlər  Sovetinin  206  №-li  qərarı  ilə  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun 
bazası əsasında Naxçıvan şəhərində Naxçıvan Pedaqoji İnstitutunun təşkil edilməsi haqqında qərar 
qəbul  edildi.  Az  sonra  Azərbaycan  KP  Naxçıvan  Vilayət  Komitəsinin  9  yanvar  1973-cü  il  tarixli 
protokolunda  Naxçıvan  Dövlət  Pedaqoji  İnstitutuna  akademik  Yusif  Məmmədəliyevin  adının 
verilməsi haqqında qərar qəbul edildi[10, siyahı.13, iş.88, vərəqə 40]. 
1972-ci ildən başlayaraq Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ibtidai təhsil pedaqogikası və 
metodikası,  fizika,  ümumi  texniki  fənnlər,  əmək,  kimya,  biologiya  ixtisasları  üzrə  müəllim 
hazırlanması  üçün  ayrıca  yeni  fakültələr  açılmışdır.  Bunların  hamısı  Azərbaycan  Pedaqoji 


67 
İnstitutunun fəaliyyəti, onun tədris planları, proqramları və göstərişləri ilə get-gedə inkişaf edib və 
təkmilləşmişdir. 
1981-ci  ildə  Naxçıvan  Dövlət  Pedaqoji  İnstitutunda  14  kafedra  fəaliyyət  göstərir,  əyani 
şöbədə 1338 nəfər, qiyabi şöbədə idə 616 nəfər tələbə təhsil alırdı. Onların təlim tərbiyəsi ilə 130 
nəfər  professor-müəllim  heyəti  məşğul  olurdu.  Onların  içərisində  elmlər  doktorları,  elmlər 
namizədləri və aspirant-müəllimlər fəaliyyət göstərir. 
29  dekabr  1990-cı  il  tarixli  Azərbayacn  SSR  Nazirlər  Sovetinin  qərarına  əsasən  Yusif 
Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Dövlət Universitetinə çevrildi. Az 
sonra  9  yanvar  1991-ci  il  Muxtar  Respublika  Nazirlər  Sovetinin  07  №-li  qərarı  ilə  Naxçıvan  Muxtar 
Respublika  Nazirlər  Kabinetinin  360  saylı  sərəncamı  ilə  Naxçıvan  Dövlət  Universitetində  təsərrüfat 
hesablı ixtisas artırma və yenidən hazırlanma fakültəsinin açılması haqqında qərar qəbul edildi. 
Xalqımızın Ümummilli lideri Heydər Əliyev 1974, 1992, 1999-cu illərdə dörd dəfə Naxçıvan 
Dövlət  Universitetində  olması,  burada  etdiyi  tarixi  nitqlər,  verdiyi  tövsiyyələr  və  tapşırıqlar, 
göstərdiyi  qayğı,  ölkədə  və  regionda  ali  təhsilin  və  elmin,  o  cümlədən  Naxçıvan  Dövlət 
Universitetinin  inkiişafında  mühüm  rol  oynamışdır.  Görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  12 
noyabr  1992-ci  ildə  Naxçıvan  MR  Ali  Məclisinin  sədri  kimi  Naxçıvan  Dövlət  Universitetinin  25 
illik yubileyində iştirakı və nitqi, müstəqillik dövrü Azərbaycan ali məktəbinin proqramı idi. 20 il 
bundan əvvəl deyilmiş aşağıdakı fikirlər bu gün üçün də aktual və müasir səslənir: 
“İndi  Azərbaycan  müstəqil  bir  dövlət  kimi  dünyanın  hər  bir  ölkəsi  ilə  müstəqil  əlaqə 
yaratmağa  və  bu  əlaqələrdən  öz  ölkəsinin  gələcək  inkişafı  üçün  istifadə  etməyə  malik  olan  bir 
dövlətdir.  Bu  baxımdan  Naxçıvan  Dövlət  Universiteti  indi  sərbəst  bir  ali  məktəbdir.  Onun 
Azərbaycanın bütün ali məktəbləri ilə əlaqələri inkişaf etdirməyə daha da əlverişlişərait var və eyni 
zamanda  dünyanın  bütün  ölkələri  ilə,  orada  olan  bütün  ali  məktəblər  ilə,  elm  mərkəzləri  ilə,  elm 
ocaqları  ilə  əlaqə  saxlamağa  imkanlarlı  vardır.  Çox  yaxşı  haldır  ki,  bu sahədə  müəyyən  addımlar 
atılıb. Bu gün Naxçıvan Dövlət Universitetinin bu yubiley mərasimində İran İslam Respublikasının 
və  Türkiyə  Cümhuriyyətinin  ali  məktəblərinin  və  dövlət  adamlarının  iştirakı  buna  sübutdur.  Sizə 
əmin  edə  bilərəm  ki,  Naxçıvan  MR  Ali  Məclisi  bu  sahədə  Naxçıvan  Dövlət  Universitetinin 
fəaliyyətinə  lazımi  köməklik  edəcək  və  lazım  olan  şərait  yaradacaqdır.  Artıq  bundan  sonra  sizin 
hazırlayacağınız  ali  təhsilli  kadrlar  gərək  daha  yüksək  kriteriyalara,  yüksək  tələblərə  uyğun 
olsunlar,  indi  artıq  siz  keçmiş  sovetlər  ittifaqının  çərçivəsində  olan  yox,  bütün  təcrübəsini  gərək 
mənimsəyəsiniz, ondan səmərəli istifadə edəsiniz və ali təhsil işinin təşkilini daha müasir səviyyədə 
qura biləsiniz”[11, səh.2]. 
Naxçıvan  MR  Ali  Məclisinin  sədri  Vasif  Talıbovun  universitet  quruculuğuna  xüsusi  diqqət 
yetirməsi Naxçıvan Dövlət Universitetinin böyük sürətlə inkişaf etdirilməsinin mühüm hərəkətverici 
qüvvəsini təşkil edir. Muxtar Respublika Ali Məclis sədrinin Naxçıvan Dövlət Universitetinin 30 illik 
yubileyini  keçirməsi  haqqında  26  may  1997-ci  il  tarixli  47  №-li  sərəncamı,  həmçinin  Azərbaycan 
Respublikası Prezidentinin Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqında 
31  mart  2007-ci  il  tarixli  sərəncamı,  Naxçıvan  Dövlət  Universitetinin  əməkdaşlarına  təltif  edilməsi 
haqqında Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2007-ci il tarixli sərəncamı Azərbaycan 
Respublikası  Prezidenti  İlham  Əliyevin  və  Naxçıvan  MR  Ali  Məclisinin  sədri  Vasif  Talıbovun 
universitetə göstərdiyi qayğının parlaq təzahülüdür 
Naxçıvan  Dövlət  Universiteti  50  ildir  ki  elm  və  təhsil  mərkəzi  kimi  şöhrət  qazanmış, 
dövlətçilikdə,  iqtisadiyyatda,  elm,  maarif  və  mədəniyyətin  inkişafında  Naxçıvan  Dövlət 
Universitetinin  məzunlarının  mühüm  xidməti  vardır.  Naxçıvan  Dövlət  Universiteti  Azərbaycanın 
əsas  elm  mərkəzlərindən  biridir.  Naxçıvan  Dövlət  Universitetinin  40000-dən  çox  məzunu  olmuş, 
onlar yüksək vəzifəli dövlət adamları, deputatlar, görkəmli elm xadimləridir. Universitetin 25, 30 və 
40 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuş, 50 illik yubileyinə hazırlıq işləri gedir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Həmzə Cəfərov. “Naxçıvanda təhsil- İnkişaf yolu və imkanları”. Bakı. Elm və təhsil. 2011. 
2.
 
Naxçıvan MRDA, fond.1, siyahı.1, iş.982. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə