Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   26   27   28   29   30   31   32   33   ...   164

63 
РЕЗЮМЕ 
Эмин Mамедов 
 
ИССЛЕДОВАНИЕ АРХЕОЛОГИЧЕСКИХ ПАМЯТНИКОВ ШАРУРАЯВЛЯЕТСЯ 
ЗНАЧИТЕЛЬНЫМ ВКЛАДОМ В ИЗУЧЕНИИКУЛЬТУРЫ ЭНЕОЛИТИЧЕСКОГО 
ПЕРИОДА 
 
В статье было отмечено, что исследование энеолитического периода всегда  являлось 
одной из задач, имеющих огромное значение в науке археологии.Одной из территорий, где 
были широко распространены памятникиэнеолитического периода, является Нахичевань и, в 
частности,  территория  Шарурского  района.  В  результате  проведённых  системных 
археологических  исследований  были  изучены  культура  энеолитического  периода,  занятия 
людей  того  времени,  хозяйственная  жизнь,  а  также  этнические  и  культурные  процессы  и 
взаимодействие  со  странами  Ближнего  Востока.  Археологические  исследования  в  лишний 
раз показали, что этот регион является самым древним местом обитания человека на Южном 
Кавказе и во всём мире.     
 
Bu  iş  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin  İnkişaf  Fondunun  maliyyə 
yardımı ilə yerinə yetiriolmişdir – Qrant № EİF-KETPL-2-2015-1(25)-56/47/5  
 
 
  
                                   NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa   
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
                                             
 Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Z.Şahverdiyev 


64 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
ZÜLFİYƏ İSMAYILOVA 
Naxçıvan MR Dövlət Arxivi 
 arxiv@nakhchivan.az 
UOT: 94(479.242) 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN İNKİŞAF TARİXİ - 1967-2017 
 
Açar sözlər: Filial, İkiillik Müəllimlər İnstitutu, İbrahim Mollayev, Əli Əliyev, İsa Həbibov, 
“Gənc Müəllim” qəzeti 
Key  words:  Filial,  Two  years  Pedagogical  University,  Ibrahim  Mollayev,  Ali  Aliyev,  Isa 
Habibov, newspaper “Gandj Muallim” 
Ключевые слова: Филиал, Двухлетний Педогогический Институт, Ибрагим Моллаев, 
Али Алиев, Иса Габибов, газета “Гяндж Муаллим” 
Naxçıvan  Muxtar  Respublikası  ümumtəhsil  məktəblərinin  şəbəkəsinin  genişlənməsi 
nəticəsində  ali  təhsilli  müəllim  kadrlarına  böyük  ehtiyac  yaranırdı.  1964-1965-ci  tədris  ilində 
Naxçıvan MR məktəblərində 2498 müəllimdən 582 nəfəri ali təhsilli müəllim idi. Ali təhsilli kadrlar 
ən çox V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutun tələbələri idi[1, vərəqə 52]. 
Naxçıvan  ziyalıları,  alimləri  mütəmadi  olaraq  mətbuat  səhifələrində  səlahiyyətli  orqanlar 
qarşısında regionda ali-pedaqoji təhsil ocağının açılması məsələsini qaldırırdılar. 
Sov.İKP və SSRİ Nazirlər Sovetinin 3 sentyabr 1966-cı il tarixli 729 №-li qərarı ilə əlaqədar 
olaraq Azərbaycan KP  MK və Nazirlər Sovetinin 11 oktyabr 1966-cı il tarixli 564 №-li qərarı ilə 
Azərbaycan SSR ali və orta ixtisas təhsil Nazirliyinin 5 noyabr 1966-cı il tarixli 323 №-li əmrinin 
yerinə  yetirmək  məqsədilə  V.Lenin  adına  Azərbaycan  Pedaqoji  İnstitutunun  1967-1968-ci  tədris 
ilində Naxçıvan şəhərində filialının açılması göstərildi. Həmçinin məktubda V.Lenin adına APİ-nin 
rektorluğu  bu  mühüm  dövlət  əhəmiyyətli  işi  vaxtında  həyata  keçirməkdən  ötrü  filialın  maddi-
texniki bazasını yaratmaq və kadrlarla təmin etmək imkanlarını dəqiqləşdirmək üçün institutun baş 
müəllimi Ə.Əhmədovu ezamiyyətə göndərdi[2, siyahı 1, iş.982, vərəqə 10]. 
V.Lenin  adına Azərbaycan Dövlət  Pedaqoji  İnstitutu fəaliyyətinin  ilk illərindən Azərbaycan 
Respublikasında  pedaqoji  təhsilin,  pedaqoji  elmlərin  inkişafında  və  Azərbaycan  SSR-nin 
ümumtəhsil  məktəblərinin  pedaqoji  ixtisaslı  müəllim  kadrları  ilə  təmin  edilməsində  müstəsna 
xidmət göstərmişdir. 
Azərbaycan  Respubliaksında  və  eləcə  onun  ayrılmaz  bir  hissəsi  olan  Naxçıvanda 
savadsızlığın  ləğv  edilməsi,  qısa  müddətli  kursların  açılması,  ümumtəhsil  məktəbləri  və 
məktəbəqədər  tərbiyə  ocaqlarınınn  ixtisaslı  kadrlar  ilə  təmin  edilməsində  Azərbaycan  Dövlət 
Pedaqoji İnstitutun yetirmələrinin mühüm xidmətləri olmuşdur. 
Naxçıvanda açılacaq filial Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bir parçası və yetirməsi idi. 
1967-ci ilin yayında filiala tələbə qəbulu elan olundu. Naxçıvan Muxtar Respublikasının məktəblərinin 
ən savadlı məzunları Azərbaycan Dövlət Pedaqoji İnstitutun Naxçıvan filialına sənəd verdilər.  
75  nəfər  tələbə:  İsmayılova  Elmira,  Həbibov  İsa,  Məsiyev  Zakir,  İsmayılova  Mələhət, 
Abdullayeva  Həqiqət,  İmanov  Akif,  Qasımova  Ləzifə,  Məmmədova  Raziyə,  Məmmədova  Zöhrə, 
Hüseynova  Zemfira,  İsmayılova  Sveta,  Nuriyev  Rza,  Nəbiyeva  Nəcibə,  Mirzəyeva  Tərlan, 
Əhmədova Həqiqət, Lazımov Hüseyn, Abbasov Xeyrulla və s. dil-ədəbiyyat fakültəsinə, Həsənov 
R.,  Rüstəmov  İ.,  Eminov  M.,  Dadaşov  Ə.,  Səmədov  S.,  Abdinov  K.,  Əliyev  Ə.,  Mahmudov  A., 
Axundov Z., Məmmədov V., Həsənəliyev Ə., Hüseynov K., Seyidov M., Əliyeva R., Ağayev Q., 
Həbibzadə Ç., Kərimov S. və s. fizika-riyaziyyat fakültəsinə, Axundov Ə., Axundov F., Cəfərov H., 
Kərimov  Q.,  Qasımov  Ə.,  Rzayev  F.,  Ələsgərova  T.,  Məmmədova  S.,  Həsənov  R.,  Musayev  Ə., 
Quliyev  N.,  Əliyev  H.,  Cəfərov  M.,  Hacıyev  İ.,  Qəhrəmanov  M.,  Seyidov  A.,  Babayev  V., 


65 
Hüseynova  S.,  Qurbanov  T.,  Əliyev  M.,  Seyidov  Q.,  Novruzov  Z.,  Səfərov  R.,  Bayramova  E., 
İmanov T., Nəsirov F. Və s. tarix fakültəsinə qəbul olundular. 
Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  Naxçıvan  filialı  keçmiş  1  №-li  məktəbinin 
bazasında üç ştat vahidi olmaqla (direktor, tədris işləri üzrə direktor müavini və metodist) açıldı. Bu 
vəzifəyə müvafiq olaraq Əli Əliyev, Yavuz Axundov, Mahmud Mahmudov təyin olundular. Filialın 
ilk müəllimləri İbrahim Mollayev (pedaqogika və psixologiya), İzzət Maqsudov (ədəbiyyat), Firuz 
Rəhimov  (tarix),  İbrahim  Hüseynov  (Sov.  İKP  tarixi),  Allahverdi  Hüseynov  (tarix),  Eli  Həşimov 
(riyaziyyat)  oldular.  Sonralar  Müzəffər  Nəsirli,  Qasım  Qasımov,  İbrahim  Bağırov,  İsmayıl 
Zeynalov, Zemfira Əhmədova, Nəriman Orucəliyev filialın müəllim personalına daxil oldular. Filial 
Azərbaycan Dövlət Pedaqoji İnstitutun rəhbərliyi altında, onun göstəriş və göndərdiyi tədris planları 
ilə işləməyə başladı[3, siyahı.3, iş.47, vərəqə 6]. 
İlk  illərdən  hər  fakültədə  25  nəfər  tələbə  olmaqla  tarix-ədəbiyyat  və  riyaziyyat  ixtisasları  üzrə 
müəllim hazırlığına başlayan filial APİ-nin professor-müəllim heyətinin köməyi ilə get-gedə genişlənib 
inkişaf etmiş, tələbə kontingenti isə ildən ilə çoxalaraq tarix-ədəbiyyat, riyaziyyat ixtisasları ilə yanaşı 
coğrafiya, coğrafiya-biologiya, kimya ixtisasları üzrə müəllim nəzərdə tutulmuş və davam etdirilmişdir. 
1969-cu  tədris  ilində  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  Naxçıvan  filialının  coğrafiya 
ixtisası üzrə: Allahverdiyev İ., İsmayılova E., Eminov M., Səfərov N., Məhərrəmov A., Mustafayev 
S., Quliyev H., Əhmədov V., Vəzirova T., Mahmudova S., Məmmədov M., Əliyev D., Həsənov Ə., 
Zeynalov  M.,  Muxtarov  M.,  Seyidova  Ş.,  Əhmədova  A.,  Əzizova  S.  və  başqalarından  ibarət  50 
nəfər  tələbə  instituta  qəbul  olunmuşdur.  Coğrafiya  və  fizika  fakültələrinin  açılması  ilə  əlaqədar 
Mehdiyev Abbas, Məmmədov Əli  və başqaları  filialın  müəllim  heyətinə daxil oldular[4, siyahı.3, 
iş.47, vərəqə 11]. 
1970-ci  ildə  Naxçıvan filialı Naxçıvan MSSR-də ali təhsilli  kadrlar  yetişdirən ilk və  yeganə 
ali  təhsil  müəssisəsi  olub,  5  fakültə:  tarix,  ədəbiyyat,  riyaziyyat,  coğrafiya,  fizika  fakültələri 
fəaliyyət göstərmiş, əyani şöbəsində 506 nəfər, qiyabi şöbədə isə 434 nəfər tələbə təhsil almışdır.  
1970-ci ildə filialda 25 nəfər ştat üzrə, 18 nəfər isə saathesabı müəllim işləyir. Bunlardan 11 
nəfəri elmlər namizədi, 7 nəfəri isə ayrı-ayrı institutların aspirant və dissertantları idi. 
Səfərəli Babayev institutun direktoru vəzifəsində çalışırdı. 
İnstitutun rektorluğunun və partiya komitəsinin qayğısı sayəsində xüsusilə filialın ən qabaqcıl 
tələbəsinə  vermək  üçün  bir  Lenin  təqaüdünün  ayrılması  və  iki  məqsədli  aspirantura  yerinin 
verilməsi tələbələr arasında ruh yüksəkliyinə səbəb olmuş, təlim və tərbiyəni yaxşılaşdırmaq üçün 
mübarizəni gücləndirmişdir. 
Filialın  müəllimləri  tələbələrin  dünya  görüşünün  formalaşmasında  ictimai  elmlərin  xüsusi 
rolunu  qiymətləndirmiş,  seminar  və  məşğələlərini  yüksək  ideya-siyasi  səviyyədə  qurur  keçdikləri 
mühazirə  və  seminarları  kommunizm  quruculuğu  ilə  əlaqələndirirdilər.  Filialın  müəllimlərindən 
İbrahim  Mollayev,  Qasım  Qasımov,  Firuz  Rəhimov  dərs  prosesində  tələbələrin  ideya-siyasi 
tərbiyəsində  kommunist  dünya  görüşünün  formalaşması  məsələlərinə  xüsusi  fikir  verir,  bu 
müəllimlərin  dərs  dediyi  fənnlərdən  tələbələrin  əksəriyyəti  əla  və  yaxşı  qiymət  alır.  Həmçinin 
tələbələr  arasında  ideya-siyasi  işin  yüksək  səviyyədə  qurulmasında  filologiya  elmlər  namizədi 
Yavuz Axundovun, Damət Seyidovun xüsusi rolu olmuşdur. 
Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutun  professor-müəllim  heyəti  tez-tez  filiala  gəlir,  burada 
ayrı-ayrı fənnlərdə mühazirələr deyirdilər. Filologiya elmlər doktoru Məmməd Hüseyn Təhmasibin 
filialda  şifahi  xalq  ədəbiyyatından  dediyi  mühazirələr  bu  gün  də  tələbələrin  yaddaşından 
silinməmişdir. 
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialında şair və yazıçılarla vaxtaşırı görüşlər 
keçirilir. 1970-ci ildə şair İslam Səfərli, Tofiq Bayram, Nəbi Xəzri ilə keçirilən görüşlər tələbələrə xoş 
təsir  göstərmiş,  həmçinin  Böyük  Vətən  Müharibəsi  iştirakçıları  qocaman  kommunist  və  Qırmızı 
taborçularla görüşlər tələbələrin dünya görüşünün formalaşmasında xüsusi rol oynamışdır[8].  
Naxçıvan  MR  Dövlət  Arxivində  mühafizə  olunan  bir  nüxsə  Azərbaycan  Dövlət  Pedaqoji 
İnstitutunun orqanı olan  “Gənc müəllim” qəzeti  “İnstitutumuzun bir parçası”  –  Naxçıvan filialına 
həsr olunmuşdur[5, fond.3, iş.48, vərəqə 11].  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə