Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   25   26   27   28   29   30   31   32   ...   164

61 
sakinlərinin bu dövrdə əkinçilik və maldarlıqla məşğul olduğunu göstərmişdir. Qazıntı zamanı taxıl 
dənləri,  arpa    və  az  miqdarda  buğda  qalıqları  əldə  edilmişdir  [7,  s.  19].  Aparılan  araşdırmalar 
yaşayış  yerinin  qədim  tarixinin  dərindən  tədqiqinə  və  hərtərəfli  öyrənilməsinə  böyük  şərait 
yaratmışdır. Ovçulartəpəsi yaşayış yerindən aşkar olunan maddi mədəniyyət nümunələrinin tədqiqi 
və radiokarbon analizlərinin nəticəsi bu yaşayış yerinin nəinki Naxçıvan, eləcə də Cənubi Qafqazın 
ən qədim yaşayış yerlərindən biri olduğunu göstərmişdir. 
Qədim  Şərur  torpağında  Eneolit  dövrünə  aid  digər  bir    arxeoloji  abidə  Xələc  kəndinin 
cənubunda yerləşən Xələc yaşayış yeridir. Bu yaşayış  yeri Naxçıvanın Son Eneolit mədəniyyətinə 
aid  abidələrdən  biri  olub,  Arpaçayın  sağ  sahilində,  Araz  ovalığında  yerləşir.  Xələc  yaşayış  yeri 
Eneolit  və Tunc dövrü abidəsidir. Yaşayış  yerinin sahəsi  0,5 hektardır.  Burada mərmər karxanası 
açılarkən  yaşayış  yerinin  böyük  bir  hissəsi  dağıdılmış  və  nəticədə  xeyli  maddi  mədəniyyət 
nümunələri  aşkar  olunmuşdur.  Aparılmış  tədqiqatların  nəticələri  göstərir  ki,  Xələc  yaşayış  yeri 
çoxtəbəqəli  arxeoloji  abidədir.  Burada  sistemli  tədqiqat  işləri  aparılmadığından  müxtəlif  dövrlərə 
aid  mədəni  təbəqələrin  saxlanma  dərəcəsi  haqqında  söz  demək  çətin  idi.  Lakin  2010-cu  ildə 
V.Baxşəliyev  və  A.Seyidov  tərəfindən  Xələc  yaşayış  yerində  aparılan  arxeoloji  tədqiqatlar 
nəticəsində  bu  yaşayış  yerini  çox  əhatəli  izah  edən  “Xələc”  adlı  bir  monoqrafiya  yazılmışdır. 
Tədqiqatçıların  Xələc  yaşayış  yerində  tədqiqata  başlamalarının  əsas  məqsədi  burada  Eneolit 
təbəqəsinin  varlığını  öyrənməkdən  ibarət  olmuşdur.  Tədqiqatlar  nəticəsində  aydın  olmuşdur  ki, 
Xələc yaşayış yeri xeyli dağıntıya məruz qalsada bəzi yerlərdə Eneolit təbəqəsi öz varlığını qoruyub 
saxlaya bilmişdir [15, s. 24]. 
Xələc yaşayış yerində aparılan arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, burada 
Son Eneolit dövründən başlayaraq Dəmir dövrünədək böyük bir tarixi dövr ərzində qədim insanlar 
bu ərazidə məskunlaşmışlar. Burada arxeoloji qazıntı zamanı əldə edilən keramika məmulatı Eneolit 
dövrünə  aid  olmaqla  yanaşı,  Arpaçay  vadisində  yerləşən  və  eyni  mədəniyyətə  aid  olan 
Ovçulartəpəsi,  Aşağı  Daşarx,  Şortəpə  və  Sədərək  rayonu  ərasisindən  aşkar  olunan  materiallarla 
eyniyyət təşkil edir. Xələc yaşayış yerinin Eneolit dövrü keramikasının bənzərlərinə eyni zamanda 
Azərbaycan,  Urmiya  və  Şərqi  Anadoluda  müəyyən  olunmuş  Eneolit  dövrü  abidələrində  də  rast 
gəlinir  [15,  s.  76].  Bu  da  onu  göstərir  ki,  qədim  Naxçıvan  diyarı  tarixən  Yaxın  Şərq  ölkələri  ilə 
qarşılıqlı iqtisadi-mədəni əlaqələrdə olmuş və inkişaf etmişdir.  
Şərur  rayonu  ərazisində  Eneolit  mədəniyyətinin  yaxşı  öyrənildiyi  abidələrdən  biri  də 
Ərəbyengicə yaşayış yeridir. Bu yaşayış yeri Şərur rayonunun eyni adlı kəndindən cənubda yerləşir. 
Qədim  yaşayış  yeri  xalq  arasında  “Köhnə  qəbristanlıq”  adlanır  [14,  s.  16].  Ərəbyengicə  yaşayış 
yerində  arxeolji  tədqiqat  işləri  2008-ci  ildə  başlanıb.  Yaşayış  yeri  V.Baxşəliyev  və  A.Seyidovun 
birgə  tədqiqatı  nəticəsində  öyrənilmişdir.  Arxeoloqlar  öz  yazılarında  qeyd  etmişlər  ki,  qədim 
yaşayış  sahəsi  yer  səthindən  1-1,5  m  yüksəklikdə  olan  oval  təpədən  ibarətdir.  Hazırda  yaşayış 
yerinin qərbindən və şimal-şərqindən torpaq yol keçir. Şimal-şərq tərəfdə əkin sahələrini suvarmaq 
üçün  kiçik  kanal  qazılmışdır.  Bu  kanal  qazılarkən  mədəni  təbəqə  dağıdılmış,  maddi-mədəniyyət 
qalıqları  ətrafa  səpələnmişdir.  Abidə  hər  tərəfdən  əkin  sahələrinin  əhatəsindədir.  Hazırda  onun 
olduqca az salamat qalan hissəsinin sahəsi 0,8 hektardır. Ərəbyengicə yaşayış yeri Arpaçayın Araz 
çayına töküldüyü yerdən bir qədər aralıda yerləşir. Aparılan araşdırmalar göstərir ki, Araz çayı və 
Arpaçay  daşan  zaman  yaşayış  yerinin  lap  yaxınlığından  keçmişdir.  Şübhəsiz  ki,  çayların  daşması 
zamanı  məhsuldar  torpaq  layının  yaranması  əkinçilik  üçün  əlverişli  olmuşdur  [14,  s.  17]. 
Ərəbyengicə yaşayış yerində aparılmış arxeoloji araşdırmalar da göstərir ki, Naxçıvanın qədim şərq 
ölkələri  ilə  əlaqələrində  Şərur  ərazisinin  özünəməxsus  yeri  olmuşdur.  Həmçinin  Ərəbyengicə 
abidəsinin  iki  çay  arasında,  əlverişli  mövqedə  yerləşməsi  isə  əkinçilik  və  maldarlığın  inkişafına 
xüsusilə şərait yaratmışdır. Qazıntı işləri zamanı müşahidə olunan torpaqların qum qatı ilə örtülməsi 
daşqın  zamanı  yaşayış  yerində  subasmaların  olduğunu  deməyə  əsas  vermişdir.    Lakin  buna 
baxmayaraq arxeoloji abidədə əldə edilən maddi mədəniyyət nümunələri göstərir ki, yaşayış yerində 
həyat min illərlə davam etmişdir.  
Ümumiyyətlə Ərəbyengicə yaşayış yerində mədəni təbəqə 2.5 m dərinliyədək öyrənilmiş və 
tədqiqat  zamanı  burada düzbucaqlı tikili  qalıqları  aşkar edilmişdir. Eyni  zamanda burada aparılan 
qazıntı işləri nəticəsində Eneolit dövrünə aid keramika məmulatı əldə edilmişdir. Bu keramikaların 


62 
əsasən Eneolit dövrünün son mərhələsinə aid olması bildirilir. Həmin keramika nümunələri sarı-boz 
rəngli  kasa  tipli  qab  və  forma  verməyən  sarı  rəngli  keramika  parçalrından  ibarət  olmuşdur. 
Ərəbyengicə  yaşayış  yerindən aşkar edilən maddi mədəniyyət nümunələri Eneolit mədəniyyəti ilə 
Kür-Araz mədəniyyəti arasındakı əlaqələri də aydınlaşdırmağa şərait yaratmışdır. Son Eneolit və İlk 
Tunc  dövrü  abidələrinin  araşdırılması  bir  daha  sübut  etdi  ki,  bu  ərazi  adıçəkilən  mədəniyyətlərin 
yarandığı ilk ocaqlardan biri olmuşdur [14, s. 62].  
Müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycan  tarixçiləri  həqiqətə,  faktlara  və  obyektivliyə 
əsaslanan tədqiqatlara başladılar. Yerli və xarici tədqiqatçılar tərəfindən öyrənilən Şərur abidələri, 
xüsusilədə  Eneolit  dövrü  abidələri  son  illər  arxeologiya  elminə  böyük  töhvələr  vermişdir. 
Tədqiqatlar    nəticəsində  çox  sayda  yeni  abidələr,  yaşayış  yerləri,  qəbir  abidələri,  keramika 
məmulatları,  əmək  alətləri,  metal  əşyalar  və  s.  əldə  edilmişdir.  Şərur  rayonu  ərazisində  Eneolit 
abidələrinin tədqiqi  nəticəsində Eneolit  dövrü mədəniyyəti, həmin dövr insanlarının məşğuliyyəti, 
təsərrüfat  həyatı,  həmçinin  etnik-mədəni  proseslər  və  Yaxın  Şərq  ölkələri  ilə  qarşılıqlı  əlaqələri 
daha dərindən öyrənilmiş və yeni tədqiqat sahələri meydana gəlmişdir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan arxeologiyası, Bakı, Xəzər Universiteti, 2010, 197 s. 
2.
 
Azərbaycan tarixi, Bakı, Azərnəşr, 1994. 687 s. 
3.
 
Bаxşəliyеv.V.B. Nаxçıvаnın qədim tаyfаlаrının mənəvi mədəniyyəti, Bакı, Еlm, 2004, 320 s. 
4.
 
Baxşəliyev V.B. Azərbaycan arxeologiyası, Bakı, Elm, 2007, 238 s. 
5.
 
Baxşəliyev V.B. Naxçıvanın arxeoloji abidələri, Bakı, Elm, 2008, 301 s. 
6.
 
 Bakhchaliyev V., Marro C., The Archaeology of Nakhichevan, Ten years of new discoveries
Istanbul: Ege, 2009 
7.
 
Bakhchaliyev V., Marro C. Ashurov S. Ovçulartəpəsi, Bakı, Elm, 2010, 156 s. 
8.
 
Baxşəliyev.V.B., Ristvet .L., Gopnik. H., Aşurov. S.H. Naxçıvan Arxeoloji Tədqiqatlar (II 
Kültəpə, I Maxta Kültəpəsi, Oğlanqala və digər abidələrdə aparılan tədqiqatların ilkin 
nəticələri), Naxçıvan, 2010, 119 s. 
9.
 
16. Mаrrо C., Bаkhchaliyev V. Ashurov S. Excavations at Ovçular Tepesi, Bakı, Elm, 2010, 
156 s. 
10.
 
Seyidov A.Q., Baxşəliyev V.B., Məmmədov S.M., Aşurov S.H. Qədim şərur, Bakı, Elm, 2012, 
466 s. 
11.
 
Seyidov A.Q., Baxşəliyev V.B. Ərəbyengicə, Bakı, Nurlan, 2009, 160 s. 
12.
 
Seyidov A., Baxşəliyev V. Xələc, Bakı, Elm, 2010, 220 s. 
13.
 
Seyidov A.Q., Baxşəliyev V.B. Sədərək, Bakı, Elm, 2011, 184 s. 
 
ABSTRACT 
Emin Mammadov 
 
THE INVESTIGATIONS OF SHARUR ARCHAEOLOGICAL MONUMENTS IS AN 
IMPORTANT PRESENT IN THE STUDY OF CALCOLITICAL CULTURE 
 
 
In  the  article  is  noted  that  the  explatoration  of  the  Calcolitic  Age  always  been  one  of  the 
important  issues  in  archaeology.  One  of  the  region  where  the  monuments  of  this  age  are  widely 
spread  is  Nakhchivan  region,  namely  Sharur  district.  As  the  result  of  the  sistematic  explorations 
done  in  the  territory  the  Calcolitic  culture,  the  activity  of  the  people  of  that  time,  agriculture  life, 
ethnic -cultural processes and the interrelations with the Near East countries have been learnt deeper 
and  deeper.  The  archaeological  investigations  prove  this  region  to  be  one  of  the  ancient 
settlementboth in South Caucasus and in the world. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə