Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   28   29   30   31   32   33   34   35   ...   164

68 
3.
 
Naxçıvan MRDA, fond.713, siyahı.3, iş.45. 
4.
 
Naxçıvan MRDA, fond.713, siyahı.3, iş.47. 
5.
 
Naxçıvan MRDA, fond.713, siyahı.3, iş.48. 
6.
 
Naxçıvan MRDA, fond. 713, siyahı.3, iş.48. 
7.
 
Naxçıvan MRDA, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsi (fond.1), siyahı.13, iş.88. 
8.
 
Naxçıvan MRDA, fond.713, siyahı.3, iş.50. 
9.
 
 Naxçıvan MRDA, fond.2, siyahı.7, iş.1082. 
10.
 
İsa Həbibbəyli “Azərbaycanda Naxçıvan Dövlət Universiteti”.12 sentyabr 2012-ci il. 
11.
 
Naxçıvan MR Ali Məclisi sədrinin sərəncamları. “Şərq qapısı” qəzeti. 
 
ABSTRACT 
Zulfiya Ismayılova 
DEVELOPMENT HISTORY OF NAKHCHIVAN  
STATE UNIVERSITY– 1967-1971 
 
 
This  article  is  about  that  development  history  of  Nakhchivan  State  University.  Nakhchivan 
State  University  created  as  a  branch  of  Azerbaijan  Pedagogical  Institute.  University  has  passed 
honorable way during 50 years of its activity/ Nakhchivan State University was founded as a branch 
of Azerbaijan Pedagogical  Institute which that created base of school  №1 in 1967. University has 
two faculties: history-philology and math. University was continued its activity as a of Azerbaijan 
Pedagogical  Institute  until  1972.  Nakhchivan  State  Pedagogical  Institute  created  from  branch  of 
Azerbaijan  Pedagogical  Institute  in  1972.  Nakhchivan  State  Institute  turn  to  Nakhchivan  State 
University in 28 December in 1990 by the Cabinet of Minister's judgement of SSR of Azerbaijan. 
The  article  about  that  mainly  branch  period  of  Nakhchivan  State  University  (1967-1971). 
Membership  of  director  and  first  teachers  of  University  and  students'  success  are  shown  in  this 
article. 
РЕЗЮМЕ 
Зюльфия Исмаилова 
ИСТОРИЯ РАЗВИТИЯ НАХИЧЕВАНСКОГО  
ГОСУДАРСТВЕННОГО УНИВЕРСИТЕТА – 1967-1971 
 
 
В статье освещена история развития Нахичеванского Государственного Университета. 
Впервые  действующий  как  филиал  Азербайджанского  Государственного  Педагогического 
Института    Нахичеванский  Государственный  Университет  за  50  лет  прошел  почетную 
дорогу; образовавшийся 1967 году в базе школы №1 города Нахичевань с двумя  – история-
литература  и  математика  –  факультетами  как  филиал  Азербайджанского  Государственного 
Педагогического  Института  действовал  до  1972  года;  1972  году  в  базе  филиала 
Азербайджанского  Государственного  Педагогического  Института  создан  Нахичеванский 
Государственный  Педагогический  Институт;  приказом  Азербайджанской  ССР  Кабинета 
Министров от 29 декабря 1990 года Нахичеванский Государственный Институт превратился 
в Нахичеванский Государственный Университет.  
 
В  статье  в  основном  говорится  о  Нахичеванском  Государственном  Университете  в 
период  филиала  (1967-1971  г.г.).  Также  в  статье  говорится  о  первом  директоре  и 
учительском персонале, об успехах студентов. 
   
 
 
  
                                   NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa   
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
                                             
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Z.Şahverdiyev 
 
 
 
 


69 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
İLHAMİ ƏLİYEV 
AMEA Naxçıvan Bölməsi 
ilhamialiyev@yahoo.com.tr 
UOT: 94 (479.242) 
XVIII ƏSRDƏ RUSİYANIN CƏNUBİ QAFQAZ SİYASƏTİNDƏ NAXÇIVANIN YERİ 
 
  
Açar sözlər: Naxçıvan, Rusiya, xanlıq, işğal, siyasət, müharıbə, əhali, qarşıdurma 
Key  words:  Nakhchivan,  Russia,  khanate,  occupation,  politics,  war,  population, 
confrontation 
Ключевые слова: Нахчыван, Россия, ханства, агрессия, политика, война, население, 
противостояние 
Tarixdən  bəllidir  ki,  hələ  IX  əsrin  iknci  yarısından  Slavyanların  Azərbaycana  hücumları 
başlamış, hər dəfə qarət və qırğınlarla müşaiyət olunan bu hücumlar XI əsrin ortalarınadək davam 
etmişdir.  XVII  əsrdə  rusların  hücumları  Rusiya–Azərbaycan  ticarət  əlaqələrinə  əngəl  törədirdi. 
1650-ci  ildə  Xəzərdə  kazaklara  qarşı  qəti  tədbir  görmək  üçün  Səfəvi  şahı  II  Abbasın  Moskvaya 
xüsusi  səfir  –  Məmmədqulu    bəyi  göndərməsi  bu  hücumlarla  əlaqəli  idi  (1,  s.  493).  1668-ci  ildə 
Stepan  Razinin  Xəzərsahili  vilayətlərə,  o  cümlədən  Bakıya  qarətçi  yürüşü  bu  hücumların  sonrakı 
illərdə  də  davam  etdiyini  göstərir.  Üsyançı  kazak  dəstələrinin  Volqa-Xəzər  ticarət  marşrutuna 
hücumlarından  başqa  XVII  əsrin  ortalarında  rusların  Şimali  Qafqazda  Rusiya  dövlətinin  strateji 
məqsədlərinə  xidmət  edəcək  qalalar  tikməsi  1653-cü  ildə  Səfəvi  hərbi  hissələri  ilə  rus  qoşunları 
arasında toqquşmanın baş verməsinə gətirib çıxardı ki, həmin münaqişə 1662-ci ilədək davam etdi.  
XVIII  əsrdə  Rusiyanın  Azərbaycan  da  daxil  olmaqla  Qafqazla  bağlı  siyasətində  yenə  də 
bütövlükdə  regionu  işğal  etmək  bu  dövlətin  əsas  hədəfi  idi.  Həm  iqtisadi,  həm  də  hərbi-strateji 
baxımdan əhəmiyyətli mövqedə yerləşməsi rus çarını bu torpaqları əldə etmək üçün şirnikləndirirdi. 
XVIII  əsrin  əvvəllərində  Səfəvilər  dövləti  getdikcə  zəiflədiyi  dönəmdə  çar  Rusiyası  bu  ölkəyə 
diplomatik  nümayəndələr  göndərməklə  buradakı  vəziyyəti  nəzarətə  götürmək  üçün  öz  planlarını 
həyata keçirirdi. Elə həmin dövrdə I Pyotr Хəzərin cənub-qərb sаhilini və bu regiondа hərbi-siyаsi 
şərаiti  öyrənmək  üçün  sərəncаm  vermişdi.  А.P.Volınskinin  1716-1718-ci  illərdə  Səfəvilər 
dövlətində səfirliyi məhz bu məqsədi güdürdü. Rəsmən А.P.Volınskiyə Səfəvi hökuməti ilə ticаrət 
müqаviləsi  bаğlаmаq  səlаhiyyəti  verilmiş,  Səfəvilər  dövləti  ərazisində,  o  cümlədən  onun  inkişaf 
etmiş iqtisadi zonalarından biri olan Аzərbаycаnın ən mühüm ticаrət məntəqələrində rus konsulluq 
və  vitse-konsulluqlаrı  аçılmаsınа  rаzılıq  аlmаq  tаpşırılmışdı.  Lаkin  onа  keçdiyi  yerləri  diqqətlə 
öyrənmək,  Хəzər  dənizinə  hаnsı  çаylаrın  ахdığını,  hаnsı  yerlərə  qədər  onlаrdа  gəmi  ilə  üzməyin 
mümkünlüyünü,  öz  bаşlаnğıcını  Hindistаndаn  götürüb  Хəzər  dənizinə  tökülən  çаylаrın  olub-
olmаdığını dəqiqləşdirmək bаrədə gizli tаpşırıqlаr dа verilmişdi (5, s. 14). Xəzərsahili vilayətlərin 
işğalı  ilə  bağlı  Rusiya  öz  böyük  maraqlarını  həyata  keçirmək  üçün  Səfəfilər  dövlətinin  dağlması 
ərəfəsində hücumunu reallaşdırdı.  
Qeyd  edək  ki,  XVIII  əsrin  əvvəllərində  Rusiyanın  Qafqazda  işğalçılıq  siyasətini  həyata 
keçirmək istəyi o zaman hakimiyyətdə olmuş Rusiya çarı I Pyotrun (1682-1725) böyük siyasətinin 
bir hissəsi idi. Yəni o, öz vəsiyyətində Hindistanı əldə etmək üçün Qafqazın işğalını vacib saymaqla 
(8,  s.  30)  bu  addımın  əhəmiyyətini  və  çoxdan  nəzərdə  tutulduğunu  göstərmişdir.  Bu  zaman 
Rusiyanın Səfəvi torpaqlarını, xüsusilə də Azərbaycanı tutmasında ermənilər daha çox canfəşanlıq 
edirdilər. Bu onların əsas planlarının bir hissəsi idi. Hətta işğal planını da tərtib edib I Pyotra təqdim 
etmişdilər.  Azərbaycan  torpaqlarını  əldə  etmək  üçün  I  Pyotra  təqdim  edilən  18  bənddən  ibarət 
xüsusi  hərbi  planda  digər  Azərbaycan  bölgələri  kimi  Naxçıvana  da  geniş  yer  verilmişdi.  Bu 
işğalçılıq layihəsinin III bəndində göstərilirdi ki, Şamaxıya daxil olan 10 min nəfərlik çar qoşunu 4 
alaya bölünərək, 1-ci alay Gəncəyə, 2-ci Loriyə, 3-cü Qafana, 4-cü isə Naxçıvan üzərinə getməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə