Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   29   30   31   32   33   34   35   36   ...   164

70 
Bu planın 6-cı bəndi isə tamamilə Naxçıvanın işğalına aid idi (13, s. 87; 7, s. 107). Ermənilərin yeni 
torpaqlarda  məskunlaşmaq  üçün  əvvəldən  nəzərdə  tutduğu  bu  planlar  Rusiya  çarının  maraqlarını 
təmin edirdi. Yəni bu siyasətdə Rusiya üçün lazım olan alətlərdən biri də ermənilər idi.  
Rusiya  1722-ci  il  avqustun  23-də  heç  bir  müqavimət  görmədən  Dərbənd  şəhərini  tutmaqla 
Xəzərsahili vilayətlərin işğalına başladı. 1723-cü il iyulun 21-də rus donanması Bakı limanına daxil 
oldu.  Ciddi  müqavimət  göstərməsinə  baxmayaraq,  Bakı  qarnizonu  çoxsaylı  orduya  və  hərbi 
texnikaya  malik  olan  düşmən  hücumuna  tab  gətirmədi  və  bombardman  nəticəsində  şəhərdə  baş 
verəcək  yanğının,  tələfatın  qarşısını  almaq  məqsədilə  qalanı  yadelli  işğalçılara  təslim  etməyə 
məcbur oldu. Beləliklə, 1722-1723-cü illərdə Azərbaycanın Xəzərboyu əyalətləri Rusiya tərəfindən 
işğal  edildi.  Lakin  osmanlılarla  müharibəyə  girişmək  istəməyən  Rusiya  tərəfi  bir  qədər  götür-qoy 
etdikdən  sonra  Osmanlı  imperiyasına  bu  bölgəni  bölüşdürmək  barədə  müqavilə  bağlamağı  təklif 
etdi.  Uzun  danışıqlar  və  mübahisələrdən  sonra  tərəflər  Səfəvi  irsini  bölüşdürmək  barədə  razılığa 
gəldilər.  1724-cü  il  iyulun  12-də  İstanbulda  Rusiya  ilə  müqavilə  imzalandı.  Həmin  müqaviləyə 
əsasən  Osmanlı  tərəfı  Rusiyanın  işğal  etdiyi  Xəzərboyu  əyalətləri  "Səfəvilər  dövləti  tərəfindən 
Rusiyaya güzəşt edilmiş kimi" təsdiq etdi. Rusiya tərəfı isə öz növbəsində Osmanlı tərəfindən Qərbi 
Qafqazın  və  Cənubi  Azərbaycanın  işğalına  etiraz  etməyəcəyini  bildirdi  (15,  s.  330,  333). 
Müqavilədən  sonra  Səfəvilər  dövlətinin  ərazisi  Rusiya  və  Osmanlı  dövlətləri  tərəfindən  bölündü. 
Göründüyü kimi, XVIII əsrin 20-ci illərinin əvvəllərində az bir qism Səfəvi torpaqları (Astarabad, 
Mazandaran  və  Gilanın  bir  hissəsi)  istisna  olmaqla,  Azərbaycanın  Xəzərsahili  vilayətləri  Rusiya, 
digər əraziləri Osmanlı dövləti tərəfindən işğal edildi. Bu zaman Naxçıvan Osmanlı  imperiyasının 
tutduğu əraziyə daxil idi. Qeyd edək ki, hər iki dövlətin Səfəvi torpaqlarını bölüşdürməsində əsas 
məqsədlərindən biri bu torpaqlara sahib olmaq idisə, digəri daha gəlirli sahə olan ticarət yollarına 
nəzarəti  əldə  etmək  idi.  Bu  zaman  Naxçıvan  ticarət  əlaqələrinin  və  yollarının  əhəmiyyəti 
baxımından  hər  iki  dövlətin  diqqətini  çəkməyə  bilməzdi.  Yalnız  Xəzərsahili  vilayətləri  tutması  o 
demək  deyildi  ki,  Rusiyanın  Naxçıvan  bölgəsini  də  işğal  etmək  istəyi  olmamışdır.  Bu  zaman 
ermənilərin I Pyotra təqdim etdiyi işğal planından da aydın görünür ki, Rusiya tərəfindən tutulması 
planlaşdırılan  yerlərdən  biri  də  Naxçıvan  olmuşdur.  Lakin  onsuz  da  uzun  sürməyən  bu  işğal 
müddətində Rusiya bu planın həllinə tam nail ola bilməmişdi. Amma osmanlılar tərəfindən tutulan 
Azərbaycan bölgələrində Osmanlı dövləti əleyhinə çıxışların baş verməsində qeyri-müsəlmanların, 
xüsusilə  ermənilərin  əsas  yer  tutması  özü  də  Rusiyanın  işğal  siyasətinin  bir  hissəsi  idi.  Bu  haqda 
İ.P.Petruşevski  göstərir  ki,  İstanbul  sülhündən  sonra  Osmanlı  hakimiyyəti  altına  düşmüş  Cənubi 
Qafqazın xristian rayonlarında (əsərdə gürcülər yaşadığı ərazilər də nəzərdə tutulmuşdur) işğalçılara 
qarşı üsyanlar baş verdmişdi.  Müəllif yazır ki, Davud bəyin rəhbərliyi ilə üsyankar ermənilər uzun 
müddət  türk  qoşunlarına  qarşı  Qafqazın,  o  cümlədən  də  sonradan  məskunlaşdıqları  Zəngəzur  və 
Naxçıvan vilayətinin (burada ancaq Əylisin adı çəkilmişdir) çətin keçilən dağ dərələrində mübarizə 
aparmışlar.  Hətta  onlar  1730-cu  ildə  Ordubadda  Osmanlı  paşasını  öldürmüş  və  buradakı  türk 
qoşunları dağılmışdır  (14, s. 333-334). Xristianların Osmanlı idarəçiliyinə qarşı üsyanları onların 
Rusiyanın işğal siyasətini açıq şəkildə dəstəklədiyini göstəriridi.  
XVIII əsrin birinci  yarısında Rusiyanın Xəzəryanı vilayətlərdə hakimiyyəti 1735-ci ilədək, 
yəni Nadir xanın Gəncədə bağladığı müqavilə ilə sona çatdı. Bu zaman Naxçıvan Rusiya tərəfindən 
işğal edilməsə də, digər Azərbaycan bölgələri kimi buranın da ələ keçirilməsi nəzərdə tutulurdu.  
Rəşt  muqaviləsi  (1732)  və  Gəncə  traktatını  imzaladıqdan  (1735)  sonra  Rusiya  Хəzərsahili 
vilayətləri Səfəvilər dövlətinə, yəni Nadir xana qaytardı. Bundan sonra Rusiya Qafqazda istеhkam 
хətlərini tikməyə başladı (4, s. 16). 
1747-ci ildə Nadir şahın süi-qəsd nəticəsində öldürülməsindən sonra Azərbaycanda yaranan 
xanlıqlardan  biri  də  Naxçıvan  xanlığı  idi.  Nadir  şahın  hakimiyyəti  illərində  yerli  əhali  o  qədər 
çətinliklərə məruz qalmışdı ki, yeni  yaranan xanlıqlar əhali arasında inamla qarşılanırdı. Lakin bu 
torpaqları  işğal  etmək  istəyən  qonşu  Rusiya,  İran  və  Osmanlı  dövlətləri  onların  bir-birilə 
qarşıdurmasından  istifadə  edib  öz  planlarını  həyata  keçirməyə  çalışırdılar.  XVIII  əsrin  ikinci 
yarısında, xanlıqların hakimiyyəti dövründə yenə də Rusiyanın Qafqaz siyasəti davam etməkdə idi.   
Bildiyimiz kimi, Nadirin ölümündən sönra Kəngərli tayfasının başçısı Heydərqulu xan Ağa 
Həsəni hakimiyyətdən salıb özünü Naxçıvan xanlığının müstəqil hakimi elan etdi. Naxçıvan xanlığı 


71 
iqtisadi  və  hərbi  imkanlarına  görə,  digər  xanlıqlardan  o  qədər  də  fərqlənmirdi.  Öz  hakimiyyətini 
gücləndirmək  və  işğalçılardan  müdafiə  olunmaq  üçün  Heydərqulu  xan  daha  qüdrətli  sayılan 
xanlıqlara arxalanmaq qərarına gəldi. Bu məqsədlə XVIII əsrin 50-ci illərində o, Qarabağ xanlığının 
banisi  Pənahəli  xanla  görüşdü.  1752-ci  ildə  Qarabağ  xanının  ən  güclü  rəqiblərindən  sayılan  Şəki 
xanına  qarşı  yürüşdə  gəncəli  Şahverdi  xan,  qaradağlı  Qasım  xan,  irəvanlı  Hüseyn  xan,  xoylu 
Əhməd xan  ilə birlikdə Heydərqulu xan da iştirak edirdi. Bu hücum məğlubiyyətlə bitdikdən sonra 
Heydərqulu  xan  Naxçıvana  qayıdaraq  xanlığı  möhkəmləndirmək  üçün  bir  sıra  tədbirlər  həyata 
keçirdi. Onun ölümündən sonra (1763/64) Naxçıvan xanlığı nisbətən zəiflədi. 1764-cü ildən, 1768-
ci  il  istisna  olmaqla,  1769-cu  ilədək  Heydərqulu  xanın  oğlanları  Hacı  Məhəmməd  xan  və  Rəhim 
xan Naxcıvan xanı olmuşlar. 1768-ci ildə Heydərqulu xanın oğlu Şukrullah xan Naxcıvan xanlığını 
idarə  etmiş  və  1770-ci  ildə  yenidən  hakimiyyəti  ələ  almışdır.  Şukrullah  xan  1768,  1771,  1777, 
1779-cu  illərədə  də  Naxcıvan  xanlığının  xanı  olmuşdur.  1772-ci  ildə  Hеydərqulu  хanın  qardaşı 
Əliqulu  хan  hakimiyyətə  gəldi.  1773-cu  ildə  isə  onun  qardaşı  Vəliqulu  xan  hakimiyyəti  devirib 
Naxcıvanın xanı oldu. O, 1773-1776 və 1778-ci illərdə Naxcıvan хanlığını idarə etdi. 1777 və 1779-
cu  illərdə  Şukrulla  хan  yеnidən  хanlıq  taхtında  oturdu.  1780-ci  ildə  Rəhim  xanın  oğlu  Abbasqulu 
xanın  hakimiyyətə  gəlmişdir.  1783-cu  ildə  Cəfərqulu  xan  (I  Kalbalı  xanın  böyuk  qardaşı) 
hakimiyyətə  sahib  oldu  və  1784-cü  ilin  sonunadək  Naxcıvana  xanlıq  etdi.  1785-ci  ildə  Naхcıvan 
fеodallarından  biri  olan  Şukurəli  xan  hakimiyyəti  oz  əlinə  kеcirdi  (4,  s.  76).    1787-ci  ildə 
hakimiyyəti  Cəfərqulu  xan  yеnidən  idarə  etdi.  1787-ci  ilin  mayın  əvvəlində  Abbasqulu  xan  ikinci 
dəfə  xanlıq  taxtına  sahib  olsa  da,  I  Kalbalı  xan  elə  həmin  ayda  əldən-ələ  duşub  dağılmağa  uz 
qoymuş Naxcıvan хanlığında xanlıq taxtına sahib cıxdı. 1797-ci ilədək mustəqil Naxcıvan хanlığını 
məharətlə  idarə  etdi  və  xanlıq  oz  intibah  dövrunu  yaşadı.  1797-ci  ildən  1801-ci  ilədək  Abbasqulu 
xan üçüncü dəfə yarım mustəqil хanlığını idarə etməyə muvəffəq oldu (4, s. 81). Tarix üzrə fəlsəfə 
doktoru M.Quliyev ən son araşdırmaları ilə Naxçıvan xanlarının hakimiyyət illərini dəqiq müəyyən 
etmişdir. Göründüyü kimi,  bu illərdə xanlıqda tez-tez hakimiyyət  dəyişiklikləri baş vermişdir. Bu 
isə xanlığın siyasi və iqtisadi baxımdan zəifləməsinə, qonşu xanlıqlardan Qarabağ, Xoy, İrəvan və 
s.  xanlıqlar,  Rusiya  dövlətinin  bu  zaman  yerlərdə  siyasətini  həyata  keçirən  Kartli-Kaxetiya 
çarlığının müdaxiləsinə məruz qalmışdır. Yəni Rusiya XVIII əsrin ikinci yarısında da ermənilərdən 
və gürcü çarlığından bölgəyə təsir vasitəsi kimi istifadə etmişdir.  
Adları  çəkilən  xanlardan  Abbasqulu  və  I  Kalbalı  xanların  hakimiyyəti  zamanı  Rusiya 
dövlətinin  təsirləri,  bu  dövlətə  yardım  üçün  müraciətlər  daha  aydın  şəkildə  nəzərə  çarpmaqdadır. 
Belə  ki,  XVIII  əsrin  80-ci  illərinin  əvvəllərində  İrəvan  xanı  Hüseynəli  xanın,  Qarabağ  xanı 
İbrahimxəlil  xanın,  Kartli-Kaxeti  çarı  II  İraklinin  vasitəçiliyi  ilə  Kəngərli  tayfasının  nümayəndəsi 
Abbasqulu  xan  Naxçıvan  xanlığının  hakimi  oldu.  Lakin  Naxçıvanda  Abbasqulu  xanın  əmisi  oğlu 
Cəfərqulu xanı hakimiyyətə gətirmək istəyən xoylu Əhməd xan öz qoşunlarını Naxçıvan xanlığının 
sərhədlərinə  yeritdi.    Müqavimət  göstərə  bilməyəcəyini  başa  düşən  və  yerli  əyanlar  tərəfindən 
müdafiə  edilməyən  Abbasqulu  xan  Naxçıvanı  tərk  etməyə  məcbur  oldu.  Özünə  müvəqqəti  olaraq 
Sisyanda  sığınacaq  tapdı.  Lakin  irəvanlı  Hüseynəli  xan  hədələyici  məktub  göndərdiyinə  görə 
Əhməd xan Naxçıvanı tuta bilmədi. İrəvan xanı Naxçıvan xanlığına özü sahib olmaq istəsə də bu da 
baş  tutmadı.  Xalqa  ağır  zülmlər  edən  Abbasqulu  xan  yenidən  xanlıqda  hakimiyyətin  bərpa  etdi. 
Lakin bu dəfə bu məsələni tam şəkildə həll etmək üçün xoylu Əhməd xan kömək üçün özünü İran 
şahı elan etsə də, rəsmən tanınmayan, ancaq bu vəzifəni icra edən Əlimurad xana müraciət etdi. 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  Əlimurad  xan  hakimiyyət  başına  gəlməyə  can 
atarkən  və  İranın  rəsmi  şahı  olmadığı  halda  Azərbaycanın  bir  sıra  xanlıqlarına  tabe  olmaq  rəmzi 
kimi, onlardan girov və ya qiymətli daş-qaş tələb edirdi. Məsələ o yerə çatmışdı ki, Əlimurad xan 
hətta  1784-cü  ildə  Osmanlı  dövlətinə  qarşı  kömək  almaq  və  öz  hakimiyyətini  möhkəmləndirmək 
məqsədilə  Moskvaya  nümayəndə  göndərmişdi.  Öz  nümayəndəsi  Məhəmməd  xana  tapşırmışdı  ki, 
göstəriləcək  kömək  əvəzində  vaxtilə  Rusiyanın  tərkibində  olmuş  torpaqlardan  savayı  (yəni 
Xəzəryanı  vilayətlərdən),  “Qarabağ,  Naxçıvan  və  İrəvan  viləyətlərini”  də  Rusiya  imperiyasına 
“güzəşt”  etməyə  hazırdır.  Əhməd  xanın  kömək  üçün  müraciəti  Əlimurad  xanın  ürəyindən  olduğu 
üçün  tezliklə  o  Naxçıvana  hərbi  qüvvə  göndərdi.  Beləliklə,  Əlimurad  xan  və  Əhməd  xanın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə