Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
  1   2   3   4   5   6   7   8   9   ...   24


Qender tədqiqatları 

 

«Qender və İnsan Hüququ» Araşdırma Birliyi 



 

«Qender və İnsan Hüququ» Araşdırma Birliyi Azərbaycan filosof, 

hüquqşünas, politoloq, sosioloq, iqtisadçı, tarixçi, psixoloq, filoloq, 

jurnalist, habelə texniki elm nümayəndələrini özündə birləşdirən mərkəzi 

qərərgahı Bakı  şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Birliyin əsas məqsədi 

demokratiyanın genişləndiyi bir şəraitdə qender münasibətləri və insan hüququ 

probleminin Respublikamızda qarşılıqlı elmi-tədqiqinə nail olmaqdan ibarətdir. Bu 

məqsədlə aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur: 

-insan hüququnun qender balansı baxımından tədqiqi; 

-insan hüququ və qender istiqaməti ilə  əlaqədar sosial-fəlsəfi və hüquqi 

konsepsiya, nəzəriyyə və cərəyanların tədqiqi; 

-ictimai-siyasi-hüquqi institutların insan hüququ və qenderin inkişafına təsirinin 

öyrənilməsi; 

-insan hüququ və qenderin seçki sistemində realizə edilməsi 

vəziyyətinin təhlili; 

-qender münasibətləri və insan hüququna həsr edilmiş elmi-praktik seminar, 

dəyirmi masa, treninq və konfransların keçirilməsi

-demokratik proseslərin inkişafı üçün insan hüququ və qender münasibətləri 

informasiya şəbəkəsi yaratmaq; 

-qender və insan hüququ sahəsini öyrənmək məqsədilə sosioloji sorğular 

keçirmək, proqnozlaşdırma işini aparmaq, elmi analizlər etmək; 

-ictimai-siyasi tərbiyə  və siyasi mədəniyyətin formalaşmasında insan hüququ və 

qender araşdırmalarından istifadə etmək, maarifləndirmə 

işini genişləndirmək; 

-qender və insan hüququ probleminin obyekti kimi cəmiyyətdə sağlam ailənin 

formalaşdırılması naminə elmi təbliğat işinin həyata 

keçirilməsi; 

Birlik bu vəzilərərin həyata keçirilməsi üçün çoxsahəli fəaliyyət 

formalarına malikdir. 

Birlik 2000-ci ilin yanvarın 22-də  təsis yığıncağında yarandığını elan etsə  də, 

təşəbbüs qrupu 1998-ci ilin fevralından fəaliyyət göstərir. 2000-ci il martın 18-də dövlət 

qeydiyyatına alınmışdır. Birlik müxtəlif təşkilatlarla birgə treninqlər, dəyirmi masalar və 

seminarlar təşkil edir. Moskva, Xarkov, Sumı, Minsk, Saratov, İvanovo  şəhərlərindəki 

Qender Tədqiqatları Mərkəzləri ilə sıx əlaqədər yaranmışdır. 

 

ÖN SÖZ 

 

XX  əsrin son qərinəsində idrakda yeni istiqamətlərin yaranmasını müşahidə 



etmək olar. Bu istiqamətlər ayrı-ayrı fənlərin çərçivəsinə yerləşmir və istər təbiət, istərsə 

də humanitar xarakterli elmlərin geniş sahələrinin ümumiləşməsini iddia edirlər. Təbii ki, 

paralel olaraq metodoloji dünyagörüşü və ümumi fəlsəfi problemlərə də toxunulur. Eyni 

zamanda həmin istiqamətlər bizim yaşadığımız dünya, bəşəriyyətin yaratdığı sivilizasiya 

və müəyyən sistemə salınmış idrak üsulları haqqında qərarlaşmış  təsəvvürlərimizə  də 

öz dəyişmələrini gətirir. Bu baxımdan qlobal və sosial ekologiyanı, sistemli tədqiqatları, 

müasir informasiya nəzəriyyəsini, sinergetikanı və bir sıra digər sahələri də buraya daxil 

etmək olar. Bu gün bu istiqamətlərə son otuz ildə getdikcə daha çox aktuallıq kəsb 

edən, özünün nəzəri və praktiki tətbiqini genişləndirən qender tədqiqatlarını tam 

hüquqla daxil etmək olar. 




Təqdim olunan məcmuə respublikamızda qender tədqiqatlarına -«cinslərin 

qarşılıqlı münasibətinin fəlsəfəsi»nə, mədəni ənənələrin təsiri altında cəmiyyətdə qadın 

və kişinin sosial vəziyyətləri, onların rollarını  tədqiq edən istiqamətə  həsr olunan ilkin 

tədqiqat yönümlü nəşrlərdən biridir. 

Azərbaycan üçün qender tədqiqatları yeni, çox da tanış olmayan mövzudur. 

Qeyd edək ki, MDB ölkələrində bu problem ancaq 5-7 il əvvəl dəbə düşüb, dünya 

praktikasında isə  tədqiqatların yaranmasının yaşı 25-dən artıq deyil. Qender 

tədqiqatlarının ilk araşdırıcıları əsasən qadınlar olduğu üçün bəziləri səhvən, bəziləri isə 

bilərəkdən qender tematikasını qadın problemi ilə eyni paralel müstəviyə gətirirlər. 

Bəs bu anlayışın tarixi haqqında nə bilirik? Nə üçün Qərbdə bu problemlə belə 

məşğul olurlar? «Qender nədir?» Bu kimi suallarını cavabını axtararkən çox vaxt 

feminizmin də «qender»i əvəz etməsinə gəlib çıxırıq. 

Məcmuədə mövzunun bir sıra  əsas probleminin qoyuluşunu, tarixi fəlsəfi 

yönümdə izahını, təsnifatını müəyyən araşdırmalarla verməyə çalışmışıq. 

Burada  əks olunan ümumi və xüsusən də respublikamıza aid problemlər 

kompleksi qeyd olunan sahənin bir qədər yeni və tədqiqata ehtiyacı olan məqamları ilə 

bağlıdır. Artıq bu gün «qender» məfhumu ilə bərabər «qenderşünaslıq», «qender elmi», 

«qender tədqiqatları» adlanan xüsusi bir tədqiqat anlayışları da formalaşmaqdadır. Bir 

önəmli cəhəti nəzərinizə çatdıraq ki, artıq Qərbdə qender problemləri üzrə ixtisaslaşmış 

elmi mütəxəssislər hazırlanır, dərsliklər nəşr edilir. Dünya şöhrətli Oksford 

universitetində qender problemləri üzrə dissertasiya işləri yazılır, geniş  həcmdə 

tədqiqatlar aparılır. Sizə  təqdim edəcəyimiz məcmuə populyar xarakter daşıyır və 

oxucuları qender tədqiqatlarının  əsasən inkişaf mərhələləri ilə tanış etmək məqsədini 

güdür. 


 

QADIN VƏ 

KİŞİ 

BƏRABƏRLİYİ. QENDER AXINI (QENDER 

MAINSTREAMING) 

 

Rəna İbrahimbəyova psx. e. n., dosent, 



Nazirlər Kabinetinin elm, təhsil, 

səhiyyə şöbəsinin müdir müavini 

BMT İP-nin Qender layihəsi 

 üzrə əlaqələndirici 

 

Qender axını (qender mainstreaming) anlayışı Qadınların III Ümumdünya 



Konfransından sonrakı dövrdə (Nayrobi, 1985) formalaşmış  və  əsasən inkişafla bağlı 

bütün məsələlərdə qadın faktorunun (qadın meyarlarının və s.) nəzərə alınmasını ehtiva 

edir. 

Nayrobi strategiyalarına uyğun olaraq BMT-nin üzvü olan ölkələrin hökumətləri



eləcə  də BMT-nin əlaqədar təşkilatları öz fəaliyyətlərini bu strategiyalar əsasında 

qurmalı idi. 

Pekin VI Ümumdünya Konfransında (Pekin, 1995) Qender axını konsepsiyası 

dəstəklənmiş  və Pekin Fəaliyyət Platformasının bir sıra maddələrində (79, 105,  123, 

141,  164,  189, 202, 229, 238, 252, 273) öz əksini tapmışdır. Buna uyğun olaraq, 

hökumətlər, dövlətlər və ictimai həyatın digər iştirakçıları qender bərabərliyinin bərqərar 

olması siyasətini dəstəkləməlidirlər. Bu siyasətin məqsədi qender bərabərliyi ilə bağlı 

məsələləri bütün siyasi strategiyalara və proqramlara daxil etməkdir. Bununla əlaqədar 

bir çox ölkələrdə Milli Proqramlar tərtib edilmiş, o cümlədən Azərbaycan 

Respublikasında da ciddi müzakirələrdən sonra qəbul olunmuşdur. 

Son illərdə Qender axını konsepsiyası Avropa hökumətlərarası təşkilatların işində 

inkişaf etdirilir. Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələyə xüsusi 

diqqət yetirirlər. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə