Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

S.Bovuar göstərmişdir ki, cəmiyyət kişi başlanğıcını müsbət, mədəni norma kimi 

qəbul etdiyi halda qadın başlanğıcını  əksinə, mənfi, normadan kənara sapma hesab 

edir. Buna görə  də qadınlar "yad" qrup kimi təyin olunur və  bərabərlikdən, hətta öz 

həyat tərzini sürməyin "qanuniliyindən" məhrum edilirlər. 

"Seksual siyasət" kitabının müəllifi K.Miller "patriarxat" anlayışı  və onunla bağlı 

hakimiyyət və dissidentliyin (fərqli fikirliliyin) əzilmə, boğulma atributlarını dövriyyəyə 

gətirir. Patriarxat-ataların hakimiyyətidir. Orada qadına aid olan hər  şey kişiyə tabe 

olunub. Qadınların  əzilməsi kişidən bioloji fərqlərə görə yox, qadın başlanğıcının 

cəmiyyət tərəfindən törəmə kimi qəbul olunmasından irəli gəlir. Seksual siyasət-sosial 

hakimiyyətin qanunudur, seksual hakimiyyət isə insanları həm birbaşa zorakılıq, həm də 

mədəniyyət vasitələri ilə idarə edir. 

Ənənəvi mühitdə  qəbul olunmuşdu ki, kişi və insanın mentallığı eynidir, qadın 

mentallığı isə onlardan fərqlidir (psixiatr-həkimlərin apardığı  və  nəticələri  əvvəlcədən 

məlum olan sosioloji tədqiqatlar bu 

fikri təsdiqləyirdilər). S.Fayerstoun qeyd edirdi: "Əgər təbiət qadını kişidən fərqli 

etmişsə, cəmiyyət onu insandan fərqli edibdir". 

Ona diqqəti cəlb etmək lazımdır ki, kişi ilə qadını qarşı-qarşıya qoyan mədəni-

simvolik sıralarda cinslərin real bioloji fərqini göstərən birinci cütlükdən (kişi-qadın) 

sonra yerdə qalan qarşıqoymalar sosial mədəni-simvolik səciyyə daşıyır, açıq və gizli 

dəyər qiymətləndirilməsindən ibarətdir. Seksual (cinsi) qiymətləndirmə hiss edilmədən 

qender qiymətləndirməsinə keçərək "femin" və "maskulin" qarışdırılması problemini 

yaradır. 

Fikrimizcə, "qender" termini bir çox səbəbdən çox da uğurlu deyil, amma o artıq 

elmi terminalogiyada "özünə yer etdiyindən", tədqiqatçıların onu necə başa 

düşdüklərinə araşdırmaq lazımdır. 

Q.Rabiy "Qadın alveri" məqaləsində ilk dəfə olaraq "cins" və "qender" terminlərini 

dəqiq fərqləndirir. 

"Cins" (seks)-bioloji reproduktiv fərqlər kimi müəyyən edilir, qender bioloji cinsin 

mədəniyyətinin maskulinlik və feminliyin müstəqilliyinə keçilməsi kimi. 

Psixoloq R.Unger "Cinsin və qenderin yeni təyini" (1979-cu il) məqaləsində təklif 

etmişdir ki, cins (sex) sözü yalnız bu xüsusi bioloji mexanizmlərə (xromosom və ya 

bioloji fərqlər) aid olanda, qender isə  cəmiyyətin qadın və kişi kimi müəyyən etdiyi və 

onlar üçün tipik və arzu olunan hesab edilən və cizgilərə, normalara, stereotiplərə, 

vəzifələrə aid olan sosioloji, mədəni və psixoloji aspektlərin tədqiqatı üçün istifadə 

edilsin. 

Cəmiyyətin feminizm tərəfindən tənqidindən və onun əsas dəyərlərindən 

təmamilə aydın olur ki, qender problemlərinin uçotu bizim dünyagörüşümüzün əsaslarını 

dəyişir və insan sivilizasiyasının tarixinin yenidən dərk edilməsi məsələsini irəli çəkir. 

Qender probleminə  əhəmiyyət verilməzsə, insanlığın yaxın və uzaq gələcəyini 

qabaqcadan bilmək mümkün deyil. 

 

 

Rəna Mirzəzadə 



fəls.e.n, 

GİHAB-ın həmsədri 

 

QENDER VƏ QADIN TƏDQİQATLARI HAQQINDA 

 

XX  əsrin 60-cı illərindən etibarən Qərb ölkələrinin sosial elmlərində 



(antropologiya, tarix, psixologiya, fəlsəfə  və s.) işlədilən "qender" anlayışı qadın 

problemi və xüsusən cəmiyyətdə qadın və kişi münasibətlərinin təhlili ilə əlaqələndirilir. 




Qender anlayışı haqqında XX əsrin 70-ci illərində  Qərbdə,  əsasən ingilisdilli 

ədəbiyyatda, sonralar isə müxtəlif ölkələrdə, hazırda Azərbaycanda da müəyyən 

tədqiqat cəhdləri və mülahizələri ilə rastlaşırıq. "Qender" ingiliscə cins məfhumunun çox 

çalarlığını (bioloji-növ, qrammatik və sosial cins və s.) ifadə edən sözdür. 

Müasir dövrdə "qender münasibətləri" dedikdə,  şərti olaraq cinslərin ancaq 

sosial-mədəni sahədə olan qarşılıqlı münasibətləri nəzərdə tutulur. Hərçənd bu baxış 

yekdilliklə qəbul edilməyib. 

Uzun illər  ərzində keçmiş SSRİ-də qadın probleminə dair hər-hansı elmi 

torlantıların keçirilməsinə imkan verilmirdi. Qərb isə belə hesab edirdi ki, bu mövzu ilə 

bağlı keçmiş SSRİ məkanında heç bir ciddi tədqiqat işi aparılmamış və bu işə istiqamət 

verə biləcək xüsusiləşdirilmiş  tədqiqat mərkəzləri olmamışdır. Qeyd etmək lazımdır ki, 

hal-hazırda belə  mərkəzlər demək olar ki, istisna dərəcəsindədir. Bu təsadüfi deyildir. 

Uzun illər keçmiş Sovetlər  İttifaqının təbliğat aparatı bütün dünyaya sübut etməyə 

çalışmışdır ki, "bizim ölkədə" qadın məsələsi birdəfəlik həll edilmiş və qadınlarla kişilərin 

bərabərhüquqluluğuna tam nail olunmuşdur. Yalnız dünya ictimaiyyətinin təzyiqi 

nəticəsində o dövrdə Sovet Hökuməti (1981-ci ildə) "Qadınlara qarşı bütün formalarda 

hüquq pozuntularının tam ləğv olunması haqda Konvensiya"ya imza atmışdır.  İlk dəfə 

isə  1991-ci ildə Moskva şəhərində "Qender tədqiqatları: vəziyyəti və perspektivləri" 

problemlərinə dair dünyanın qabaqcıl alimlərinin iştirakı ilə Beynəlxalq görüş 

keçirilmişdir. 

Əksər Qərb ölkələrində "feminist tədqiqatlar", "qender tədqiqatları" və "qadın 

problemləri tədqiqatı" məfhumları çox vaxt sinonim kimi işlədilmişdir. Lakin, elmi 

praktikada ənənəvi anlayış kimi bu deyim "qadın problemlərinin tədqiqatı" məzmununda 

qəbul edilir. Bu istiqamət "qadın hərəkatının elmi qolunun" həm nəzəri tədqiqetmə, həm 

də  təcrübi-öyrədən hissəsi kimi analiz edilir. Tədqiqat bu baxımdan qadınların 

formalaşmasının tarixi prosesini əks etdirir, onun tərkib hissəsini, cinslərin mühüm 

xüsusiyyətlərini araşdırır. 

Qender-qadınların fəaliyyət proqramı olan Pekin platformasında "cinsi 

xüsusiyyətləri nəzərə alan elm" kimi xarakterizə olunur. Belə ki, Pekin Bəyannaməsinin 

3-cü Platformasında deyilir: "Bütün dünyada Qender bərabərliyinə nail olmaqla bağlı 

qadınların qarşısında qoyulan məsələlər ancaq kişilərlə  bərabərhüquqluluq  əsasında 

həll oluna bilər". Qender tədqiqatları birinci növbədə cinsin sosial, psixoloji və sosial-

mədəni xüsusiyyətləri prizmasından öyrənilməsidir.  Əlbəttə, iqtisadiyyat, siyasət və 

sosial mühit də burada nəzərə alınır. Hərçənd "qender tədqiqatları" anlayışı bizdə  nə 

elmdə, nə də ictimai həyatda özünə yer tapmamışdırsa da, o öz predmetinə görə fəlsəfi 

və sosioloji tədqiqatlara daha yaxındır. Bu baxımdan qadın hərəkatlarının inkişafının və 

qadınların vəziyyətinin sosial-fəlsəfi aspektinin öyrənilməsini qeyd etmək olar. Lakin bu 

tədqiqatların nəzərə çarpacaq fərqləri də vardır. Belə ki, qadınların sosial həyatında, 

davranışında və digər hallarda psixoloji faktorların rolu bir vaxtlar qiymətləndirilməmiş, 

ən nəhayət, qadınların vəziyyətinin tərbiyəvi-tədrisi funksiyalarının öyrənilməsi ilə 

tamamilə məşğul olunmamışdır. Bununla əlaqədar bir neçə məqamları qeyd edək. 

Birincisi: yalnız yenidənqurma dövründən başlayaraq sosioloqlarımız bu 

məsələlərin öyrənilməsinə diqqəti artırdılar. Onlar «qadın hakimiyyət və siyasətdə», 

«qadın və bazar», «qadın davranışının psixologiyası» və s. tədqiqatlar aparmağa 

başladılar.  Əgər  əvvəllər qadınlar bir əməkçi,  ən yaxşı halda bir ana, uşaqların 

tərbiyəçisi kimi tədqiq olunurdusa, son zamanlar tədricən qadınların vəziyyətinin, onun 

cəmiyyətdə sosioloji rolunun və psixoloji xüsusiyyətlərinin bütün müxtəlifliyi ilə sosioloji 

analizinə keçilir. 

İkincisi: həm ölkəmizdə, həm də xaricdə "qadın məsələsinin" məzmunu nəzərə 

çarpacaq dərəcədə  dəyişmişdir. Bir çox inkişaf etmiş ölkələrdə qadınlar böyük 

nailiyyətlər qazanmış, onlar ictimaiyyət 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə