Kitab bmt inkisaf Proqra?mn?n Gender Layih?sinin sponsorlugu il? n?sr oiunur



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix18.06.2018
ölçüsü0,52 Mb.
#49648
1   2   3   4   5   6   7   8   9   10   ...   24

Hazırda həm qlobal, həm Respublika sosial-mədəni həyatında baş verən 

ziddiyyətlərin həllinin aşağıdakı yolu var: qanun-onun işləməsi və maarif-ictimai şüurun 

televiziya, radio, kino, teatr, ədəbiyyat, elm, din, incəsənətin müxtəlif növləri vasitəsilə 

demokratiya və humanizm məcrasında inkişaf etdirilməsi. 

Problemlər çox vaxt isə az olduğuna görə  ən mühümlərindən bir neçəsini 

sayacağam. 

Əsas problem qadın və kişilərin münasibətlərində sosial-mədəni həyatın bütün 

sahələrində ahəng yaratmaqdır. Bu da bütün iqtisadi, siyasi, əxlaq, ailə-məişət, təhsil 

şəxsi sərbəstlik və s. sahələrdə  hər iki cinsin real hüquq və imkan bərabərliyinə 

əsaslana bilər? 

Dövrün bütün sosial problemləri kimi qender və qadın problemləri də sosial 

təbəqələşmənin mövcudluq və artmasını  nəzərə alaraq izlənilməlidir. Dövlətlilərin, 

ortababların və imkansızların problemləri və bu problemlərin həm təzahürü, həm həlli 

yolları müxtəlifdir. 

Araşdırdığımız problemlərin dəyərini, nəzəri və praktiki əhəmiyyətini və sonsuz 

mürəkkəbliyini dərk edərək, onların nəzəri hissəsini respublikadaxili və respublikadan 

xaric tədqiqatçılarla, xüsusən postsosialist islam dövlətləri mütəxəssisləri ilə elmi 

koordinasiya yaradaraq, praktiki hissəsini isə - Milli Məclis, Prezident aparatı, 

Azərbaycan Respublikasının Qadın problemi üzrə dövlət komitəsi, qadın cəmiyyətləri, 

KİV və  mədəniyyət və din qurumları ilə birlikdə aparılmasını güman edirik. Və güman 

etmək istəyirik ki, birgə  işə başladığımız BMT İP-lə  çətin yolu gələcəkdə  də birgə 

gedəcəyik. 

Qaldırdığımız problemlərlə əlaqədar, onların həllinə yönəldilmiş bir neçə konkret 

əməli təklifimiz var: 

l.Yeni dövrün bəlası  işsizliyin mövcudluğu və artmasını  nəzərə alaraq, xarici 

investorlarla kontrakt bağladıqda qulluqçu və  işçi qüvvəsinin təxminən 85%-nin yerli 

əhalidən olması şərti qoyulmalıdır. Dil və yaş senzləri qadağan edilməli və yerli kadrlar 

işə götürülərək, lazım gəldikdə, onların professional səviyyəsini yüksəltmək üçün xüsusi 

tədris kurslarının yaradılması planlaşdırılmalıdır. Azərbaycanda işsizlik artdığı zaman 

ölkəyə xarici işçi qüvvəsinin axırına sədd qoyulmalıdır. Sosial-iqtisadi sahədə qender 

problemlərinin həlli üçün bu əsas şərtlərdəndir. 

2.Qadın işsizliyi ilə mübarizə üçün qeyri-dövlət (xüsusi) müəssisələrə qadınların 

işə götürülməsi dövlət tərəfindən tövsiyə edilməli və  işə götürülmüş qadınların faizinə 

müvafiq olaraq həmin müəssisə sahiblərinə vergi sahəsində güzəştlər edilməlidir. 

3.Dövlət tərəfindən tənha vətəndaşların, tək ailə başçılarının və eyni zamanda 

ailənin hər iki başçısının (ər və ya arvadın) işsizliynə mane olan tədbirlər düşünülməlidir. 

4.Real gəliri istehlak zənbilindən xeyli aşağı olan vətəndaşlara mənzil və 

kommunal xidmət qiymətlərində güzəşt, ekstremal hallarda vətəndaşlar, xüsusən qadın, 

uşaq və qocalar səfilliyə düçar olmamaq üçün dövlət və cəmiyyət tərəfindən xüsusi çıxış 

yolları düşünülməlidir. 

5.Ailə dağılarkən qadın və  uşaqların real təminatı müəyyən qanunlarla tənzim 

edilməlidir (xüsusən qadın işləmədikdə). 

6.Qız və qadınlara məktəb  şəraitində ciddi özünümüdafiə  və  hərbi təlim 

keçirilməlidir. 

7.Uşaq evlərini  18 yaşında tərk edən oğlan və  qızlar dövlət tərəfindən mütləq 

yaşayış yeri və  işlə  təmin edilməlidir və bir neçə il ərzində onların həyat və dolanışığı 

cəmiyyət tərəfindən himayə və nəzarət altında olmalıdır. 

8. Gənc ailələrin artması  və millət artımını  nəzərdə tutan xüsusi imtiyazlar 

proqramları qəbul edilməlidir. 

Büdcə, humanitar yardım və xeyriyyəçilikdən istifadə edərək göstərilən 

problemləri maliyyələşdirmək olar, digər tərəfdən, yuxarı sinif şagirdlərini, tələbələri, 

veteranları  və başqa istək və imkanı olanları cəlb edərək həmin problemlərin real həlli 




üçün volonterlər hərəkatı  təşkil etmək məqsədəuyğundur. Bu eyni zamanda 

vətənpərvərlik, vətən hissi, milli hissin təşəkkülü üçün gözəl zəmin olardı. 

9.Azərbaycan xalqının milli mentalitetini nəzərə alaraq, Respublikada ailə  və  iş 

şəraitində qadının ləyaqət,  şərəf və ismətini qoruyan qanuni aktlar və onların realizə 

mexanizmi düşünülməlidir. 

Ötəsi Qafqaz, Qafqaz və  İslam  Şərqi xalqlarının mentalitetini nəzərə alaraq, bu 

bölgələrdə müharibələr zamanı  həmin mentalitetə  əsaslanan qadın ismət və  şərəfini 

qoruyan qanunlar qəbul edilməli və həmin qanunların həyata keçməsi dövlət qurumları 

ilə bərabər qadın təşkilatlarının nəzarəti altında olmalıdır. Qadın hüquqlarının müharibə 

vaxtı pozulmasına və qadın  şərəf və ismətinə  təcavüz məsələlərinə beynəlxalq 

məhkəmələrdə baxılmalı və bu sahələrdə cinayət törədənlər çox sərt cəzalanmalıdır. 

Respublika dövlət, qeyri dövlət və xüsusən elmi qurumları problemlərin həlli üçün 

müştərək planlar və onların reallaşmasını  təmin edən müştərək nəzarət mexanizmləri 

yaratmalıdırlar. 

 

 

Əli Abasov fəls.e.d. 



Fəlsəfə, Sosiologiya və Hüquq 

İnstitutunun direktoru, 

«Fəlsəfənin yeni istiqamətləri 

və qender tədqiqatları» şöbəsinin müdiri 

 

ÜMUMİ TƏSƏVVÜRLƏR: TARİX, İDEYA VƏ NƏZƏRİYYƏLƏR 

 

Cəmiyyətin iki, bir-birindən fərqli cinsdən ibarət olması bir sıra sualları ortaya 



qoyur ki, bunlardan da bəzilərinin cavabı indiyə qədər mübahisə doğurur. Əgər cinslərin 

bioloji fərqləri və funksiyaları şübhə doğurmursa, psixi (ruhi), emosional, intuitiv fərqlər 

məsələsi, qadın va kişinin təfəkkür, idrak, məntiqi fərqləri kimi hallar öz müzakirəsini 

tələb edir. 

Bəs cinslərin sosial fərqləri bioloji müxtəlifliyin nəticəsidir, yoxsa bu tarixin 

təsadüfi seçimidir? Cinslərin qeyri-bərabərliyi müxtəlif cəmiyyətlərdə özünü müxtəlif cür 

büruzə verir. Ona görə də kişi və qadının vəziyyətini tədqiq etməklə bu cəmiyyət, onun 

mədəniyyət və  ənənələrinin səciyyəsi, xalqın dini və ruhi-əxlaqi dəyərlərinin 

xüsusiyyətləri, dünyagörüşü və özünüdərki haqqında çoxlu miqdarda maraqlı material 

verir. 


Cəmiyyətdə cinslərin qeyri-bərabərliyi orada yaşayan insanlar üçün heç də 

həmişə problem olmamışdır. Bir qisim insanlar, istər kişi olsun, istərsə  də qadın, 

ümumiyyətlə, bu haqda düşünməyiblər. Digər qisim heç bir haqların pozulmasını 

görmürlər, zira cəmiyyətdə cinslərin davranış  və rollarının qərarlaşmış qaydası onlara 

ədalətli görünür onlar hesab edirlər ki, bu qaydalar tarix, ənənə, din və ya 

əcdadlarımızdan gələn əxlaqi normalarla müqəddəsləşdirilib. Ənənəvi cəmiyyətdə (yəni 

möhkəm və  dəyişməz norma və  dəyərlər  əsasında hərəkət edən cəmiyyətdə) 

ümumiyyətlə kişi və qadının rolları ciddi bölünüb, ən kiçik hallara qədər elə yazılıb ki, 

kişinin cəmiyyətdə qadının taleyindən fərqli «xüsusi taleyə» malik olmasının həyat 

zəruriliyinə şübhə qalmasın. Məhz bu baxımdan da feminizm qadınların bərabərhüquqlu 

olması ideologiyası, ictimai-siyasi hərəkat kimi çox gec, təbii ki, feodalizmin 

buxovlarından azad olmaq yolun qədəm qoymuş ölkələrdə yaranır. Qeyd edək ki, bəzi 

tədqiqatçılar 

feminizmə marağı artıq qədim yunan fəlsəfəsində (məsələn, Platonu tez-tez ilk 

feminist adlandırırlar) görürlər. 

Cins kateqoriyasının mədəniyyətin analiz edilməsində bir alət kimi istifadə 

olunduğu feminizm fəlsəfəsini araşdıraq. Feminizm (femin-qadın) sosioloji inkişafa 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə